Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11545/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, iddiaçıya 25 fevral 2024-cü ildən, yəni 58,5 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 05 iyul 2024-cü il tarixli məktubla müraciətindən imtina edərək, Mərkəzi Filiala təqdim etdiyi 4 iyun 1984-cü il tarixli, İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Bakı Toxuculuq Fabrikində işlədiyinin qeyd olunması, Mərkəzi Filial tərəfindən iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığının müəyyən edilməsi, buna görə də xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməyinə dair əsaslı şübhələrin yaranması, bununla əlaqədar, adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilməsi, müvafiq sorğuya cavab olaraq göndərilən Bakı şəhər Dövlət Arxivinin 23 may 2024-cü il tarixli 3-48- 2F/2-1115/2024 nömrəli arxiv arayışında Bakı Toxuculuq Fabrikinin 1984-1996-cı illərə dair əmək haqqı cədvəllərində 1986-cı il üzrə 1 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 9 ay, 1994-cü il üzrə 3 ay, 1995-ci il ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay (ümumilikdə 2 il 10 ay) əmək haqqı ödənilmədiyi, 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin isə sözügedən arxivə təhvil verilmədiyinin qeyd edilməsi, buna görə də yuxarıda qeyd edilən xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990 xx.xx.1990- cı il, xx.xx.1990 - xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.2006-cı il tarixləri arasındakı dövrlərin onun iş stajına daxil etmək mümkün olmaması, göstərilən səbəbdən də ümumi iş stajının 25 ildən az (15 il 3 ay 2 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-il tarixindən sonra 5 il 6 ay)) təşkil etməsi, güzəştli iş stajının isə olmaması, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. Belə hesab edir ki, cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətindən imtina etmişdir. İddiaçı 25 avqust 1965-ci ildə anadan olmuşdur. 28 may 1984-cü ildən əmək fəaliyyətinə başlamış, 28 may 1984-cü ildən 02 dekabr 2006-cı ilədək Bakı Toxuculuq fabrikində toxucu peşəsində, 03 fevral 2014-cü il tarixdən 02 oktyabr 2015-ci ilədək fərdi sahibkar Məmmədovun sexində toxucu peşəsində, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə, 20 fevral 2020-ci ildən 30 yanvar 2024-cü ilədək isə Suraxanı rayon Mənzil Komunal Təsərrüfat Birliyində dalandar işləmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə 24 il 2 ay 3 gün, ümumilikdə isə 28 il 3 ay 13 gün müddətində əmək stajı olmuşdur. Göründüyü kimi 58 il 6 ay yaşı 25 fevral 2024-cü il tarixdə tamam olduğundan, yəni 25 fevral 2024-cü ildə artıq pensiya almaq hüququ yaranğından, güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Cavabdeh iddiaçıya pensiya təyin edən zaman, Bakı şəhər Dövlət Arxivinin 23 may 2024cü il tarixli 3-48-2F/2-1115/2024 nömrəli arxiv arayışında göstərilən məlumatlara istinad etmiş, bəzi müddətləri əmək stajına hesablamamışdır. Bundan əlavə isə işlədiyi Bakı Toxuculuq fabriki bağlansa da, cavabdeh iddiaçının güzəştli şərtlərlə əmək hüququ verən işdə işləməyi barədə iş yerindən, yəni Bakı Toxuculuq Fabrikindən arayışın olmamasına istinad etmişdir. Məhkəməyə təqdim etdiyi əmək kitabçasından isə görünür ki, həmin əmək kitabçasında saxtakarlığa yol verilməmiş, iş yerləri xronoloji ardıcıllıqla yazılmış, həmin kitabçada toxucu peşəsində işləməyi açıq-aşkar göstərilmişdir. Ona məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, 28 may 1984-cü ildən 2024-cü ilədək müxtəlif peşələrdə işləmişdir. Cavabdeh müraciətini təmin etməkdən imtina edərkən bəzi müddətlərin iş stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01 yanvar 2006-cı ilədək olan əmək fəaliyyətiylə bağlı olduğundan, eləcə də onun həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş arxiv arayışında bəzi aylarda əmək haqqı almamağı məsələsinə münasibətdə isə bəzi aylarda ona əmək haqqı gecikdirilmiş, birneçə ay əmək haqqı almasa da, sonrakı aylarda yığılımış əmək haqqını almış, buna görə bəzi aylarda əmək haqqı almağı göstərilməmişdir. Halbuki, işlədiyi bütün günlərin sayına görə əmək haqqını almış, əmək haqqının gecikdirilməsi isə təqsiri ilə bağlı deyildir və müvafiq olaraq pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bundan əlavə güzəştli iş stajının isə olmaması barədə cavabdehin imtinasının əsasına münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndinə əsasən Toxuculuq sənayesi - süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid edilir. Toxuculuq sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasına əsasən Toxucu işinin xüsusiyyətləri aşağıdakılardır. Toxucu dəzgahlarında (maşınlarında) və lenttoxumu dəzgahlarında parçaların, lent və məmulatların istehsalı. Əriş, arğac və arkat saplarının qırılmasının aradan qaldırılması. Kəsici mexanizmin bıçaqlarının dəyişdirilməsi. Sapın qırılmasının və parçanın qüsurlarının qarşısını almaq üçün profilaktiki işlərin yerinə yetirilməsi. Toxunmaların rapportunun və naxışların bərpa olunması. Parçanın sıxlığının, toxunmaya daxil olan əriş və arğac saplarının keyfiyyətinin yoxlanması. Parçaların qüsurlarının işlənib hazırlanması. Köklü döşəmənin, xovlu ərişin mütləq dartılmasının təmin edilməsi. Lamel mexanizminin kəsici, yığıcı mexanizmlərinin işinin, kətanın, kəsmənin keyfiyyətinin, xovlu ilgəklərin hündürlüyünün yoxlanılması. Qırılma zamanı əriş saplarının açılması və düyünlənməsi. Sapın sarınması, bağlanmış və yüklənmiş ərişin işlənməsi. Arğac makaralarının doldurulması və dəyişdirilməsi. Jakkard maşınlı dəzgahlara kartonun keçirilməsi. Rəngli kaymaların atılması. Dəzgahların ardıcıl işini təmin edən digər işçi fəndlərin yerinə yetirilməsi. Dəzgahın təmirdən qəbulunda iştirak edilməsi. İş yeri və avadanlığa qulluq edilməsi. Bu baxımdan cavabdeh pensiya təyin etməkdən imtina etməkdə haqlı olmamışdır.
3. Cavabdeh qurumun iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz 4 iyun 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1984xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Bakı Toxuculuq Fabrikində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən iş stajınıza dair məlumatların araşdırılması zamanı, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməyinizə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, adıçəkilən müəsisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq göndərilən Bakı şəhər Dövlət Arxivinin 23 may 2024-cü il tarixli 3-48-2F/2-1115/2024 nömrəli arxiv arayışında Bakı Toxuculuq Fabrikinin 1984-1996-cı illərə dair əmək haqqı cədvəllərində sizə 1986-cı il üzrə 1 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 9 ay, 1994cü il üzrə 3 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay (ümumilikdə 2 il 10 ay) əmək haqqı ödənilmədiyi, 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin isə sözügedən arxivə təhvil verilmədiyi qeyd edilib. Buna görə də yuxarıda qeyd edilən xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrləri sizin iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də sizin ümumi iş stajınız 25 ildən az (15 il 3 ay 2 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 5 il 6 ay)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16760,30 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”
4. Cavabdehin məhkəməyə ünvanladığı iddiaya yazılı etirazda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-155973/2024 nömrəli məktubda xx.xx.1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1984-xx.xx.2006-cı il tarixlərdə ərzində Bakı Toxuculuq Fabrikində olan iş stajının araşdırılması zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmadığı, bu səbəbdən xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də iddiaçının işləyib-işləmədiyinə dair əsaslı şübhələr yarandığı bildirilmişdir. Qeyd olunanlarla bağlı iddiaçının sözügedən müəssisədəki əmək fəaliyyəti ilə bağlı məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq göndərilmiş Bakı şəhər Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1115/2024 nömrəli arxiv arayışında Bakı Toxuculuq Fabrikinin 1984-1996-cı illərə dair əmək haqqı cədvəllərində İddiaçı 1986-cı il üzrə 1 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 9 ay, 1994-cü il üzrə 3 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay (ümumilikdə 2 il 10 ay) əmək haqqı ödənilmədiyi, 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin isə arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Bu səbəbdən də xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlərin İddiaçı ümumi iş stajına daxil edilmədiyi, iddiaçının ümumi iş stajının 25 ildən az (15 il 3 ay 2 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 5 il 6 ay)) təşkil etdiyi, güzəştli iş stajının isə olmadığı bildirilmişdir. Həmçinin, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 16760,30 manat təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərindən də aydın olur ki, iddiaçıya güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmalı, 25 il ümumi stajı olmalı, 10 il isə güzəştli iş stajı olmalıdır. İş materiallarından aydın olur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (58 yaş 6 ay (63 il 6 ay - 5 il)) xx.xx.2024-cü il tarixdə çatmışdır. Beləliklə, iddiaçının yaşına münasibətdə hüququ mövcuddur. Lakin, iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi stajı tamamlanmır. Belə ki, İddiaçı xx.xx.1984-xx.xx.2006-cı illərdə Bakı Toxuculuq Fabrikində olan iş stajının araşdırılması zamanı xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Həmçinin, Bakı şəhər Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1115/2024 nömrəli arxiv arayışından məlum olur ki, 1986-cı il üzrə 1 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 9 ay, 1994-cü il üzrə 3 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 4 ay üzrə sözügedən müəssisədə iddiaçıya əmək haqqı ödənilməyib. Beləliklə, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1994- xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2006-cı illərin (ümumilikdə 2 il 10 ay) iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün iddiaçının ümumi stajına daxil edilməmişdir. Göründüyü kimi, iddiaçının ümumi stajı xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 5 il 6 ay olmaqla ümumilikdə 15 il 3 ay 2 gün olmaqla qanunvericiliklə tələb olunan ümumi sığorta stajından - 25 ildən azdır. Həmçinin pensiya təyin edilməsi üçün şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16760,30 manat təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən ümumi iş stajı şərti tamamlanmır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin müvafiq formada tərtib olunmuş arayışı ilə müəyyən edilir. Lakin, iddiaçı tərəfindən Mərkəzi Filiala güzəştli iş stajını təsdiq edən hər hansı arayış təqdim edilməmişdir. Həmçinin, S.X1 və məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-48-2F/2-H09043/2023 nömrəli Bakı şəhər Dövlət Arxivinin iddiaçının Bakı Toxuculuq Fabirikində əmək fəaliyyətinə dair dair arxiv arayışında da zərərli iş barədə hər hansı məlumatın mövcud olmadığı açıq şəkildə bildirilmişdir. Göründüyü kimi, iddiaçının əmək fəaliyyətinin zərərli işlə bağlı olmasına dair hər hansı sənəd təqdim edilmədiyindən iddiaçının güzəştli iş stajı mövcud deyildir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(102)-668/2024 nömrəli qərarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalı olduğu qeyd edilmiş, güzəştli iş stajını müəyyən edən sənədin müvafiq arayış olduğu xüsusilə vurğulanmışdır. Göstərilənlərdən bir daha aydın olur ki, sözügedən dövrlərin İddiaçı ümumi iş stajının 25 ildən az (15 il 3 ay 2 gün) olduğu və güzəştli iş stajının olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir, iddia tələbi təmin edilməməlidir.
5. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2- H-09043/2023 nömrəli arxiv arayışına əsasən, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Toxucu Fabrikinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində xx.xx.1965-ci il təvəllüdlü vət. Hacıbəbirova (Qocayeva) Sədaqət Məhəmməd qızının xx.xx.1984-cü il tarixli, 104/K saylı əmrlə xx.xx.1984-cü il tarixdən 1 saylı sahəyə toxucu şagirdi kimi işə qəbul olunması, xx.xx.2006-cı il tarixli, 12 saylı əmrlə xx.xx.2006-cı il tarixdən öz xahişi ilə işdən azad olunması,1984, 1985, 1986, 1987, 1988,1989,1990-cı illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud d övrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəl təqdim ol unur Aylar 1984 1985 1986 1987 1988 1989 1990 Yanvar — 35-79 211-35 201-43 181-87 78-86 524-80 Fevral ......... 92-30 275-49 191-91 177-79 135-60 354-24 Mart — 111-23 249-60 116-83 195-40 22-62 151-24 Aprel — 119-01 252-51 148-39 225-10 51-48 — May 9-86 113-49 194-23 200-49 240-80 184-34 — İyun 42-48 95-22 242-70 301-25 231-28 300-10 — 147-50 i• İyul 29-52 121-49 218-08 127-03 172-20 129-92 Avqust 15-50 220-71 193-65 282-62 212-07 194-88 —
Sentyabr 21-39 158 128-61 158-31 153-89 25-92 Oktyabr 83-30 172-39 51-33 261-14 152-94 172-39 Noyabr 83-72 201-94 — 178-76 161-63 166-17 Dekabr 123-43 202-09 164-65 225 82-23 323-08 Bakı Toxucu Fabrikinin natamam arxiv sənədlərinin 2006-cı ilə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Zərərli iş barəsində Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat saxlanılmır.
6. İT-İ ******* nömrəli əmək kitabçasının notarial təsdiq olunmuş tərcüməsinə əsasən iddiaçı Bakı Toxuculuq Fabrikində xx.xx.1984-cü il tarixdə İ dərsə İİİ kurs tələbəsi kimi qəbul olunub, xx.xx.1984-cü il tarixdə 3 dərəcəli toxucu kimi köçürülüb, xx.xx.1991-ci il tarixdə Azərbaycan SSR Sovet Nazirliyinin qətnaməsinin 27.09.90-cu il tarixli 450 b. və Azərbaycan dövlət konst. xx.xx.1990-cu il tarixli 2 saylı ə.m. əsasən adı Toxucu Fabrikasına dəyişdirilmişdir, xx.xx.1991-ci il tarixdə 3 dərəcəli toxucu kimi qəbul olunub, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilib. xx.xx.2014-cü il tarixdən xx.xx.2015ci il tarixədək fərdi sahibkar Məmmədovun sexində toxucu peşəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə Suraxanı rayon Mənzil Komunal Təsərrüfat Birliyində dalandar işləmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçnın nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
10. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
14. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
15. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
16. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
18. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
20. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun, 23 yanvar 2007-ci il tarixdən sonra isə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bəndlərə uyğun nəzərə alınmalıdır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
21. İddiaçı 25 avqust 1965-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə 28 may 1984-cü ildə başlamışdır.
22. Cavabdeh tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilərək ümumi iş stajının qanunvericiliklə müəyyən olunmuş müddətdən az (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 5 il 6 ay, ümumilikdə 15 il 3 ay 2 gün), güzəştli iş stajının isə mövcud olmadığı əsas gətirilmişdir
23. İddiaçının mübahisələndirilən xx.xx.1984-xx.xx.1996-cı illərdə 2 il 10 ay və xx.xx.1996xx.xx.2006-cı illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 28 may 1984-cü ildən 02 dekabr 2006-cı ilədək Bakı Toxuculuq Fabrikində toxucu peşəsində işləmişdir.
24. Cavabdeh tərəfindən isə iddiaçının işlədiyi 2 il 10 ay dövr – Bakı Toxucu Fabrikinin natamam arxiv sənədlərində 1986-cı il üzrə 1 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 8 ay, 1992-ci il üzrə 9 ay, 1994-cü il üzrə 3 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə əmək haqqı ödənilmədiyi müəyyən edildiyindən iş stajına daxil edilməmişdir.
25. Cavabdeh eyni zamanda 1996-cı ildən sonrakı dövrlərə dair əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyini əsas gətirərək iddiaçının işlədiyi xx.xx.1996-cı ildən xx.xx.2006cı ilədək güzəştli iş stajını hesablamamışdır.
26. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. Məhkəmə əmək kitabçasını nəzərdən keçirərək müəyyən etmişdir ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.
28. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. Məhkəmə hesab edir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çox olmuşdur.
30. Belə ki, iddiaçının toxucu vəzifəsində xidməti toxucu dəzgahlarında (maşınlarında) və lenttoxumu dəzgahlarında parçaların, lent və məmulatların istehsalı; əriş, arğac və arkat saplarının qırılmasının aradan qaldırılması; kəsici mexanizmin bıçaqlarının dəyişdirilməsi; sapın qırılmasının və parçanın qüsurlarının qarşısını almaq üçün profilaktiki işlərin yerinə yetirilməsi; toxunmaların rapportunun və naxışlarım bərpa olunması; parçanın sıxlığının, toxunmaya daxil olan əriş və arğac saplarının keyfiyyətinin yoxlanması; parçaların qüsurlarının işlənib hazırlanması; köklü döşəmənin, xovlu ərişin mütləq dartılmasının təmin edilməsi; lamel mexanizminin kəsici, yığıcı mexanizmlərinin işinin, kətanın, kəsmənin keyfiyyətinin, xovlu ilgəklərin hündürlüyünün yoxlanılması; qırılma zamanı əriş saplarının açılması və düyünlənməsi; sapın sarınması, bağlanmış və yüklənmiş ərişin işlənməsi. Arğac makaralarının doldurulması və dəyişdirilməsi; jakkard maşınlı dəzgahlara kartonun keçirilməsi; rəngli kaymaların atılması; dəzgahların ardıcıl işini təmin edən digər işçi fəndlərin yerinə yetirilməsi; dəzgahın təmirdən qəbulunda iştirak edilməsi; iş yeri və avadanlığa qulluq edilməsindən ibarət olmuşdur.
31. İddiaçının xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilədək Bakı Toxuculuq Fabrikində işlədiyi toxucu peşəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 22100000 şifrəli “XX. Yüngül sənaye” bölməsində “1. Toxuculuq sənayesi”nə aid 2200200a—11602 şifrə ilə göstərilmiş “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “26. Yüngül sənaye” bölməsində “26.1. Toxuculuq sənayesi” yarımbölməsindəki “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
32. Göründüyü kimi, iddiaçının xx.xx.1984-xx.xx.2006-cı illərdə çalışdığı toxucu vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşələr olmaqla güzəştli iş stajı 12 il 6 aydan çoxdur.
33. Nəticə etibarı ilə iddiaçının, xx.xx.1984-xx.xx.2006, xx.xx.2014-xx.xx.2015 və xx.xx.2020ci il tarixdən xx.xx.2024-cü il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi stajı mövcuddur.
34. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və 58 yaş 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
35. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
36. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.
37. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
38. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
39. İddiaçının azı 25 il iş stajına malik olduğu sübut olunduğundan cavabdeh fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən imtina etməklə haqlı olmamışdır.
40. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
41. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 58 yaş 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva