Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1155/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xxxx” MTK üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh 182 saylı, xx xxx 2016-cı il tarixli sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2559/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə “xxxx” MTK iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, V yaşayış sahəsi, 11 Z ünvanlı 0.3377 ha torpaq sahəsi və üzərində 94.3 kv.m tikinti altı sahə 2012-ci ildən xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* saylı reyestrdən çıxarışla ona məxsusdur. Həmin ərazi 1996-cı ildən onun istifadəsində olmuşdur. 2012-ci ildə ona məxsus reyestrdən çıxarış Suraxanı rayon MKB tərəfindən məhkəmədə mübahisələndirilmiş, lakin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Beləliklə, onun həmin torpaq sahəsinə və tikiliyə mülkiyyət hüququ, reyestrdən çıxarışın qanuniliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tanınmışdır. Lakin, mülkiyyətində olan torpaq sahəsinə cavabdeh “xxxx” MTK tərəfindən qanunsuz müdaxilə olunmuş, ona məxsus ərazisinin 2 sotu zəbt olunmuş, həmçinin 20 ildən çoxdur istifadə olunan gediş-gəliş yolu bağlanmışdır. Hazırda özünə məxsus torpaq sahəsinə daxil ola bilmir. Ona məlum olmuşdur ki, “xxxx” MTK Bakı şəhər İcra Hakimiyəti tərəfindən ona məxsus torpaq sahəsinin ətrafında tikinti aparmaq üçün 182 saylı, xx.xx.2016-cı il tarixli sərəncam verilmişdir. Həmin sərəncam iki səbəbdən onun maraqlarına toxunur. Birincisi sərəncamda göstərilən ərazinin koordinatları ona məxsus torpaq sahəsinin üstünə düşür. İkincisi ona məxsus torpaq sahəsinə uzun illər mövcud olmuş giriş-yolu həmin sərəncamda “xxxx” MTK-ya verilmişdir. Bu fakt 31515 saylı, xx.xx.2018-ci il tarixli ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə oların iştirakları olmadan baxıla bilər. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilininmülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 11 Z ünvanında, 0.3377 ha ölçüdə, xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 42.6 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 11 Z ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı məxsusdur və həmin qeyri-yaşayış sahəsinə dair sözügedən texniki pasport tərtib edilmişdir. İşdə olan Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 182 nömrəli, “xxxx” MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamından görünür ki, “xxxx” MTK-nin xx.xx.2016-cı il tarixli, 03 saylı müraciətini nəzərə alaraq, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsində 12 saylı yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilmişdir. İşdə olan 2016-cı il tarixli, 16/58 nömrəli Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ayrıc aktından görünür ki, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 182 nömrəli sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli, “V” yaşayış sahəsində 12 saylı yaşayış binasının cizgidə göstərilən sərhədlər daxilində 0.8000 ha yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “xxxx” MTK-ya ayrıc aktı verilmişdir. İşdə olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-9991/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31515 nömrəli ekspert rəyinin surətindən görünür ki, ekspertiza tədqiqinin nəticəsinə əsasən İddiaçı reyestr nömrəsi **********63-06301 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsəsi, “V” yaşayış sahəsi 11 Z ünvanında yerləşən 0.3377 ha torpaq sahəsinin 65 kv.m hissəsi “xxxx” MTK tərəfindən dəmir lövhələrlə hasarlanaraq tutulduğu müəyyən olunmuş, İddiaçı reyestr nömrəsi **********63-06301 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsəsi, “V” yaşayış sahəsi 11 Z ünvanında yerləşən 0.3377 ha torpaq sahəsinin 233 kv.m-i “xxxx” MTkya ayrıc aktına əsasən ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür ki, bundan 65 kv.m hissəsi ayrıc aktından kənara çıxmaqla cavabdeh “xxxx” MTK tərəfindən dəmir lövhələrlə hasarlanması, 168 kv.m-i isə ayrıc aktının koordinatları ilə üst-üstə düşməsi nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-350/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 11 Z ünvanda yerləşən 0.3377 ha torpaq sahəsinin cavabdeh “xxxx” MTK tərəfindən zəbt edilmiş 65 kv.m hissəsi iddiaçıya məxsus RX seriyalı, ******* saylı Çıxarışın koordinatları yerə köçürülməklə boşaldılıb ididaçı İddiaçı təhvil verilməsi, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 11 Z ünvanda yerləşən 0.3377 ha torpaq sahəsinin cavabdeh “xxxx” MTK tərəfindən torpaq sahəsinin cavabdeh “xxxx” MTK tərəfidnən torpaq sahəsi (65 kv.m) zəbt edilməklə bağlanmış yolun açılması və həmin yolun gələcəkdə bağlanması cavabdeh “xxxx” MTK-ya qadağan edilmiş, məhkəmə xərcləri cavabdeh “xxxx” MTK-ya aid edilmiş, cavabdeh “xxxx” MTK-dan 10 (on) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasının 2(103)-1348/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkməsini 2(010)-350/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” MTKnın apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6476/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, “xxxx” MTK-nın vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1348/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 11 Z ünvanda yerləşən 0.3377 ha torpaq sahəsi və onun üzərində yerləşən 42.6 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı ilə hazırki iş üzrə 3-cü şəxs “xxxx” MTK arasında mülki məhkəmə icraatında olan iş üzrə (bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-350/2018 saylı işi) aparılmış ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı reyestr nömrəsi **********63-06301 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsəsi, “V” yaşayış sahəsi 11 Z ünvanında yerləşən 0.3377 ha torpaq sahəsinin 65 kv.m hissəsi “xxxx” MTK tərəfindən dəmir lövhələrlə hasarlanaraq tutulmuş və İddiaçı reyestr nömrəsi **********63- 06301 olan çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsəsi, “V” yaşayış sahəsi 11 Z ünvanında yerləşən 0.3377 ha torpaq sahəsinin 233 kv.m-i “xxxx” MTK-ya ayrıc aktına əsasən ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmüş, bundan 65 kv.m hissəsi ayrıc aktından kənara çıxmaqla cavabdeh “xxxx” MTK tərəfindən dəmir lövhələrlə hasarlanmış, 168 kv.m-i isə ayrıc aktının koordinatları ilə üst-üstə düşməsi nəticəsində əmələ gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)- 350/2018 saylı iş üzrə təqdim edilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, hazırki iş üzrə mübahisəli sərəncama əsasən verilmiş ayrıc aktında göstərilən torpaq sahəsinin bir hissəsi (168 kv.m) iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də, Cavabdeh Başçısının 182 saylı, xx xxx 2016-cı il tarixli sərəncamı iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə, yəni 168 kv.m hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsınin İİ hissəsınə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusı mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız qanunla icazə verilmış hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərın tikilməsi məqsədilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, torpaq sahəsındə olan bınalara. qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasınm mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və beynəlxalq hüququn ümumı prinsıplərı ılə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı ıl tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsı haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifıkasiya etmış dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbıqi məsələlərı üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsınin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublıkası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksıyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsınə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» ışində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verır.» “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 182 nömrəli Sərəncamı iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə, yəni 168 kv.m hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. HakimAygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1155/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1155/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver