Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1150/2021 11.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “2008-2019cu illər üçün ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli RPŞ-də çalışdığı müddətdə Bakı şəhərinə ezam olunduğu 2008-2019-cu illər üçün ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən 01.07.2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsində zabit kimi müxtəlif vəzifələrdə işləmiş. 2019-cu ilin iyul ayından əmək pensiyası alır. Füzuli rayonu işğal olunduqdan sonra Füzuli rayonundan olan məcburi köçkünlərlə iş aparılması, profilaktik tədbirlərin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsi üçün 1997-ci ildən Bakı şəhərinə ezam olunmuş. Ezamiyyət və gəzinti xərcləri 2006-cı il tarixədək hesablanaraq verilmişdir. 2006cı ildə ezamiyyətdən geri çağrılmış, bir il Füzuli rayonu ərazisində xidmət etmiş. 2008-ci ildən yenidən Bakı şəhərinə ezam olunmuş. 2008-ci ildən daxili işlər orqanlarından tərxis olunanadək ezamiyyətdə olmuşdur. Bu illər üçün ona ezamiyyət və gəzinti xərcləri ödənilməmişdir. Ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ödənilməsi üçün həm xidmət illəri ərzində, həm də tərxis olunduqdan sonra Füzuli RPŞ-nə və DİN-in müvafiq səlahiyyətli qurumlarına müraciətlər etmişdir. Lakin bu günədək qanuni tələbi təmin olunmamışdır. Sonuncu dəfə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova 20 fevral 2020-ci il tarixdə yazılı müraciət etmişdir. Həmin müraciətinə Azərbaycan Respublikası Daxili X1-Plan İdarəsinin rəisi tərəfindən verilmiş 11 mart 2020ci il tarixli ***-*******-3220 saylı cavabla məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07.05.2018-ci il tarixli 244 saylı əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili Qaydaları”nın 4.1-ci bəndində öz əksini tapmadığı səbəbindən ona ezamiyyət xərcləri ödənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Daxili X1-Plan İdarəsinin rəisinin 11 mart 2020-ci il tarixli ***-*******-3220 saylı cavabını qanunsuz və əsassız hesab edir. Qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş üzrə məhkəmənin hazırlıq icraatının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbinin əsassız olduğunu, daxili işlər orqanlarının əməkdaşlarının ezamiyyətlə bağlı məsələlərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2018-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları’’ ilə tənzimləndiyini, həmin Qaydalarda məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının öz əksini tapmamasını qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası 11.06.2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən Füzuli RPŞ-də çalışdığı müddətdə Bakı şəhərinə ezam olunduğu 2008-2019-cu illər üçün ezamiyyət və gəzinti xərclərinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı və onun vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı müraciəti (ərizəsi) əsasında ünvanlanmış 11.03.2020-ci il tarixli № ***-*******-3220 saylı imtina məktubundan görünür ki, müraciətlə bağlı Füzuli RPŞ-yə sorğu göndərilmiş, şöbənin 26.12.2019-cu il tarixli 310-14981-1219 nömrəli məktubuna əsasən o, DİN-nin Ə739-001-18 nömrəli 26.09.2018-ci il tarixli əmri ilə Füzuli rayonundan olan məcburi köçkünlərlə iş aparılması, profilaktik tədbirlərin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon polis idarəsinə 12 aylıq ezam olunmuş. Ezam olunduğu dövr ərzində xidmətini Bakı şəhərində keçməsi baxımından ona gəzinti pulu ödənilməmişdir. Müvəqqəti xidməti yer dəyişmə ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2018-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları’’nın 4.1-ci bəndinə əsasən aşağıdakı hallar istisna olmaqla işçinin ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmamalıdır: -Ağır cinayət işlərinin açılması, təhqiqi və istintaqı üzrə əməliyyat işçiləri və müstəntiqlər ezam edildikdə; -axtarışda olan şəxslərin axtarışı və tutulub saxlanılması üzrə xidməti yoxlama aparıldıqda və tədbirlər həyata keçirildikdə; -həbsdə saxlanılan şəxslər müşayiət edildikdə; -hərbi və xüsusi yüklü nəqliyyat vasitələrinin mühafizəsi və müşayiəti zamanı; -dinləyicilər və müdavimlər praktikaya və stajkeçməyə göndərildikdə, yaxud onlar tərəfindən diplom layihələri hazırlandıqda; -DİN-in təhsil müəssisələrinin professor-müəllim heyəti polis orqanlarına və digər nazirlik və idarələrin təşkilatlarına stajkeçmə və praktikaya, eləcə də dövlətlərarası müqavilə və sazişlərə əsasən digər dövlətlərə ezam edildikdə; -müddətli hərbi xidmətə gələn gənc çağırışçıların hazırlıq məqsədi ilə təlim məntəqələrinə ezamiyyətlər zamanı; -ixtisasartırma kurslarına göndərildikdə; -xüsusilə təhlükəli olan infeksiya ilə mübarizə üçün səfərlər zamanı. Məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının həmin qaydalarda öz əksini tapmaması baxımından, İddiaçı ezamiyyət xərci ödənilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Abbasovun 29 sentyabr 2018-ci il tarixli № Ə532-087-18 əmrinin surətindən görünür ki, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati ərazisində Füzuli rayonundan olan məcburi köçkünlərin daha çox yaşamaları ilə əlaqədar Füzuli RPŞ-dən Nizami RPİ-yə müvəqqəti ezam edilmiş polis sahə rəisi, polis mayoru İddiaçı Füzuli rayonundan olan məcburi köçkünlər arasında iş aparılması, profilaktika tədbirlərinin daha da güçləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsində əməlli köməklik göstərilməsi üçün Füzuli RPŞ-nin polis sahə rəisi, polis mayoru İddiaçı Bakı şəhər Nizamı RPİ-nin 24-cü PŞ-yə 12 ay müddətinə müvəqqəti ezam edilməsi barədə əmr imzalanmışdır. Məhkəmə sorğusu əsasında daxil olmuş sənədlər: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 25.05.2021-ci il tarixli № 027-2321-1221 saylı məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 may 2008-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydalarının təsdiq edilmiş surətindən görünür ki, 4.1-ci bəndinə əsasən işçinin ezamiyyət müddəti, bu qaydaların 4.3-cü bəndi ilə nəzərdə tutulan ezamiyyətlər istisna olmaqla, yolda olduğu müddət hesaba alınmaqla 40 gündən çox olmamalıdır. 4.3-cü bəndinə əsasən ezamiyyətə aşağıdakı hallarda 40 gündən yuxarı, lakin 1 ildən çox olmayaraq icazə verilir: 4.3.1. Ağır cinayət işlərinin açılması, təhqiqi və istintaqı üzrə əməliyyat işçiləri və müstəntiqlər ezam edildikdə; 4.3.2 Axtarışda olan şəxslərin axtarışı və tutulub saxlanılması üzrə xidməti yoxlama aparıldıqda və tədbirlər həyata keçirildikdə; 4.3.3 Həbsdə saxlanılan şəxslər müşayiət edildikdə; 4.3.4 Hərbi və xüsusi yüklü nəqliyyat vasitələrinin mühafizəsi və müşayiəti zamanı; 4.3.5 Dinləyicilər və müdavimlər praktikaya və stajkeçməyə göndərildikdə, yaxud onlar tərəfindən diplom layihələri hazırlandıqda; 4.3.6 DİN-in təhsil müəssisələrinin professor-müəllim heyəti polis orqanlarına və digər nazirlik və idarələrin təşkilatlarına stajkeçmə və praktikaya, eləcə də dövlətlərarası müqavilə və sazişlərə əsasən digər dövlətlərə ezam edildikdə; 4.3.7 Müddətli hərbi xidmətə gələn gənc çağırışçıların hazırlıq məqsədi ilə təlim məntəqələrinə ezamiyyətlər zamanı; 4.3.8 İixtisasartırma kurslarına göndərildikdə; 4.3.9 Xüsusilə təhlükəli olan infeksiya ilə mübarizə üçün səfərlər zamanı. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 31.10.2020-ci il tarixli № 027-5021-1220 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2008-ci ıl tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərin təşkili qaydaları”nın 4.1-ci bəndində işçinin ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmaması təsbit edilmişdir. Məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət hallarının həmin qaydalarda öz əksini tapmaması baxımından İddiaçı ezamiyyət xərcinin ödənilməməsi qeyd edilmişdir. Məktuba əlavə edilmiş, İddiaçı xidmət etdiyi dövr ərzində ezamiyyətə göndərilməsi və xidmətdən təxris olunması ilə bağlı əmrlərin surətlərindən görünür ki, Azərbaycan Respublikası Daxili X5 Usubovun 03.09.2009-cu il tarixli 513 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının ezam olunmaları barədə” əmri ilə 6 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 07.10.2010-cu il tarixli 624 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının ezamiyyət müddətlərinin artırılması barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 24.10.2011-ci il tarixli 658 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 03.11.2012-ci il tarixli Ə695-001-12 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 07.11.2013-cü il tarixli Ə867-001-13 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 12.11.2014-cü il tarixli Ə962-001-14 saylı əmri “Füzuli RPŞnin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 17.11.2015-ci il tarixli Ə949-001-15 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 21.10.2016-cı il tarixli Ə862-001-16 sayh“Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 01.11.2017-ci il tarixli Ə853-001-17 saylı əmri “Füzuli RPŞnin əməkdaşlarının Müvəqqəti ezam olunmaları barədə” ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə. 26.09.2018-ci il tarixli Ə739-001-18 saylı “Füzuli RPŞ-nin əməkdaşlarının müvəqqəti ezam olunmaları barədə” əmri ilə 12 ay müddətinə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə ezam olunmuşdur. Beləliklə, işdən aydın olur ki, iddiaçı 2008-2019-cu illərdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə xidməti ezam olunduğunu iddia edərək, həmin illər üçün ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması tələb edir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı 1982-ci ildən 2019-cu ilədək Daxili İşlər orqanlarında xidmət etmiş, iddiaçının tələbində qeyd etdiyi illərdə 2009-2018-ci illərdə Füzuli rayonundan olan məcburi köçkünlər arasında iş aparılması, profilaktika tədbirlərinin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsində yerli orqanlara əməli köməklik göstərilməsi məqsədilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müvəqqəti ezam edilmişdir. İşin mübahisələndirilən halı iddiaçının 2008-2019-cu illərdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müvəqqəti ezam olunduğu dövrlər üzrə ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ona ödənilməli olub-olmaması ilə bağlıdır. Məhkəmə tərəfindən araşdırılmalı hal İddiaçı 2009-2018-ci illərdə Füzuli rayonundan olan məcburi köçkünlər arasında iş aparılması, profilaktika tədbirlərinin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsində yerli orqanlara əməli köməklik göstərilməsi məqsədilə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müvəqqəti ezam edilməsi ilə bağlı ona ezamiyyət və gəzinti xərclərinin verilməli olub-olmamasıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2008-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərinin təşkili Qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar DİN-in mərkəzi aparatında, orqan, hissə, müəssisə və təşkilatlarında, Daxili Qoşunlarında ezamiyyətlərin planlaşdırılması, təşkili və ezamiyyə xərclərinin ödənilməsi şərtlərini müəyyən edir. 4.1-ci bəndinə əsasən işçinin ezamiyyət müddəti, bu Qaydaların 4.3-cü bəndi ilə nəzərdə tutulan ezamiyyətlər istisna olmaqla, yolda oduğu müddət hesaba alınmamaqla 40 gündən çox olmamalıdır. 4.2-ci bəndinə əsasən DİN-in mərkəzi aparatına ezam olunmuş əməkdaşın orada qalma müddəti yolda olduğu müddət hesaba alınmamaqla 5 gündən çox olmamalıdır. Bu müddət istisna hallarda əməkdaşın ezam olunduğu orqanın rəisi tərəfindən 5 gündən çox olmayaraq uzadıla bilər. 4.3-cü bəndinə əsasən ezamiyyətə aşağıdakı hallarda 40 gündən yuxarı, lakin 1 ildən çox olmayaraq icazə verilir: 4.3.1. Ağır cinayət işlərinin açılması, təhqiqi və istintaqı üzrə əməliyyat işçiləri və müstəntiqlər ezam edildikdə; 4.3.2. Axtarışda olan şəxslərin axtarışı və tutulub saxlanılması üzrə xidməti yoxlama aparıldıqda və tədbirlər həyata keçirildikdə; 4.3.3. Həbsdə saxlanılan şəxslər müşayiət edildikdə; 4.3.4. Hərbi və xüsusi yüklü nəqliyyat vasitələrinin mühafizəsi və müşayiəti zamanı; 4.3.5. Dinləyicilər və müdavimlər praktikaya və stajkeçməyə göndərildikdə, yaxud onlar tərəfindən diplom layihələri hazırlandıqda. 4.3.6. DİN-in təhsil müəssisələrinin professor-müəllim heyəti polis orqanlarına və digər nazirlik və idarələrin təşkilatlarına stajkeçmə və praktikaya, eləcə də dövlətlərarası müqavilə və sazişlərə əsasən digər dövlətlərə ezam edildikdə; 4.3.7. Müddətli hərbi xidmətə gələn gənc çağırışçıların hazırlıq məqsədi ilə təlim məntəqələrinə ezamiyyətlər zamanı; 4.3.8. İxtisasartırma kurslarına göndərildikdə; 4.3.9. Xüsusilə təhlükəli olan infeksiya ilə mübarizə üçün səfərlər zamanı. 4.4.-cü bəndinə əsasən bu Qaydaların 4.3.1-4.3.9-cu yarımbəndləri ilə nəzərdə tutulan ezamiyyətlərin konkret müddəti DİN-in rəhbərliyi tərəfindən müəyyən edilir. 6.2-ci bəndinə əsasən ezamiyyətdə olmanın hər günü üçün qanunvericiliklə müəyyən edilmiş «Ezamiyyə xərclərinin 1 günlük norması» ilə ezamiyyə xərci verilir. Ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq) təqdim edilən sənədlər əsasında ödənilir. Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildikdə, bileti satmış təşkilatın satılan biletin kötüyünə əsasən verdiyi arayış ezam olunan şəxs tərəfindən iş yerinə təqdim oluna bilər. Bu da təqdim olunmayan hallarda, gediş-gəliş üzrə nəqliyyat xərcləri dəmir yolu, avtomobil və su nəqliyyatının ən aşağı tarifləri miqdarında ödənilir. Beləliklə müəyyən edilir ki, daxili işlər orqanının əməkdaşlarının ezamiyyəti ilə bağlı məsələləri tənzimləyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07.05.2008-ci il tarixli 244 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərinin təşkili Qaydaları”nda ezamiyyətin müddətləri, hansı hallarda Qaydalarla müəyyən edilmiş müddətdən artıq müddətə ezam olunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Həmin Qaydalardan göründüyü kimi, işçinin ezamiyyə müddəti 40 gündən çox olmamalıdır. Yalnız bəzi hallarda ezam müddəti 40 gündən yuxarı, 1 ildən çox olmayaraq müəyyənləşdirilə bilər. Həmin hallar Qaydalarda sadalanmışdır. İddiaçıya dair əmrlərdən görünür ki, iddiaçı məcburi köçkünlərlə iş aparılması məqsədilə (6 aylıq, 1 illik) müvəqqəti ezam edilmişdir. Lakin məcburi köçkünlərlə iş aparılmasına görə ezamiyyət halları Qaydalarda nəzərdə tutulmamışdır. İddiaçının 1997-ci ildən 2006-cı ilədək Bakı şəhərində ezamiyyətdə olduğu müddətdə ona ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ödənilməsi dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, “Daxili işlər orqanlarında xidməti ezamiyyətlərinin təşkili Qaydaları” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 244 nömrəli əmri ilə 07.05.2008-ci il tarixdə təsdiq edilmişdir. Həmin dövrdən sonra ezamiyyətlə bağlı məsələlər məhz bu Qaydalarla tənzimlənir. Beləliklə, Məhkəmə yuxarıda sadalanan, həmçinin iddiaçının Füzuli rayonundan olan məcburi köçkünlər arasında iş aparılması, profilaktika tədbirlərinin daha da gücləndirilməsi və törədilən hüquq pozuntularına dair məsələlərin operativ qaydada həll edilməsində yerli orqanlara əməli köməklik göstərilməsi məqsədilə 2008-2019-cu illərdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müvəqqəti ezam edilməsi dövründə qüvvədə olan normalara istinad edərək hesab edir ki, iddia tələbi əsassızdır, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “2008-2019cu illər üçün ezamiyyət və gəzinti xərclərinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1150/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1150/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver