Məhkəmə qərarları › İş №2-1(112)-11505/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11505/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11505/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İNDUSTRİA DE DİSENO TEXTİL, S.A”-nın cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İNDUSTRİA DE DİSENO TEXTİL, S.A” cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № AP2024-21, 10 may 2024-cü il tairxli qərarının ləğvi və X2 “X3” Şirkətinin adına “ZARİNA” əmtəə nişanının 3,9,14,16,18,25 və 35-ci sinif əmtəə və xidmətlər üzrə xx.xx.2022-ci il tarixli ******* saylı (AZ təyinat tarixi xx.xx.2022) beynəlxalq qeydiyyatının etibarsız sayılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsaslanaraq, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və eyni məhkəməyə aid olduğunu nəzərə alaraq 01 may 2024-cü il tarixli 2-1(112)-9016/2024 nömrəli iş üzrə “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A72/23 nömrəli, 12 yanvar 20224-cü il tarixli qərarının ləğv edilməsi və X4 “X3” Şirkətinin adına “Zarina” – Zarina+şəkil” əmtəə nişanının 3, 9, 14, 16, 25 və 35-ci sinif əmtəə və xidmətləri üzrə 2022 1460 nömrəli (ilkinlik xx.xx.2021, ərizə № 2021 02877) qeydiyyatının etibarsız sayılması, Əqli Mülkiyyət Agentliyinin Patent və X1 Mərkəzinin “Zarina” – Zarina+şəkil” əmtəə nişanının xx.xx.2021 ərizə № 2022 02702 ərizə üzrə qərarının ləğv edilməsi” barədə iddia tələbləri ilə 16 iyul 2024-cü il tarixli 2-1(112)-11505/2024 nömrəli iş üzrə “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının № AP2024- 21, 10 may 2024-cü il tairxli qərarının ləğvi və X2 “X3” Şirkətinin adına “ZARİNA” əmtəə nişanının 3,9,14,16,18,25 və 35-ci sinif əmtəə və xidmətlər üzrə xx.xx.2022-ci il tarixli ******* saylı (AZ təyinat tarixi xx.xx.2022) beynəlxalq qeydiyyatının etibarsız sayılması” barədə iddia tələblərinin birləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəsatətə uyğun izahat verərək vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər arasında və bir-biri ilə əlaqəli eyni mübahisə (predmet) üzrə 2 ayrı iş (2-1(112)-9016/2024 saylı və 2-1(112)-11505/2024 saylı) vardır və həmin işlər bir-birilə bağlıdır. Bu səbəbdən də, həmin işlər bir icraatda birləşməli, ilkin olaraq hakim məhkəmənin icraatında olan 2-1(112)-9016/2024 saylı iş məhkəmənin icraatına daxil olduğundan Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11505/2024 saylı iş, həmin işə 2-1(112)-9016/2024 sayı altında bir icraatda birləşdirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli qərarına əsasən: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 37-ci maddəsinə əsasən birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-9016/2024 saylı və 2-1(112)- 11505/2024 saylı inzibati işlər 2-1(112)-9016/2024 sayı altında bir icraatda birləşdirilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar