Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11576/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X22 Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X13, X10, X14) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 (xx.xx.2011), X10 (xx.xx.2013) və X8 (xx.xx.2015) iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qareyev prospekti, ev 118, 42 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, ev 118də yerləşən 42 saylı mənzil AR Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən (Seriya ÖM; №040818) iddiaçının xüsusi mülkiyyətindədir. X1 05 iyun 2010-cu il tarixdə Ələkbərova (Əliyeva) Şəhla Nizami qızı ilə nikaha daxil olmuş və bu nikahdan X13 (xx.xx.2011), X10 (xx.xx.2013) və X14 (xx.xx.2015) dünyaya gəlmişlər. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X1 ilə Ələkbərova (Əliyeva) Şəhla Nizami qızı arasında 05 iyun 2010-cu il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş X13 (xx.xx.2011), X10 (xx.xx.2013) və X8 (xx.xx.2015) anaları X5 himayəsində saxlanılması və uşaqların yetkinlik yaşınadək saxlanılması üçün ataları X3 hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarda alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Nikah pozulduqdan sonra uşaqlar ananın himayəsinə verilmiş və ona məxsus mənzildən köçərək anaları ilə birlikdə yaşayırlar. X13 (xx.xx.2011), X10 (xx.xx.2013) və X8 (xx.xx.2015) ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar Nizami RPİ-nə müraciət etsə də, onların qeydiyyatdan çıxarılmasından imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X9, X6 və X12 ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyə olunur.
4. Cavabdeh Nizami Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən çıxarılacaq qətnamə icraya yönəldikdən sonra icra ounacağı qeyd edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər ona məxsus evdə yaşamırlar, qeydiyyatları formal xarakter daşıyır.
6. Üçüncü şəxslərin qanuni nümayəndəsi (anası) X15 tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərin ata babası İddiaçı öz doğma oğul nəvələrinin, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-cü il təvəllüdlü X12 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasına dair əsassız iddia tələbi qəbul edilməzdir və razı deyil. Sabiq həyat yoldaşı X11 ilə birgə nigahdan üç övladları - xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-cü il təvəllüdlü X14 ünvan 3 ünvanında yerləşən mənzildə dünyaya gəlib. Həmin mənzilin mülkiyyətçisi keçmiş qaynatası, uşaqlarının ata babası iş üzrə İddiaçıdur. Həmin mənzilə gəlin gəlmiş və övladlarını həmin mənzildə dünyaya gətirərək 2018-ci ilədək ailəsilə birlikdə həmin mənzildə yaşamışlar. İddiaçının və sabiq həyat yoldaşının istəyi ilə uşaqları həmin ünvana qeydiyyata düşmüşlər. Bütün bunlarla yanaşı iş üzrə üçüncü şəxslər yetkinlik yaşına çatmayan övladları 2018-ci ilədək adı çəkilən həmin mübahisəli mənzildə yaşamışlar. Eyni zamanda sabiq həyat yoldaşı ilə nikahı pozulduqdan sonra da uşaqlar iş üzrə iddiaçı ata babalarının təkidi ilə həmin mənzildə 2-3 gün qalırdılar. O, iş üzrə üçüncü şəxslərin anası və qanuni nümayəndəsi olaraq şəxsi evi (mənzili) yoxdur, DSX-nin əməkdaşı kimi övladlarıda kirayə qalır. Buradan tam şəkildə aydın olur ki, yetkinlik yaşına çatmayan övladları iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş - xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X14 doğma ata babaları iş üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildə doğulub boya-başa çatdıqlarından həmin mənzilə bilavasitə istifadə hüquqları vardır.
II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X13, X10, X14 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdular.
12. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 040818 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 6 tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6246/2017 saylı 10 noyabr 2017-ci il tarixli qətnaməsi və 15 yanvar 2018-cii il tarixli qərardadına əsasən iddia qismən təmin edilərək, X11 ilə Ələkbərova (Əliyeva) Şəhla Nizami qızı arasında 05 iyun 2010-cu il tarixdə bağlanmış və 1127 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 30 aprel 2011-ci il təvəllüdlü X13, 26 noyabr 2013-cü il təvəllüdlü X10 və 08 aprel 2015-ci il təvəllüdlü X14 anaları X5 himayəsində saxlanılmış və X2 10 noyabr 2017-ci il tarixdən başlayaraq 30 aprel 2011-ci il təvəllüdlü X7, 26 noyabr 2013-cü il təvəllüdlü X4 və 08 aprel 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarda alimentin iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6246/2017 saylı 10 noyabr 2017-ci il tarixli qətnaməsi 11 dekabr 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır.
15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X13, X10, X14 ünvan 4 ünvanında qeydiyyatdadırlar.
16. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan X13, X10 və X14 "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 23 avqust 2024-cü il tarixli məktubunda göstərilir ki, ünvan 5 ünvanına dair müvafiq məlumatın və sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd olunan şəxslərin həmin mənzildə istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin yaşayış sahəsinə aid olan ünvanın İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından aslı olmayaraq digər yaşayış sahələrinə verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
IV. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxs X13, X10, X14 iddiaçının nəvələridir.
19. Qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6246/2017 saylı 10 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən X11 ilə Ələkbərova (Əliyeva) Şəhla Nizami qızı arasında 05 iyun 2010-cu il tarixdə bağlanmış nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 30 aprel 2011-ci il təvəllüdlü X13, 26 noyabr 2013-cü il təvəllüdlü X10 və 08 aprel 2015-ci il təvəllüdlü X14 anaları X5 himayəsində saxlanılmışdır.
20. Üçüncü şəxslərin qanuni nümayəndəsi (anası) X15 tərəfindən iddiaya dair yazılı etirazından da göründüyü kimi, üçüncü şəxslər faktiki olaraq başqa ünvanda yaşayırlar.
21. Üçüncü şəxslərin həmin mənzildə istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.
22. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
23. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı ... 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ... Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
27. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
28. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
29. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
30. Məhkəmə qeyd edir ki, ünvan 6 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətində olduğundan o, özünə məxsus yaşayış evində qeydiyyatda olan, həmin mənzilə dair istifadə və ya başqa əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir.
31. Məhkəmədə araşdırma zamanı üçüncü şəxslərin mübahisəli mənzilə hər hansı əmlak hüququnun (istifadə, icarə və s.) olduğu müəyyən edilməmişdir. Odur ki, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır və 3cü şəxslərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaması qanuna zidd olduğundan, mülkiyyətçi olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. X13 (xx.xx.2011), X10 (xx.xx.2013) və X8 (xx.xx.2015) Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 118, 42 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X24