Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11589/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, iddiаçı İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı X15, X10, X4, X14, X25, X26 və X22 üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (bundan sonra mətndə Xətai RPİ) qarşı üçüncü şəxs qismində X11 göstərilməklə “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun formal olaraq, Bakı şəhəri, Xətai RPİ tərəfindən polis idarəsinə (inzibati bina) salındığı pasport qeydiyyatının ləğv edilməsini, öz evlərinə, ailələrinin qeydiyyatda olduğu, yaşadığı, onun şəxsiyyət vəsiqəsi alan günədək qeydiyyatda olduğu ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı cavabdeh Xətai RPİ-yə qarşı X15, X10, X4, X14, X25, X26 və X22 üçüncü şəxs qismində cəlb edilməklə, məhkəməyə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən onun, yəni İddiaçı doğulduğu vaxtdan qeydiyyatda olduğu və hal-hazırda ailəsi ilə birgə yaşadığı ünvan 1 ünvanına pasport qeydiyyatına alınmağı öhdəliyinin cavabdeh Xətai RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 28/1 ünvanında yerləşən evlər özbaşına tikilidir. Həyətdə 3 ev var, onların biri birgə nikah dövründə anası Aynur Məmmədova ilə atası Rövşən Məmmədov tərəfindən tikilmişdir, ikinci evdə Mirvari Məmmədova oğlunun ailəsi ilə birlikdə yaşayır, üçüncü evdə isə Mirvari Məmmədovanın digər oğlu ailəsi ilə birgə yaşayır. X29 anası Aynur Məmmədovanın birgə nikah dövründə tikdikləri 2 mərtəbədən, 4 otaqdan, mətbəxdən və sanitar qovşağından ibarət evdə atası Rövşən Məmmədov, anası Aynur Məmmədova, bacısı Aydan Məmmədova, qardaşı Rəşan Məmmədov və o, qeydiyyatda olublar və uzun illər orada yaşayırlar. Atası 4 dekabr 2015-ci il tarixində Neft Daşlarında baş vermiş qəzada ölmüşdür. O, şəxsiyyət vəsiqəsi alarkən nənəsi X30 RPİ-nin pasport qeydiyyatı şöbəsində onun guya Bakı şəhəri, Xətai RPİ-də qeydiyyatda olduğunu göstərmişdir, halbuki o, heç vaxt Bakı şəhəri, Xətai RPİ-də qeydiyyatda olmamışdır, həmişə ailəsilə birlikdə Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 28/1-də qeydiyyatda olmuş və yaşamışdır. Bakı şəhəri, Xətai RPİ-nə onun pasport qeydiyyatına yaşadığı və əvvəllər qeydiyyatda olduğu ünvana yəni, ünvan 4 barədə ərizə ilə müraciət etmiş, lakin Bakı şəhəri, Xətai RPİ müraciətindən imtina etmişdir. Hesab edir ki, onun Xətai RPİ-nin üzərinə olan formal pasport qeydiyyatı ləğv edilməli və o, faktiki yaşadığı Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 28/1 ünvanına pasport qeydiyyatına alınmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, X15, X10, X4, X14, X25, X26 və X22 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddia ilə bağlı yazılı etirazları məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, cavabdeh inzibati orqan məhkəmə bildirişinə cavab olaraq, səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun ayrı-ayrılıqda izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən iddiaçının və onun vəkilinin ayrı-ayrılıqda verdikləri izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: iddiaçıya məxsus: xx.xx.2018-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 064832 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş X12 atası X23, anası isə X8r. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı qeydiyyat ünvanı kimi ünvan 6ətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli xx/xx-2465 №li arayışdan müəyyən olunur ki, X23 və X5 nikahı haqqında 10 noyabr 2001-ci il tarixdə 1214 №li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Arayışın “qeyd” hissəsində göstərilmişdir ki, nikaha R.N.Məmmədovun xx.xx.2015-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2016-cı ildə 295 №li akt qeydi ilə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-nin: - xx.xx.2021-ci il tarixli 2938 nömrəli arayışından görünür ki, X19 həqiqətən ünvan 7 saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. Ailə tərkibi 2002-ci il təvəllüdlü qızı - İddiaçı, 2005-ci il təvəllüdlü qızı - X20 və 2009-cu il təvəllüdlü oğlu – X9 ibarətdir. - xx.xx.2022-ci il tarixli, 2122 nömrəli arayışından görünür ki, İddiaçı 5 (beş) nəfər ailə tərkibi (atası, anası, bacısı və qardaşı) ilə birlikdə ünvan 7 ünvanında qeydiyyatda olmuş, hal-hazırda həmin ünvanda qeydiyyatdan çıxmış və həmin ünvanda yaşamır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10129/2021 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X11 cavabdeh Xətai RPİ-yə qarşı (üçüncü şəxs X16 (hazırki iddia üzrə iddiaçının anası)) “qeydiyyatdan çıxarılma” tələbini irəli sürərək, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və X5 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 28/1 ünvanında yerləşən evdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərardadı ilə iddiaçının qeyd olunan tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1009/2022 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10129/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-952/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1009/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Xətai RPİ tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 2015-ci il tarixində şagirdlərin elektron qeydiyyatı aparıldığından, məktəblər tərəfindən şəxsiyyət vəsiqəsi olmayan şagirdlərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün İdarə tərəfindən xidmətin təşkil edilməsi tələbi irəli sürülmüşdür. İdarə tərəfindən həyata keçirilmiş səyyar xidmət zamanı xx.xx.2002-ci il təvəllüdlü İddiaçı sənədləri qəbul edilmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən ünvana qeydiyyata alınmasına əsas verən müvafiq sənəd təqdim edilmədiyindən, mövcud vəziyyət ilə əlaqədar olaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunmasının sürətləndirilməsi baxımından valideynin ərizəsinə əsasən Xətai RPİ-nin inzibati binasına qeydiyyata alınmaqla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. “Asan 2” tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №li arayışdan müəyyən olunur ki, 27 dekabr 2002-ci il tarixdən ünvan 11 ünvanında qeydiyyatda olan xx.xx.1981ci il təvəllüdlü X16 (iddiaçının anası) ilə birgə, xx.xx.2005-ci il təvəllüdlü X20 (iddiaçının bacısı) və xx.xx.2009-cu il təvəllüdlü X24 (iddiaçının qardaşı) da həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********96 №li məktubundan müəyyən olunur ki, ünvan 12 ünvana dair 2 (iki) ədəd daşınmaz əmlak aşkar edilmişdir. Ümumi sahəsi 97.20 kv. m. olan ünvan 12 fərdi yaşayış evinin 1 otağı (16.8 kv. m.) X6, 1 otağı (y/s-22.3 kv. m.) X2 və 1 otağı (13.8 kv. m.) X1 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Ümumi sahəsi 55 kv. m. olan ünvan 12 fərdi yaşayış evinin ¼ hissəsi X7, ¼ hissəsi X17, ¼ hissəsi X18 və ¼ hissəsi X13 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1013/d №li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 66 saylı MKİSnin verdiyi arayışda göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin Aşıq Qurban küçəsi 25 ünvanda yaaşaması haqda 66 saylı MKİS-də heç bir məlumat daxil olmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-30268-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi 4 inzibati binada qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə qeyd edilən ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 101-19920M saylı cavab məktubunda qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilmədiyi halda məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə işin məhkəmələr tərəfindəb müəyyən edilmiş hallarından görünür ki, hazırda iddiaçının qeydiyata düşmək istədiyi ünvan 7 ünvanında ayrı-ayrılıqda 3 (üç) özbaşına tikili (fərdi ev) mövcuddur ki, iddiaçının mərhum atası ölümünədək, anası, bacısı və qardaşı isə halhazırki dövrədək həmin ünvanda qeydiyyatdadırlar. İşin faktiki hallarına əsasən və qanunvericiliyin (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, ..... On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.) tələblərinə müvafiq olaraq xx.xx.2002-ci il təvəllüdlü iddiaçı xx.xx.2015-ci il tarixədək mübahisəli ünvanda, həmin tarixdən isə ünvan 13ibati binasında qeydiyyatda olmuş, xx.xx.2022-ci il tarixdə isə qeyd olunan sonuncu ünvandan qeydiyyatdan çıxarılmaqla, hazırda heç bir ünvanda qeydiyyatda deyil. İddiaçı əvvəllər qeydiyyatda olduğu yaşayış yeri üzrə ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının qeydiyyata düşmək istədiyi mübahisəli ünvanla eyni ünvan üzrə Daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə X6, X2, X1 və X7, X17, X18 və X13 adlarına qeydiyyatdan keçmiş yaşayış sahələri ayrı-ayrı daşınmaz əmlaklar olmaqla bir-biriləri ilə əlaqəli deyillər. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı sözügedən mübahisəli fərdi yaşayış evində yaşamaqla yanaşı əvvəllər də (doğulduğu gündən xx.xx.2015-ci il tarixədək) yaşayış yeri üzrə orada qeydiyyatda olduğundan, cavabdeh inzibati orqanın iddiaçının faktiki yaşadığı və başqa şəxslərin də qeydiyyatda olduğu həmin ünvana qeydiyyata alınma barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı ünvan 7 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Xətai RPİ-yə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2002-ci il təvəllüdlü İddiaçı ünvan 11 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-11589/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11589/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver