Məhkəmə qərarları › İş №2-1(112)-1151/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1151/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1151/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı ““Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinə qarşı ““Məcburi köçkün” statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinə qarşı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi və Qanuni nümayəndə adına verilmiş xx.xx.2002-ci il tarixli, AA seriyalı, 066179 nömrəli vəsiqənin dəyişdirilib yeninin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusuna malikdir və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində məskunlaşaraq, həmin ünvanda yaşayırlar. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügdən hüquqlarından yararlanmaq məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraicətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında məcburi kökünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu tədiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, inzibati orqanının imtinası əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının atası X2 adına verilmiş xx.xx.2002-ci il tarixli, AA seriyalı, 066179 nömrəli vəsiqədən görünür ki, 1993-cü ildə onun Füzuli rayonundan məcburi köçkün düşmə faktı təsdiqlənir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 313 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Qanuni nümayəndə məcburi köçkün statusuna mlaikdir. ünvan 2 ünvanında 1994cü ildən məskunlaşaraq, həmin ünvanda yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Təəssüflər olsun ki, cavabdeh iddia ərizəsində qeyd etdiyi bu halları araşdırmadan tez-tələsik qərar vermiş və haqsız olaraq imtina vermişdir. Məhz bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Sonradan iddiaçının qanuni nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.2007-ci il təvəllüdlü İddiaçı “Məcburi köçkün” statusu və onu təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının atasının “övladına məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçı Qanuni nümayəndə özünə məxsus məcburi köçkün vəsiqəsinin dəyişdirilib yenisinin verilməsi və övladı İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, Qanuni nümayəndə məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malikdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 1 h/hissə ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qanuni nümayəndə şəxsiyyət vəsiqəsindən görünür ki, o, Füzuli rayonunun Horadiz qəsəbəsində doğulmuşdur. İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusuna və onu təsdiq edən sənəd (vəsiqə) malikdir. ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası X5 məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malik deyildir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 1 h/hissə ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qanuni nümayəndə yaşayış yeri üzzrə qeydiyyat ünvanı ünvan 5zərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən Qanuni nümayəndə və övladı İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasında məcburi kökünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu tədiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Bildirirlər ki, Füzuli rayonu, Horadiz qəsəbəsi 1994-cü il tarixdə işğaldan azad olunmasına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqlərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin, 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində qazanılmış Zəfər nəticəsində ərazilərin işğaldan azad olunması nəticəsində, həmçinin Azərbaycan Respublikası prezidentinin çıxışı zamanı da, qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Göründüyü kimi, 1994-cü ildə Füzuli rayonu, Horadiz qəsəbəsi işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. Əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. Bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Beləliklə, Füzuli rayonu, Horadiz qəsəbəsi 1994-cü il tarixdə işğaldan azad olunduğundan, həmçinin İİ Qarabağ müharibəsindən sonra təmas xətti ləğv edildiyindən, eləcə də, Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 1 h/hissə olduğundan İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq bildirirlər ki, Qanuni nümayəndə və İddiaçı 1994-cü ildə Füzuli rayonu, Horadiz qəsəbəsi işğaldan azad olunduğundan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 1 h/hissə ünvanında qeydiyyatda olduqlarından və təmas xətti ləğv edildiyindən, onlar Füzuli rayonu, Horadiz qəsəbəsindən məcburi köçkün düşə bilməzdilər.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-36-3/2-N-51xx-xx/2024/4755 nömrəli məktubla imtina edilmişdir.

8. Cavabdeh tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AA seriyalı, 066179 nömrəli “Məcburi köçkün” vəsiqəsinə əsasən Qanuni nümayəndə Füzili rayonundan məcburi köçkündür.

9. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1981-ci il təvəllüdlü Qanuni nümayəndə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan omuş, ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

10. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 18083452 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1982-ci il təvəllüdlü X1 şəhərində anadan olmuş, ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

11. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü İddiaçı Bakı şəhərində anadan olmuş, ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

12. Füzuli rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 922277 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Qanuni nümayəndə, ana qrafasında X5 qeyd edilmişdir.

13. 32 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 314 nömrəli, xx.xx.2024-cü il tarixli Forma 2 arayışına əsasən Qanuni nümayəndə və onun ailə üzvləri ünvan 10 ünvanında qeydiyyatsız yaşayırlar.

14. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 3-36-3/2-N-xx-xx/2025/552 nömrəli məktubla bildirilmişdir ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin işğaldan azad olunmuş ərazilərdə, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. İşğaldan azad olunmuş ərazilərdə daimi pasport qeydiyyatında olan məcburi köçkün ailələrin məskunlaşdırılması başa çatdıqan sonra respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşların işğaldan azad olunmuş ərazilərdə yaşamasına imkan daxilində baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi yalnız məcburi köçkün statusuna malik olan şəxslərin işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılması prosesini həyata keçirir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsi və müraciəti təmin edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: ... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər; Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə

3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;

22. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

23. Kassasiya instansiyası məhkəməsinin hazırki işlə analoji fakta əsaslanan oxşar iş üzrə qəbul etdiyi, əvvəlki mövqeyə yenidən baxılaraq və dəyişiklik edilərək formalaşdırdığı yeni təcrübənin sərgiləndiyi qərarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2405/2024 nömrəli qərar) göstərilmişdir ki: “29. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir.

30. Tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən ləğv edilməsi qərara alınmışdır.

31. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşellı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar. Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, X4, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-cı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır, 2020-ci il tarixdə isə İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir.

32. Göründüyü kimi, oxşar işlər üzrə məhkəmədə mübahisəyə baxılarkən cavabdehin Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndində (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun ləğv edilməsi barədə qərarı mövcud olmamışdır. Lakin, hazırkı iş üzrə apelyasiya məhkəməsinin qərarından sonra cavabdeh iddiaçının və valideynlərinin qeydiyyatda olduğu Fizuli rayonu Mahmudlu 2 kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun ləğv olunması barədə 2024- cü il 1 may tarixli inzibati akt qəbul etmişdir.

33. Məhkəmə kollegiyası qeyd edilən inzibati aktı rəhbər tutaraq bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildiyi halda itirilir. Məcburi köçkün statusunun itirilməsi (ləğvi) cavabdehin səlahiyyətinə aid olduğundan və cavabdeh tərəfindən iddiaçının qeydiyyatda olduğu ərazidə olan şəxslərin məcburi köçkün statusu ləğv olunduğundan, iddiaçı da belə status əldə etmək imkanına malik olmamışdır.

34. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-3317/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, Qanuni nümayəndə ailə üzvləri - X3, İddiaçı və X13 ilə sıx məskunlaşma obyekti olan Nərimanov rayonu, AK.H. Əliyev - 82 (keçmiş Tramvay parkı) ünvanında yaşayıbdır. Həmin ərazidə müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin siyahıya alınma zamanı Qanuni nümayəndə adı da ailə üzvləri ilə birgə siyahısı aparılmışdır. Lakin araşdırma zamanı məlum olmuşdur ki, Qanuni nümayəndə ailə üzvləri ilə birgə erməni təcavüzü nəticəsində işğal olunmayan Füzuli rayonunun 2-ci Mahmudlu kənd sakinidir və o, ailə üzvləri ilə birgə həmin kənddə daimi (pasport) qeydiyyatındadır (iş v. 48).

35. Beləliklə, işin hazırkı vəziyyətində iddiaçının hüquqi vəziyyəti “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən edilmiş məcburi köçkün anlayışına uyğun gəlmədiyindən iddia tələbi əsaslı sayıla bilməz.”

24. Beləliklə, hazırkı iş üzrə mübahisə hüququn tətbiqi ilə bağlı məsələyə, yəni iddiaçının hüquqi vəziyyətinin “məcburi köçkün” anlayışına uyğun gəlib-gəlməməsi ilə əlaqədar məsələyə aiddir. Məhkəmə nəzərə alır ki, sözügedən məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır. Məhkəmə təcrübəsini müəyyən edən qərar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

30. Belə ki, hazırki işin hallarından göründüyü kimi, iddiaçının atası Füzuli rayonu, Horadiz şəhərindən məcburi köçkün olmuşdur və tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi hazırki iş üzrə də, qeyd edilən inzibati aktı rəhbər tutaraq bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildiyi halda itirilir. Məcburi köçkün statusunun itirilməsi (ləğvi) cavabdehin səlahiyyətinə aid olduğundan və cavabdeh tərəfindən iddiaçının qeydiyyatda olduğu ərazidə olan şəxslərin məcburi köçkün statusu ləğv olunduğundan, iddiaçı da belə status əldə etmək imkanına malik olmamışdır.

31. Göründüyü kimi, hazırki işin halları ilə də, iddiaçının hüquqi vəziyyəti “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən edilmiş məcburi köçkün anlayışına uyğun gəlmədiyindən iddia tələbi əsaslı sayıla bilməz.

32. Mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar