Məhkəmə qərarları › İş №2-1(112)-11549/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11549/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11549/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə qarşı “cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin İddiaçı Mirhüseyn qızına 27 aprel 1983cü il təvəllüdlü X5 ölməsi barədə “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi və İddiaçı Mirhüseyn qızına 27 aprel 1983-cü il təvəllüdlü X5 ölməsi barədə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 aprel 1983-cü il təvəllüdlü X7 ilə 24 mart 2006-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan X8 və X6 adlı uşaqları doğulmuşdur. Lakin əri X7 30 avqust 2022-ci il tarixdə ölmüşdür. Təcili və X3 Stansiyasının “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə X5 həkimə qədər ölüm faktı qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə Bələdiyyəsinin 05 sentyabr 2022-ci il tarixli 312 saylı arayışına əsasən X7 30 avqust 2022-ci tarixdə Bakı şəhəri Sabunçu rayonu qəbiristanlığında dəfn edilmişdir. Ona ölüm haqqında şəhadətnamə lazım olduğu üçün Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 27 sentyabr 2022-ci il tarixli 2867/13 saylı məktubu ilə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’’nin mülkiyyət formasından asılı olmayaraq amblatorpoliklinik (stamatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin potoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilməsi nəzərdə tutulub. Bu qaydalara əsasən bir neçə inzibati orqana, o cümlədən “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə müraciət etmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 26 may 2023-cü il tarixli PHŞ-6-1/2-R-780-31-753/2023 saylı cavab məktubunda X2 yaşadığı müddət ərzində qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən 15 nömrəli Şəhər Poliklinikasına müraciət etmədiyini və ona aid ambulator tibbi kitabçanın olmadığını və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs isə 07 iyun 2023-cü il tarixli, PHŞ-6/2-R-71xx-xx- 10872/2023 saylı cavab məktubunda məsələnin məhkəmə predmeti olduğundan, qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə müraciət etməyi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyinin cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni hazırda təmin edə bilmir. AZ-İ seriyalı 211128 saylı xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X7 və X1 nikaha daxil olmuşlar. Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı Bələdiyyəsi tərəfindən təqdim edilmiş 312 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı mərhum həyat yoldaşı X7 xx.xx.2022ci il tarixdə Sabunçu rayon Kürdəxanı qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Dəfn xərcləri İddiaçı tərəfindən çəkilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəlik tərəfindən təqdim edilmiş 1987 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi döngə 11 ev 14C ünvanında qeydiyyatdadır (ailə tərkibi 4 nəfərdən – oğlu, qızı, qayınanası və baldızından ibarətdir). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3155/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı (maraqlı şəxs kimi Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə özünə geri qaytarılmışdır. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmışdır. Ərizəçiyə izah olunmuşdur ki, tibbi şəhadətnamənin verilməsindən əsaslı olaraq imtina edilməsi bağlı sənəd təqdim etsin və ya əsassız imtinadan Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etsin. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış PHŞ-6/2-R-71xx-xx-10872/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, qaldırılan məsələ məhkəmə predmeti olduğundan qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə müraciət etmək tövsiyə olunur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış PHŞ-6-1/2-R-780-31- 753/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, mərhum həyat yoldaşınız X5 yaşadığı müddət ərzində qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən 15 nömrəli Şəhər Poliklinikasına müraciət etməyib və ona aid ambulator tibbi kitabça olmadığından “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Kollegiya Qərarına əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Təcili və X3 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli (saat 18:20) çağırış ilə X7 “R-98. Həkimə qədər. Kişi cinsli ölüm” səbəbindən ölmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlanaraq hazırkı iddia tələbi ilə bağlı səmərəli hüquq müdafiə vasitəsinin şəxsin ölüm faktının mülki qaydada müəyyən edilməsi olduğu izah edilmişdir. Müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək təklif edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu növ iddialara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə uyğun olaraq ümumi məhkəmələrdə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinin tələbində əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı xx.xx.2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iddiaçının “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3155/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmasına münasibətdə qeyd edir ki, iddiaçının hazırki iddia ərizəsinə əlavə etdiyi sənədlərlə də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət həmin məhkəmə qərardadı qəbul edildikdən sonra edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən iddiaçıya ünvanlanmış PHŞ-6/2-R-71xx-xx-10872/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, qaldırılan məsələ məhkəmə predmeti olduğundan qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə müraciət etmək tövsiyə olunur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış PHŞ-6-1/2-R-780-31- 753/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, mərhum həyat yoldaşınız X5 yaşadığı müddət ərzində qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən 15 nömrəli Şəhər Poliklinikasına müraciət etməyib və ona aid ambulator tibbi kitabça olmadığından “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Kollegiya Qərarına əsasən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı öz məqsədinə yaşadığı yer üzrə ümumi məhkəməyə “hüquqi əhəmiyyəti olan (ölümün qeydə alınması) faktın müəyyən edilməsi haqqında” ərizə ilə yenidən müraciət etməklə nail ola bilər. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar