Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11536/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “orderin iddiaçının adına keçirilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 1 otaqlı, yaşayış sahəsi 16.74 kv.metr olan 47 saylı mənzilə dair İddiaçı ilə mənzil icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanına dair verilmiş orderin onun adına keçirilməsi barədə qərar (sərəncam) qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Xalq Deputatları Soveti tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 259747 nömrəli order əsasında Bakı şəh., Nəsimi rayonu, 4cü mkr., M.Cəlal küçəsi 46 saylı evin, 47 saylı mənzili Avetisova Anastasiyaya verilmişdir. Mənzil Kommunal İstismar Sahəsində mənzilə dair Avetisova Anastasiyanın adına Şəxsi hesab vərəqəsi" də tərtib edilmişdir. Avetisova Anastasiya xx.xx.1992-ci ildən həmin mənzildən qeydiyyatdan çıxmışdır. Hazırda İddiaçı həmin mənzildə qeydiyyatsız olaraq yaşayır. Qeyd edilən hallar 77 saylı MKİS-in rəisi, mühəndisi və mühasibi tərəfindən tərtib edilmiş akt, arayış və iddiaçının qonşusu V.A.Camalov tərəfindən notariat qaydada verilmiş ərizə ilə öz təsdiqini tapır. İddiaçı mənzilə dair Bakı şəhəri Cavabdeh ilə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan xx.xx.2023-cü il tarixdə "hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi" səbəbindən müraciətin icrasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi qanunsuz olmuşdur.
4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən yaşadığı mənnzilə dair hüquq müəyyənedici sənəd təqdim etdikdən sonra ərizəsində qeyd etdiyi məsələyə baxıla bilər.
5. Nəsimi rayon Mənzil Komunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 326 nömrəli Arayışda qeyd olunur ki, İddiaçı 4-cü mkr, Mir Cəlal küçəsi, 46 saylı evin 47 mənzilində qonşuların aktına əsasən qeydiyyatsız yaşayır.
6. Nəsimi rayon Mənzil Komunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 327 nömrəli Arayışda qeyd olunur ki, Avetisova Anastasiya A. 4-cü mkr, Mir Cəlal küçəsi, 46 saylı evin 47 mənzilində 10 fevral 1992-ci il tarixindən qeydiyyatdan çıxmışdır.
7. xx.xx.2023-cü il tarixində 77 saylı MKİS tərəfindən tərtib olunmuş Aktda təsdiq olunur ki, 4cü mkr., Mir Cəlal küçəsi, ev 46, mənzil 47 saylı ünvan 1(bir) otaq 16,74 m2-dir. Mənzilin sahibi Avetisova Anastasiya A. xx.xx.1992-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Hal-hazırda mənzildə qeydiyyatda heç kim yoxdur. Göstərilən ünvanda 1991-ci il tarixdən İddiaçı qeydiyyatsız yaşayır.
8. 20.05.2023-cü il tarixli, **********445 saylı X1 bildirir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatsız yaşayır.
9. 259747 saylı xx.xx.1988-ci i tarixli Orderə əsasən Mir Cəlal küçəsi, ev 46 ünvanında yerləşən 47 saylı 1 otaqlı, sahəsi 16, 7 kv.m. olan mənzil Avetisiva A. A. Adına qeydiyyata alınmışdır.
10. İş materiallarında olan Şəxsi hesab vərəqəsindən görünür ki, Avetisiva Anastasiya A. M.Cəlal küçəsi, ev 46 ünvanında yerləşən 47 saylı 1 otaqlı mənzildən xx.xx.1992-ci il tarixdən qeydiyyatdan çıxmışdır.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü məcburemtmə növündə iddiadır.
14. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
15. ünvan 4 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsi 16,74 kv.m. olan 14 saylı mənzilə dair order səlahiyyətli qurum tərəfindən xx.xx.1988-ci il tarixdə Avetisova Anastasiyaya verilmiş, lakin daha sonra o, həmin mənzili tərk etmiş, mənzil faktiki olaraq 1992-ci ildən iddiaçının istifadəsində olmaqla o, həmin ünvanda yaşayır.
16. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 43-cü maddəsinə əsasən mənzildə başqa icarədarın yaşayış sahəsindən təcrid olunmayan yaşayış sahəsi boşalarsa, bu yaşayış sahəsi onun istifadəsinə verilməlidir. Bir neçə icarədarın yaşadığı mənzildə boşalan təcrid olunmuş yaşayış sahəsi uçota götürülüb-götürülməməsindən asılı olmayaraq həmin mənzildə yaşayıb mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlara, belə vətəndaşlar olmadıqda isə adambaşına müəyyən edilmiş normadan az mənzil sahəsi olan vətəndaşlara verilməlidir (bu zaman əlavə sahəyə hüququn olması nəzərə alınır). Təcrid olunmuş boşalan otağın ölçüsü bir adama verilmək üçün müəyyən edilmiş normadan azdırsa, göstərilən otaq icarədarın xahişi ilə ona verilir. Mənzildə bu maddənin ikinci hissəsində göstərilən vətəndaşlar olmadıqda, boşalmış yaşayış sahəsi ümumi qaydada verilir.
17. Həmin Məcəllənin 48-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.
18. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
19. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
20. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.9.6-cı maddəsinə əsasən yerli icra başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
21. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd edilən mənzil dövlət mənzil fonduna aid olmaqla vaxtilə boş mənzil olan ayrıca yaşayış sahəsinə verilmiş (1988-ci ildə), daha sonra boşalaraq faktiki olaraq iddiaçının istifadəsinə verilmişdir (1991-ci ildə), Nəticə etibarilə iddiaçının qeyd edilən mənzilə olan münasibəti yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir.
22. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 5 ünvanına dair verilmiş orderin idddiaçı İddiaçı adına dəyişdirilməsi barədə qərar (sərəncam) qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva