Məhkəmə qərarları › İş №2-1(112)-11575/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11575/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11575/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X20 qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, İddiaçı2 nümayəndəsi X7, cavabdehin nümayəndəsi X11, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli, 255 nömrəli sərəncamının ləğv edilməsi və iş üzrə xüsusi qərardadın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun illərdir ki, ünvan 1 ünvanında rəsmi qeydiyyatdadırlar və həmin ünvanda yerləşən binada yaşayır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 255 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,97 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilib. Sərəncamın mətnindən göründüyü kimi qeyd olunan ərazidə 1.97 ha torpaq sahəsi "xxxx" MMC-yə bilavasitə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün deyil, gələcəkdə həmin ərazidə yerləşən daşınmaz əmlakın istifadəçiləri və mülkiyyətçiləri ilə “mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi” şərti ilə “icarə əsasında istifadəsinə verilib”. Lakin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC sərəncamın icrası şərtlərini pozmuş, əmlak sahibləri kimi onlarla razılıq əldə etmədən yaşadıqları binada söküntü işləri apararaq sakinlər üçün ciddi narahatlıq yaradırlar. Bununla əlaqədar tərəflərindən aidiyyəti dövlət qurumlarına müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 24 avqust 2022-ci il tarixli qərardadı ilə, "xxxx" MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 24 noyabr 2022-ci il tarixli qərardadı ilə, iddia “xüsusi qərardadın qəbul edilməsi” tələbinə dair hissədə mümkün sayılmamışdır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, iddiaçılar öz iddialarını əsaslandırmaq üçün iddia ərizəsində Konstitusiya ilə müdafiə olunan mülkiyyət hüquqlarının pozulduğunu dəfələrlə vurğulamış, lakin mübahisələndirdikləri İcazənin bu “pozuntu”ya səbəb olma əsaslarını iddia ərizəsində göstərə bilməmişlər. Halbuki Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 255 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Bu zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli müraciəti, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1152/d nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-4228 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********83 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınmışdır. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 17 iyun 2020-ci il tarixli 1152/d saylı məktuba əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiyanın verilərək sökülməsinin şirkət tərəfindən təmin edilməsi şərti ilə həmin ərazinin müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmasına etiraz etməmiş və qaldırılan məsələni Bakı şəhər İcra Hakimiyyətinin müzakirəsinə təqdim etmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli xx/xx-4228 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişmələrində yerləşən ərazidə 1,97 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli **********83 saylı məktuba əsasən Əmlak Məsələləri Dövlət Xidməti 1,97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Bundan başqa, Bakı şəhəri, ünvan 6 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinin texniki cəhətdən yolverilməz vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən xx.xx.2020-ci il tarixdə rəy verilmiş və Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı və Tağı Şahbazi küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalaranın Memarlıq İşçi Layihələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalama və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə razılaşdırılmışdır. Hazırkı iş üzrə iddiaçıların ailə üzvləri və başqaları Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli 255 nömrəli Sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət ediblər və onların iddiası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 6017/2021 saylı 22 oktyabr 2021 -ci il tarixli qərarı ilə təmin edilməyib. Bundan başqa, binanın bir neçə sakinləri (əksəriyyəti hazırkı iş üzrə cavabdehlər və onların ailə üzvləri) tərəfindən müxtəlif vaxtlarda iki dəfə müvəqqəti xarakterli təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin MXTM(112)- 336/2021 saylı xx.xx.2021-ci il tarixli və MXTM(112)-60/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadları ilə ərizələr təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MXTM(103)- 19/2022 saylı xx.xx.2022-ci il tarixli və MXTM(103)-20/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadları ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları ilə kassasiya şikayətləri təmin edilməmişdir. Üçüncü şəxs etirazında qeyd etmişdir ki, iddiaçılar öz iddialarını əsaslandırmaq üçün iddia ərizəsində Konstitusiya ilə müdafiə olunan mülkiyyət hüquqlarının pozulduğunu dəfələrlə vurğulamış, lakin mübahisələndirdikləri İcazənin bu “pozuntu”ya səbəb olma əsaslarını iddia ərizəsində göstərə bilməmişlər. Halbuki Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 255 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Bu zaman “Etibar İnşaat-K" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli müraciəti, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1152/d nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-4228 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********83 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınmışdır. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 17 iyun 2020-ci il tarixli 1152/d saylı məktuba əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiyanın verilərək sökülməsinin şirkət tərəfindən təmin edilməsi şərti ilə həmin ərazinin müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmasına etiraz etməmiş və qaldırılan məsələni Bakı şəhər İcra Hakimiyyətinin müzakirəsinə təqdim etmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli xx/xx-4228 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişmələrində yerləşən ərazidə 1,97 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli **********83 saylı məktuba əsasən Əmlak Məsələləri Dövlət Xidməti 1,97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Bundan başqa, Bakı şəhəri, ünvan 6 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinin texniki cəhətdən yolverilməz vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən xx.xx.2020-ci il tarixdə rəy verilmiş və Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı və Tağı Şahbazi küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalaranın Memarlıq İşçi Layihələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə razılaşdırılmışdır. Qeyd olunan ünvanda cəmi 124 ailədən 7 ailə istisna olmaqla digər sakinlərlə "xxxx" MMC arasında sakinlərin mənzillərinin əvəzinə yeni inşa olunacaq yaşayış binasında ümumi sahəsinə 20% əlavə etməklə yeni mənzillərin verilməsi və yeni mənzillərə köçənədək müəyyən müddətə başqa mənzillərdə yaşamaları üçün mənzil kirayə haqqlarının ödənilməsi ilə bağlı razılıq əldə olunmuş və müvafiq müqavilələr imzalanmışdır. Müqavilə şərtlərinə əsasən mənzil sahiblərinə yaşayış üçün yararsız binalarda yerləşən mənzillərinin əvəzində həmin ərazidə inşa ediləcək müasir yaşayış kompleksində mövcud olmuş mənzil sahələrinə daha artıq sahə əlavə olmaq şərti ilə təmirli mənzillərin verilməsi nəzərdə tutulur. Əlavə olaraq yeni yaşayış sahələri inşa edilib mənzil sahiblərinə təhvil verilənədək, müvəqqəti mənzil kirayə etmələri üçün şirkət tərəfindən onlara aylıq kompensasiya ödənilir. Hazırkı iş üzrə iddiaçıların ailə üzvləri və başqaları Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli 255 nömrəli Sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər və onların iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6017/2021 saylı 22 oktyabr 2021-ci ıl tarixli qərarı ilə təmin edilməmişdir. Bundan başqa, binanın bir neçə sakinləri (əksəriyyəti hazırkı iş üzrə cavabdehlər və onların ailə üzvləri) tərəfindən müxtəlif vaxtlarda iki dəfə müvəqqəti xarakterli təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin MXTM(112)-336/2021 saylı xx.xx.2021-ci il tarixli və MXTM(112)- 60/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadları ilə ərizələr təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MXTM(103)-19/2022 saylı xx.xx.2022-ci il tarixli və MXTM(103)-20/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadları ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları ilə kassasiya şikayətləri təmin edilməmişdir. Qeyd edilən işlər üzrə məhkəmə qərarlarında da, "xxxx" MMC tərəfindən aparılan tikinti işlərinin tamamilə qanuni və əsaslı olduğu tam sübuta yetirilib. Həmin işlər üzrə iddiaçıların əksəriyyəti eyni ailə üzvləridir və eyni mənzildə yaşamalarına baxmayaraq, fərqli iddiaçılar qismində ayrı-ayrılıqda iddialar qaldırırlar. Göründüyü kimi, cavabdehlərin bütün tələbləri əsassızdır və məqsəd tikinti-söküntü işlərinin süni şəkildə gecikdirilməsi yolu ilə "xxxx" MMC-yə daha çox maddi ziyan vurmaqdır. Beləliklə, aydın olaraq görünür ki, şirkət heç kimi mülkiyyətindən məhrum etmir, sadəcə olaraq həmin yerdə inşa olunacaq yeni yaşayış kompleksində dəyəri xeyli dərəcədə əvvəlki mənzillərin dəyərini üstələyən və müasir tipli yeni mənzillərlə təmin etmək öhdəliyini üzərinə götürür. Mənzil sahibləri ilə müqavilələrin bağlanması 2020-ci ilin dekabr ayından başlanılıb, həmin vaxtdan da kirayə haqları ödənilir. İddiaçıların hazırkı əsassız tələblə məhkəmədə iddia qaldırmaları "xxxx" MMC-nin həddən artıq maddi yük altına salınması və daha çox maddi zərər çəkməsi, eləcə də həmin binada yaşamış və hal-hazırda kirayədə yaşayaraq yaşayış binasının tikintisinin yekunlaşmasını gözləyən yüzlərlə insana qarşı ədalətsizliklə nəticələnməkdədir. Məhkəmə iclasında iddiaçıların nümayəndələri iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə, iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia “sərəncamın ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 255 №-li, xx.xx.2020-ci il tarixli “Yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir; Məhkəmə araşdırması zamanı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla qeyd olunan sərəncamın verilmsinə əsas olmuş sənədlər: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 18 iyun 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Qızılı Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən ərazidə yeni yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün həmin ərazinin aidiyyəti üzrə "xxxx" MMC-yə ayrılmasın müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Yuxarıda qeyd olunan ərazidə mövcud yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılaşma yolu ilə müvafiq kompensasiyanın verilməsi şirkət tərəfindən təmin ediləcəkdir; Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişmələrində yerləşən ərazidə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1,97 hektar torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə xx.xx.2020-ci il tarixli 7- 1797/17 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda yerləşən 1,97 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilməmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış “Torpaq sahəsinin ayrılması barədə” 29 oktyar 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən 1,97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə 20 iyun 2020-ci il tarixli 7-1797/17 nömrəli müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq ayrılması nəzərdə tutulan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 1,97 hektar torpaq sahəsinin yerquruluşu planı hazırlanarkən ərazidə yaşayış və qeyri-yaşayış binaları, yaşayış binasının zirzəmisində kitabxana və qeyriyaşayış sahəsi, eləcə də dövlətə məxsus yarımstansiya və su nasosxanasının yerləşdiyi məlum olmuşdur. Yaşayış və qeyri-yaşayış sahələri, dövlətə məxsus yarımstansiya və su nasosxanası ilə bağlı məsələlərin mövcud qanunvericiliyə uyğun həll edilməsi, zirzəmidə yerləşən kitabxana və qeyri-yaşayış sahəsinin yerləşdirilməsi barədə üçtərəfli (balanssaxlayıcı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) müqavilənin bağlanılması şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilməmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 24 avqust 2020-ci il tarixli “Torpaq sahəsinin ayrılması barədə” məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən 1,97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə 20 iyun 2020-ci il tarixli 7-1797/17 nömrəli müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi üçün sifarişçinin vəsaiti hesabına həmin sahənin yerquruluşu qaydasında hüdudlarının yerdə (naturada) və xəritədə müəyyən edilməsi barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müvafiq tapşırıq verilmişdir. Həmin işlərin nəticəsinə uyğun məsələyə münasibət bildiriləcəkdir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçıların mübahisələndiridiyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli, 255 nömrəli sərəncamı təşkil edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 255 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Bu zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli müraciəti, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1152/d nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07- 4228 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********83 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 17 iyun 2020-ci il tarixli 1152/d saylı məktuba əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiyanın verilərək sökülməsinin şirkət tərəfindən təmin edilməsi şərti ilə həmin ərazinin müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmasına etiraz etməmiş və qaldırılan məsələni Bakı şəhər İcra Hakimiyyətinin müzakirəsinə təqdim etmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli xx/xx-4228 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişmələrində yerləşən ərazidə 1,97 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli **********83 saylı məktuba əsasən Əmlak Məsələləri Dövlət Xidməti 1,97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Bundan başqa, Bakı şəhəri, ünvan 6 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinin texniki cəhətdən yolverilməz vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən xx.xx.2020-ci il tarixdə rəy verilmiş və Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı və Tağı Şahbazi küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalaranın Memarlıq İşçi Layihələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalama və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə razılaşdırılmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, qeyd olunan ünvanda cəmi 124 ailədən 3 ailə istisna olmaqla digər sakinlərlə "xxxx" MMC arasında sakinlərin mənzillərinin əvəzinə yeni inşa olunacaq yaşayış binasında ümumi sahəsinə 20% əlavə etməklə yeni mənzillərin verilməsi və yeni mənzillərə köçənədək müəyyən müddətə başqa mənzillərdə yaşamaları üçün mənzil kirayə haqqlarının ödənilməsi ilə bağlı razılıq əldə olunmuş və müvafiq müqavilələr imzalanmışdır. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar X8 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, X13, X14, X12, X2, X15, X4, X9, X10) “Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli 255 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi, "xxxx" MMCnin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186, 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmış və məhkəmənin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6017/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-963/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 6017/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, hazırkı halda Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli, 255 nömrəli sərəncamı inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş hesab edilə bilməz. Mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün hüquqi əsas müəyyən olunmadığından iddia tələbi təmin edilə bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia “sərəncamın ləğv edilməsi” tələbinə dair hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar