Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-115/2021 15.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vergilərin hesablanması barədə xx xxxxxx 2019-cu tarixli, **********839900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, vergi ödəyicisinə 2018-ci ilin noyabr ayı əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması aparılmış və 21.709,62 manat əlavə hesablama azaldılaraq vergi ödəyicisinin şəxs hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Keçirilmiş kameral vergi yoxlaması nəticəsində **********382600 nömrəli xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərar ilə mübahisələndirilən dövr üzrə yenidən hesablama aparılmış və həmin qərarın 6-cı sətrinə əsasən əvvəlki, yəni xx.xx.2019-cu il tarixli **********839900 nömrəli Vergilərin hesablanması barədə qərar ləğv edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi üzrə məhkəmə icraatına xitam verilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 vəsatəti müdafiə edərək iddia tələbi üzrə məhkəmə icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 oğlu bildirdi ki, iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli **********382600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərardan görünür ki, xx.xx.2019-cu il tarixli **********839900 nömrəli Vegilərin hesablanması barədə qərar ləğv edilmişdir. Məhkəmə proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 manat iddiaçı “xxxx” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-115/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-115/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver