Məhkəmə qərarları › İş №2-1(112)-11530/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11530/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11530/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı “qiymətləndirmə sənədinin və müqavilənin etibarsız hesab edilməsi və maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin qiymətləndirmə hesabatının cavabdehlərdən alınması, həmin hesabatın və İddiaçı1, İddiaçı2 və X3 ilə cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin hüquqşünası X4 arasında ünvan 1 ünvanında yerləşən evə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddiaçıların hər birinə əlavə olaraq, əmlakın tam qiymətindən az hesablanmış pul vəsaiti olaraq 310.050 (hərəyə 103.350) manat, qanunsuz köçürmə zamanı vurulmuş maddi zərər olaraq 15.000 (hərəyə 5.000) manat, mənəvi zərər olaraq 30.000 (hərəyə 10.000) manat və ya cəmi 355.050 (hərəyə 118.050) manat məbləğində pul ödənilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov və bəzi məsul vəzifəli şəxsləri, məlum Ağ Şəhər layihəsi ilə əlaqədar həmin ərazisində yerləşmiş bir neçə sakinə və ailə üzvlərinə məxsus fərdi yaşayış evlərinin müəyyən plan üzrə köçürülməsi işini bir neçə ildir ki, əsassız və qaqnunsuz olaraq, yəni məhkəməyə təqdim etdiyi hüquq-mühafizə orqanlarının aşağıdan ən yüksək vəzifəlilərindək ünvanladığı, qəbullarında olmaqla etdiyi çoxsaylı şikayət ərizələrinə və onlara verilmiş cavablara əsasən qarşı açıq-aydın hakimiyyətdən suiistifadə, hədə-qorxu gəlmək, zorakılıq etmək və çətin vəziyyətə salmaq yolları ilə, lakin verilən təkliflər qəbuledilməz olduğundan onları qəbul etmədiyini bilə-bilə məhkəməyə vermədən, evin yerləşdiyi torpaq sahəsini nəzərə almadan, bazar qiymətindən xeyli ucuz qiymətə almaqla həyata keçirməyə cəhdlər etmiş və ailəliklə insan və vətəndaş olaraq bir çox əsas hüquqları pozulmuş, onlardan məhrum olunub deyə sivil və qanuni müqavimətləri qanunsuz yollarla sındırılmış, bunlara görə əsaslı narazılıqlar yaranmış, çoxsaylı şikayətlərinə isə baxılmamışdır. Nəhayət, cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən daim edilmiş həmin qanunsuz təzyiqlərin və bəzi qonşuların evlərinin razılıq və məhkəmə qərarı olmadan qanunsuz yolla zorla sökülməsinin nəticəsində mərhum atası X2 cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş, miras qalmış, istifadə və sahiblik hüquqları ilə iddiaçılara məxsus, ünvan 1 ünvanında yerləşən, məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 8 səhifəlik, tərkibində foto, video, sxemlər və sair olan qiymətləndirmə hesabatına əsasən sənədlə 0,04 ha, faktiki 0,07 ha sahəsi olan torpaq sahəsində daşdan tikdirdiyi bir ədəd, bir mərtəbəli, tikintialtı sahəsi 225.0 kv.m, ümumi sahəsi 187.7 kv.m, yaşayış sahəsi 160.7 kv.m (tikintialtı sahəsi 195.0 kv.m), köməkçi sahəsi 27.0 kv.m, məhkəməyə təqdim etdiyi, evin sökülməsindən əvvəl əldə etdiyi, xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən 550.000 ) beş yüz əlli min) manat qiyməti olan evinin, qeyri-dəqiq ölçmə və hesablamalar aparılmaqla, onun yerləşdiyi torpaq sahəsi nəzərə alınmadan dəyərindən xeyli az məbləğə alınmasına, iştirakı da olmadan qanunsuz yolla bağlanmış müqavilə ilə, razılıq verməyə sonuncu tərəfindən iradəsinin və maddi mənafeyinin əksinə olaraq məcbur edilmiş, qeyd etdiyi kimi, evinin yerləşdiyi torpaq sahəsi isə ümumiyyətlə qanunsuz olaraq alınmış, ona görə heç bir pul məbləği belə nəzərdə tutulmamış, hesablanmamış və bizə ödənilməmişdir. Belə ki, Bakı şəhəri, 6 saylı notariat ofisində bir tərəfdən, yəni İddiaçı1, qardaşı İddiaçı2 və bacısı X3, digər tərəfdən Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin hüquqşünası X4 olmaqla bağlanmış xx.xx.2023-cü il tarixli müqaqvilə ilə ünvan 1 ünvanında yerləşən evlərinin dəyərindən xeyli az məbləğə, yəni bazar qiymətindən, özünün əldə etdiyi qiymətləndirmə hesabatında və arayışda göstərilən məbləğdən 310.050 (üç yüz on min, əlli) manat az, özlərinin "xxxx" MMC-də tərtib etdirdikləri əsassız “qiymətlənmdirmə hesabatı”nın əsasında müəyyən etdikləri qiymətə, yəni cəmi 239.950 (iki yüz otuz doqquz min doqquz yüz əlli manata) alınması qanunsuz yolla rəsmiləşdirilmiş, həmin pulları almağa məcbur olub həmin ev qarşı tərəfə təhvil verilmiş və bir müddət sonra həmin evi sökülmüş, yerində xeyli baha qiymətə satılan binalar tikilmişdir. Nəticədə, külli miqdarda maddi və mənəvi zərərlər çəkmişdir. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş şikayət ərzəsinə xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, hazırkı cavabdeh "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsaslanmışlar və həmin hesabata əsasən evlərin sökülməsi işlərinə 20 faiz əlavə vəsait ödənilmək şərti ilə orta qiymətlər yaşayış evlərinin və köməkçi sahələrin 1 kv.m üçün 1250 manat, əlavə tikililərin 1 kv.m üçün 500 manat, özəl torpaq sahələrinin 1 kv.m üçün 250 manat müəyyən edilmiş, lakin ərizə ilə rəsmi olaraq ona verilməsini xahiş etsə də həmin rəy-hesabat bizə təqdim edilməmişdir. Halbuki, sözügedən ev yerləşdiyi əraziyə və sair keyfiyyətlərinə görə ilbə-il bahalaşmış, əslini iddia ərizəsinə əlavə etdiyi rəsmi sənədlərə əsasən, o cümlədən xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatlarına əsasən onun ümumi qiyməti 3 il bundan əvvəl, yəni hələ 2021-ci ildə 550.000 manat olmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 35 saylı məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, Ağ Şəhər ərazisində yerləşən yaşayış binalarının mənzillərinin 1 kv.m-nin qiyməti 1750- 2800 manat arasında dəyişir, xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatlarına əsasən isə daha baha qiymətə qiymətləndirilmiş, yəni məxsus ərazidə mənzillərin hər 1 kv.m-i 2200-2500 manat arasında dəyişir. Göründüyü və hamıya məlum olmduğu kimi evlərin və torpaqların qiymətləri dayanmadan daim artmış və hələ də artmaqdadır. Nəzərə alsaq ki, qeyd edilənlər əvvəlki illərdə olmuş qiymətlərdir, həmin Ağ Şəhər ərazisində 7 (yeddi) sot torpaq sahəsində tikilmiş evin qiyməti daha da çoxdur. Ona verilmədiyinə və cavabdeh Xətai rayon İH-nin məktubundan görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus fərdi yaşayış evinin qiymətləndirilməsi zamanı bu daşınmaz əmlakın forması, vəziyyəti, ölçüləri və dəyəri düzgün müəyyənləşdirilməmiş və qeyri-dəqiqliyə yol verilmişdir. Cavabdeh "xxxx" MMC-nin tərtib etdiyi “hesabatda” Bakı şəhərinin müxtəlif ərazilərində daşınmaz əmlak üzrə bazar iştirakçılarından qiymətləndirmə anında evlərin bazar qiymətləri barədə arayışlar alınaraq müqayisə edilməmiş, evin yerləşdiyi torpaq sahəsi ümumiyyətlə qiymətləndirilməmişdir. Onlara məxsus fərdi yaşayış evi yeni üslubla tikilmiş, bütün rahatlığı olmaqla yaşayış üçün tam yararlı olmuş, o tipli evlərin bazar qiyməti digərlərindən daha yüksək olmuş, indi də yüksəkdir. Bakı şəhərində satışa çıxarılmış daşınmaz əmlakların qiymətlərini müqayisə etməklə belə qənaətə gəlmişdir ki, fərdi yaşayış evinin dəyəri qədərindən xeyli az, yəni düzgün müəyyənləşdirilməmişdir. Sözügedən ərazidə fərdi yaşayış evləri mənzillərə nisbətən genişlik, rahatlıq, müstəqillik və sair cəhətlərə də görə daha yaxşı və baha qiymətə satılır, onların sözügedən evinin qanunsuz yolla ələ keçirilməsi nəticəsində daha çox maddi, həm də mənəvi zərərlər vurulmuşdur. Belə ki, vurulmuş maddi və mənəvi zərəri qiymətləndirib işə baxılması məqsədilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində xahiş etmişlər ki, cavabdeh "xxxx" MMC-nin qiymətləndirmə hesabatının və iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 ilə cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin hüquqşünası X4 arasında ünvan 1 ünvanında yerləşən evə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddiaçılara cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən pul ödənilməsi barədə qətnamə çıxarılsın, lakin Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5147/2024 saylı və 2xx.xx.2024cü il tarixli, (011)-5896/2024 saylı qərardadları ilə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddiaçılara, həmin iddia üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin son 2(011)- 5896/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını xx.xx.2024-cü il tarixdə rəsmi olaraq almış, lakin iddia ərizəsinə əlavə edilmiş sənədlər ona verilməmişdir. Ona görə də sonradan məhkəmədən iddia ərizəsinə əlavə edilmiş sənədləri alıb, elə həmin gün də inzibati məhkəməyə müraciət edir. Cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən həmin müqaviləni bağlamağa qanunsuz olaraq məcbur edildiyi ilə əlaqədar Bakı şəhər Xətai rayon prokurorluğuna şikayət ərizələri ilə müraciət etmiş, o cümlədən cavabdehlər Xətai rayon İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı ərizələrlə müraciət edib göstərilənləri qeyd edərək qanuni tədbirlərin görülməsini, yəni pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmiş, prokurorluq tərəfindən şikayət ərizələri polisə göndərilmiş, Xətai rayon polisi tərəfindən haqlı şikayətlərinə qanuni yollarla baxılmamış, yəni heç bir araşdırma belə aparılmamış, verilmiş cavab məktubunda həmin işin mülki məsələ olduğu bildirilmiş və bu barədə məhkəməyə müraciət etmək tövsiyə edilmiş, cavabdehlər isə ərizəyə cavab verməmişlər. Hazırda hesab edilir ki, məhkəmə tərəfindən cavabdeh "xxxx" MMC-nin qiymətləndirmə hesabatı cavabdehlərdən alınmalı, həmin hesabat bazar qiymətləri ilə tutuşdurulduqda alınan əmlak qədərindən xeyli az qiymətlə hesablandığına görə etibarsız hesab edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 ilə cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin hüquqşünası X4 arasında ünvan 1 ünvanında yerləşən evə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməli və iddiaçılara cavabdeh Bakı şəhər, Xətai rayon İcra Hakimiyyəti tərəfindən həmin əmlakın tam qiymətindən, yəni 550.000 (beş yüz əlli min) manatdan ödənilməmiş 310.050 (hərəyə 103.350) manat, qanunsuz köçürmə zamanı vurulmuş maddi zərər olaraq 15.000 (hərəyə 5.000) manat və mənəvi zərər olaraq 30.000 (hərəyə 10,000) manat, cəmi 355.050 (hərəyə 118.050) manat məbləğində pul ödənilməlidir.

3. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti etirazı onunla əsaslandırılmışdır ki, Bakı “Ağ Şəhər” layihəsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Bakı Şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai Rayonunda da yolların, kommunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və 8 Noyabr prospekti ilə Babək prospektini birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Sözügedən Sərəncamın icrasının təmin edilməsi istiqamətində 2017-ci il tarixdə Rayon İcra Hakimiyyəti tərəfindən "ƏQD” Qiymətləndirilmə (Əmlak Qiymətləndirilməsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuşdur. "xxxx" qiymətləndirmə 2017-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xətai rayon Turşu küçəsi üzrə yaşayış evlərinin və həyət tikililəri üçün Azərbaycan Respublikasının “X1 üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010-cu il) müvafiq bəndlərini (maddə 32; maddə 56; maddə 58; maddə 59; maddə 66) nəzərə alınmaqla hesablanmış bazar qiymətinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə əsasən 20% əlavə haqq ödənilmək şərti ilə orta qiymətlər aşağıdakı kimi müəyyən olunsun. Yaşayış evlərinin yaşayış sahəsinin 1 kv.m üçün 1000 manat, yaşayış evlərinin köməkçi sahəsinin 1 kv.m üçün 750 manat, həyətdə əlavə tikililərin 1 kv.m üçün 50,0- 350 manat. Hazırda layihənin icrası ilə bağlı ərazidə aparılmış faktiki ölçmə işlərinə əsasən müəyyən olunmuş ölçülər, illər üzrə inflyasiya, bank və notariat xidmətləri xərcləri, 20% əlavə haqq ödənilmək şərti nəzərə alınmaqla yaşayış və köməkçi sahələrinin 1 kv.m 1250 manat, əlavə tikililərin 1 kv.m 500 manat, özəl torpaq sahələrinin 1 kv.m üçün 250 manat müəyyən edilmiş və bu şərtlər əsasında vətəndaş İddiaçı1 komissiyaya dəvət olunaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 176.20 kv.m olan fərdi yaşayış evi 239950 (iki yüz otuz doqquz min doqquz yüz əlli) manat dəyərində qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli razılaşma aktına əsasən vətəndaş İddiaçı1 ilə Xətai Rayon İcra Hakimiyyəti arasında müqavilə bağlanılaraq, iş üzrə İddiaçı1 şəxsən özü razılaşma aktına imza ataraq, qeyd olunan vəsait onun bank hesabına köçürülmüşdür.

4. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. Məhkəmənin mövqeyi

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının:

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1.İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2.Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

12. İddia tələbi cavabdeh "xxxx" MMC-nin qiymətləndirmə hesabatının və digər cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti ilə iddiaçılar arasında ünvan 1 ünvanında yerləşən evə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddiaçılara əmlakın tam qiymətindən az hesablanmış pul vəsaitinin ödənilməsidir.

13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə iddiaçılar ilə dövlət orqanı olan cavabdeh Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti arasında bağlanmış mülki hüquqi əqdin etibarsız hesab edilməsi ilə bağlıdır, yəni mübahisə mülki xarakterli olmaqla inzibati orqanın “İnzibati icraat haqqında” Qanundan irəli gələn fəaliyyəti ilə bağlı deyildir.

14. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti müqavilə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan iddiaçıların vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi müqavilənin eibarsız hesab edilməsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

15. İddia tələbini ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların iddia tələblərinin birinci hissəsinə səlahiyyətli məhkəmə tərəfindən qiymət verildikdən sonra müvafiq tələblə məhkəmə müraciət edə bilərlər.

16. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

17. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Hazırda iddiaçılar üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir.

18. Beləliklə, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar