Məhkəmə qərarları › İş №2-1(112)-1155/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1155/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1155/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı rəyin verilməsi tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı istehsal ili 2019 olan və “sıfır” kilometajlı “Kənd Təsərrüfatında istifadə olunan grant aqro markalı traktora qoşulan hidravlik qaldırıcısı olan bağ arası meyvə yığmaq üçün qoşqu”lar 5 ədəd (şassi ban nömrəsi 2019-17 2019-18 2019-19 2019-20, gömrük bəyannaməsi **********9369), (şassi ban nömrəsi 2019-13 2019-14 2019-15 gömrük bəyannaməsi **********9387), (şassi ban nömrəsi 2019-16, gömrük bəyyanaməsi **********9411), (2019-7 2019-8 2019-9, gömrük bəyannaməsi **********9617) və (şassi ban nömrəsi 2019-1 2019-2 2019-3) gömrük bəyannaməsi **********9567) olan qurğulara görə ödənilmiş 4941,95 AZN (dörd min doqquz yüz qırx bir manta doxsan beş qəpik) məbləğində pul vəsaitinin “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinə dair etirazı daxil olmuşdur. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2021-ci ildə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi təmin edilsin. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı rəyin verilməsi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar