Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1157/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 52 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci il tarixdə doğulmuş, 1985-1987-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları peşə məktəbində təhsil almış, 1987-1990-ci ilədək köçürülmə yolu ilə “Azərbaycan Dəniz Balıq Sənaye” Texnikumunu bitirmişdir. 1990-1992-ci illərdə hərbi xidmət keçmişdir. xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilədək “Kaspneftflot” da motorist, mexanik vəzifələrində işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də 2-ci və 3-cü dərəcəli mexanik vəzifəsində işləmişdir. Daha sonra "xxxx" Şirkətində Su altı mühəndis köməkçisi, xx.xx.2006-cı il tarixdən “ABB Vetko Gray” Azərbaycan nümayəndəliyinə xidmət üzrə mühəndis vəzifəsinə təyin edilib, şirkətin sahə üzrə texniki nümayəndə, daha sonra əsas servis mühəndisi, xx.xx.2015-ci ildən “X1 İnk” əsas servis mühəndisi, daha sonra “GE Oil and Gas UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında sahə üzrə baş mühəndis işləmişdir. xx.xx.2020-ci ildən şirkətin adı dəyişdirilərək X9 Technology UK Limited adlandırılmışdır. Hal-hazırda da orada işləyir. xx.xx.2006-cı il tarixədək 20 il ümumi stajı, 10 ildən artıq güzəştli stajı vardır. İşlədiyi mexanik peşəsi Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “A” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********), 7-ci yarımbəndinə (kod: 23003020-23484) uyğun gəlir. Zərərli peşədə işləməsi barədə bütün iş yerlərindən arayışlar təqdim edilmişdir. Cavabdeh orqana müraciət etmiş, lakin imtina məktubu ilə bildirilmişdir ki, 1987-1990-cı illərdə əyani təhsil alması barədə arayış təqdim etməyib, verilən arayışlarda qeyd edilən peşələrin Azərbacan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istahlasalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”na uyğun gəlmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edərək bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədələrin surətinə əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (18 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək olan dövr üzrə təhsil aldığı müddətlərin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçası və güzəştli arayışına əsasən onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı isə 12 il 6 aydan az (2 ay 19 gün (xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) Neft-qaz və qaz kondensatının hasilatı bəndinin (********) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər (1100000b—23485) və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Dağ-mədən işləri bölməsinin (1), geologiya kəşfiyyat işləri (yerüstü) bəndində (1.3) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər və Nəqliyyat bölməsinin (21) Dəniz və çay donanması bəndində (21.2) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı F.Mənsurov tərəfindən Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Geofizika və geologiya idarəsi”nin xx.xx.2024-cü il tarixli 14-2- 4/2-İ-7-42/2024 nömrəli arayışında xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr ərzində mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda onun işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının dağ mədən işləri bölməsinin geologiya kəşfiyyat işləri (yerüstü) bəndində nəzərdə tutulan ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər vəzifəsinə aid edilsə də, həmin dövrlər üzrə çöl iş şəraitində işlədiyi vəzifələr üzrə çöl iş günlərinin sayı barədə hər-hansı məlumat göstərilməyib. Həmçinin, "xxxx" MMC-nin iddiaçı F.Mənsurova dair xx.xx.2024- cü il tarixli KŞ-24/01 nömrəli arayışında xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2003cü il tarixədək olan dövrlər ərzində sözügedən müəssisənin üzücü heyətin nəqliyyat donanması gəmilərində mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə arayışda istinad olunan Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda qeyd olunan Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bundan başqa, “X6 Azərbaycan” MMC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli arayışında xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı ilədək olan dövr ərzində sözügedən müəssisənin qazma qurğusunda sualtı mühəndis köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə arayışda qeyd olunan yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş Siyahıda göstərilən neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yerlatı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər vəzifəsinə aid deyil. Göstərilənlərə əsasən cavabdehin xx.xx.2024-cü il tarixli 3- 17-1/2-İ- 67460/2024 nömrəli imtina məktubunda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən və güzəştli iş stajının isə 12 il 6 aydan az olması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi ərizəsində səhhəti ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 3-17-1/2-İ-67460/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək çilingər, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək motor sürücüsü işləmiş, xx.xx.1992-ci il tarixdə mexanik vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1992-ci il tarixdə “Rezonans” X7 mexanik vəzifəsinə keçirilmiş və xx.xx.1995-ci il tarixli 15-k saylı əmrə əsasən xx.xx.1995-ci il tarixdən “Kaspian Geofizikl”ə keçirilməsi ilə əlaqədar azad olunmuşdur, xx.xx.1995-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək mexanik işləmişdir. -SOCAR-ın Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-4/2-İ-7-42/2023-59 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixli 108-k saylı əmrə əsasən “Akademik Nalivkin” adına X4 mexanik vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixli 170-k saylı əmrə əsasən xx.xx.1992-ci il tarixdən “Rezonans” X7 mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci il tarixli 15-k saylı əmrə əsasən xx.xx.1995-ci il tarixdən “Kaspian Geofizikl”ə keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı Mansur oğlunun çalışdığı mexanik vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir. İddiaçının cəmi güzəştli iş stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 2 il 08 ay təşkil edir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KŞ-23/01 nömrəli arxiv arayışına əsasən İddiaçı Mansur oğlu "xxxx" MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1995-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək (4-cü mexanik vəzifəsində) və xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək (3-cü mexanik vəzifəsində), xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək (2-ci mexanik vəzifəsində) X3 tərkibində çalışmışdır. Onun işlədiyi vəzifə və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzintisəyahət, şəhərəatrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Qeyd edilən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qəran ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın, 21.2 b) bəndinin yarımbəndində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “XXY111 hissəsinin 3-cü bəndinin (kod ********) 7-ci yanmbəndinə (kod 23003020-23484) uyğun göstərilmişdir. «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərara əsasən çalışdığı vəzifənin şifrə nömrəsi: 23003020-23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər). İddiaçı Mansur oğlunun üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 8 il 8 ay 3 gün təşkil edir. -“Noble Drilling Services” Azərbaycan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı xx.xx.2003-xx.xx.2006 tarixlərində "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində, dənizdə yarımdalma üzən X8 Qurğusunda sualtı mühəndis köməkçisi kimi çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən, 1 saylı siyahı X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün, kod-1100000a-l 1588) güzəştli şərtlərlə pensiya hüququ verən sualtı mühəndis köməkçisi peşəsi üzrə iş stajı 2 il 11 ay təşkil edir. -“X9 Techonology UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş arayışa əsasən işçinin tutduğu vəzifələri iş yerlərinin attestasiyası komissiyası üzrə zərərli olaraq müəyyən edilmiş və işçinin hazırkı "X9 Techonology UK Limited"şirkətinin Azərbaycan Respublikasındakı Filialında peşə üzrə ümumi əmək stajı 16 (on altı) il 5 (beş) ay 11 (on bir) gün hesablanmışdır. İddiaçı X9 Technology UK Limited filialının Azərbaycan Respublikasındah filialında Sahə üzrə baş Mühəndis vəzifəsində çalışır. Vəzifə səlahiyyətlərini dənizdə icra edir. İşlədiyi vəzifə üzrə ümumi sosial sığorta (əmək) stajı 30 il, 7ay, 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 1 №-li siyahısının X bəndinin 1100000b-17541 və 1100000b -2247 üzrə ona güzəştli pensiya təyin olunması hüququ verilir. -Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1987-ci il tarixli 30 saylı əmrlə Bakı Dəniz Yolları Məktəbindən köçürülmə yolu ilə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna (2016-cı ildən etibarən Azərbaycan Dövlət Dəniz Akademiyasının nəznində Azərbaycan Dənizçilik Kolleci adlanır) “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixli 157 saylı əmrlə texnikumu bitirmiş və ona HT-İ №574728 seriyalı, 144 qeydiyyat nömrəli diplom verilmişdir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışa əsasən iddiaçı 1985-1987-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində əyani formada təhsil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, KŞ-24/02 nömrəli sorğuya cavab məktubuna əsasən İddiaçı Mansur oğlunun işlədiyi mexanik vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 b) bəndinin yarımbəndinə (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) və nəzərinizə çatdırmaq istərdik ki, «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərara əsasən çalışdığı vəzifənin: kod 23003000 3. Dəniz və çay donanması bəndininin 1. Üzən heyət (kod ********) yarımbəndinin kod 23003020—23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) şifrə nömrəsinə uyğun gəlir. "Caspian Geophysical” MMC-nin fəaliyyəti Azərbaycan Respublikasının ərazisində və onun xaricində azərbaycan, xarici, fiziki və hüquqi şəxlərə seysmik məlumatların (Geofiziki İşlər) toplanması, işlənməsi, şərh edilməsi və satışı sahəsində geofiziki xidmətlərin göstərilməsi; seysmik-kəşfiyyat məlumatlarının işlənməsi üzrə Mərkəzin yaradılması onun üçün dünya standartlarına uyğun olaraq aparat və proqram təminatının alınması və istifadə edilməsi və bu cür məlumatların işlənməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində və onun xaricində olan fiziki və hüquqi şəxslərlə müvafiq hökümət orqanların tərəfindən xüsusi icazə (lisenziya) alındıqdan sonra müqavilələrin bağlanması; seysmik kəşfiyyatın təşkili və strateji planlaşdırmasından ibarətdir." İddiaçı işlədiyi vəzifə və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzintisəyahət, şəhərəatrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Mansur oğlunun üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 8 il 8 ay 3 gün təşkil edir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, KŞ-24/01 nömrəli arayışa əsasən iddiaçı Caspian Geiphysical MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək (4-cü mexanik vəzifəsində) və xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək (3-cü mexanik vəzifəsində), xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək (2-ci mexanik vəzifəsində) çalışmışdır. İddiaçı Mansur oğlunun heyət üzrə güzəştli iş stajı 08 il 08 ay 03 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 21.2 b) bəndinin yarımbəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XXYİİİ hissəsinin 10-cu bəndinin (kod 11000000b-23485) 10.1 b yarımbəndində (kod 11000000b-23485) uyğun göstərilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahılarının təsdiq edilməsi haqqında 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına əsasən çalışdığı vəzifənin şifrə nömrəsi: 11000000b -23485 (mexaniklər və böyük mexaniklər) Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçı 52 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 20 ildən, güzəştli iş stajının isə 10 ildən az olması əsası ilə pensiya təyinatının aparılmasından imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hazırki iddianın qanuni əsası ilə bağlı bildirir ki, Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə iddiaçının ümumi iş stajına münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən iş stajı 18 il 2 ay 27 gün təşki edir. Cavabdeh iddiaçının aldığı təhsilin əyani olub-olmaması ilə məsələni mübahisələndirmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının aldığı təhsilin əyani təhsilalma formasında olduğu müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş arayışlara və əmrlərlə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1987-ci il tarixli 30 saylı əmrlə Bakı Dəniz Yolları Məktəbindən köçürülmə yolu ilə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna (2016-cı ildən etibarən Azərbaycan Dövlət Dəniz Akademiyasının nəznində Azərbaycan Dənizçilik Kolleci adlanır) “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixli 157 saylı əmrlə texnikumu bitirmiş və ona HT-İ №574728 seriyalı, 144 qeydiyyat nömrəli diplom verilmişdir. O, əyani təhsil almışdır. Göründüyü kimi iddiaçının aldığı təhsilin əyani formasında həyata keçirilməsi təhsil müəssisəsinin özü tərəfindən də təsdiq edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının əyani təhsil müddəti xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixləri əhatə etdiyindən və həmin aldığı təhsil təhsilformasının əyani olması müvafiq sənədlər ilə təsdiq olunduğundan, həmin dövr (03 il 04 ay 27 gün) sığorta stajına daxil edilməlidir. Odur ki, iddiaçının ümumi iş stajının 20 ildən çox- 21 il 7 ay 24 gün (18 il 02 ay 27 gün + 03 il 04 ay 27 gün) təşkil edir. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh yalnız iddiaçının xx.xx.1990xx.xx.1990-cı il tarixləri arasındakı dövrü güzəştli iş stajına nəzərə almış və güzəştli iş stajının 02 ay 19 gün olduğu qənaətinə gəlmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı iddiaçının güzəştli iş stajının tələb olunan stajdan çox olduğu müəyyən olunmuşdur. Belə ki, Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayış ilə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Rezonans” X7 mexanik kimi işlədiyi vəzifənin güzəştli olması təsdiq olunmuşdur ki, işəgötürənin özü də güzəştli iş müddətinin 02 il 08 ay olduğu qənaətinə gəlmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyası ilə eyni olduğu müəyyən edilmişdir. Həmçinin həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın ********. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı 1100000b bəndinin 17541 kodu atında nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrü ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi vəzifələr güzəştli pensiya hüququ verdiyi halda iddiaçının çöl iş günlərinin nə qədər təşkil etməsi ilə bağlı məlumatın olmaması onun güzəştli iş stajının müəyyən edilməsinə maneə yaratmır. Çünki, ümumiyyətə bu vəzifələrin güzəştli vəzifələr olması çöl iş günlərinin sayından asılı deyil. (Vahid məhkəmə təcrübəsi: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı) Bundan başqa, "xxxx" MMC tərəfindən verilmiş güzəştli arayışı əsasında da müəyyən olunmuşdur ki, iddiaçı Caspian Geophysical MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək (4-cü mexanik vəzifəsində) və xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək (3-cü mexanik vəzifəsində), xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək (2-ci mexanik vəzifəsində) çalışmışdır. İddiaçının işlədiyi həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavəsi ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 21-ci bölməsində (Nəqliyyat) 2010100b—23485 kod altında mexaniklər, böyük mexaniklər vəzifəsinə uyğundur. Belə olan halda İddiaçı Mansur oğlunun həmin vəzifə üzrə güzəştli iş stajı 08 il 08 ay 03 gün təşkil edir ki, həmin müddət də onun sığorta stajına daxil edilməlidir. Həmçinin, məhkəmə onu da bildirir ki, “Noble Drilling Services” Azərbaycan tərəfindən verilmiş güzəştli arayışı əsasında da müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2003-xx.xx.2006 tarixlərində "xxxx" MMC şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində, dənizdə yarımdalma üzən X8 Qurğusunda sualtı mühəndis köməkçisi kimi çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən, 1 saylı siyahı X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün, kod-1100000a-11588) güzəştli şərtlərlə pensiya hüququ verən sualtı mühəndis köməkçisi peşəsi üzrə iş stajına daxil edilməlidir ki, həmin müddət 2 il 11 ay təşkil edir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Göstərilənlərə əsasən məhkəmə cavabdehin dəlillərini əsaslı saymır və bildirir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında mübahisəli dövr üzrə aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan tutarlı dəlil təqdim edilmədiyindən həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda, aparılmış araşdırmanın nəticəsi olaraq iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 20 il ümumi, 10 il güzəştli iş stajı yaranmış olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Odur ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1157/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1157/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver