Məhkəmə qərarları › İş №2-1(112)-1152/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1152/2021

15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1152/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X21 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X13 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “DMX-nin əməkdaşları barəsində qanunauyğun tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət (hərəkətsizliyi) ilə xüsusi karantin zamanın olmasına görə onun gigineya ilə bağlı sərt maddi və mənəvi gözləntilərinə mənfi təsir etdiyindən onun və ailəsinin əsəb, stres və mənəvi sarsıntı keçirdiyini nəzərə alaraq və habelə ictimaiyyət qarşısında işgüzar nüfuzdan düşdüyünə görə dəymiş maddi və mənəvi zərərə görə 30.000 manat miqdarında pulun tutulması, xidmətin təqsirli əməkdaşları barəsində qanuna uyğun tədbirlərin görülməsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xüsusi karantin zamanında hadisənin baş verməsində Dövlət Miqrasiya Xidmətinin təqsirli əməkdaşları Cəbrayıl Məmmədli, X16 və X17 barəsində qanunauyğun tədbirlərin görülməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində və iddiaya dəqiqləşdirilmiş ərizədə iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri 11 saylı vəkil bürosunda növbətçilik qrafiki üzrə 05 aprel 2020-ci il tarixdə vəkil kimi növbədə olub. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət Baş İdarəsinin baş inspektoru Cəbrayıl Məmmədlinin ABŞ vətəndaşı X20 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdirilməsi barədə məhkəməyə təqdimatı daxil olmuşdur. 05 aprel 2020-ci il tarixdə o Bakı şəhəri. Binəqədi rayon Məhkəməsinin 7(001)- 127/2020 saylı. 05.04.2020-ci il tarixli qərarı ilə ABŞ vətəndaşı X20 dövlət hesabına hüquqlarını müdafiə edilməsi üçün Məhkəməyə dəvət edilmişdir. Xüsusi karantin zamanı o, öz həyatını, ailəsinin həyatını təhlükəyə atmaqla Binəqədi rayon məhkəməsinə gələrək xidməti vəzifəsini icra edərək ABŞ vətəndaşının X20 hüquqlarını müdafiə etmişdir. Məhkəmə prosesindən sonra ABŞ vətəndaşı X26 o qədər özündən razı halda məhkəmədə sərbəst hərəkət edərək məhkəmənin inzibati binasında onun liftin qapısından çıxmağını görən kimi dərhal eskalatorun pilləkənlərindən iri addımlarla aşağı enərək hamının yanında onun gözünün içərsinə tüfürərək ünvanına ingilis dilində söyüş söyərək onu təhqir etmişdir. O, məhkəmə prosesində həmin şəxsin hüquqlarını müdafiə edilməsi üçün məhkəməyə dəvət edilmiş və həmin günü xidməti vəzifəsini icra edirdi. Dünyada baş verən hadisələr, koronovirus pandemiyasının yayıldığı dövrdə, insanların sosial təcrid olunduğu və Respublikada mövcud xüsusi karantin zamanı o öz həyatını, sağlamlığını və eləcə də ailəsinin sağlamlığını təhlükəyə ataraq vəzifə borcunu, xidməti vəzifəsini icra etdiyi zaman Amerika vətəndaşının qəsdən ona qarşı edilən özündənrazı hərəkəti heç bir qanuna sığmır. Məhkəmənin inzibati binasında X20 hərəkəti nəticəsində hamının gözü qarşısında onu qadın kimi zəif olmağından istifadə edərək ünvanına söyüş söyməsi, koronovirus pandemiyasının yayıldığı dövrdə gözünün içərisinə tüfürməsi onun həmin gecə və sonrakı günlərində dərin sarsıntı, stres keçirtməyə səbəb olmuş, hətta evə qayıtmağa qorxu yaratmış, çünki ailəni virusla yoluxdura bilərdi. ABŞ vətəndaşı X22 miqrasiya əməkdaşları inzibati qaydada tutarkən inzibati və miqrasiya qanunvericiliyin tələblərinə düzgün riayət etməmişlər. Belə ki, ABŞ vətəndaşı X26 barəsində 04.04.|2020-ci il tarixdə əcnəbilərin ölkə ərazisində qanunsuz qalması, habelə ölkədə olma qaydasını pozmasına görə Dövlət Miqrasiya Xidməti tərəfindən şəxs barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edilmiş və şəxs 24 saat müddətinə Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilmişdir. 05.04.2020-ci il tarixdə X20 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdirilməsi barədə məhkəməyə təqdimata baxılması üçün Binəqədi rayon məhkəməsinə məhz Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzlərindən gətirilmişdir. Belə olduğu təqdirdə X26 Binəqədi rayon məhkəməsinə Mərkəzin əməkdaşlarının müşayiəti ilə, xüsusi vasitələrin mühafizəsi altında gətirilməli və bu barədə müşayiət vərəqəsi tərtib olunmalıydı.Şəxs barəsində 04.04.2020-ci il tarixdə inzibati qaydada tutma protokolu tərtib edilərkən artıq şəxsin hüquqları məhdudlaşmış hesab edilir, 24 saat müddətində Mərkəzdə saxlanılması üçün Mərkəzə yerləşdirilir, sonradan məhkəməyə barəsində qərar verilməsi üçün Mərkəzdən gətirilib və aparılır. Bu zaman Mərkəzin iki əməkdaşın müşayiəti ilə ciddi nəzarət altında əli bağlı formada məhkəməyə gətirilib aparılmalıdır. 05.04.2020-ci il tarixdə ABŞ vətəndaşı X20 Binəqədi rayon Məhkəməsinin inzibati binasında sərbsət hərəkəti, məhkəmədə hamının gözü qarşısında məni vəkil kimi ünvanıma nalayiq sözlər işlətməsi və gözümün içərisinə tüfurməsinin əsas səbəbkarı birbaşa Miqrasiya Xidmətinin əməkdaşlarının hərəkətsizliyi, əməkdaşların hüquq və vəzifələrinin lazımı qaydada bilməməsi olmuşdur. Baş vermiş hadisədə həmin miqrasiya əməkdaşları Miqrasiya Xidmətinin adına ləkə gətirmiş, onların hərəkətsizliyi, vəzifə səlahiyyətini düzgün icra etməməsi, qanunvericiliyin tələblərinə lazirpi əməl etməməsi, xidmətdə səriştəsizliyinin bir daha əyani sübutdur. X26 məhkəməyə buna səlahiyyəti çatmayan Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin əməkdaşlarının müşaiyəti ilə gətirilmiş və aparılmışdır, habelə müşaiyət zamanı qanunvericiliyin tələb olunduğu formada o, xüsusi vasitələrin mühafizəsi altında olmamış, müşaiyət barədə müşayiət vərəqi (20 nömrəli əlavə) tərtib olunmaılnışdır. Göründüyü kimi Miqrasiya nəzarəti baş idarəsi fəaliyyət istiqamətlərinə və vəzifələrinə Qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilən əcnəbilərin Mərkəzdən kənara çıxarılması zamanı müşayiət edilməsi kimi vəzifə daxil deyildir. Bu səbəbdən də Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru X16 və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin ölkə hüdudlarından kənara çıxarılma məsələlərin həlli şöbəsinin baş inspektoru X17 ABŞ vətəndaşı X22 Binəqədi məhkəməsinə müşahiyyət edə bilməzdilər. Bu yalnız rəhbərlik tərəfindən birbaşa göstəriş olduğu hallara istisna olmaqla Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin vəzifəsidir.Ancaq müşayiət zamanı Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin əməkdaşları X14 və X15 bu növ göstəriş verildiyini təsdiq edən “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları’nın 5.44-cü bəndində göstərilən “Müşaiyət vərəqi” yoxdur. Bundan əlavə yuxarıda adları qeyd edilən əməkdaşlar tərəfindən belə müşaiyət doğru aparılmamışdır. Belə ki, “icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununqn 7-ci maddəsinə əsasən məhkəmə prosesi zamanı məhkəmədə hakim, məhkəmə prosesinin digər iştirakçılarının və onun təhlükəsizliyinin icra məmuru tərəfindən təmin edilmişdir. Lakin məhkəmə icalasından sonra təhlükəsizliyin təmini X22 məhkəməyə gətirən və məhkəmənin şəxs barəsində verdiyi 7(001)-127/2020 saylı, 05.04.2020-ci il tarixli qərarın icrası üçün Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzinə aparan DMX-nın əməkdaşlarının vəzifəsi idi. Lakin iclasdan dərhal sonra X26 öz tərcüməçisi ilə birgə, onu müşaiyət edən DMX əməkdaşlarından ayrı, öndə, əllərində qandal olmadan, rahat şəkildə məhkəmə binasının 1-ci mərtəbəsinə enmişdir.Beləliklə, DMX-nın əməkdaşları işlərinə vicdanla yanaşıb, müşaiyyəti doğru təşkil etsəydilər, yəni X26 Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydalarının tələb etdiyi kimi xüsusi vasitələrin mühafizəsi altında, hər iki əməkdaş tərəfindən və ən əsası “online” deyil real və yaxından müşayiət olunsaydı, o, daha irəli iti addımlara tullanaraq mənim qarşımı qəfil kəsərək üstümə yeriyərək, bütün məhkəmənin eşidəcəyi formada uca səslə onu təhqir edərək üstünə hucum keçə bilməzdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X19 iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının Miqrasiya Nəzarət Baş idarəsinin, Miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru X16 və həmin baş idarənin ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsinin baş inspektoru X17 barədə qeyd etdiyi məqamlara dair: 1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamənin 6.2-ci bəndinə əsasən X9 xidmət apardığı Miqrasiya rejiminə nəzarət şöbəsinin vəzifələrinə aşağıdakılar aiddir: 6.2.1-ci bənd - bu Əsasnamənin 3.1.1-ci, 3.1.2-1-ci, 3.1.5-ci, 3.1.13-cü və 3.1.13- 1-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; Bənddə göstərilən 3.1.2-1 və 3.1.13-1 -ci yarımbəndlərə diqqət yetirək: 3.1.2-1.Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyat işinə nəzarət etmək. 3.1.13- 1.regional miqrasiya idarələrinin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət etmək; Göründüyü kimi, X16 birbaşa vəzifəsinə uyğun olaraq qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində çalışır (qeyd etmək lazımdır ki, ABŞ vətəndaşı Lənkəran regional miqrasiya idarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir). 1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamənin 6.3-cü bəndinə əsasən X10 xidmət apardığı Miqrasiya rejiminə nəzarət şöbəsinin vəzifələrinə aşağıdakılar aiddir: 6.3.1-ci bənd - bu Əsasnamənin 3.1.7-1-ci, 3.1.8-ci, 3.1.8-1-ci, 3.1.9-cu və 3.1.11- ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; Bənddə göstərilən 3.1.9-cu yarımbəndə diqqət yetirək: 3.1.9-cu bənd - Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 82.1.3-cü və 82.2.1-82.2.3-cü maddələrində nəzərdə tutulan hallarda və həmin Məcəllədə müəyyən olunmuş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini təmin etmək; Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 82.1.3-cü və 82.2.1-82.2.3- cü maddələrində qeyd edilmişdir: 80.2 Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər. 82.1.3. şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda - çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində. 82.2.1. müvafiq icra hakimiyyəti orqanının inzibati qaydada tutma barədə qərarı olduqda - 24 saatadək; 82.2.2 məhkəmənin inzibati qaydada tutma barədə qərarı olduqda - üç günədək; 82.2.3 bu Məcəllənin 80.2-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin müvafiq qərarı olduqda - qərarda göstərilən, lakin 6 aydan artıq olmayan müddətə. Həmçinin, Lənkəran RMİ-nin ABŞ vətəndaşı X23 barəsində qəbul etdiyi 04.04.2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında əlavə cəza tədbiri kimi əcnəbinin ölkə hüdudlarından kənara çıxarılması qeyd edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi baş inspektorların vəzifələrinə gəldikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamənin 5.11.3 və 5.11.6- cı yarımbəndlərindən məlum olur ki, əməkdaşlar öz vəzifələrindən kənar heç bir fəaliyyət göstərməmişdir. 5.11.3-cü yarımbənd - şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir; 5.11.6-cı yarımbənd - xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və Şöbə rəislərinin digər tapşırıqlarını yerinə yetirir. Digər əməkdaş X3 barədə isə iddiaçı heç bir arqument təqdim etməmişdir. İddiaçı iddia ərizəsində “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın 5.43 və 5.44-cü bəndlərini qeyd etsə də 5.45-ci bəndinə diqqət yetirməmişdir. Belə ki, Qaydaların 5.45-ci bəndinə əsasən Mərkəzdə saxlanılan əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin əmri əsasında həyata keçirilir və əcnəbi köçürüldüyü Mərkəzə qəbul edilərkən, onun üzərində bu Qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun olaraq tam axtarış aparılır və ona məxsus əşyalara baxış keçirilir. Göründüyü kimi müşayiət vərəqi Mərkəzdə saxlanılan əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi zamanı təqdim edilir və bu bənd ön plana çəkilir. Qaydaların 20 nömrəli əlavəsinə baxsaq müşayiət vərəqinin 7-ci bəndində “Başqa yerə köçürülmə” və 8-ci bəndində köçürülən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən şəxs“ qeyd edilmişdir ki, iddiaçının iddiasına görə bu bəndlərə məhkəmə yazılmalıdır. Halbuki, söhbət Mərkəzdə saxlanılan əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsindən gedir. Yox əgər iddiaçı iddia etsə ki, Qaydaların 5.43-cü bəndinə əsasən (Mərkəzin mühafizə heyəti Mərkəzdə saxlanılan əcnəbilərin Mərkəzdə mühafizəsini təşkil etməklə yanaşı, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi və Mərkəzdən kənarda digər hərəkətləri zamanı onları müşayiət edirlər) söhbət həm də Mərkəzdən kənarda digər hərəkətlərdən gedir, yenə də əsassız sayılır. Belə ki, Qaydaların 20.4-cü (Mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, yaxud notariusun xidmətlərindən istifadə etmək məqsədi ilə Mərkəzdən kənara çıxmaq zərurəti yarandıqda, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər və ya onların nümayəndələri bu barədə Mərkəz rəhbərliyinə əsaslandırılmış yazılı müraciət edirlər. Mərkəzin rəisi müraciətə baxır və Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin razılığı olduğu təqdirdə, həmin əcnəbilərə Mərkəzin işçilərinin müşayiəti ilə və müəyyənləşdirilmiş vaxt çərçivəsində Mərkəzdən kənara çıxmağa icazə verir), 7.16-cı (Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər bu Qaydaların 7.15-ci bəndində nəzərdə tutulan hüquqlarını Mərkəzin rəhbərliyinin razılığı ilə və Mərkəzin işçilərinin müşayiəti ilə poçtda, bankda və sair bu kimi yerlərdə həyata keçirirlər), 17.12-ci (Mərkəzdə saxlanılan əcnəbinin yemək qəbulundan imtina etməsi onun digər Mərkəzlərə göndərilməsinə mane olmur. Yemək qəbulundan imtina edən Mərkəzdə saxlanılan əcnəbinin digər Mərkəzlərə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir) və 19.34-cü (Mərkəzdə saxlanılan xəstə əcnəbinin Mərkəzdən kənar səhiyyə müəssisələrinə müayinəyə və qısamüddətli müalicəyə göndərilməsi Mərkəzin tibbi məntəqəsinin rəyi əsasında Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin qərarı ilə həyata keçirilir. Bu zaman Mərkəzdə saxlanılan əcnəbinin Mərkəzdən kənarda müşayiəti və mühafizəsi Mərkəzin mühafizə heyəti tərəfindən təmin edilir) bəndlərindən də görünür ki, 5.43-cü bəndə digər məqamlar aid edilir. İddiaçının iddia etdiyi kimi əcnəbinin yalnız Qanunsuz miqrantların saxlanılması mərkəzinin əməkdaşları tərəfindən köçürülməsi və Xidmətin digər struktur qurumunun əməkdaşlarının vəzifəsinin olmadığı Qaydalarda nəzərdə tutulmamışdır. Göründüyü kimi, Miqrasiya Nəzarət Baş İdarəsinin, Miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru X16 və həmin baş idarənin ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsinin baş inspektoru X17 və xüsusən də heç bir arqument gətirilmədən cəzalandırılması tələb olunan Təşkilat-nəzarət baş idarəsinin, Nəzarət idarəsinin baş inspektoru X3 ilə bağlı iddialar tamamilə əsassızdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Bələliklə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.05.2020-ci il tarixli № R/Z-1285 saylı məktubun surətindən görünür ki, onun Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından daxil olmuş, həmçinin Dövlət Miqrasiya Xidmətinə ünvanladığı müraciətlərinə (21.04.2020-ci il tarixli Z-2069 daxilolma nömrəsi, 27.04.2020cı il tarixli Z-2069/1 daxilolma nömrəsi, 01,05.2020-ci il tarixli, Z-2069/2 daxilolma nömrəsi, 04.05.2020-cı ıl tarixli, Z-2069/3 daxilolma nömrəsi və 08.05.2020-ci il tarixli, Z-2069/4 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş) aidiyyəti üzrə baxılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.04.2020-ci ıl tarixli, 7(001 )-127/2020 nömrəli qərarı ilə Dövlət Miqrasiya Xidmətinin təqdimatı təmin edilmiş və X5 vətəndaşı X23 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz mıqrantların saxlanılması Mərkəzinə məcburi olaraq yerləşdirilmişdir. X23 barədə müraciətdə qeyd etdiyi hallarla bağlı hal-hazırda Bakı şəhəri Binəqədi rayon Polis idarəsində araşdırma aparılır. Aparılmış araşdırma zamanı xidməti fəaliyyətdə olduqları vaxt ərzində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən hər hansı qanunsuz əmələ yol verilməsi halı aşkar edilməmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-269/2020 saylı 05.06.2020ci il tarixli qərarının surətindən görünür ki, ABŞ vətəndaşı X26 barəsində Azərbaycan Respublikasının 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair İddiaçı xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş. X24 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 11 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Binəqədi filialındakı hesablaşma hesabına (VÖEN-**********, m/h- AZ37NABZ********************, S.W.İ.F.T Kod AİİBAZ2X, Benefisiarın hes.№ AZ48 AİİB********************, VÖEN 1000 597151) köçürülməsi və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən 02.12.2020-ci il tarixli № 06/60 saylı məktub ünvanlanaraq qeyd edilmişdir ki, 05.04.2020-ci il tarixdə ABŞ vətəndaşı, 02.11.1989-cu il təvəllüdlü X18 Binəqədi rayon məhkəməsinə gətirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları X16 və X15 müşayiət vərəqəsi verilmiş, X3 isə əcnəbinin müşayiət edilməsində iştirak etmədiyi bildirilmişdir. İddiaçının iddia ərizəsindən aydın olur ki, iddiaçı DMX-nin əməkdaşları Cəbrayıl Məmmədli, X16, X17 barəsində müvafiq tədbirlətin görülməsini (cəzalandırılmaları) xahiş edir. Bunu onunla əsaslandırır ki,1-cisi həmin əməkdaşlar ABŞ vətəndaşı X20 3 (üç) ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanması Mərkəzinə yerləşdirilməsi barədə DMX-nin təqdimatına baxılması üçün onu məhkəməyə gətirmək, müşayiət etmək səlahiyyətləri olmamış, 2-cisi həmin əməkdaşlar qanunvericiliyin tələblərinə uyğun formada müşayiəti təşkil etməmişdirlər. Məhkəmə iddia tələbinin birinci dəlili üzrə qeyd edir ki, iş üzrə araşdırılmış hallardan da göründüyü kimi, X16 DMX Miqrasiya Nəzarət Baş İdarəsinin, Miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru, X1 Nəzarət Baş İdarəsinin ölkə hüdudlarından kənara çıxarılma məsələlələrinin həlli şöbəsinin baş inspektoru, X4 isəTəşkilat-nəzarət baş idarəsinin baş inspektoru vəzifələrində xidmət edirlər. İş materiallarına əlavə edilmiş qanunsuz miqrantların saxlanılması mərkəzində məcburi yerləşdirilən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müşayiət vərəqələrindən görünür ki, ABŞ vətəndaşı X22 Binəqədi Rayon Məhkəməsinə gətirilən zamanı müşayiət edən əməkdaşlar baş inspektor X16 və X17 olmuşdurlar. İddiaçı iddia edir ki, həmin əməkdaşlar əcnəbinin məhkəməyə gətirilməsi zamanı onu müşayiət etmək səlahiyyətində olmamışdırlar. Məhkəmə qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnaməyə və əcnəbini müşayiət edən X16 və X10 xidmət etdiyi şöbələrin fəaliyyət istiqamətlərinə diqqət yetirir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 11 fevral 2013-cü il tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamənin 2-ci bəndinə əsasən Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir; 2.1.2. immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasının təmin olunmasında, emiqrasiya və daxili miqrasiyanın tənzimlənməsində iştirak edir; 2.1.3. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir; 2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Həmin Əsasnamənin 3-cü və 4-cü bəndləri baş İdarənin vəzifə və hüquqlarından bəhs edir. Həmin Əsasnamənin 5.11-ci bəndinə əsasən Baş inspektor və inspektor: 5.11.1. şöbənin (bölmənin) səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər verir; 5.11.2. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənir, onun tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlayır; 5.11.3. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir; 5.11.4. müəyyən edilmiş müddətdə vəzifələrin icrasına dair hesabatı hazırlayır və Şöbə (Bölmə) rəisinə təqdim edir; 5.11.5. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir; 5.11.6. xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil bölməsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbələrində isə həmçinin, İdarə və Şöbə rəislərinin digər tapşırıqlarını yerinə yetirir. Həmin Əsasnamənin 6.2-ci bəndinə əsasən Miqrasiya rejiminə nəzarət şöbəsinin əsas vəzifələri aşağıdakılardır: 6.2.1. bu Əsasnamənin 3.1.1-ci, 3.1.2-1-ci, 3.1.5-ci, 3.1.13-cü və 3.1.13-1-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; 6.2.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək; 6.2.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək. Həmin Əsasnamənin 3.1.2-1-ci bəndinə və 3.1.13-1-ci bəndinə əsasən baş idarənin vəzifələrinə aiddir: -Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyat işinə nəzarət etmək. -regional miqrasiya idarələrinin qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyətinə nəzarət etmək. Qeyd edilən Əsasnamənin 6.3 –cü bəndinə əsasən ölkə hüdudlarından kənara çıxarılma məsələlərinin həlli şöbəsinin əsas vəzifələri aşağıdakılardır: 6.3.1. bu Əsasnamənin 3.1.7-1-ci, 3.1.8-ci, 3.1.8-1-ci, 3.1.9-cu və 3.1.11-ci yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; 6.3.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək; 6.3.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək. Əsasnamənin 3.1.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 82.1.3-cü və 82.2.1-82.2.3-cü maddələrində nəzərdə tutulan hallarda və həmin Məcəllədə müəyyən olunmuş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini təmin etmək baş idarənin vəzifələrinə aiddir. Beləliklə, göründüyü kimi DMX-nin əməkdaşları baş inspektor X16 və X17 ABŞ vətəndaşı X22 Binəqədi Rayon Məhkəməsinə gətirilən zamanı müşayiət etmək səlahiyyətinə malik olmuşdurlar. İddiaçının iddia tələbində qeyd etdiyi digər əməkdaş-Təşkilat-Nəzarət Baş İdarəsinin baş inspektoru X2 isə iş üzrə araşdırılmış hallardan göründüyü kimi əcnəbinin müşayiət edilməsində iştirak etməmiş, onun ABŞ vətəndaşı X20 3 ay müddətinə Bakı şəhər qanunsuz miqrantların saxlanılması Mərkəzinə yerləşdirilməsi barədə təqdimatına Binəqədi rayon Məhkəməsində baxılmışdır. İddiaçının iddia tələbinin digər dəlili olan –DMX-nin əməkdaşlarının əcnəbinin məhkəmədə müşayiətinin qanunvericiliyin tələblərinə uyğun formada təşkil edilməməsi, əlqolunun qandallanması ilə bağlı Məhkəmə bildirir ki, nə Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydalarında, nə də digər qanunvericilik normalarında əcnəbilərin məhkəməyə gətirilən zamanı qandallanması kimi tələb nəzərdə tutulmamışdır. İş materialları və işin müəyyən edilmiş halları ilə iddiaçının iddia tələbinin əsasları öz təsdiqini tapmamışdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “DMX-nin əməkdaşları barəsində qanunauyğun tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar