Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11503/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə, Cavabdeh2nə, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh4 ASC-yə qarşı “cavabdehlərin üzərinə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında yerləşən X5 tərəfindən zəbt olunaraq orada tikilmiş qanunsuz tikililərin sökülərək hazırkı nəticələrin aradan qaldırılması öhdəliyinin qoyulması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X11 Xidməti və Cavabdeh4 ASC üzərinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında yerləşən X5 tərəfindən zəbt olunaraq orada tikilmiş qanunsuz tikililərin sökülərək hazırkı nəticələrin aradan qaldırılması öhdəliklərinin üzərlərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsi onun mülkiyyətindədir. Ona məxsus torpaq sahəsinin qarşısında yerləşən dövlət mülkiyyətində olan, ümumi istifadə üçün nəzərdə tutulmuş, yolun və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonası olan və onun torpaq sahəsinə yeganə giriş-çıxışı olan torpaq sahəsi X6 tərəfindən zəbt edilmişdir. Zəbt olunan torpaq sahəsi ümumi istifadədə olan yoldur və buranın zəbt olunması nəticəsində fövqəladə halın yaranmasına və eləcə də fövqəladə hal yaranacağı halda bununla mübarizənin qarşısını alır. Belə ki, torpaq sahəsi 110 kv-lıq yüksək gərginlikli elektrik xəttinin 37 va 38-ci işıq dirəklərinin mühafizə zonasına düşür. Mühafizə zonasında qanunsuz yaşayış sahəsinin tikilməsi, həmin elektrik xətləri və eləcə də qanunsuz tikilidə yaşayacaq şəxslər, onların qonşuları üçün təhlükəlidir. Bundan başqa qeyd etmişdir ki, zəbt olunan torpaq sahəsi ümumi istifadədə olan yolun darlaşmasına səbəb olmaqla fövqəladə vəziyyətlə (yanğın, elektrik xəttinin qırılması, onun təməri və.s) mübarizənin qarşısını almağı qeyri-mümkün edəcəkdir. Belə ki, Gülümov Rafik və İskəndərov Rafiq tərəfindən ümumi istifadədə olan yol sahəsi o qədər zəbt olunmuşdur ki, həmin ərazidən yanğınsöndürmə avtomobillərinin keçməsi mümkün deyildir. Eyni zamanda hamin ərazi ümumi istifadə üçün nəzərdə tutulan ərazi olmaqla ona məxsus torpaq sahəsinə girə bilmək üçün yeganə sahədir. Cavabdehlər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəf məhkəmə baxışı iclasına gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində üç fərqli inzibati orqan və bir hüquqi şəxs cavabdeh qismində göstərilmişdir. Lakin inzibati məhkəmə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı eyni tələb üzrə iddia qaldırılması yolverilməzdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş məhkəmə aktlarının surətlərinə əsasən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər X5 və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və Bakı şəhəri Cavabdeh2) qanunsuz tikilinin sökülməsi və torpaq sahəsində qanunsuz tikinti aparılmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(102)-574/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarı mövcuddur. Bunulardan əlavə olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iddia üzrə subyektiv hüquqa malik olub-olmaması məsələsinin də araşdırılması zərurəti yaranmışdır. Belə ki, o, mübahisəli torpaq sahəsinə münasibətdə hər hansı hüquqmüəyyənedici və ya hüquqlarını təsdiq edən sənədə malik deyildir. Tələbini isə ona məxsus torpaq sahəsinin qarşısında yerləşən, dövlət mülkiyyətində, ümumi istifadə üçün nəzərdə tutulmuş yolun və yüksək gərginlikli elektrin xəttinin mühafizə zonasında olduğunu iddia etdiyi, onun torpaq sahəsinə yeganə giriş-çıxışı olan torpaq sahəsinin R.Gülümov tərəfindən zəbt edilməsi ilə əsaslandırmaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(102)-574/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarının 33-34-cü bəndinə əsasən müəyyən edilmişdir ki, kassasiya instansiyasının mövqeyinə görə “iddiaçıya məxsus torpaq sahəsinin ilkin vəziyyətində giriş-çıxışının sonradan satdığı hissədən olması, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun məhz cavabdehin zəbt etdiyi iddia olunan sahədən olmasının müəyyən edilməməsi barədə faktlar kassasiya şikayətində təkzib edilməmiş, bununla bağlı şikayətdə tutarlı heç bir dəlil göstərilməmiş, bu kontekstdə, iddiaçı qanunla müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlakına sərbəst surətdə sahibi olub, ondan istifadə edərək, əmlakın bir hissəsinə dair sərəncam verməklə, ona mənsub əmlak barəsində öz mülhizəsi ilə hərəkətlər etmiş, bununla mülkiyyətində olan torpaq sahəsindən ümumi yola çıxışı könüllü olaraq bağlamışdır ki, onun əvvəllər yola çıxışı kimi nəzərdə tutulmayan ərazidən keçidi təmin etmənin hüquqi imkanlarını mübahisələndirmədən həmin torpaq sahələri hazırda sahibliyində olan və iddiaçının mülkiyyətinə qəsd törətməyən (müdaxilə etməyən) şəxslərin inşa etdiyi tikililərin söküməsi tələbini irəli sürməsi prosessual səmərəlilik baxımından da uğurlu olmamışdır”. Odur ki, onun kassasiya şikayəti təmin edilməmiş, yekun nəticədə iddiası təmin olunmamışdır. Sözügedən hal isə onun hazırkı iddia tələbi ilə inzibati qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etməkdədir. İddiaçı ona göndərilmiş xx.xx.2024-cü il tarixli hüquqi yardım məktublarına heç bir münasibət bildirməmişdir. İddiaçının vəkili məlumat xarakterli məktubla məhkəmənin yardımına cavab vermiş, məhkəmənin işin faktiki hallarını araşdırmalı və işin hansı cavabdehə qarşı yönəlməli olduğunu müəyyən etməli olduğunu bildirmiş, iddianın mümkün sayılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı cavabdehlər X4 və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və Bakı Şəhəri Cavabdeh2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus 55 nömrəli bağ sahəsinin qarşısında tikilən qanunsuz tikililərin (hasar və ev) sökülməsi və həmin ərazidə cavabdehlər və digər şəxslər tərəfindən tikinti işlərinin aparılmasının və torpağın zəbt olunmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-115/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 55 nömrəli bağ sahəsinin qarşısında cavabdehlər tərəfindən tikilən tikililərin (hasar və ev) cavabdehlərin vəsaiti hesabına sökülməsi, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 55 nömrəli bağ sahəsinin giriş-çıxış yolunun qarşısında tikinti işlərinin aparılması və torpağın zəbt olunmasının cavabdehlər və digər şəxslərə qadağan edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-5732/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5732/2022 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə iddiaçının adına qeydə alınmış Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Çöl Şüvəlan 55 nömrəli bağ sahəsi ünvanda yerləşən 0,1156 ha bağ torpaq sahəsinə giriş-çıxışın sahənin eni 21,21 m olan şimal-qərb hissəsindən (mübahisəli torpaq sahəsinə əks tərəfdə) nəzərdə tutulması, iddiaçının həmin torpaq sahəsində yaşayış evi inşa etmək üçün hazırlatdığı eskiz layihəsinin X1 də bağ sahəsinə giriş-çıxışın eyni yerdə göstərilməsi, iddiaçıya məxsus torpaq sahəsinin ilkin vəziyyətdə giriş-çıxışının sonradan satdığı hissədən olması, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunun məhz cavabdehin zəbt etdiyi iddia olunan sahədən olmasının müəyyən edilməməsi barədə faktlar kassasiya şikayətində təkzib edilməmiş, bununla bağlı şikayətdə tutarlı heç bir dəlil göstərilməmişdir. Bu kontekstdə, iddiaçı qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlakına sərbəst surətdə sahib olub, ondan istifadə edərək, əmlakın bir hissəsinə dair sərəncam verməklə, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkətlər etmiş, bununla mülkiyyətində olan torpaq sahəsindən ümumi yola çıxışını könüllü bağlamışdır ki, onun əvvəllər yola çıxışı kimi nəzərdə tutulmayan ərazidən keçidi təmin etmənin hüquqi imkanlarını mübahisələndirmədən həmin torpaq sahələri hazırda sahibliyində olan və iddiaçının mülkiyyətinə qəsd törətməyən (müdaxilə etməyən) şəxslərin inşa etdiyi tikililərin sökülməsi tələbini irəli sürməsi prosessual səmərəlilik baxımından da uğurlu olmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Mülki Prosessual Məsəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 419.1-ci maddəsinə əsasən kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir. 419.4-cü maddəsinə görə qərar qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Qeyd olunanlarla yanaşı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olma məsələsi də iş üzrə araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə 4 müxtəlif cavabdehə qarşı iddia qaldırmışdır. İddiaçı professional hüquqi yardım almaqdadır, vəkillə təmsil olunur, bununla yanaşı məhkəmə tərəfindən yazılı şəkildə ona hüquqi yardım məktubu ünvanlanmışdır. Cavabdehin müəyyənləşdirilməsi məhkəmənin vəzifəsi deyildir, məhkəmənin yardımetmə vəzifəsi bu baxımdan yalnız formal xarakter daşıyan xətaların aradan qaldırılmasında və cavabdeh baxımından yol verilmiş aşkar səhvlərin aydınlaşdırılmasında ifadə olunur. İddiaçının irəli sürdüyü tələbə mülki məhkəmə icraatı qaydasında daha öncə baxılmış və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmçinin işin hallarından da görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud deyildir, belə ki, o tikililərin sökülməsini tələb etdiyi torpaq sahəsinə münasibətdə hər hansı hüquqmüəyyənedici sənədə malik deyildir. İddiaçı məhkəmənin yardım məktubunu almasına baxmayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin müvafiq göstərişlərinə əməl etməmiş, faktiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mülmükünlük şərtlərinə əməl edilməklə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə, Cavabdeh2nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh4 ASC-yə qarşı “cavabdehlərin üzərinə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 55 saylı bağ sahəsinin qarşısında yerləşən X5 tərəfindən zəbt olunaraq orada tikilmiş qanunsuz tikililərin sökülərək hazırkı nəticələrin aradan qaldırılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2-1(112)-11503/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11503/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver