Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11517/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, fərdi sahibkar), cavabdehin nümayəndəsi X3 (Laçın rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar gedən döyüşlər zamanı xəsarət alaraq üçüncü qrup əlil olmağını və hal-hazırkı vəziyyətini nəzərə alaraq əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar gedən döyüşlər zamanı xəsarət alaraq üçüncü qrup əlil olmağını və halhazırkı vəziyyətini nəzərə alaraq əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Silahlı Qüvvələri və Ermənistan silahlı qüvvələri arasında 27 sentyabr 2020-ci il tarixində X6 Qarabağ müharibəsi, Vətən müharibəsində iştirak edərək Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müstəqilliyinin və X1 ilə əlaqədar gedən döyüşlər zamanı xx.xx.2020-ci il tarixində xəsarət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza Komissiyasının müayinəyə dair xx.xx.2021-ci il tarixil (Forma 88) məlumatında əlil və ya sağlamlıq imkanlarının məhdudluğu üzrə üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Həmin müayinə məlumatının diaqnozuna əsasən: "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı, eksternol fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi, dəri plastikasından s.v. alın, çənə nahiyyələrinin qəlpə yaralanması, digər daimi ağrı, aşağı ətrafın açıq yaralanmasının nəticələri, başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin pastavmatik neytopatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin (diatızinin) sınığı, sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı, eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti" təyin edilmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə minik avtomobilinə tibbi göstərişin verilməsinə dair müraciət etsə də, Agentlik onun əlillik dərəcəsini təsdiqləsə də, əsassız olaraq bildirmişdir ki, vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. Göründüyü kimi barəsində qeyd edilən əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas verir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar; X2: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu.. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması. hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı,eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v. alın çənə nahiyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin [diafizinin] sınığı, sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı. eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4,M96.0);” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli, 2750003AAFDY saylı göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması. hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı. eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v. alın çənə nahiyyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, TSEK-in əlavə diaqnozu: Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Əsas: **********6 saylı protokol,”, 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək əlavə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Tibb Universitetinin X4 xx.xx.2021 tarixli epikrizinə əsasən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı “partlayış travması. Hər iki aşağı ətrafların çoxsaylı sağalmış qəlpə yaraları, sağ qamış sümüyünün orta 1/3də sol incik sümüyündən götürülmüş qreft və metal lövhə ilə osteosintezindən sonrakı vəziyyət, nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi” diaqnozu qoyulmuşdur. Azərbaycan Tibb Universitetinin X4 xx.xx.2020 tarixli epikrizinə əsasən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı “partlayış travması. Hər iki aşağı ətrafların çoxsaylı odlu silah qəlpə yaralanmaları, sağ qamış sümüyünün orta 1/3in qəlpəli, yerdəyişmiş, açıq sınığı, alın, çənə nahiyəsinin qəlpə yaralanması” diaqnozu qoyulmuşdur. Azərbaycan Tibb Universitetinin X4 xx.xx.2021 tarixli epikrizinə əsasən xx.xx.1997-ci il təvəllüdlü İddiaçı “partlayış travması. Hər iki aşağı ətrafların çoxsaylı odlu silah qəlpə yaralanmaları, sağ qamış sümüyünün orta 1/3in qəlpəli, yerdəyişmiş, açıq sınığı və eksternal fiksator aparatı ilə osteosintezindən sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021ci il tarixli 17978 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı diaqnozu və xəsarətinin, xəstəliyinin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: “Partlayış travması (xx.xx.2020): hər iki aşağı ətrafın çoxsaylı kor qəlpə yaralanmasına, sağ qamış sümüyünün diafizinin orta, 1/3-nin açıq, çoxqəlpəli sümük defektli sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, eksternal fiksatorla fiksasiyası, fiksatorun xaric edilməsi, sol incik sümüyü vasitəsi ilə, sağ qamış sümüyü defektinin autoosteoplastikası, metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatdan (xx.xx.2021) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya-metal lövhə, hər iki aşağı ətrafın yumşaq toxumalarının çoxsaylıyad cisimləri (metal qəlpələr).” “Barotravma (xx.xx.2020): sağ təbil pərdəsinin quru perforiyası, sağtərəfli konduktiv ağıreşitmə, pıçıltı nitqinin sap qulaqda 3 (üç) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.” Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Hərbi Həkim Komissiyasının Qərarı: “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar” səbəbdən beş il müddətinə üçüncü dərəcə əlillik statusuna malikdir. O, minik avtomobilinə tibbi göstərişin verilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə əyani komissiyada olmuşdur və göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının Tibbi Sosial Ekspert komissiyasına xx.xx.2018-ci il tarixli 2750003AAFDV nömrəli göndərişə əsasən İddiaçı əsas diaqnoz: “Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı, eksternol fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi, dəri plastikasından s.v. alın, çənə nahiyyələrinin qəlpə yaralanması”; Ağırlaşma: “R52-digər daimi ağrı, T93.0-aşağı ətrafın açıq yaralanmasının nəticələri, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, M84.0- sümük sınığının pis bitişməsi, S84-baldır səviyyəsində sinirlərin travması sağ qamış sinirinin pastavmatik neytopatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması, S82.2-qamış sümüyü cisminin (diatızinin) sınığı, sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı, eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti” qoyulmuşdur. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyasının müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması. hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı,eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v.alın çənə nahiyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin [diafizinin] sınığı, sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı. eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti.” əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti - xx.xx.2026. Tibbi Sosial Ekspert Komissiyasında İddiaçı xx.xx.2022-ci il tarixli avtomobil müayinəsinin nəticələrində qeyd olunmuşdur: Diaqnozun mətni: "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması. hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı,eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v.alın çənə nahiyyələrinin qəlpə yaralanması. Digər daimi ağrı.” TSEK-in əlavə diaqnozu: “Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması.” Ekpert qərarı: 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı: avtomobil verilməsindən imtina edilir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 12-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri müəyyən olunmuşdur. Həmin Əlavənin 57-ci bəndinə əsasən, 1 ədəd minik avtomobili istifadə müddəti müəyyən edilmədən aşagıdakı tibbi göstərişlər olduğu halda təyin edilir: 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda. İşin faktiki hallarına əsasən, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2021-ci ildə ilkin olaraq qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, tibbi göstərişlər qeyd edilmişdir: hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı,eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v.alın çənə nahiyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin [diafizinin] sınığı, sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı. eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti.” Göründüyü kimi iddiaçıda olan tibbi göstərişlər minik avtomobili ilə təmin edilməsi üçün şərtlərə cavab verir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. (14.2.) Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh inzibati icraat zamanı iddiaçıya minik avtomobilin verilməsi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na Əlavədə olmadığını qeyd etmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının minik avtomobil ilə növbədənkənar təmin olunmasından imtinasını qanunvericiliyin normalarına zidd hesab edir və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. İddiaçıya TSEK-in qərarı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar üçüncü dərəcə əlillik verilməsinə əsas olmuş diaqnoz həmin Qaydaya Əlavədə 57-ci bəndinin 13-cü yarımbəndinə uyğun gəlir. İnzibаti Prоsеssuаl Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. İnzibаti Prоsеssuаl Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar gedən döyüşlər zamanı xəsarət alaraq üçüncü qrup əlil olmağını və hal-hazırkı vəziyyətini nəzərə alaraq ona əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və X1 ilə əlaqədar gedən döyüşlər zamanı xəsarət alaraq üçüncü qrup əlil olmağını və hal-hazırkı vəziyyətini nəzərə alaraq ona əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-11517/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11517/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver