Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11521/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilməsi, iddiaçılara və övladları X5, X2çqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilməsi, iddiaçılara və övladları X5, X2çqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə, iddiaçılar Pakistan İslam Respublikasının vətəndaşlarıdır və dini etiqadlarına görə müsəlmandırlar. Onlar ailə həyatı qurduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. İddiaçı1 X1 Pəncab vilayətinin Ravanpildi şəhərində doğulmuşdur. Ravalpindi şəhərində “FG public high school” adlı məktəbdə 10 il orta təhsil almışdır. Daha sonra İslamabad şəhərində yerləşən “X13 University” adlı universitetdə humanitar elmlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, 2004-2008-ci illərdə İslamabad şəhərində “UBL bank”da satış nümayəndəsi, 2017-2019-cu illərdə “Kyani Hotel”də maliyyə işləri üzrə menecer işləmiş, 2020-2022-ci illərdə isə Peşavər şəhəri və Pin Çatla kəndində heyvandarlıqla məşğul olmuşdur. İddiaçılar övladları ilə birlikdə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasına gəlmişlər. 30 aprel 2024-cü il tarixində onların hər birinə qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə vəsatətlə müraciət etmişlər. Dövlət Miqrasiya Xidməti tərəfindən vəsatət araşdırılması üçün qeydiyyata alınmış, adlarına 68-2024 saylı şəxsi iş açılmışdır. Qaçqın statusunun əldə edilməsi üçün müraciətin səbəbi budur ki, İddiaçı1, 2020-2022-ci illərdə Peşavər şəhərində heyvandarlıqla məşğul olarkən Nouşad adlı şiə ilə dostluq etmişdir. Nouşad 10 oktyabr 2022-ci il tarixində İrfan adlı şəxs tərəfindən qətlə yetirilmişdir. İddiaçı1 bu qətl hadisəsinin şahidi olduğu üçün İrfan tərəfindən təhdidlərə məruz qalmışdır. Bundan əlavə qaçqın statusunun əldə edilməsi üçün müraciətinin digər səbəbi budur ki, o, əvvəl islam dininin deobandi təriqətinə mənsub olmuş, 2022-ci il tarixində şiəliyi qəbul etmişdir. Pakistanda yaşayan zaman deobandi təriqətinə mənsub olan tanışları tərəfindən təhdid olunmuş, ölümlə hədələnmişdir. Göründüyü kimi, İddiaçı1 eyni zamanda dini etiqadına görə təqiblərin qurbanı olmuş və yaşadığı ölkənin himayəsindən istifadə edə bilməmiş, çünki təqib olduğuna görə Pakistanın hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq şikayətinə baxmayıblar. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi etirazdında qeyd etmişdir ki, iddiaçı ailəsi ilə birlikdə onlara qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-46/4 nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası (İPM-in 2.2.2 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı (rədd qərarı) aldıqdan sonra məhkəməyə iddia vermişlər. Cavabdehin xx.xx.2024-cü il tarixli İQ-46/4 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarında qeyd olunur ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 1 mart 1978-ci il təvəllüdlü İddiaçı1 (Pasport: № AF9919003) və ailə üzvləri (arvadı - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 oğlu - xx.xx.2010-cu il təvəllüdlü X3 - xx.xx.2012-ci il təvəllüdlü X7) 30 aprel 2024cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 68-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. İddiaçı1 qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Ravalpindi şəhərində doğulduğunu, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Ravalpindi şəhərində “FG public high school” adlı məktəbdə 10 il orta təhsil aldığını, sonradan İslamabad şəhərində yerləşən “X13 university“ adlı universitetdə humanitar elmlər ixtisası üzrə bakalavr dərəcəsi aldığını, müxtəlif sahələr üzrə əmək fəaliyyəti ilə məşğul olduğunu. 2004-2008-ci illərdə İslamabad şəhərində "UBL bank”da satış nümayəndəsi, 2008-2017-ci illərdə “Al Moeed HospitaFda dərman təchizatçısı, 2017- 2019-cu illərdə “Kyani HoteFdə maliyyə işləri üzrə menecer işlədiyini, 2020-2022-ci illərdə isə Peşavər şəhəri və Pin Çatla kəndində heyvandarlıqla məşğul olduğunu demişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, arvadı və 2 oğlunun hazırda onunla birlikdə Azərbaycan Respublikasına gəldiklərini, atasının vəfat etdiyini, anasının, bacıqardaşlarının isə hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Ərizəçi qaçqın statusu əldə etmək üçün müraciətinin səbəbini izah edərkən 2020-2022-ci illərdə Peşavər şəhərində heyvandarlıqla məşğul olarkən Nouşad adlı şiə ilə dostluq etdiyini, Nouşadın 10 oktyabr 2022-ci il tarixdə İrfan adlı digər bir şəxs tərəfindən öldürüldüyünü, bu qətl hadisəsinə şahid olduğu üçün İrfan tərəfindən təhdid olunduğunu, buna görə də ailəsi ilə birlikdə Pakistan İslam Respublikasını tərk edərək 4 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ərizəçinin arvadı İddiaçı2la keçirilən müsahibə zamanı o, İddiaçı1 dediklərini təsdiq etmiş, ərinin İrfan adlı şəxsin törətdiyi qətl hadisəsinə şahid olduğu üçün həmin şəxs tərəfindən təhdid olunduğunu demişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Mudassar X12 təhdid edərək qətl hadisəsinə şahidlik etməməsini tələb etdiyini, özünün bu tələbi yerinə yetirdiyini, heç vaxt bu hadisə ilə bağlı şahidlik etmədiyini, eyni zamanda baş vermiş qətl hadisəsi ilə bağlı İrfanın heç vaxt həbs olunmadığını bildirmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibə zamanı ərizəçinin dediklərindən onun qətl hadisəsindən sonra iki ilə yaxın bir müddətdə Pakistanın Ravalpindi əyalətində öz daimi yaşadığı ünvanda yaşadığı, həmin müddətdə ünvanını dəyişmədiyi, həmçinin Pakistanın hər hansı başqa bir əyalətinə köçmədiyi məlum olmuşdur. Ərizəçi bunu başqa bir əyalətə köçəcəyi halda İrfanın onu tapa biləcəyi ilə izah etmiş, lakin bu izahat inandırıcı qəbul edilməmişdir. İddiaçı1 və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, fəal siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə, milliyyətinə və dini etiqadına görə ciddi təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı1 şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasımın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 5 iyul 2024-cü il tarixli, 13 saylı protokolu). Qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin olunmasından imtina edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçılara və onların övladlarına qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 2-ci maddəsinə görə aşağıdakılara qaçqın statusu verilmir: beynəlxalq hüquqda təyin edildiyi kimi, sülhə qarşı cinayət, hərbi cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş şəxsə; Azərbaycan Respublikasının ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsə; Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxsə; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 7-ci bəndinə görə, "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır; 8-ci bəndinə əsasən, müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir; 10-cu bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir; 11-cu bəndinə görə, “Qaçqın” statusu verilməsi ilə əlaqədar müraciət edən şəxsin vəsatəti, anketləri, sorğu vərəqələri, profilaktik baxış keçirilməsi haqqında tibbi sənədi və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur; 12-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti “Qaçqın” statusu almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirir və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə iddia ərizəsinin dəlilləri ilə razılaşmır və onları əsassız sayır. Belə ki, iddiaçıların müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmışdır. İddiaçıların müsahibə zamanı verdiyi izahatlardan onların təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçılar vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçılar tərəfindən onlara qaçqın statusunun verilməsi ilə bağlı arzuladıqları inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-14.3), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçıların hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli İQ-46/4 nömrəli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarın ləğv edilməsi, qaçqın statusu verilməsi barədə vəsatətlərinin təmin edilməsi, iddiaçılara və övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2çqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11.
Məhkəmə qərarları › İş №2-1(112)-11521/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11521/2024
23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver