Məhkəmə qərarları › İş №2-1(112)-1159/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1159/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1159/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 29 yanvar 202Nci ildən, yəni 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Dost” Xidmətinə müraciət edərək, ona 65 yaşından, yəni 29 yanvar 202N-ci ildən yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Onun “Dost” Xidmətinə müraciətinə cavab olaraq, cavabdeh 07 aprel 202N-ci il tarixli məktubla müraciətindən imtina edərək, təqdim etdiyi arxiv arayışlarına əsasən sığorta stajının 22 il olmaqla qanunla tələb edilən müddətdən az olmasını göstərmişdir. Belə hesab edir ki, cavabdeh öz imtinasında haqlı olmamış, onun cavabdehə təqdim etdiyi əsas sənədləri nəzərə almada müraciətindən imtina etmişdir. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırır ki, o, xx xxxxxx N956-cı ildə anadan olmuşdur. Onun N973cü ildən N3-cü ilin iyul ayınadək XN müəssisəsində avtoçilingər işləmiş, onu bu peşədə işləməsi faktı, Ağdam Rayon Məhkəməsinin N9 dekabr 20N2-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Bundan əlavə isə, o, məcburi köçkün kimi Bakı şəhərinə gəldikdən sonra isə "xxxx" Firmasında işləmiş, onun əmək kitabçası da, həmin firmada qalmış, o, işdən çıxdıqdan sonra isə ona aid sənədlər itirilmişdir. Hətta həmin dövrdə onun həmin firmada özəlləşmə çeki də, olmuşdur. Ümumilikdə isə onun hərbi xidmətlə birlikdə 25 ildən çox əmək stajı olmasına baxmayaraq, cavabdeh bunu nəzərə almamış, onun sığorta stajını 22 il göstərmişdir. İşin hallarından da, görünür ki, ona yaşa görə əmək pensiyası təyin etməkdən imtna edərkən cavabdeh o hala istinad etmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinədn az olduğuna görə, eləcə də, əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Belə hesab edir ki, onun 65 yaşının tamam olduğu vaxt o, qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olduğuna görə əmək pensiyası təyin edilməlidir. Onun 25 ildən çox sosial sığorta stajına malik olması isə məhkəmə qətnaməsi və digər sənədlərlə təsdiq olunur. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, qanunla müəyyən edilmiş 65 yaş həddinə çatmış və minimum pensiya kapitalı toplamasa da, həmin dövrədək 25 ildən artıq iş stajına malik olmuşdur. Bu baxımdan cavabdeh ona pensiya təyin etməkdən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən də, ona 29 yanvar 202N-ci ildən, yəni 65 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək göstərmişdir ki, iddiaçının idida tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Onların imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyası haqqında” Qanunun 7-ci maddəsinə əasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək, qadınların yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMNnin Kollegiyasının xx.xx.20N7-ci il tarixli, N7 saylı Qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.N-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqları müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: N) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx N956cı ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 55 ildə - 29 yanvar 202N-ci il tarixdə yaranmışdır. Belə ki, iddiaçı xx.xx.202N-ci il tarixdə ona yasa pörə əmək pensiyasının təyin edilməsi tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılaraq, Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sosial sığorta stajı və minimum pensiya kapitalı olmadığından ona xx.xx.202N-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçıya verilmiş xx.xx.202N-ci il tarixli imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilmiş arxiv arayışlarına əsasən iddiaçının sığorta stajı 22 il olmaqla qanunla tələb edilən müddətdən (25 ildən) az olmaqla həmçinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli, № 378 nömrəli arayışa əsasən İddiaçı xx.xx.N975-ci il tarixdən xx.xx.N977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bu dövrə dair iddiaçının sığorta stajı 2 il 4 gün təşkil edir. Bundan əlavə olaraq iş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.20N2-ci il tarixli 2(N3)- N483/20N2-ci il tarixli qətnaməsinə əsasən İddiaçı N973-cü ildən N3-cü ilin iyul ayınadək XN müəsisəsində avtoçilingər işləməsi faktı müəyyən edilmişdir. Bu müddət 20 il 6 ay təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Arxivi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə Komandirinin xx.xx.N-ci il tarixli N4 №-li əmrinə əsasən İddiaçı təsərrüfat tağımına qəbul edilmişdir və N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 2N2 №-li əmrinə əsasən öz ərizəsi ilə əsgərliyindən azad edilmişdir. Həmin müddət 8 ay NN gün təşkil edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Belə ki, iddiaçının N nömrəli hərbi hissədə xidmətdə olduğu xx.xx.N-xx.xx.N3- ci il tarixlərini əhatə edən dövrlər Ağdam Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsində müəyyən edilmiş (xx.xx.N973-xx.xx.N3) dövrlərlə üst-üstə düşdüyündən daha doğrusu həmin dövrlərlə əhatə olunduğundan yenidən ikinci dəfə nəzərə alınması qanunamüvafiq deyildir. Bundan əlavə olaraq iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Bakıya gəldikdən sonra Star LLC" firmasında işləmiş lakin, əmək kitabçası həmin müəsisədə qalmış və ona aid olan sənədlər itirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli eyniməzmunlu iki arayış mövcuddur. Arayışların birində İddiaçı arayışda göstərilən tarixlərdə "xxxx" firmasının Suraxanı avtodəstəsində işləməsi və əmək haqqı alması digərində isə həmin dövrlərdə 7 saylı Taksomotop Parkında işləməsi və əmək haqqı alması göstərilmişdir. Arayışdakı digər qeydlər eynidir. Belə ki, hər iki arayışda iddiaçının N6-2000-ci il tarixlərdə işləməsi və müvafiq aylarda əməkhaqqı alması göstərilmişdir. Bu müddətlər: N6-cı ilin may-dekabr ayları üzrə 8 ay; N7-ci və N8-ci illər tam olaraq; N9-cu ilin yanvar-iyun və oktyabr ayları üzrə 8 ay; 2000-ci ilin yanvar-may ayları üzrə 5 ay təşkil etməklə ümumilikdə 45 ay, yəni 3 il 9 ay təşkil edir. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında” Qanunun 3N.2-N-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il N yanvar tarixinədək olan dövrə aid is stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 3N.2-ci maddəsində aöstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Buradan göründüyü kimi qanunvericilik şəxsin əmək kitabçasındakı qeydlərin arxiv arayışı ilə təsdiq edilməsini nəzərdə tutur. İddiaçı isə əmək kitabçasını təqdim etməmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın N-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən əsas və ilkin sənəd kimi əmək kitabçası (3.2.N -ci maddə) qeyd edilmişdir. Həmçinin 3.2.2-ci maddədə əmək kitabçası və digər sənədlərin üzrlü səbəblərə əsasən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədiyi və həmin sənədlərin başqa qaydada bərpa edilməsinin mümkün olmadığı həmin dövrlərin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildiyi göstərilmişdir. Həmçinin İddiaçı N973-cü ildən N3-cü ilin iyul avınadək işləmiş olduğu müddət Ağdam Rayon Məhkəməsinin qeyd edilmiş qərarı ilə bu qaydada təsdiq edilmişdir. Belə ki, iddiaçının əmək kitabçasının işlədiyini qeyd etdiyi - "xxxx" firmasında qalmasının üzrlü səbəb olmadığını hesab edirlər. Habelə, iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən əmək kitabçasının "xxxx" firmasında qalması və ona aid sənədlərin itirilməsinə baxmayaraq həmin müəsisə tərəfindən yuxarıda göstərilən arayışların təqdim edilməsi və həmin arayışlarda iddiaçının işləmiş olduğu müəsisələrin adının fəqrli göstərilməsinə baxmayaraq, eyni zamanda məzmunlarının eynilik təşkil etməsi ilə bağlı olaraq yaranmış ziddiyyətlər həmin sənədlərin mötəbərliyini şübhə altına alır. Bu səbəbdən, sözügedən arayışlarda göstərilən müddət sığorta stajına daxil edilə bilməz Beləliklə, iddiaçının hərbi xidmət İllərinə əsasən onun 2 il 4 gün stajı mövcuddur. Ağdam Rayon Məhkəməsinin sözügedən qətnaməsinə əsasən iddiaçının 20 il 6 ay sığorta stajı mövcuddur. Bu müddətlər ümumilikdə 22 il 6 ay 4 gün təşkil edir. Bu müddət qanunvericilik tərəfindən təsbit edilmiş yaşa görə əmək pensiyası təyinatı üçün kifayət edən yaş həddindən yəni 25 ildən azdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Beləliklə, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən pensiya kapitalı və sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N956-cı il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 07 aprel 202N-ci il tarixli, **********5 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı omayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaş həddi 65 yaşdır. Məlumat üçün bildirilmişdir ki, təqdim etdiyi arxiv arayışlarına əsasən onun sığorta stajı 22 il olmaqla qanunla tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən, ona yaşa görə əmək pensiyasın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Ağdam Rayon Məhkəməsinin 2/N3)-N483/20N2 nömrəli, N9 dekabr 20N2-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı əmək stajının təsdiq olunması barədə ərizəsi təmin edilərək, onu N973-cü ildən N3-cü ilin iyul ayına kimi XN müəssisəsində avtoçilingər işləməsi faktı müəyyən olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 02 nömrəli, xx.xx.202N-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı "xxxx" Firmasının Suraxanı avtodəstəsində işlədiyi müddətdə əmək haqqı ödəniş cədvəllərinə əsasən əmək haqqı aşağıdakı kimi olmuşdur: N6, N7, N8, N9, 2000-ci illər üzrə əmək haqqı göstərilmişdir. Azərbaycan Resublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli, 00N966 saylı şəhadətnaməsinə əsasən "xxxx" Firmasının Suraxanı avtodəstəsinin bazasında "xxxx" MMC yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli, H2-N645N nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N4 nömrəli əmrilə təsərrüfat tağımına qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, N5 nömrəli əmrilə atıcı vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli, 56 nömrəli əmrilə benzin dolduran vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin 0N dekabr N-ci il tarixli, N79 nömrəli əmrilə QSM-da xidmət rəisi vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli, 2N2 nömrəli əmrilə könüllü əsgər İddiaçı ərizəsinə əsasən hissə əsgərliyinədn azad edilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 9 saylı Vəkillər Bürosuna ünvanlanmış 05 nömrəli, xx.xx.202N-ci il tarixli məktubun surətindən görünür ki, N0-cı illərdən "xxxx" firmasında işləyən işçilərin bildirməsinə əsasən İddiaçı N3-cü ildən "xxxx"də çilingər vəzifəsində işləmişdir. Lakin, "xxxx" Firmasının arxiv sənədləri məhv olduğundan İddiaçı N3-cü ildə "xxxx"-də çilingər vəzifəsinə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrin və digər hər-hansı bir sənədin surətini təqdim etmək mümkün olmamışdır. Bununla belə, "xxxx" Firmasının sənədləri arasında aşkar edilmiş əmək haqqı cədvəlinə əsasən xx.xx.N956-cı il təvəllüdlü İddiaçı N6-cı ilin yanvar ayından 200N-ci ilin yanvar ayına qədər "xxxx" Firmasında çilingər vəzifəsində işləmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən 09 nömrəli, xx.xx.202N-ci il tarixli məktubla İddiaçı N6-2000-ci illərdə "xxxx" Firmasında işləyərək əmək haqqı alması barədə əmək haqqı ödənişi barədə sənədlər təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.202Nci il tarixli, **********688700 nömrəli “Məlumatların təqdim edilməsi barədə” xidməti məktubdan görünür ki, xx.xx.202N-ci il tarixinə olan uçot məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2002-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək Cəmiyyətə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir. Əlavə olaraq, xx.xx.202N-ci il tarixinə olan uçot məlumatlarına əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” (45200), əlavə fəaliyyət növləri isə “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (6820002), “Şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti” (493N0) kimi qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 06 dekabr 202N-ci il tarixli, **********72 nömrəli məktubla təqdim edilmiş məlumatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Suraxanı Avtodəstəsinin hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 00N966 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin şəhadətnaməyə əlavədə İddiaçı adı qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.202N-ci il tarixli, **********924800 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, dövlət reyestrində "xxxx" Firmasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə "xxxx" MMCnin (VÖEN:**********) xx.xx.2022-ci il tarixdə, 0N02-AN-753 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZN048, ünvan N məlumat mövcuddur. Cəmiyyərin Nizamnaməsində onun TXMOFƏM-nin Suraxanı Avtodəstəsinin hüquqi varisi olması barədə qeyd vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 0N02-AN-753 qeydiyyat nömrəsi, 08 avqust 2002-ci il qeydiyyat tarixi ilə təsdiq edilmiş "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanda yerləşən TXMOFƏM-nin Suraxanı Avtodəstəsinin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir Cəmiyyətin təsisçiləri arasında İddiaçı adı qeyd edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” 07 aprel 202N-ci il tarixli, **********5 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki mübahisənin predmetini iddiaçının hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya hüququna malik olub-olmaması təşkil edir. Həmin maddənin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun N-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək, qadınların yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 2027-ci il iyulun N-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.N956-ci il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 65 yaşının tamam olduğu xx.xx.202N-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən artıq təşkil edir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 22 il 6 ay 4 gün təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı müddəti isə onun Suraxanı Avtodəstəsində işlədiyi N6-2000-ci illərdir. Həmin dövlər məhkəmə sorğularına və iddiaçının özünün də, təqdim etdiyi sənədlərə əsasən araşdırılmış və müəyyən edilmişdir ki, Suraxanı Avtodəstəsi mövcud olmuş, həmin müəssisə dövlət özəlləşdirilməsinə getmiş, buna dair Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 00N966 nömrəli, xx.xx.2002-ci il tarixli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əlavədə, əmlakın mülkiyyətçiləri arasında iddiaçının da, adı qeyd edilmişdir. Suraxanı Avtodəstəsi özəlləşdirildikdən sonra onun bazasında "xxxx" MMC yaradılmış, həmin MMC-nin təsisçiləri sırasında iddiaçının adı da, qeyd edilmişdir. Bundan əlavə məhkəməyə "xxxx" MMC tərəfindən əmək haqqı cədvəlləri təqdim edilmişdir ki, həmin əmək haqqı cədvəllərinə əsasən iddiaçıya N6-2000-ci illər üzrə əmək haqqının ödənilməsi öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20N7-ci il NN dekabr tarixli N7 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – N) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının N6-2000-ci illərdə Suraxanı Avtodəstəsinin tərkibində iş stajının digər mötəbər sübutlar əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, həmin dövrə aid iş stajı müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə eyni zamanda, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20N7-ci il iyulun Ndək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində qeyd edilir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 202N-ci il iyulun N-dək, qadınların yaş həddi 20N7-ci il iyulun N-dən başlayaraq 2027-ci il iyulun N-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 8N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşından, yəni xx.xx.202N-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar