Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-115/2023 05.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı - X5 cavabdeh - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1432/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, X6 mərhum əri X1 dövlət qulluğunda 15 ildən artıq qulluq stajına malik olması nəzərə alınmaqla, ona müraciət etdiyi 15 may 2020-ci il tarixdən vəfat etmiş dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. (hakim F.Mədətli) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2511/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1432/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-506/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2511/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 1432/2021 saylı qərarı icra edilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı X9 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən məhkəmə qərarının icrası mümkün olmamışdır. Həmçinin, xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftəxanası vasitəsi ilə cavabdeh inzibati orqan ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2021 saylı işi üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1432/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının inzibati iş üzrə icraatın təzələnməsi haqqında ərizəsi təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1432/2021 saylı qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı vəfat etdiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindan əldə edilmiş məlumata əsasən iddiaçı X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan iddiaçının övladları X8, X7, X11 və X3 xx.xx.2023-cü il tarixli ərizəsində iddiaçının övladlarının hazırki iddia üzrə heç bir tələbi olmadığı və iş üzrə icraata xitam verilməsini xahiş etdikləri qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində iddiaçı vəfat etdikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçı vəfat etdiyindən, iddiaçınınn övladları ərizə ilə məhkəməyə müraicət edərək heç bir tələblərinin olmadığını bildirdiyindən və iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2-1(112)-115/2023 nömrəli iş icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-115/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-115/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver