Məhkəmə qərarları › İş №2-1(112)-11499/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11499/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11499/2024 20.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “avtomobil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Mercedes Benz C-180” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz C-l 80” minik markalı avtomaşının sahibi Əhmədov Elşad Babacan oğludur. Əhmədov Elşad Babacan oğlu ilə "xxxx" ASC arasında xx.xx.2012-ci ildə kredit müqaviləsi bağlanmış və E lşadƏhmədova 4470 manat kredit verilmişdir. Kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmədiyinə görə E.Əhmədovun mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş “Mercedes Benz C-180" minik markalı avtomobil LPO “Yunayted Kredit Bank" ASC tərəfindən iddiaçıya satılmışdır. İddiaçı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomaşını öz adına rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, **-XE-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C-l 80" minik markalı avtomaşının mülkiyyətçisi olmuş Əhmədov Elşad Babacan oğlunun digər banklara kredit borcları olduğundan Nəsimi rayon İcra Şöbəsi tərəfindən həmin avtomaşının qeydiyyatı ilə bağlı məhdudiyyət qoyulmuşdur. Qeyd edilən səbəblərə görə avtomaşının iddiaçının adına rəsmiləşməsi mümkün olmamışdır. İddiaçı avtomaşını alarkən avtomaşının keçmiş sahibi olan Əhmədov Elşad Babacan oğlunun kredit borcunun olmasını bilməmişdir. O, vicdanlı alıcı olmuşdur. Bu səbəbdən “Mercedes Benz C-180” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əhmədov Elşad Babacan oğlunun borclu olduğu Nəsimi rayon məhkəməsinin 2(006)-2746/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İş üzrə borclu Əhmədov Elşad Babacan oğlu icra sənədində göstərilən tələbi təmin etmədiyindən ona məxsus “Mercedes C 180” minik markalı, **-XL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə xx.xx.2022-ci il tarixli qərarla həbs qoyulmuşdur. Bundan sonra iş üzrə borclu icra sənədindən Bakı Apellyasiya məhkəməsinə şikayət vermiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2746/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi ləğv olunmuşdur. Bakı Apellyasiya məhkəməsinin 2(103)-4542/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən birinci tələb olan 5572,58 manat məbləği dəyişdirilərək 3867,04 manat olmuş və yeni icra sənədi icraata yönəldilmişdir. Belə ki, borclu Əhmədov Elşad Babacan oğlu tərəfindən borc ödənilməmiş və borcun ödənilməsinin təmini olan borcluya məxsus avtomobilin üzərindən məhdudiyyət götürülə bilməz. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, o avtomobili alarkən avtomobil üzərində hər hansı məhdudiyyət olmasını bilməmişdir. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İcra haqqında” Qanunda göstərilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir (87.1.). İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır (87.3.). İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir (87.4.). Qeyd edilməlidir ki, iddiaçı “Mercedes Benz C-180” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi deyildir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş “Mercedes Benz C-180” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatlardan görünür ki, həmin avtomobil Əhmədov Elşad Babacan oğlunun mülkiyyətindədir. İddiaçı yalnız həmin avtomobilin etibarnaməli idarəçisidir. Bu səbəbdən iddiaçının həmin avtomobillə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Eyni zamanda iddiaçının hazırkı tələbi icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarından verilmiş şikayətdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC-nin Əhmədov Elşad Babacan oğluna qarşı pul tələbinə dair iddiasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2746/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4542/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilərək Əhmədov Elşad Babacan oğlundan "xxxx" ASC-nin xeyrinə 3867,04 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamə əsasında icra vərəqəsi verilmiş və icraya yönəldilmişdir. Yəni, “Mercedes Benz C-180” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası çərçivəsində məcburi icra tədbiri kimi icra məmuru tərəfindən qoyulmuşdur. Belə olan halda icra məmurunun qərarı ilə razılaşmayan iş üzrə tərəflər həmin qərardan müvafiq ümumi məhkəməyə şikayət verə bilərlər. İddiaçının hazırkı təlıbinə isə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, hazırkı iddia subyektiv hüquqa mail olmayan şəxs tərəfindən verildiyindən və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “avtomobil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar