Məhkəmə qərarları › İş №2-1(112)-11498/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11498/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11498/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ikiqat pul təminatının hesablanaraq ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək həqiqi hərbi xidmətə bərpa edildikdən sonra ödənilməyəm ikinci qat pul təminatının və digər təminatların (2014-cü il üçün 15 gün, 2015-ci il üçün 15 gün, 2016-cı il üçün 45 gün növbəti məzuniyyətə buraxılmağa görə ödənilməli olan pu təminatı, geyim təminatı əvəzinə ödənilməli olan pul kompensassiyası, 2015 və 2016-cı illərə görə birdəfləlik pul mükafatı, 2015-ci ildə tərxis edildikdən sonra Naxçıvan şəhərindən Bakı şəhərinə geri qayıdarkən qanunvericiliklə nəzərdə tutulmuş yol xərci) hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı həqiqi hərbi xidmətdən xidmətə uyğunsuzluğa görə ehtiyyata buraxılmağı barədə Azərbaycan Respubliasl Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli, 0384 nömrəli əmrinin ləğv edilməsi haqqında iddia ərizəsi ilə 1 saylı Bakı İinzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-(81 )351 /2016 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin yuxarıda qeyd edilən əmri ləğv edilərək həqiqi hərbi xidmətə bərpa edilməyi və ona dəymiş maddi ziyanın tam ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Səbail rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməinin yuxarıda qeyd edilən icra sənədinin icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bildirir ki, hərbi xidmətə bərpa edilməyi və ona dəymiş maddi ziyanın ödənilməsi barədə Bakı şəhəri, Səbail rayonu İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir və bu barədə məhkəməyə və tərəflərə məlumat verilmişdir. Bildirirəm ki, xidmət etdiyi N nömrəli hərbi hissə Naxçıvan Muxtar Respublikası ərazisində döyüş bölgəsində yerləşir. “Azərbaycan Ordusunun hərbi X1 haqqında Əsasnaməsi”nin (Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 N-li qərarı) 32.1-ci maddəsinin tələbinə görə döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş taoşırıqlarım yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı aılmış hərbi hissələrdə xidmət edən hərbi qulluqşulara xidmət dövrü üçün pul təminatının əmsallarla ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinin tələbinə əsasən döyüş şəraitində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi xidmətə bərpa edildikdən sonra ona xidmət etdiyi N nömrəli hərbi hissədə pul təminatının yalnız 1 (bir) qatı ödənilmişdir. Pul təminatının ona tam ödənilməsi barədə Bakı şəhəri, Səbail rayonu İcra və Probasiya şöbəsinə yazdığım ərizə əsasında İcra və Probasiya şöbəsininin ünvanladığı sorğuya N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 3108 nömrəli cavab məktubunda qeyd edilmidir ki, yuxarıda qeyd edilən Əsasnamənin 32-ci maddəsinin 5ci bəndinə əsasən pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissələrdən gedən hərbi qulluqçulara bütün hallarda (məzuniyyət, ezamiyyət,müalicə, təhsil, həbs və s) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Bildirir ki, o, həqiqi hərbi xidmətdən qanusuz tərxis edildiyim və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğuna görə hərbi xidmətdən tərxis edildikdən sonra 1 il 6 ay müddət hərbi xidmət stajıma əlavə edilmiş, həmçinin pul təminatının yalnız bir qatı ödənilmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin 32-ci maddəsinin 5-ci bəndinin təsir dairəsi ona şamil deyil, çünki o həmin dövrdə ezamiyyətdə, məzuniyyətdə, müalicədə, təhsildə və həbdsdə olmayıb. Bundan başqa bildirir ki, hərbi xidmətdən qanunsuz olaraq tərxis edildiyi üçün ona əlavə maddi ziyan dəymişdir. (2014-cü il üçün 15 gün, 2015-ci il üçün 15 gün, 2016-cı il üçün 45 gün növbəti məzuniyyətə buraxılmağa görə ödənilməli olan pul təminatı, geyim təminatı əvəzinə ödənilməli olan pul kompensasiyası, 2015 və 2016- cı illərə görə birdəfləik pul mükafatı, 2015-ci ildə tərxis edildikdən sonra Naxçıvan şəhərindən Bakı şəhərinə geri qayıdarkən qanunvedriciliklə nəzərdə tutulmuş yol xərci) Hərbi xidmətdən bərpa edildikdən sonra yuxarıda qeyd etdiyim mənə ödənilməyən ikinci qat pul təminatının və sadaladığım digər təminatlatın mənə ödənilməsi barədə Müdafiə Nazirliyimə ərizə ilə müraciət etdim. Müdafiə Nazirliyindən ona təqdim edilən xx.xx.2022-ci il tarixli imtina məktubunda ərizəsində vurğuladığı maddi təminatla bağlı müraciətinə uyğun cavab verilməmişdir.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi həqiqi hərbi xidmətə bərpa edilənədək ödənilməyən 2-ci qat pul təminatının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-l(81)-351/16 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına əsasən, İddia qismən təmin edilməsi; İddiaçı hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmri ləğv edilməsi; iddiaçının hərbi xidmətə bərpa olunması; iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

5. N nömrəli hərbi hissə tərəfindən Bakı şəhəri, Səbail rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubla bildirilmişdir ki, Azərbaycan Ordusunun Hərbi X1 Haqqında Əsasnamə”nin X3 qərarın 32-ci maddəsinin 5-ci bəndində qeyd olunduğu kimi, pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 32.6-cı bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr İstisna olmaqla bütün hallarda (məzuniyyət, ezamiyyət, müalicə təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Odur ki, yuxarıda göstərilənlərə əsasən bildirilmişdir ki, icra sənədinin qeyd olunan hissəsi "Azərbaycan Ordusunun Hərbi X1 Haqqında Əsasnamə”nin X3 qərarın tələblərinə zidd olduğu üçün hərbi hissə tərəfindən təmin oluna bilməyəcəkdir.

6. Bakı şəhəri, Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-351/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına xitam verilməsinə xx.xx.2020-ci il tarixli qərarı iddiaçıya göndərilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünkük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, qüvvədə olan məhkəmə qərarına əsasən ona həqiqi hərbi xidmətə bərpa edilənədək ödənilməyən 2-ci qat pul təminatının hesablanaraq ödənilməsi vəzifəsi qoyulsa da, həmin qərar hərbi hissə tərəfindən təmin olunmamışdır. Halbuki həmin tələb qeyd edildiyi kimi Əsasnaməyə zidd deyildir.

II. İddianın mümkünlüyü

8. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

9. X5 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X5 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

10. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

11. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

13. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.

14. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X5 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

15. Belə ki, qüvvədə olan məhkəmə aktına əsasən, iddiaçının hərbi xidmətə bərpa olunması; iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, müvafiq hərbi hissə tərəfindən icra sənədinin qeyd olunan hissəsinin "Azərbaycan Ordusunun Hərbi X1 Haqqında Əsasnamə”nin X3 qərarın tələblərinə zidd olması səbəbindən icra edilməmiş, buna baxmayaraq, icra məmuru tərəfindən icra sənədinin icraatına xitam verilməsi haqqında qərarı iddiaçıya göndərilmişdir.

16. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.

17. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi məhkəmə qərarının tam icra olunmaması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi, o cümlədən olduğu təqdirdə icra sənədinin icraatına xitam verilməsinə qərardan aidiyyəti üzrə məhkəməyə şikayətdir.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar