Məhkəmə qərarları › İş №2-1(112)-1155/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1155/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1155/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə və Cavabdeh2na qarşı məhkəmədə iddia qaldıraraq, **********420900 saylı və xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 nömrəli, xx.xx.2023 – cü il tarixli 13 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə və Cavabdeh2na qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi cavabdehlər sırasından çıxarılmışdırlar.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri X3 tərəfindən qəbul olunmuş **********420900 saylı Qərarla , kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə iddiaçının şikayəti təmin edilməyərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsninin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu səbəbdən də AR İN Apellyasiya Şurasına AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin İnzibati şikayətin təmin edilməməsi haqqında **********420900 saylı və Lokal Vergilər Departamenti tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərarları ləğv edilməsi barədə şikayət ərizəsi ilə müraciət olunmuşdur. AR İN Apellyasiya Şurasının xx.xx.2023 – cü il tarixli Qərarı ilə şikayəti təmin olunmadan mübahisələndirilən qərarların isə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Mübahisələndirilən Qərarın qəbul olunması əsası kimi aşağıdakılar qeyd olunmuşdur: Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 12305,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946,0 manat) müşahidələrin nəticələrindən 141641,0 manat, 802-ci sətirindəki B1 sütünlarının cəmi 13145,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 139048,0 manat) müşahidələrin nəticələrindən 125903,0 manat, 803-cü sətirindəki B1 sütünlarının cəmi 20765,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946,0 manat) müşahidəsinin nəticələrindən 133181,0 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********081900 nömrəli məktub göndərilmişdir. Fərdi sahibkar tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq müvafiq izahat məktubu, təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinə üzrə 32058,0 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********245300 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Həmçinin kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 13590,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980,0 manat) müşahidələrin nəticələrindən 135390,0 manat, 802-ci sətirindəki B1 sütünlarının cəmi 14922,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946,0 manat) müşahidələrin nəticələrindən 139024,0 manat, 803-cü sətirindəki B1 sütünlarının cəmi 24138,0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980,0 manat) müşahidəsinin nəticələrindən 124842,0 manat az olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********029600 nömrəli məktub göndərilmişdir. Fərdi sahibkar tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq müvafiq izahat məktubu, təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinə üzrə 31940,48 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Göründüyü kimi Vergi orqanı tərəfindən təqdim olunmuş hesabat üzrə deyil, aparılmış son xronometraj üzrə hesablama aparaq tərəfindən mübahisələndirilən Qərar qəbul etmişdir. Hesab edir ki, yalnız xronometraja istinad etməkəklə hesablamanın aparılması yol verilməzdir. Belə ki , əgər yalnız xronometraja istinad olunursa onda, hər hesabat dövrü üzrə fəaliyyət barəsində məlumatın verilməsinə lüzum qalmazdı və belə olan halda yalnız xronometrajla müəyyən edilmiş rəqəmlərə uyğun hesabatın verilməsi öhdəlik kimi üzərində olardı. Lakin fəaliyyətin növündən asılı olaraq, həmçinin gözlənilən və gözlənilməyən səbəblərə görə dövriyyə fərqli ola bilər ki, hesab edir bu, ticarət sahəsində normal bir haldı. Əgər vergi orqanının istinad etdiyi xronometrajda göstərilən rəqəmlərin bütün fəaliyyət dövründə eyni olması kimi sabitliyin olması mümkün olsaydı, yəqin ki, iqtisadi riskin olması kimi anlamlar ortadan qalxmış olardı. Çox təssüf olsun ki, fəliyyət göstərdiyi sahədə belə bir stabillik yoxdur. 2021-ci ilin iyun ayında aparılmış kameral vergi yoxlaması bağlı bildirmək istəyir ki, 2 il karantin dövründən sonra ictimai iaşə müəssisələrinə demək olar ki müştəri axını olmuşdur və elə son xronometrajda həmin ərəfədə aparılmışdır. Bundan başqa 2021-ci ilin avqust ayında onun böyük zalı təmirə dayanmış və təmir yekunlaşana kimi olan dövr ərzində dövriyyəsi kəskin azalmışdır. 1-2-ci rübdə ona əsassız olaraq əlavə kameral vergi hesablanmışdır. Yuxarıdada qeyd etdiyi kimi iaşə obyektinin fəaliyyəti daima stabil ola bilməz və hesablamalarda yalnız xronometraja istinad etməklə əlavə vergi borcunun müəyyən edilməsi yolverilməzdir. Ən azından tərəfimizdən Qərar mübahisələndirilirsə, yenidən xronometrajın aparılması üçün heç bir maneə olmadığı halda nədənsə vergi orqanı bu addımı atmaq əvəzinə yalnız formal dəlillərə istinad etməklə şikayətini rədd etmişdir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********3363 saylı, “İnzibati şikayətin təmin edilməməsi haqqında” və xx.xx.2023-cü il tarixli 13 saylı Apellyasiya Şurasının qərarı üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi deyildir. Belə ki, iddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxlarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarda 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, həmçinin məhkəmələr cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını yoxlamalıdırlar. Əlavə olaraq bildiririk ki, həmin qərarlar üzrə iddia müddətinin axımının dayandırılmasını nəzərdə tutan İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsi də tətbiq oluna bilməz. Belə ki, həmin maddəyə əsasən iddia müddətinin axımının dayandırılması üçün şərt şikayətin müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma “İnzibati icraat haqqında” Qanunun 73.1 və ya 73.2-ci maddəsində təsbit olunmuş müddətlərdə verilməsidir. Müvafiq şikayət xx.xx.2022-ci il tarixində ünvanlanmışdır. Göründüyü kimi, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına ünvanlanan şikayətin verilməsi üçün müvafiq müddət ötürülmüşdür. Bu səbəbdən, iddia müddətinin axımının dayandırılması üçün də hər hansı əsas olmamışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin 1 və 2-ci rüblərin sadələşdirilmiş vergi bəyannamələri üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, iddiaçı tərəfindən 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 12305.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946.00 manat) müşahidələrin nəticələrindən 141641.00 manat, sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütünlarının cəmi 13145.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 139048.00 manat) müşahidələrin nəticələrindən 125903.00 manat və sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətrindəki B1 sütünlarının cəmi 20765.00 manat məblağ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946.00 manat) müşahidələrin nəticələrindən 133181.00 manat az olduğu müəyyən edilmişdir. Həmçinin 2022-ci ilin 2-ci rübü üçün təqdim edillmiş sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 13590.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980.00 manat) müşahidələrin nəticələrindən 135390.00 manat, sadələşdrilmiş verginin bəyannaməsinin 802-ci sətrindəki B1 sütünlarının cəmi 14922.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946.00 manat) müşahidələrin nəticələrindən 139024.00 manat və sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütünlarının cəmi 24138.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980.00 manat) müşahidələrin nəticələrindən 124842.00 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2022-ci il tarixli **********029600 nömrəli və xx.xx.2022-ci il tarixli **********081900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilmasi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci ilin 1-ci və 2- ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 31940,48 manat və 32058 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********445200 nömrəli və xx.xx.2022-ci il tarixli **********245300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X4 prospekti, ev 69 ünvanında yerləşən, **********-10001 obyekt kodlu, "Lido" Restoranı adlı təsərrüfat subyektində, cavabdehin xx.xx.2021-ci il tarixli, **********5369 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş gününüdən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılmış və təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 5 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsi 24830,0 manat, orta günlük satış dövriyyəsinin isə 4966,0 manat olduğu müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 002206 nömrəli yekun akt ilə rəsmiləşdirilmiş, tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində xronometraja istinad etməklə hesablamaların aparılması qanunsuz olmasına istinad etsə də, cavabdeh tərəfindən hansı qanunvericilik normasının pozulmasını bildirməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində hesablama aparılan dövrlər üzrə dövriyyəsinin az olduğunu qeyd etsə də məhkəməyə bunu əsaslandıracaq heç bir təstiqedici sənəd təqdim edilməmişdir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, dövriyyənin aşağı düşməsi səbəbi ilə yenidən xronometraj keçirilməsi ilə bağlı müraciət iddiaçının hüququdur lakin, o bununla bağlı hesablama aparılan dövr üzrə müraciət etməmişdir. Odur ki, son xronometraj metodu ilə müşahidənin nəticəsi vergilərin hesablanmasında əsas götürülmüşdür. Odur ki, cavabdehin qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə qanunsuz hesab edilə bilməz. Həmçinin qanunvericiliyin tələbləri diğər vergi ödəyicilərinə münasibətdə həmin qanunun tələblərinin tətbiq edilərək vergilən hesablanmsı iddiaçıya münasibətdə ədalətlik prinsibi baxımından əsasız olardı. Göründüyü kimi, cavabdeh tərəfindən keçirilən kamaral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Əlavə olaraq, iddiaçı vergi orqanına şikayətində kameral vergi yoxlamasının nəticələri ilə razı olmadığını bildirərək, 2022-ci ilin 1-ci və 2-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinə hesablanmış vergi məbləğlərinin ləğv edilməsini xahiş etmişdir. Müraciətin ətraflı araşdırılması nəticəsində iddiaçının inzibati şikayəti təmin edilməmiş və cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 qərarları əsaslı hesab olunaraq dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Diğər tərəfdən, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektinin mülkiyyətçilərindən birinin "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində həmin ünvanda vergi ödəyicisi olaraq fəaliyyət göstərdiyini və iddiaçının həmin hüquqi şəxsin işçisi olduğunu, daha sonra hüquqi şəxsin digər işçisinin adına həmin təsərrüfat subyekti qeydiyata salınaraq analoji fəaliyyətlə məşğul olduqlarını, bununla da qeyd olunan əməliyyatlar üzrə gəlirlərin gizlədilməsi məqsədi ilə vergidənyayınma sxeminin yaradılması riskinin olduğu nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Lakin, iddiaçı iş üzrə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. xx.xx.2021-ci il tarixli **********5369 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən iddiaçının istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi ŞTQ X4 prospekti ev 69 ünvanında yerləşən **********-10001 obyekt kodlu "Lido" Restoranı adlı təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş gününüdən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması haqqında qərar qəbul edilmişdir.

6. xx.xx.2021-ci il tarixli DVX seriyalı 002206 nömrəli “Xronometraj metodu ilə müşahidənin nəticəsi barədə tərtib edilmiş yekun aktında iddiaçıya aid təsərrüfat subyektində xx.xx.2021-ci il - xx.xx.2021-ci il tarixədək, 5 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsi 24830,0 manat, orta günlük satış dövriyyəsinin isə 4966,0 manat olduğu müəyyən edilmiş və həmin akt iddiaçı tərəfindən imzalanmışdır.

7. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı tərəfindən sadələşdirilmiş vergi üzrə 2022-ci ilin 2-ci rübü üçün **********029600 nömrəli kameral uyğunsuzluq məktubuna əsasən Vergi orqanı tərəfindən 31.940,48 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır.

8. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********245300 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 12305.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946.00 manat) müşahidələrin nəticələrindən 141641.00 manat azdır. Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütünlarının cəmi 13145.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 139048.00 manat) müşahidələrin nəticələrindən 125903.00 manat azdır. Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətrindəki B1 sütünalrının cəmi 20765.00 manat məblağ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946.00 manat) müşahidələrin nəticələrindən 133181.00 manat azdır. Vergi orqanı tərəfindən 32.058 manat əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği hesablanmışdır.

9. Azərbaycan Respblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında **********420900 nömrəli qərara əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati şikayətin təmin edilməməsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********245300 və xx.xx.2022-ci il tarixli **********445200 nömrəli qərarları dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

11. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

14. İddiaçı həmin qərarı inzibati qaydada mübahisələndirilmiş, şikayəti təmin olunmamışdır.

15. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır,

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

18. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

19. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.

20. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

21. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50- 1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: - 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; - 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; - 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir.

22. Mübahisə xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə bağlıdır.

23. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur. Odur ki, qeyd edilən halda məhkəmənin səlahiyyətləri müşahidənin aparılması zamanı vergi orqanın prosedur öhdəliklərinə riayət etməsini və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsini yoxlamaqla məhdudlaşır.

24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

25. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: Bənd 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

26. Cavabdeh tərəfindən xronometraj metodu ilə müşahidə barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********5369 nömrəli qərar barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış (yoxlama dövrü: xx.xx.2021xx.xx.2021-ci il), yoxlamanın nəticələri həmin dövrdə aparılmış xronometraj müşahidələrinə əsaslanmış, məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir.

27. Müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktla təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilmir.

28. Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır.

29. Məhkəmə qeyd edir ki, iddiaçının yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına artıq qəbul edilmiş qərarlardan sonra xx.xx.2022-ci ildə müraciət etmişdir.

30. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

31. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

32. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qərarlarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar