Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11508/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1991-ci ildə doğulmuşdur. İddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 13837 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Sol diz oynağı nahiyəsinin oynaq boşluğuna nüfuz etməyən kor güllə yaralanmasına (xx.xx.2020), bud sümüyünün kənarı deşilmiş sınığına, ön çarpaz bağın qopmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (xx.xx.2020) güllənin xaric edilməsi, diz oynağının gips longeti ilə immobilizasiyasından (xx.xx.2020) ön çarpaz bağın artroskopik təmiri (xx.xx.2021) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, budun yumşaq toxumalarının hipotrofiyası, sol diz oynağının miogen kontrakturası. Partlayış travması (xx.xx.2020): sağ və sol əngdə kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi müəyyənləşdirilmişdir. “Vertebrogen mənşəli lumbalgiya, natamam remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi sağda M 2,0D və Em nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, solda M 1,5D və Em nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı göndəriş əsasında xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə ümumi səbəbdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: - Üzvi mənşəli şəxsiyyət pozğunluğu, X7 xəstəliyi (barotravma mənşəli) şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9,F48-F48.9). İddiaçı göndəriş əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı Bakı 2 nömrəli X2 B00263351QNJ nömrəli, xx.xx.2025-ci il tarixli göndəriş əsasında xx.xx.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının əsas diaqnozu – “Əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə. XBT 10 kodu F07.0” Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Baş beyin silkələnməsi, Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar, Yanaşı xəstəliklər H52.1 Miopiya, Miopiya. Hər iki gözün sadə miopik astiqmatizmi, Yanaşı xəstəliklər S71.1 Budun açıq yarası, Budun açıq yarası qeyd edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində qəbul etdiyi “diaqnoz əlillik təyin etməməsi barədə” xx/xx/2025-ci il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2025-ci il tarixli göndəriş əsasında əyani müayinə olunduğu tarixdən – xx.xx.2025-ci ildən orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə könüllü şəkildə hərbi xidmətə çağırılmışdır. Uzun müddət hərbi xidmətdə olmuş, bəzi şikayətləri səbəbilə müxtəlif kliniki psixiatriya xəstəxanalarında həkim müalicəsindən keçmiş və diaqnoz qoyulmuşdur. O cümlədən, xx.xx.2020-ci ildə başlayıb, 44 gün davam edən "Vətən” müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və müxtəlif çaplı xəsarətlər almışdır. Bununla bağlı müəyyən kliniki psixiatriya xəstəxanalarında həkim müalicəsində olmuş və müəyyən diaqnozlar qoyulmuşdur. Nəticədə həkimin qərarına əsasən aldığı xəsarət hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanununda hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı müəyyən məsələlər əks olunmuşdur. Xüsusilə müharibə zamanı xəsarət alan hərbçilər üçün xüsusi sosial təminat tədbirləri və pensiya hüquqları mövcuddur. O cümlədən, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, Pensiya təminatı hüququ olan hərbi sonra bu Qanuna müvafiq surətdə qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan təyin edilir və ödənilir. Hərbi qulluqçulara əlilliyə görə pensiyalar, onların ailələrinə isə ailə başçısını itirməyə görə pensiyalar xidmət müddətindən asılı olmayaraq təyin edilir. O da bu hüququndan istifadə etməklə, aidiyyəti dövlət qurumlarına müraciət edərək sənədlərini təqdim etmiş, ancaq bir müddət sonra hərbi pensiyası kəsilmiş və hüquqları ciddi şəkildə pozulmuşdur. Səbəbini soruşduqda isə ona deyiblər ki, “Sizin artıq xəstəliyiniz yoxdur, çünki sizə verilən dərmanların adını bilmirsiniz”. Ancaq xəstəliyi səbəbilə dərmanlarını həyat yoldaşı alır və ona köməklik göstərir. Aydın göründüyü kimi göstərdikləri səbəb heç qənaətbəxş və tutarlı cavab deyil. Bu hadisədən sonra dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, şikayətinə baxılmayıb.. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 13837 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Sol diz oynağı nahiyəsinin oynaq boşluğuna nüfuz etməyən kor güllə yaralanmasına (xx.xx.2020), bud sümüyünün kənarı deşilmiş sınığına, ön çarpaz bağın qopmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (xx.xx.2020) güllənin xaric edilməsi, diz oynağının gips longeti ilə immobilizasiyasından (xx.xx.2020) ön çarpaz bağın artroskopik təmiri (xx.xx.2021) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, budun yumşaq toxumalarının hipotrofiyası, sol diz oynağının miogen kontrakturası. Partlayış travması (xx.xx.2020): sağ və sol əngdə kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Vertebrogen mənşəli lumbalgiya, natamam remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi sağda M 2,0D və Em nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, solda M 1,5D və Em nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4298/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 18621/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma) şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, konflikt yaratmasından şikayətlənmişdir. Müayinə zamanı geyimi normal, saçısaqqalı səliqəli, sol ayağına fiksator taxmışdır. Anamnestik məlumatlarında psixiatrik xəstəxanalara müraciət səbəbini əsəbi olması kimi izah etmiş, hər şeyə əsəbləşdiyini, özünü idarə edə bilmdədiyini, hər yerdə-hər kəslə dalaşdığını bildirmiş, qıcolma tutması zamanı ətrafa hücüm etdiyini, vurub dağıtdığını söyləmişdir. Halhazırda iş axtardığını, öncəki işdən iş yoldaşları ilə yola gedə bilmədiyi üçün çıxdığını qeyd etmişdir. Sağ saidin yan iç səthində 1 (bir) ədəd tikişli çapıq izlənmiş, sol aşağı ətrafda dizlik ortez qeyd edilmişdir. Psixi statusu: zahirən səliqəli, düşüncəsi aydın, bələdliyi qorunmuş, qəbul etdiyi dərmanların adlarını bilməmiş, həyat yoldaşının köməyi ilə qəbul etdiyini bildirmişdir. Əsas şikayət əsəbilik, ətrafla yola gedə bilməməsindən ibarət olmuş, müayinə gedişatında əlinə ip alaraq onunla oynamağa başlamışdır (simulyativ). Ümumi vəziyyəti stabil, psixiatrik xəstəlik əlamətləri qabarıq qeyd edilməmişdir. Ailəli, beş övladı olduğunu demişdir. Yaşlarını dəqiq bilməyərək ən böyüyün 17, ən kiçiyin 5 yaşında olmasını vurğulamışdır. Hərbi qulluğu 12 (on iki) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət pozuntusu. Nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı İİ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edərkən xx.xx.2020-ci il tarixdə qapalı kəllə beyin travması almış və Müdafizə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərarda “Hərbi Travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alnmışdır” kimi qeyd edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə ümumi səbəbdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: - Üzvi mənşəli şəxsiyyət pozğunluğu, X7 xəstəliyi (barotravma mənşəli) şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9,F48-F48.9). İddiaçının əlillik müddətində əyani müatinəyə cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin bu qərarının mübahisələndirməmişdir. Sonuncu dəfə Bakı 2 nömrəli X2 B00263351QNJ nömrəli, xx.xx.2025-ci il tarixli göndəriş əsasında xx.xx.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının əsas diaqnozu – “Əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə. XBT 10 kodu F07.0” Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Baş beyin silkələnməsi, Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar, Yanaşı xəstəliklər H52.1 Miopiya, Miopiya. Hər iki gözün sadə miopik astiqmatizmi, Yanaşı xəstəliklər S71.1 Budun açıq yarası, Budun açıq yarası qeyd edilmişdir. Hazırda iddiaçının hüquqi marağı xx.xx.2025-ci il tarixli göndəriş əsasında ona, Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıda olan diqanoz əlillik əlaməti təyin etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Bakı 2 nömrəli X2 B00263351QNJ nömrəli, xx.xx.2025-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə. XBT 10 kodu F07.0” Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Baş beyin silkələnməsi, Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar, Yanaşı xəstəliklər H52.1 Miopiya, Miopiya. Hər iki gözün sadə miopik astiqmatizmi, Yanaşı xəstəliklər S71.1 Budun açıq yarası, Budun açıq yarası diaqnozları qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı əlilik təyinatı iddiaçının ilkin əlilliyi deyildir. İddiaçı İİ Qarabağ müharibəsi zamanı döyüşdə iştirak edərkən xx.xx.2020-ci ildə travma almış və həmin tarixdən onda müxtəlif xəstəliklər yaranmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1908/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Bundan başqa, cavabdehin xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 13837 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Sol diz oynağı nahiyəsinin oynaq boşluğuna nüfuz etməyən kor güllə yaralanmasına (xx.xx.2020), bud sümüyünün kənarı deşilmiş sınığına, ön çarpaz bağın qopmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (xx.xx.2020) güllənin xaric edilməsi, diz oynağının gips longeti ilə immobilizasiyasından (xx.xx.2020) ön çarpaz bağın artroskopik təmiri (xx.xx.2021) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, budun yumşaq toxumalarının hipotrofiyası, sol diz oynağının miogen kontrakturası. Partlayış travması (xx.xx.2020): sağ və sol əngdə kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Vertebrogen mənşəli lumbalgiya, natamam remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi sağda M 2,0D və Em nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, solda M 1,5D və Em nəticəsində görmə itiliyinin 0,5ə qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4298/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 18621/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “ Üzvi (barotravma) şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, konflikt yaratmasından şikayətlənmişdir. Müayinə zamanı geyimi normal, saçı-saqqalı səliqəli, sol ayağına fiksator taxmışdır. Anamnestik məlumatlarında psixiatrik xəstəxanalara müraciət səbəbini əsəbi olması kimi izah etmiş, hər şeyə əsəbləşdiyini, özünü idarə edə bilmdədiyini, hər yerdə-hər kəslə dalaşdığını bildirmiş, qıcolma tutması zamanı ətrafa hücüm etdiyini, vurub dağıtdığını söyləmişdir. Halhazırda iş axtardığını, öncəki işdən iş yoldaşları ilə yola gedə bilmədiyi üçün çıxdığını qeyd etmişdir. Sağ saidin yan iç səthində 1 (bir) ədəd tikişli çapıq izlənmiş, sol aşağı ətrafda dizlik ortez qeyd edilmişdir. Psixi statusu: zahirən səliqəli, düşüncəsi aydın, bələdliyi qorunmuş, qəbul etdiyi dərmanların adlarını bilməmiş, həyat yoldaşının köməyi ilə qəbul etdiyini bildirmişdir. Əsas şikayət əsəbilik, ətrafla yola gedə bilməməsindən ibarət olmuş, müayinə gedişatında əlinə ip alaraq onunla oynamağa başlamışdır (simulyativ). Ümumi vəziyyəti stabil, psixiatrik xəstəlik əlamətləri qabarıq qeyd edilməmişdir. Ailəli, beş övladı olduğunu demişdir. Yaşlarını dəqiq bilməyərək ən böyüyün 17, ən kiçiyin 5 yaşında olmasını vurğulamışdır. Hərbi qulluğu 12 (on iki) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət pozuntusu. Nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3697 №-li ekspert rəyində qeyd edilmişdir ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, X9 Depressiv Daxilolmalarla, X5 İlə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə- beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da Üzvi (barotravma) şəxsiyyət pozuntusu” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ.Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2025-ci il tarixli göndərişdə X6 qoyulmuş diaqnoz (Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə), davranış pozuntuları ilə hazırda iddiaçı müşahidə edilirmi? Cavab: xx.xx.2025-ci il tarixli göndərişdə X6 qoyulmuş diaqnoz (Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə), davranış pozuntuları ilə hazırda iddiaçı müşahidə edilir. 2-ci sual: Qeyd edilən diaqnoz öz təsdiqini tapdığı halda, həmin diaqnoz aşağıdakı hansı meyara uyğun gəlir? -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar: bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kenar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı): -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səhəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Cavab Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma İyyət pozuntusu, davraniş pozuntuları və depressiv daxilolmalarla, İntihar cəhdləri İlə” (F07.0) aşkar edilir. Sualın digər hissəsini məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları … üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Bakı 2 nömrəli X2 B00263351QNJ nömrəli, xx.xx.2025-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə. XBT 10 kodu F07.0” Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Baş beyin silkələnməsi, Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar, Yanaşı xəstəliklər H52.1 Miopiya, Miopiya. Hər iki gözün sadə miopik astiqmatizmi, Yanaşı xəstəliklər S71.1 Budun açıq yarası, Budun açıq yarası diaqnozları göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, iddiçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 921/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-522/2024 nömrəli 2-1(102)- 2378/2023 nömrəli qərarları; 2- 1(102)-2458/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)- 2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2- 1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2- 1(102)-2500/2023 nömrəli, 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli 2-1(102)-2636/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)-2950/2024 nömrəli 2-1(102)-3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir”.
Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əlirza Kərim oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixli, B00263351QNJ nömrəli göndəriş əsasında əyani müayinə olunduğu tarixdən – xx.xx.2025-ci ildən Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov