Məhkəmə qərarları › İş №2-1(112)-11573/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11573/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11573/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “dəfn müavinətinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 09 iyun 2023-cü il tarixli, 3-17-1/2-K- 131701/2023 saylı imtina məktubunu qanunsuz hesab etməklə 2008-cü il təvəlüdlü xx.xx.2023-cü il tarixdə vəfat etmiş övladı Kazımzadə Nuray Vüsal qızının vəfatı ilə əlaqədar dəfn üçün birdəfəlik müavinətin təyin olunub ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 may 2023-cü il tarixdə vəfat etmiş 2008ci il təvəllüdlü qızı Kazımzadə Nuray Vüsal qızının dəfni üçün müavinətin verilməsi məqsədi ilə cavabdeh orqana tələb olunan müvafiq sənədlər təqdim edilərək dəfn üçün birdəfəlik müavinətin ödənilməsini xahiş etdikdə ona bildirilmişdir ki, “Sosial müavinətlər haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət əlillik müddətinə təyin təyin olunur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ’’Əlillik" altsistemində olan məlumatlara əsasən mərhum Kazımzadə Nuray Vüsal qızının əlillik müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edildiyindən onun əllilliyə görə aylıq müavinətinin ödənişi 3 1.03.2023-cü il tarixində dayandırılmışdır. Müavinət alan şəxs əlillik müddəti bitdikdən sonra vəfat etdikdə, onların vəfatı ilə əlaqədar dəfn üçün birdəfəlik müavinət təyin olunmur. Odur ki, cavabdeh orqan müraciətini qanuni araşdırmadan onun və ailəsinin vəfat edən övladının xəstəliyi ucbatından başlarının həddindən cox qarışıq olmasını, onun səhhəti ilə bağlı hər gün həyəcan içində olmaqlarını və gündəlik xəstəxanalarda olmaqlarını nəzərə almadan müraciətinə qarşı 09 iyun 2023cü il tarixli 3-17-1/2-K-131701/2023 saylı imtina vermişdir. Cavabdeh orqan tərəfindən verilmiş imtina qanunsuz hesab olunmalı və cavabdeh orqanın üzərinə bütün hallar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdə vəfat edən qız övladı Kazımzadə Nuray Vüsal qızının vəfatı ilə əlaqədar birdəfəlik dəfn xərcinin təyin olunub ödənilməsi vəzifəsi qoyulmalıdır. Belə ki, 2008-ci il təvəllüdlü övladı Kazımzadə Nuray Vüsal qızı C50.8 Süd vəzisinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxan zədələnməsi. Sol süd vəzinin alveolyar rambomiosarkoması, Sağ süd vəzinə, hər iki qoltuqaltı limfa düyünlərinə, prekaval limfa düyünlərinə metastaz, 1 kurs PKT sonrakı vəziyyəti. T2Bnlml İV mərhələ diaqnozu xəstəliyindən xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən onun adına xx.xx.2023-cü il tarixli, 370 nömrəli akt qeydi kitabında xx.xx.2023-cti il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. 2019-cu il tarixdən etibarən ona əlillik təyin edilmiş və əlilliyə görə müvafiq qaydada sosial müavinət təyin edilmişdir. Son zamanda xəstəliyinin şiddətli halı baş verdiyindən ailə olaraq bütün diqqəti onun sağlamlığı uğrunda olduğundan onun əlillik müddətinin bitməsinin xx.xx.2023-cü il tarixdə olmasından xəbərsiz olmuş və bu barədə onlara heç bir şəxs, orqan və qurum məlumat verməmişdir. Odur ki, onun adına təyin olunmuş əlillik müavinəti xx.xx.2023-ci il tarixdə dayandırılmışdır. Övladının xəstəliyi stabil hal alacağı təqdirdə mütləq şəkildə əlilliyin yenidən təyin olunub müavinətin ödənilməsi üçün tərəfindən müvafıq orqana müraciət ediləcəkdi. Nəzərə almaq lazımdır ki, əlilliyə görə müavinətin dayandırılmasından mərhumun vəfatı arasındakı zaman fərqi 1 ay 5 gün müddətinə fərqlənmişdir ki, cavabdeh orqan tərəfindən bu hal müstəsna hal kimi qiymətləndirilməli idi və dəfn üçün birdəfəlik ödəmə həyata keçirilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.13-cü maddəsinə əsasən dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. Dəfn üçün müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 90-cı bəndinə əsasən sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə təyin edilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Həmin Əsasnamənin 91-ci bəndinə əsasən sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Fond tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. Həmin Əsasnamənin 99-cu bəndinə əsasən öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Fondun yerli qurumlarına, "DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Fondun yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə sosial müavinət əlillik müddətinə təyin edilir. Belə ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilmiş məlumatlara əsasən mərhum Kazımzadə Nuray Vüsal qızının əlillik müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. N.Kazımzadənin əlillik müddəti xx.xx.2023-cü il tarixdə bitidiyindən ona təyin edilmiş əlilliyə görə sosial müavinət ödənişi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Qanunvericiliyə əsasən sosial müavinət alan şəxs onun əlillik müddəti bitdikdən sonra vəfat etdikdə onun vəfatı ilə əlaqədar dəfn üçün birdəfəlik müavinət ödənilmir. Mərhum N.Kazımzadənin əlilliyi mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən vəfat etdiyi 06 may 2023-cü il tarixə qüvvədə olmadığından və həmin tarixə ona əlilliyi ilə əlaqədar sosial müavinət ödənişi edilmədiyindən İddiaçı dəfn üçün birdəfəlik müavinətin təyin edilib ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİ 325162 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Kazımzadə Nuray Vüsal qızı xx.xx.2023-cü il tarixdə süd vəzisinin yuxarıda gös. bir və ya bir neçə lok. kənara çıxan zədələnməsi səbəbindən ölmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-20587/2023 nömrəli məktubu ilə göndərilmiş əlillik təyinatı alt sistemi məlumatlarından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Kazımzadə Nuray Vüsal qızının sağlamlıq vəziyyəti Bakı şəhəri 2 nömrəli Uşaq Poliklinikasının xx.xx.2020-ci il tarixli 0172003AABGO nömrəli tibbi göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilərək 3 il müddətinə növbəti müayinə tarixi xx.xx.2023-cü il olmaqla ümumi xəstəlik səbəbindən uşaqların sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuşdur. İnzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət edərək qızı Kazımzadə Nuray Vüsal qızı üçün dəfn üçün müaviətin ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-K-131701/2023 nömrəli sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7.0.13-cü maddəsinə əsasən dəfn üçün müavinət bu Qanunun 4.0.1.1- 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət) biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin olunur. Həmçinin dəfn üçün müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 90-cı maddəsinə əsasən sığortaolunan (Fondun sistemində sığortaolunan kimi uçotda olan şəxslər), əmək pensiyaçısı və ya həmin Əsasnamənin 99-cu maddəsinə əsasən öz-özünü sığorta edən fiziki şəxs vəfat etdikdə (vəfat etdiyi tarixədək qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda) təyin olunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət əlillik müddətinə təyin olunur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən mərhum Kazımzadə Nuray Vüsal qızının əlillik müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edildiyindən onun əlilliyə görə aylıq müavinətinin ödənişi xx.xx.2023-cü il tarixində dayandırılmışdır. Müavinət alan şəxs əlillik müddəti bitdikdən sonra vəfat etdikdə, onların vəfatı ilə əlaqədar dəfn üçün birdəfəlik müavinət təyin olunmur. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən mərhum Kazımzadə Nuray Vüsal qızı vəfat etdiyi tarixdə heç bir növ sosial müavinət almadığından sizə dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. Belə ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri də ödənilir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Kazımzadə Nuray Vüsal qızı xx.xx.2020-ci il tarixdən 3 il müddətinə sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş, sonuncu xx.xx.2023-cü il tarixdə vəfat etmiş, atası onun vəfatı ilə əlaqədar dəfn müavinatının alınması ilə bağlı cavabdehə müraciət etmiş, inzibati orqan mərhumun “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.13-cü maddəsinə əsasən dəfn üçün müavinət veriləcək şəxslər dairəsinə aid olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə cavabdehin imtina əsasları ilə razılaşır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.2. Birdəfəlik müavinətlər: (....) 4.0.2.3. dəfn üçün müavinət. - 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: -7.0.13. dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə. - 9.1.Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük; 9.1.2 əlilliyə görə müavinət-əlillik müddətinə(....). “Sosial sığorta haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. -1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. -1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. -6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: (...) dəfn üçün müavinət. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 90-cı maddəsinə əsasən sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Beləliklə, sadalanan normalardan görünür ki, birdəfəlik müavinətlərdən olan dəfn üçün müavinət vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə -vəfat edən dövlət qulluqçusu olmaqla ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları olduqda təyin edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, mərhum Kazımzadə Nuray Vüsal qızı vəfat etdiyi vaxt yuxarıda sadalanan kateqoriya şəxslər sırasında olmamışdır. Belə ki, mərhum yetkinlik yaşına çatmayan şəxs olmaqla işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxs, pensiyaçı olmamışdır. Eyni zamanda mərhum vəfat etdiyi zaman həm də əlilliyi olan və ya əlilliyə (sağlamlıq imkanlarının məhdudluğuna görə) görə sosial müavinət alan şəxs statusunda da olmamışdır. Mərhum N.V.Kazımzadə barəsində əlillik təyinatı alt sistemi məlumatlarından məlum olmuşdur ki, N.V.Kazımzadəyə sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2020-ci il tarixdə təyin edilmiş, əlillik müddəti növbəti qiymətləndirməyədək- xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Belə ki, mərhum N.V.Kazımzadəyə əlillik təyinatı zamanı qüvvədə olan hüquq münasibətlərini tənzimləyən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyası): -1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. -1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. -1.0.17-ci maddəsinə əsasən əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə görə əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə görə əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. -1.4-cü bəndinə görə əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə görə Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. -3.3-cü bəndinə görə əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. -3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -2.1-ci bəndinə görə Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.4. strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək. -3.1-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.2.5. tibbisosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək. Sadalanan normaların tələblərindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər və həmin qərarla əlillik təyinatı müddəti bitənədək şəxsin əlilllik statusu və bu statusdan irəli gələn hüquqlar, o cümlədən əlillik müavinəti almaq hüququ saxlanılır. Beləliklə, mərhum N.V.Kazımzadə vəfat etdiyi xx.xx.2023-cü ildə əlil (sağlamlıq imkanları məhdud) statusunda olmamış, onun əlillik müddəti hələ xx.xx.2023-cü il tarixdə bitmiş və ona növbəti aydan əlillik müavinəti verilməsi dayandırılmışdır. Belə olan halda mərhum əlil olmamaqla əlilliyə görə mavinət almadığından iddiaçının yuxarıda qeyd olunan normaların məzmunu baxımından dəfn üçün müavinət almaq hüququ mövcud deyil. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “dəfn müavinətinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar