Məhkəmə qərarları › İş №2-1(112)-11501/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11501/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11501/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın verilməsi üçün siyahının göndərilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış N/N-1N1N9 nömrəli, xx.xx.N0N3-cü il tarixli imtina məktubunda bildirmişdir ki, barəsində təqdim olunmuş arayış-məlumata əsasən iddiaçının ezam olunduğu N nömrəli hərbi hissənin Yevlax rayonu ərazisində olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyətinin təsdiq olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərininin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, N0N0-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Xidmət etdiyi hərbi hissə N saylı hərbi hissə olub. xx.xx.N0N0-ci il tarixində müharibə başladığı vaxt iddiaçı N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Daha sonra o, Tər-tər rayonu Suqovşan istiqamətinə göndərilmiş və orada xidmət etmişdir. İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adları və vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.N0N4-cü il tarixli 3-N5-N/N-P-101xx-xx/N0N0 nömrəli məktubuna əsasən iddiaçının ezam olunduğu N nömrəli hərbi hissənin Yevlax rayonu ərazisində olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli Qərarının 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyəti təsdiq olunmadığına görə komissiya tərifindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N006-cı il N5 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 6N.3-cü maddəsi) İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki: -N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli, N69 nömrəli əmrindən çıxarış ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı xidməti zərurətlə əlaqəda olaraq 30 (otuz) gün müddətinə ezamiyyətə gəlmiş və hərbi hissənin qazan təminatına qoyulmuş hesab edilmişdir. -N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, N97 nömrəli əmrdən çıxarış ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin qazan təminatından çıxarılaraq getmiş hesab edilmişdir. -N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, N99 nömrəli əmrdən çıxarış ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə N9 (iyirmi doqquz) gün müddətinə ezamiyyətə gəlmiş və hərbi hissənin qazan təminatına qoyulmuş hesab edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli, 31N nömrəli əmrdən çıxarış ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı ezamiyyət müddəti başa çatmadan hərbi hissənin qazan təminatından çıxarılaraq getmiş hesab edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən verilmiş 1N sentyabr N0N4-cü il tarixli, 3-N5-4/N-57N4/N0N4 nömrəli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Ordusunun “’’Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam tərkibdə, N nömrəli hərbi hissənin texniki reqlament işləri bölüyü döyüş əməliyyatlarında iştirak etmişdir. -N nömrəli hərbi hissə tərəfindən verilmiş N sentyabr N0N4-cü il tarixli, 100 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı 19 sentyabr N0N0-ci il tarixdən N noyabr N0N0-ci il tarixədək (əmr № N69, xx.xx.N0N0-ci il, əmr № N97, xx.xx.N0N0-ci il, əmr № N99, xx.xx.N0N0-ci il, əmr № 31N, xx.xx.N0N0-ci il) N nömrəli hərbi hissəyə ezam olunmuş və N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazisində Maddi-Texniki Təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanından sıradan çıxmış, zədələnmiş raket artilleriya silahlarında təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. İddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli, N16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. N. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməli, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli; N. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının xx.xx.N0N0-xx.xx.N0N0-ci il və xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə N nömrəli hərbi hissənin əsgəri kimi döyüş əməliyyatlarında iştirak etməsi onun hərbi biletindəki qeydlərlə, həmin qeydlər isə hərbi hissənin əmrləri və arayışı ilə öz təsdiqini tapır. Belə olan halda müəyyən olunur ki, iddiaçı ona müharibə veteranı adı verilməsi üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmişdir. Cavabdehin imtinasında görünür ki, o, iddiaçının ezam olunduğu N nömrəli hərbi hissənin Yevlax rayonu ərazisində olmasına istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş, 19 sentyabr N0N0-ci il tarixdən N noyabr N0N0-ci il tarixədək o, N nömrəli hərbi hissəyə ezam olunmuş və N nömrəli hərbi hissənin təmir və təxliyyə qrupları ilə birlikdə döyüş əməliyyatları zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ərazisində Maddi-Texniki Təminat üzrə tapşırıqları yerinə yetirməklə döyüş meydanından sıradan çıxmış, zədələnmiş raket artilleriya silahlarında təmir işlərinin yerinə yetirilməsində iştirak etmişdir. Göründüyü kimi cavabdehin rəsmi mövqeyinə görə müzakirəyə səbəb olan hərbi hissə müvafiq döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. Həmçinin, həmin hərbi hissə mübhisələndirilən dövrdə iddiaçının da döyüş əməliyyatlarında iştirak etdiyini təsdiqləmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.1, 5N, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin olunsun. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar