Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1151/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) cavabdehin nümayəndəsi X1 (Zəngilan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçı Əliaslanov Etibar Abugül oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliaslanov Etibar Abugül oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün və mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışın iddiaçının adına verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti ilə iddiaçı arasında xx.xx.2005-ci il tarixdə 36617 saylı müqavilə imzalanmışdır.Həmin müqaviləyə əsasən Bakı şəhəri Ləhiş ərazisindəki 5848 nömrəli bağ (0,12 ha) iddiaçının istifadəsinə verilmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2inz(82)- 2332/2012 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən sahəsi 0,12 hektar olan 5848 nömrəli bağ sahəsinə plan və cizginin veriməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.Həmin Qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1inz(103)-538/2013 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, qərardan verilmiş kassasiya şikayəti Azərbayan Respublikasının Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-2(102)-945/13 nömrəli qərarı ilə qismən təmin edilmiş, iddia mümkünsüz sayılmışdır. İddianın mümkünsüz sayılmasının əsası kimi həmin tələbə cavab verməli orqanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin olması göstərilmişdir. Bundan sonra iddiaçı Yasamal rayon məhkəməsinə müraciət edərək iddiaçı ilə bağlanmış müqavilədə qeyd edilən 5848 №li bağın 5748 nömrəli bağ kimi müəyyən edilməsi xahiş edilmişdir.İddia Yasamal rayon məhkəməsi tərəfindən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-208/2017 nömrəli qətnaməsi ilə verimiş apellyasiya şikayəti əsasında Yasamal rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, icarə müqaviləsində qeyd edilmiş 5848 nömrəli bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir.Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qüvvəyə minmişdir.Bundan sonra iddiaçı cavabdehə müraciət edərək qeyd edilən bağ üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, qeyd edilən bağ sahəsi başqa fiziki şəxsin icarəsindədir.İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir.Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi halları dəqiq göstərilmişdir. Bağ sahəsinin başqa bir fiziki şəxsin istifadəsində olması kimi əsasın imtina cavabının verilməsi üçün əsas olması qeyd edilən normada göstərilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən istifadə olunur.Bundan başqa bölgü sxeminə və elektron baza məlumatlarına istinadən 5748 saylı bağ digər fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınmışdır.Hal-hazırda həmin bağ sahəsində 2 mərtəbəli bağ evi inşa edilir və ikinci mərtəbəsində daş-hörgü işləri aparlır.Həmçinin sözügedən bağ sahəsinə 2015-ci ildə bələdiyyə sənədi ilə X2 müraciəti əsasında texniki baxış keçirilmişdir.Belə ki, sözügedən 5748 saylı bağ sahəsi vətəndaşlar arasında mübahisəlidir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi İ.Xanməmmədli iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Əliaslanov Etibar Abugül oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Ləhiş ərazisindəki 5848 nömrəli bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 5848 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, **********38 nömrəli məktubuna əsasən texniki baxış zamanı aydın olmuşdur ki, bağ sahəsinin yeri 5848 nömrəsinə deyil, 5748 nömrəsinə uyğun gəlir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2 inz(82)2332/2012 nömrəli qərarına əsasən iddiaçının cavabdehə qarşı iddiası təmin edilərək iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət 5848 saylı bağ sahəsinin plan və cizgisinin verilməsi vəzifəsi ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2013-cü il tarixli, 2- 1inz(103)-538/2013 nömrəli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2013-cü il tarixli, 2- 2(102)-945/13 nömrəli qərarına əsasən cavabdehin verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2013cü il tarixli, 2-1inz(103)-538/2013 saylı qərarı ləğv edilmiş, iddiaçının iddiası torpaq sahəsinə dair mərzçəkmə planının tərtib edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməli olduğu üçün mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1755/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən iddiaçı Əliaslanov Etibar Abugül oğlunun cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 ha olan 5848 saylı bağ sahəsinə dair plan və cizginin verilməsi vəsifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-1566/14 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-208/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Əliaslanov Etibar Abugül oğlu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36617 nömrəli müqaviləyə əsasən iddiaçının faktiki sahibliyində və istifadəsində olan bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 132 nömrəli, xx.xx.2006-cı il tarixli məktubuna əsasən iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli, 18/294 nömrəli və xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********09 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən bağ sahəsinə vətəndaş Nuriyeva Nadya Kamran qızının müraciəti əsasında baxış keçirilsə də dövlət qeydiyyatı aparılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli bildirişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5748 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir, imtinanın əsası kimi həmin bağ sahəsinin digər şəxsin istifadəsində olması göstərilmişdir. Eynı zamanda məhkəməyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 106 saylı BTK-nın 5848 saylı bağ sahəsinin Əzizova Lətafət Ayəddin qızının mülkiyyətində olması barədə), həmin bağ sahəsi ilə bağlı Nəsibov Şahin Nəsib oğlunun adına tərtib edilmiş torpaq sahəsinn planı və ölçüsü, həmin şəxsin adına qeyd edilən torpaq sahəsi barədə ******* nömrəli çıxarış, 11 saylı order, Rəhimova Xalidə Məşkür qızının adına verilmiş ******* nömrəli çıxarış (Bakı şəhəri,Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5850 saylı bağ sahəsinin qeyd edilən şəxsin mülkiyyətində olması barədə), Sabunçu rayonu Ləhiş bağ sahəsində 5850 sayı bağ evi ilə bağlı Cəfərov Sadıx Behbud oğlunun adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, həmin şəxsin adına qeyd edilən bağ sahəsinin üzərində mülkiyyət hüququ barədə ******* nömrəli çıxarış təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli sərəncamına əsasən Maştağa qəsəbəsi, Ləhiş bağ massivində sahə 5852-də 1200 kv metr torpaq sahəsinin vətəndaş Nadya Kamran qızı Nuriyevaya fərdi bağ evinin tikinisi üçün ayrılması məqsədəuyğun hesab edilmişdir, həmin şəxslə qeyd edilən bələdiyyə arasında xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmışdır, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2018-ci il tarixli, 5-92 nömrəli məktubuna əsasən Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli,444 nömrəli sərəncamı X3 daxil olmamışdır. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 5748 saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınmışdır, hal-hazırda həmin bağ sahəsində 2 mərtəbəli bağ evi inşa edilir.Qeyd edilən sahə qeydiyyatdan keçməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Əliaslanov Etibar Abugül oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir, müqavilədə bağın sahəsinin nömrəsi 5848 göstərilsə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, **********38 nömrəli məktubuna əsasən texniki baxış zamanı aydın olmuşdur ki, bağ sahəsinin yeri 5848 nömrəsinə deyil, 5748 nömrəsinə uyğun gəlir, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-208/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən də Əliaslanov Etibar Abugül oğlu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36617 nömrəli müqaviləyə əsasən iddiaçının faktiki sahibliyində və istifadəsində olan bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir.İddiaçı qeyd edilən torpaq sahəsinə aid mülkiyyət hüququnun daşınmaz əmlakın qeydə alınmasını cavabdehdən xahiş etsə də iddiaçının müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isəhəyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə ilkin olaraq qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1105/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və 2-1(82)-65/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadları ilə məhkəmə tərəfindən məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, hər iki ekspertiza qarşısında aşağıdakı eyni suallar qoyulmuşdur:1.Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 5748 saylı bağ sahəsinin hüquqi statusu, mülkiyyət növü və təyinatı müəyyən edilsin. 2.Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 5748 saylı bağ sahəsinin yerləşmə mövqeyi və koordinatları, digər şəxslər tərəfindən istifadə edilib edilmədiyi (istifadə olunduğu halda kim tərəfindən və hansı hüquqmüəyyənedici sənəd əsasında) müəyyən edilsin. Ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirıiyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Lakin iş üzrə ekspertiza rəyləri verilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 29822 nömrəli və xx.xx.2020-ci il tarixli, 22295 nömrəli məktubları ilə iş üzrə ekspertiza aparılmadan iş məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikasının İPM-nin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Məhkəmə iş üzrə sübutları məcmu şəkildə qiymətləndirdikdən sonra hesab etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi alınmadan işə materianllarda olan sübutlar əsasında hərtərəflli baxılaraq işin hallarına obyektiv qiymət verilməsi və qərar qəbul edilməsi mümkündür, odur ki, məhkəmə iş üzrə təyin edilmiş ekspertizalar üzrə ekspert rəyi alınmadan işə baxmışdır. İşin faktiki hallarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən icarəyə verilmiş və iddiaçıya icarəyə verilmiş bağ sahəsinin 5748 nömrəli olması məhkəmə aktı ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən həmin bağ sahəsi üzərində mülkiyyət hüququ başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Cavabdehin etirazında qeyd edilən bağ sahəsinin digər fiziki şəxs tərəfindən istifadə olunması, fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınması, həmin bağ sahəsində 2 mərtəbəli bağ evinin inşa edilməsi və ikinci mərtəbəsində daş-hörgü işlərinin aparlması, sözügedən bağ sahəsinə 2015-ci ildə bələdiyyə sənədi ilə X2 müraciəti əsasında texniki baxış keçirilməsi kimi əsaslar, iddiaçıya qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehin etirazda adını çəkdiyi vətəndaş Nadya Kamran qızı Nuriyevaya Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli sərəncamına əsasən Maştağa qəsəbəsi, Ləhiş bağ massivində sahə 5852-də 1200 kv metr torpaq sahəsi ayrılmışdır, iddiaçının isə üzərində hüquqlarını qeydə alınmasını tələb etdiyi bağ sahəsinin nömrəsi 5748-dir. Belə olan halda iddiaçının Bakı şəhəri, Sabunçu rayonu,Ləhiş bağ massivində yerləşən 5748 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və həmin bağ sahəsinə dair torpağın plan və ölçüsünün hazırlanaraq iddiaçıya verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək,3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün hazırlanaraq verilməsi və həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci,34-cü, 68ci,69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün iddiaçı Əliaslanov Etibar Abugül oğlunun adına hazırlanaraq verilməsi və həmin bağ sahəsi üzərində iddiaçı Əliaslanov Etibar Abugül oğlunun mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1151/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1151/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver