Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11530/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı “iddaçının himayəsində olan övladı xx.xx.2017ci il təvəllüdlü X1 dəyişdirilərək X3 yazılmasına dair müvafiq rəyin verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Bakı şəhəri Cavabdeh1nə qarşı “iddaçının himayəsində olan övladı xx.xx.2017-ci il təvəllüdlü X1 dəyişdirilərək X3 yazılması və buna dair müvafiq rəyin və doğum haqqında şəhadətnamənin verilməsi vəsifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, X9 ilə 3 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2016-cı ildə (aktlar kitabında № 3950 nömrə ilə qeyd edilmişdir) rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 01 noyabr 2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 4144/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X10 iddiaçının yanında qalması və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X2 alınaraq ona ödənilməsi qət olunmuşdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3626/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 atası X9 ilə hər həftənin bazar günü 10.00-dan 18.00-dək sərbəst qaydada ananın iştirakı olmadan ünsiyyətdə olması qət olunmuşdur. Bundan sonra hər ikisi 2 saylı Bakı Mediasiya Təşkilatına müraciət edərək həmin təşkilatın mediatoru Gülnar Quluzadənin iştirakı ilə qarşılıqlı formada razılığa gələrək aşağıdakı şərtlərlə müqavilə imzalamışlar. Müqavilənin şərtlərinə görə İddiaçı uşağın saxlanması üçün aliment tələbindən, X9 isə xx.xx.2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdən imtina edir. Bundan başqa qarşılıqlı razılığa əsasən hər iki tərəf birgə nigahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 dəyişdirilməsi üçün Yasmal rayon Qeydiyyat şöbəsinə və Cavabdeh2nə dəfələrlə (xx.xx.2022- ci il tarixli Y-15-164 nömrəli məktub, xx.xx.2022-ci il tarixli Y-21-164 nömrəli məktub, xx.xx.2022-ci il tarixli Y- 21/3-164/3 nömrəli məktub, xx.xx.2022-ci il tarixli 7-48-164 nömrəli məktub, xx.xx.2022-ci il tarixli Y-l 1/4-164/4 nömrəli məktub, 30 164/5-t/l nömrəli məktub, xx.xx.2023-cü il tarixli 5- 21//2-T-11-164/23 nömrəli məktub) müraciətlər etsə də heç bir müsbət cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən,
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası cavabdeh Bakı şəhəri Cavabdeh2nə münasibətdə mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə qeyd edir ki, 22 noyabr 2023-cü il tarixli məhkəmə qərardadı ilə iddiaçının iddiası- “İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı “X1 dəyişdirilərək doğum haqqında şəhadətnamənin verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması “ hissəsində mümkün sayılmaması qərara alınmışdır İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışında nümayəndələrinin iştirakını təmin etməmişlər. Odur ki, məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxmışdır.
Tədqiq edilmiş sənədlər:
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1998-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Cavabdeh2 başçısı tərəfindən iddiaçıya və iddiaçının vəkilinə ünvanlanmış, Y-15-164 nömrəli, xx.xx.2022-ci il tarixli, Y-21-164 nömrəli, xx.xx.2022-ci il tarixli Y-21/4-164/4 nömrəli, xx.xx.2022-ci il tarixli ,Y-21/5-164/5-t/1 nömrəli, xx.xx.2022-ci il tarixli və 5-21/2-T-11-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, “Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X1 dəyişdirilməsi azyaşlının üstün mənafeləri nəzərə alınaraq məqsədəuyğun hesab edilməmişdir. “ İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ünvanlanmış 2/30344-22 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X1 dəyişdirilməsində köməklik göstərilməsi üçün Cavabdeh2nə ünvanlanan müraciətə imtina cavabının verilməsindən narazı qalması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlanan şikayətdə əks etdirilmiş halların yoxlanılması Cavabdeh2nə tapşırılmışdır. Verilmiş cavabda bildirilmişdir ki, Cavabdeh2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasında X5 və iddiaçının müraciətinə əsasən 01 noyabr 2017-ci il təvəllüdlü X1 onun soyadınıza dəyişdirilməsi barədə məsələ müzakirə edilmişdir. Müzakirə zamanı məlum olmuşdur ki, azyaşlının atası X9 notarial qaydada verdiyi razılıq ərizəsindən imtina edir, azyaşlının soyadının anasının soyadına dəyişdirilməsinə razı deyil. Onun bildirdiyinə görə, ikinci dəfə ailə qurduğu üçün tərəfindən təzyiqə məruz qalaraq azyaşlının soyadının dəyişdirilməsinə razılıq verməyə məcbur olmuşdur. İddiaçı və atası uşağın soyadının dəyişdirilməsini azyaşlının üstün mənafeləri baxımından əsaslandıra bilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsini və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanını rəhbər tutaraq Cavabdeh2 nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının qərarı ilə azyaşlının soyadının dəyişdirilməsinə imtina edilmişdir. AZ-İV 256070 nömrəli “Doğum haqqında Şəhadətnamə”yə əsasən, X10 xx.xx.2017ci ildə doğulmuş, atası X9, anası İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3626/2021 saylı işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli Qətnaməsi (X5 cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyətdə olmaq tələbi) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı X7 övladı - xx.xx.2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar günü 10:00-dan 18:00-a kimi sərbəst qaydada - ananın iştirakı olmadan görüş vaxtı müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4144/2020 saylı işi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli Qətnaməsi (İddiaçı cavabdeh X7 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbi) ilə, iddianın təmin edilməsi, İddiaçı və X9 arasında 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasına görə xx.xx.2020-ci il tarixdən hesablanaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. 17 iyun 2022-ci il tarixli “Barışıq Saziş”nə əsasən tərəflər -İddiaçı, ikinci tərəf X9 razılaşırlar ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentdən İddiaçı imtina edir. X9 övladı xx.xx.2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olmaqdan imtina edir. X1 dəyişdirilərək Yasinov olmasına razılaşırlar. Bunun üçün hər iki tərəf xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər qanunvericiliyin tələbinə əsasən ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir. Təqdim edilmiş inzibati icraat materiallarında olan Cavabdeh2 Qəyyumluq və Himayəçilik Komissiyasının 29 iyul 2022-ci il tarixli iclasının protokolundan çıxarışa əsasən, xx.xx.2017-ci il təvəllüdlü X1 ananın soyadına dəyişdirilməsi məqsədəuyğun hesab edilməməsi qərara alınmışdır.
İİİ. Məhkəmənin mövqeyi
5. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
6. Azərbaycan Respublikası Konstitusiyasına əsasən.
- 38. İ. Hər kəsin sosial təminat hüququ vardır. - 17. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. - 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
7. Аzərbаycаn Rеspublikаsı Ailə Məcəlləsinə əsasən: - 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. -2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ərarvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. - 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. - 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. - 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. - 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. - 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. - 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. - 50.4. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. - 50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. - 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. - 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. - 51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. - 51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. - 51.5. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. - 51.6. Uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli və digər şəxslər bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur. - 51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir. - 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. - 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil.
8. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 297 nömrəli Fərmanına əsasən:
- 2.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7, 26.1.1, 26.1.6, 26.2, 44.4, 51.5, 51.6, 53.4, 54.1-54.3, 59.2, 60.3, 61.3, 62.3, 67.3, 68.3, 68.5, 71.2, 72.1, 73, 73.1, 73.2, 74.3, 75.5, 96.2, və 191.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. - 18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
İşin halları ondan ibarətdir ki, Yasinova X8 Natiq Namik oğlu ilə xx.xx.2016-cı ildə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuş, sonradan Bakı şəhər Yasamal rayon Məhkəməsinin Qətnamələrinə əsasən, nikahları pozulmuş, 11.2017-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilmiş, xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasına görə 170 manat aliment tutulmuş və X7 övladı - xx.xx.2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar günü 10:00-dan 18:00-a kimi sərbəst qaydada - ananın iştirakı olmadan görüş vaxtı müəyyən edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 dəyişdirilməsi barədə müvafiq rəyin verilməsini xahiş etmişdir. Müraciətinin əsasını keçmiş əri ilə bağlanılmış yuxarıda təsvir edilən 17 iyun 2022-ci il tarixli Barışıq Sazişi olmuşdur. Cavabdehin inzibati icraat zamanı qəbul edilmiş Qəyyumluq və Himayəçilik Komissiyasının 29 iyul 2022-ci il tarixli qərarı əsasında verilmiş imtinası onunla əsaslandırılmışdır ki, valideynlər uşağın soyadının dəyişdirilməsini onun üstün mənafeyi baxımından əsaslandıra bilmirlər; 18 yaşına çatanadək azyaşlının saxlanılması üçün alimentin alınmasından anasının imtinası; atanın övladı ilə ünsiyyətdə olmaması X4 mənafeyinə ziddir; komissiyanın iclasında uşagın atası etiraz bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi iddiaçının uşagının üstün mənafeyi baxımından əsaslıdır və ədalətlidir. İddianın əsası kimi istinad edilən iddiaçı ilə uşağın atası arasında bağlanılmış barışıq sazişinə gəldikdə isə məhkəmə qeyd edir ki, barışıq sazişi hüquqi qüvvəsini almadığından nəzərə alına bilməz. Belə ki, məhkəmə sorğusuna Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3063/2023 nömrəli cavab məktubundan aydın olur ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin tərəfləri sazişin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməmişlər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən:
- 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.
Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən barışıq sazişi hüquqi qüvvəyə malik olan saziş deyil. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən araşdırılma aparılarkən, Cavabdeh2n Qəyyumluq və Himayəçilik Komissiyasının 29 iyul 2022-ci il tarixli iclasında X9 bildirmişdir ki, azyaşlının soyadının ananın soyadına dəyişdirilməsinə etiraz edir, ikinci dəfə ailə qurduğu üçün İddiaçı tərəfindən təzyiqə məruz qaldığı və aliment ödəməkdə çətinlik çəkdiyi üçün azyaşlının soyadının dəyişdirilməsinə razılıq verməyə məcbur olmuşdur. Belə olan halda iddiaçının müraciətinə imtina edilməsi ilə əlaqədar cavabdeh Bakı şəhəri Cavabdeh2 hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 2.0.5.inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. - 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
12. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinə əsasən:
- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı “iddaçının himayəsində olan övladı xx.xx.2017-ci il təvəllüdlü X1 dəyişdirilərək X3 yazılmasına dair müvafiq rəyin verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.
14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
15. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı “iddaçının himayəsində olan övladı xx.xx.2017-ci il təvəllüdlü X1 dəyişdirilərək X3 yazılmasına dair müvafiq rəyin verilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа