Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-116/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X6, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı X6, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) üçüncü şəxslər qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə X1 torpaq sahəsinin ayrılması haqqında qəbul etdiyi 209 saylı 04 iyul 2003-cü il tarixli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçınə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında 53 saylı 10 fevral 2017-ci il tarixli sərəncam verilmişdir. Həmin sərəncamla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/220 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş və İddiaçı xx.xx.2017-ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Məhdud Məsuliyyətli Cəmiyyətə icazə verilmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçınə ayrılmış həmin torpaq sahəsinə dair 18/49 nömrəli, xx.xx.2018-ci il tarixli ayrıc aktı verilmiş və akt qeydiyyata alınmışdır. Həmin ayrıc aktına əsasən, 10 fevral 2017-ci il tarixli 53 saylı sərəncam ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0.1567 hektar torpaq sahəsi yaşayış binasının tikintisi üçün verilmişdir və ayrılmış torpaq sahəsinin cizgisi çəkilmişdir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 53 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 13384 saylı inşaat pasportuna əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsinə dair 30 may 2018-ci il tarixli, 1484 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış və obyektin tikintisinə dair xx.xx.2020-ci il tarixli 38 saylı icazə sənədi alınmışdır. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti başçısının 01 noyabr 2019-cu il tarixli 358 saylı sərəncamı ilə, İddiaçı xx.xx.2019-cu il tarixli, 05/2019 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, xx/xx- 6216 saylı razılıq məktubu və Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 53 saylı sərəncamı nəzərə alınaraq, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən, “Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 53 saylı sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik 0.0895 ha tornaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. İddiaçı direktorunun müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arexitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən “Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 53 saylı sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 noyabr 2019-cu il tarixli 358 saylı sərəncamı ilə yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün ayrılan 0.0895 ha torpaq sahəsinin ölçülərinə dair xx.xx.2019-cu il tarixli, 19/64 saylı cizgi hazırlanmışdır. 19 noyabr 2019-cu il tarixdə 30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə dəyişiklik edimiş, müqavilənin 1.1, 7.3 və 7.4-cü bəndlərinin dəyişməsi ilə bağlı tərəflər razılığa gələrək, 1458 kv.m torpaq sahəsi 2462 kv.m kimi oxunması kimi qəbul edilmişdir. Eyni zamanda, İddiaçınə “Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yaşayış binasının tikintisi ilə əlaqədar tikinti obyetklərinə verilən koda dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 002491 nömrəli şəhadətnamə verilmişdir. Göründüyü kimi, İddiaçınə yaşayış binasının tikintisi üçün 2462 kv.m torpaq sahəsi və əlavə yaşıllıq və abadlaşdırma üçün 0.0895 ha torpaq sahəsi ayrılmışdır. Hazırda qeyd edilən ünvanda yerləşən tornaq sahəsində qanunvericilikdə nəzərdə tutulan qaydada bina tikintisinin aparılması nəzərdə tutulmuşdur. Lakin, iş üzrə üçüncü şəxs X6 İddiaçınə qarşı “mülkiyyətindən istifadədən məhrum edilməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın tutulması və digər tələblərlə” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən ünvanda torpaq sahəsinin onun qanuni sahibliyində olması fikrindədir və İddiaçı tərəfindən həmin torpaq sahəsinə özbaşına və qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində maddi zərər dəydiyini iddia edir. Məhkəməyə verilən həmin iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən edilmişdir ki, M.Ə.Rəsulzadə X2 Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən torpaq sahəsinin ona ayrılması haqqında 209 saylı xx.xx.2003-cü il tarixli qərar qəbul etmişdir. İddiaçı həmin Bələdiyyə qərarı əsasında torpaq sahəsinə dair xx.xx.20019-cu il tarixli, ********** saylı çıxarış almışdır. X9 Cəmiyyətinə tikinti üçün torpağın ayrılmasından sonra alınmışdır. M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi haqqında qəbul edilən 209 saylı xx.xx.2003-cü il tarixli qərar qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir və “MAP" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqlarını kobud surətdə pozur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçı məhkəmənin 08 oktyabr 2020-ci il tarixli hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə 24 avqust 2020-ci il tarixli bildirişlə xəbərdar edilmişdir. Qeyd edilən tarixdə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Sözügedən məhkəmə iclası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) sorğu göndərilməsi məqsədi ilə təxirə salınmışdır. Məhkəmənin 23 fevral 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Sözügedən məhkəmə iclası mütəxəssis rəyinin alınması ilə əlaqədar təxirə salınmışdır. Məhkəmənin 25 may 2021-ci il tarixli iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. İş üzrə 14 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Şifahi məhkəmə baxışı iclası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə təkrar sorğu göndərilməsi məqsədi ilə təxirə salınmışdır. Məhkəmənin 17 fevral 2022-ci il tarixli, 16 iyun 2022-ci il tarixli, 10 oktyabr 2022-ci il tarixli, 18 noyabr 2022-ci il tarixli iclaslarında iddiaçının səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub ünvanlanaraq məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona aydın ifadə edilmişdir. Məhkəmənin 30 dekabr 2022-ci il tarixli iclasında iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə məhkəmənin hazırkı iclasında tərəflər iştirak etməmişlər. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X10 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ...Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, həmin Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında həmin Məcəllənin 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, həmin Məcəllənin 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-116/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-116/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver