Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-116/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergi ödəyicinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. İddiaçı qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında ayrılmış 0,8 hektar torpaq sahəsində 1 ədəd 3 bloklu, 1 girişli, 15 mərtəbəli və 2 ədəd 14 mərtəbəli, 1 girişli olmaqla, cəmi 344 mənzilli yaşayış binaları tikilmişdir. Əvvəlki yoxlama xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmiş və yoxlamanın nəticəsi xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə kooperativ tərəfindən 14140,87 manat məbləğində vergilərin yayındırılması müəyyən edilmiş və kooperativə 8033,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin əvvəlki yoxlama ilə lisensiyasız tikinti işləri ilə məşğul olması halı aşkar edilməmişdir. Hazırki aktın 1.8-ci bəndində yoxlamadan əvvəlki dövrə düşən yaşayış sahələrinin satışı üzrə kooperativ tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olunaraq, 338286,23 manat məbləğində gəlir əldə edildiyi qeyd olunmuşdur. Ziddiyyət olması hansı aktın daha dürüst olduğunu müəyyən etməkdə çətinlik yaradır. Sonuncu məlumatı əsas olaraq hesab etsək, aktın 1.8-ci bəndində yoxlama dövrünü əhatə edən yaşayış sahələrinin satışı üzrə kooperativ tərəfindən qanunsuz sahibkarlıq fəaliiyəti ilə məşğul olunaraq 740952,46 manat məbləğində gəlir əldə edildiyi qeyd olunmuşdur. Aktın 2.1-ci bəndində kooperativin 2017-ci il üzrə əmlakın icarəyə verilməsindən gəlirinin 20339,04 manat, 2018-ci il üzrə yaşayış sahələrinin satışından gəlirinin 45829,83 manat, əmlakın icarəyə verilməsindən gəlirinin 20339,04 manat olmaqla, cəmi 66168,87 manat, 2019-cu il üzrə yaşayış sahələrinin satışından gəlirinin 282455,11 manat, əmlakın icarəyə verilməsindən gəlirinin 20339,04 manat olmaqla, cəmi 302794,15 manat olduğu qeyd olunmuşdur. Bundan əvvəlki cümlədə yaşayış sahələrinin satışından gəliri əks etdirən rəqəmləri topladıqda (45829,83+282455,11) nəticə 328284,94 manat olur ki, bu rəqəm aktın 1.8-ci bəndində qeyd olunan rəqəmdən (740952,46) kəskin şəkildə fərqlənir. Aktda bir birini inkar edən iki cümlə mövcuddur. Aktın mənfəət vergisinin hesablanmasının açıqlanması hissəsində ötən illərin zərərinin məbləği qeyd edilməmiş və qanunsuz gəlir hesablanarkən həmin zərər, həmçinin hesablanmış mənfəət vergisi nəzərə alınmamışdır. Halbuki Vergi Məcəlləsinin 13.2.19-cu maddəsinə əsasən mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət xalis mənfəət hesab olunur. Qeyd olunan hallar sonuncu səyyar vergi yoxlaması aktının dolğun olmadığından, həmçinin natamam tərtib olunduğundan xəbər verir. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, satış 2017-2020-ci illər tarixində deyil, 2006-2013-cü illər tarixində satılmış və həmin tarixlərdə də mənzillər öz alıcılarına təhvil verilmişdir. Daha maraqlı məqam isə alqı- satqı müqavilələri olmadan sayğacların quraşdırılması tarixinə görə əlavə dəyər və mənfəət vergisinin hesablanmalı olduğu dövr müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, sayğacların quraşdırılması malların təqdim olunması hesab olunmur. Ona görə ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi, malların təqdim edilməsi hesab edilir. Su sərfiyyatına görə ödənilmiş məbləğlərə görə həmin mənzillərin məhz 2017-2020-ci illər tarixində təqdim edildiyini deyil, sadəcə olaraq, orada yaşayışın olduğunu sübut edən bir haldır. 2006-2013-cü illərdə alınmış mənzillərdə yaşayış 2017-ci il tarixindən su sayğacları quraşdırıldıqdan sonra başlanılmışdır. Göründüyü kimi, ziddiyyətli və aydın olmayan məqamlar mövcuddur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinin tələbinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmçinin vergilər iqtisadi cəhətdən əsaslandırılmalı olduğu halda, əsaslandırılmayaraq, məcəllənin 3.2-ci maddəsinin tələbi pozulmuşdur. Kooperativdə keçirilən yoxlamalarda ictimai-sosial və mədəni məqsədlər üçün dövlətə ayrılmalı olan 10%-lik sahələrin heç biri nəzərə alınmamış və həmin sahələr də vergitutma obyekti hesab edilərək, vergiyə cəlb olunmuşdur. Bina 2019-cu ilin iyun ayında təhvil verildiyi zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirərkən, 2 mərtəbədən ibarət olan zirzəmi sahəsinin 1-ci mərtəbəsini, drenaj suları aktiv vəziyyətdə olduğu üçün istifadəyə yararsız hesab edərək, həmin mərtəbənin hər iki çıxışını bağlamışlar. Qeyd olunanlardan əlavə, Aktın 1.8-ci bəndində ekspert rəyinə istinad edilərək, mənzillərin 1 kvadrat metrinin real orta bazar qiymətinin 870,0 manat olduğu qeyd olunmuşdur. Lakin, ekspert tərəfindən real orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə, həmin zonada fərdi qaydada sorğu aparılmamış, yalnız internet resusrlarında olan, eyni zamanda Bakıxanov kimi böyük bir qəsəbənin müxtəlif yerlərində qiymətlərin müxtəlif olması halı araşdırılmayaraq, mənbəyi bəlli olmayan məlumatlara istinad edilərək, qiymət müəyyən edilmişdir. Halbuki, həmin zonada 1 kavdrat metrin real orta bazar qiyməti 550-600 manat arasında dəyişir. xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında yuxarıda qeyd olunan nöqsanların mövcud olmasına baxmayaraq, vergi orqanı tərəfindən həmin nöqsanlar nəzərə alınmayaraq, natamam tərtib olunmuş akta istinad edilərək, vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərar qəbul edilmişdir. Qərar əsasında cəmiyyətə 2017- 2019-cu illərin müvafiq ayları üzrə 1296228,3 manat məbləğində əlavə dəyər vergisi, 2019-cu il üzrə 10093,14 manat məbləğində mənfəət vergisi, 2017-2019-cu illər üzrə 216,94 manat məbləğində əmlak vergisi, 2019-cu ilin 1-4-cü rübləri üzrə 2100 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı, 2019-cu ilin 1-4-cü rübləri üzrə 157,6 manat məbləğində işsizlikdən sığorta haqqı hesablanmış və 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 836,64 manat artıq hesablama müəyyən edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin sözügedən inzibati aktda vergi qanunvericiliyinin pozulması şəraitini təsdiq edən sənədlərin konkret olaraq, hansı sənədlərdən ibarət olması öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) mübahisələndirmə haqqında iddialara aid edilir.
3. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsinə əlavədə qeyd olunmuşdur ki, alqı-satqı müqavilələri olmadan sayğacların quraşdırılması tarixinə görə ƏDV və mənfəət vergisinin hesablanmalı olduğu dövr müəyyən edilmişdir. Bu isə Mülki Məcəlləyə ziddir. Beləki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün əsas onun iştirakçıları arasında bağlanmış müqavilə olmalıdır. Bu hal nəinki Mülki Məcəlləyə, eləcə də Vergi Məcəlləsinə də ziddir. Beləki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi üçün əsas yalnız mülki-hüquqi müqavilə (satış, barter, hədiyyə, girov, ipoteka) və ya əmək müqaviləsindən irəli gələn natura şəklində əməkhaqqının ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin MTK üzvlərinin ümumi yığıncağının qərarıdır. Göründüyü kimi vergi orqanının qərarı hər iki məcəllənin tələbinə ziddir. Vergi orqanın bu hərəkətinə gəldikdə məhkəmə nəzərə almalıdır ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Sayğacların quraşdırılması əsasında vergi orqanının malların təqdim olunması qənaətinə gəlməsinin hüquqi əsası yoxdur. Beləki, Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Mənzillər üzrə 2017-2020-ci illər tarixində su sayğacı üzrə ödənişin olması yaşayış sahəsi təqdim edildiyi deyil, onların sahibləri tərəfindən istismar olunmasına başlandığını sübut edə bilər. Hüquqi əsası olmadığına görə vergi orqanının qanunsuz qərarı İnzibati icraat haqqında” Qanunun 2.0.11 -ci maddəsinə əsasən əlverişsiz inzibati aktdır. Belə ki, maraqlı şəxs olan iddiaçını, yəni "xxxx" MTK-ni üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Kooperativdə keçirilən yoxlamaların heç birində ictimai-sosial və mədəni məqsədlər üçün dövlətə ayrılmalı olan 10%-lik sahələrin heç biri nəzərə alınmamış və həmin sahələr də, vergitutma obyekti hesab edilərək, vergiyə cəlb olunmuşdur. Bina 2019-cu ilin iyun ayında təhvil verildiyi zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirərkən, 2 mərtəbədən ibarət olan zirzəmi sahəsinin 1-ci mərtəbəsini, drenaj suları aktiv vəziyyətdə olduğu üçün istifadəyə yararsız hesab edərək, həmin mərtəbənin hər iki çıxışını bağlamışlar. Qeyd olunanlardan əlavə, Aktın 1.8-ci bəndində ekspert rəyinə istinad edilərək, mənzillərin 1 kvadrat metrinin real orta bazar qiymətinin 870,0 manat olduğu qeyd olunmuşdur. Lakin, ekspert tərəfindən real orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə, həmin zonada fərdi qaydada sorğu aparılmamış, yalnız internet resusrlarında olan, eyni zamanda Bakıxanov kimi böyük bir qəsəbənin müxtəlif yerlərində qiymətlərin müxtəlif olması halı araşdırılmayaraq, mənbəyi bəlli olmayan məlumatlara istinad edilərək, qiymət müəyyən edilmişdir. Halbuki, həmin zonada 1 kv.m. real orta bazar qiyməti 550-000 manat arasında dəyişir. xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında yuxarıda qeyd olunan nöqsanların mövcud olmasına baxmayaraq, vergi orqanı tərəfindən həmin nöqsanlar nəzərə alınmayaraq, natamam tərtib olunmuş akta istinad edilərək, vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərar qəbul edilmişdir. Qərar əsasında cəmiyyətə 2017- 2019-cu illərin müvafiq ayları üzrə 1.296.228,3 manat məbləğində ƏDV, 2019-cu il üzrə 10.093,14 manat məbləğində mənfəət vergisi, 2017-2019-cu illər üzrə 216,94 manat məbləğində əmlak vergisi, 2019-cu ilin 1-4-cü rübləri üzrə 2100 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı, 2019-cu ilin 1-4-cü rübləri üzrə 157,6 manat məbləğində işsizlikdən sığorta haqqı hesablanmış və 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 836,64 manat artıq hesablama müəyyən edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin sözügedən inzibati aktda vergi qanunvericiliyinin pozulması şəraitini təsdiq edən sənədlərin konkret olaraq, hansı sənədlərdən ibarət olması öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) mübahisələndirmə haqqında iddialara aid edilir. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Vergi orqanı tərəfindən keçirilən xx.xx.2011-xx.xx.2017-ci ilədək dövrü əhatə etmiş əvvəlki səyyar vergi yoxlamasının nəticəsi üzrə xx.xx.2017-ci il tarixli aktı üzrə qərarı (14140,87 manat məbləğində vergilərin yayındırılmasına görə 8033,75 manat maliyyə sanksiyası) ləğv edilmədən (bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir) həmin dövrü əhatə edən digər qərarın verilməsi “İnzibati icraat haqqında” Qanunun 67.4-ci maddəsinin qanunsuz əlverişli inzibati aktın hüquqi qüvvəsinə dair tələblərə də ziddir. Beləki, bu maddəyə əsasən qanunsuz olsa belə vergi orqanının əvvəlki iddiaçı üçün əlverişli inzibati aktı yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər, yəni etimad hüququ tətbiq edilməyə bilər. Bunlar isə həmin Qanunun 67.6-cı maddəsinə görə aşağıdakı üç haldan başqası ola bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Vergi orqanları tərəfindən bu üç hal sübuta yetirilməmişdir. İPM 32-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:
1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;
2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);
3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Həmin məcəllənin 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən cavabdehin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama nəticəsində iddiaçı tərəfindən mənfəət vergisi üzrə 10093.14 manat, ƏDV üzrə 1296228.31 manat, Əmlak vergisi üzrə 216.94 manat, MDSS-İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) üzrə 1050.0 manat, MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) üzrə 1050.0 manat, işsizlik sığortası üzrə 97.2 manat, Muzdla işləyənləri işə götürən sığortaedənlər üzrə 60.4 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 836.64 manat artıq hesablama nəzərə alınmaqla (1308795.99-836.64) 1307959.35 manat əlavə vəsait hesablanmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 654154.28 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Həmin qərara əsasən hesablanmış umumi 1962753,62 manat vəsaitin 5 gün müddətində ödənilməsinə dair **********633200 saylı tələbnamənin göndərilməsi təmin edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktda qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********200215 saylı tələbnamə təqdim olunmuş və yoxlamanın predmetinə aid olan və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə bütün ilkin mühasibat sənədləri və digər sənədlərin təqdim olunması tələb edilmişdir. Yoxlamanın keçirilməsi üçün zəruri sənədlər təqdim olunması xx.xx.2020-ci il tarixli **********200215 saylı tələbnamə müəssisənin direktoruna əlbəəl təqdim edildikdən sonra sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Belə ki, sərəncam, digər müəssisə ilə bağlanmış müqavilə, FHN-nin sınaq nəticələri yoxlamaya təqdim edilmiş, lakin, nəzarət kitabçası, bank sənədləri, qaimə-fakturalar, təhvil-təslim aktlan (forma-2), materialların alışını təsdiq edən sənədlər, kassa-mədaxil orderləri, əmək haqqı hesablanması və ödənilməsi barədə sənədlər, smeta sənədləri, xüsusi razılıq (lisenziya), habelə satılmış mənzilər ilə əlaqədar sənədləşmələr (müqavilələr, ödəniş sənədləri və sair) yoxlamaya təqdim edilməmişdir. Təqdim edilməyən sənədlərə dair Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı iddiaçı tərəfindən yoxlamaya sənədlər qismən təqdim olunduğundan cavabdehin xx.xx.2020-ci il tarixli **********141613 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında” Qərarına və xx.xx.2020-ci il tarixli **********141612 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarına əsasən verilmiş mütəxəssis və ekspert rəylərinə istinad edilmişdir. Bundan başqa, Vergilər Məcəlləsinin 23-cü və 41-ci maddələrini əsas tutaraq və həmçinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi zərurəti ilə əlaqədar xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının yaşayış və qeyri yaşayış, zirzəmi sahələrinə və ərazisinə baxış keçirildi. Baxış zamanı binanın tam tikildiyi, binada əsasən yaşayış olduğu və sonuncu aktdan sonrakı dövrdə əlavə tikinti olmadığı müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 3 ünvanda aynlmış 0.8 ha tortaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları inşa olunmuşdur. 1-ci blok və “1A” binaların təməli 2007-ci ilədək qoyulduğundan həmin dövrdə iddiaçı Mənfəət vergisi və ƏDV üzrə, təməli 2007-ci ildən sonra qoyulmuş “1B” bloku üzrə isə Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi və ƏDV üzrə tədiyyəçi olmuşdur. Binaların ümumi sahəsi 53749,83 kv.m (yaşayış sahə 36898,92 kv.m, texniki mərtəbə 450,82 kv.m (yararlı sahə 240,0 kv.m), qeyri-yaşayış sahə 2 mərtəbə 5703,34 kv.m (yararlı sahə 4069,84 kv.m) zirzəmi sahəsi 6202,0 kv.m (yararlı sahə 2516,0 kv.m) və pilləkan, dəhliz və lift sahəsi 4494,75 kv.m. satışa yararlı sahə 43724,76 kv.m təşkil etmişdir. Qeyd edilən binaların sahəsi əvvəlki yoxlama zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş və həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş hal hazırda da qüvvədədir. Bundan başqa, Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keşirilməsi zamanı bilavasitə vergi orqanlanın fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanınm rəhbərinin (onun müavininin) qəranna əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq iddiaçı tərəfınfən tikilmiş ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının ümumi və satışa yararlı sahələrinin (yaşayış, q/yaşayış, zirzəmi və s. aynlıqda göstərilməklə) müəyyənləşdirməsi məqsədi ilə **********136828 saylı xx.xx.2020-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxanlmış və Qərara əsasən Azərbaycan Respublikasının “Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi dəvət edilmişdir. Xidməti zərurətlə əlaqədar iddiaçı tərəfinfən tikilmiş ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının ümumi və satışa yararlı sahələrinin (yaşayış, q/yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) müəyyənləşdirməsi məqsədi ilə **********141613 xx.xx.2020ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və Qərara əsasən "xxxx" MMC-nin mütəxəssisi X10 dəvət edilmişdir. Cari yoxlama zamanı keçirilən baxışa əsasən müəssisə tərəfindən tikinti aparılmış binalarda hər hansı əlavə tikinti işlərinin aparılması müəyyən edilmədiyindən vergi ödəyicisi tərəfindən qəbul edilmiş sonuncu yoxlama aktında qeyd olunan sahələr nəzərə alınmışdır. Həmçinin, yaranmış zərurətlə əlaqədar "xxxx" ASC-dən alınmış məlumatlarda yaşayış binasının ayrı-ayrı fiziki şəxslərin (mənzil sahiblərinin) adlarına 2016-cı ilin iyun ayından başlayaraq sayğaclaşdırılması aparılmışdır. Yoxlama zamanı yaşayış binasına baxış keçirilərkən binanın müəyyən hissəsi sakinlərlə məskunlaşdığı və müəyyən hissəsinin isə satılmadığı, təmirsiz olması müəyyən edilmişdir, iddiaçı bundan əvvəl ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2007-ci il 120489 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə 15212.3 kv.m satışa yararlı sahə, həmin Departamentin xx.xx.2008-ci il tarixli **********9136 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə isə 12735.46 kv.m, ümumilikdə bundan əvvəl aparılmış yoxlamalarla cəmi 27947,76 kv.m satışa yararlı sahə əhatə olunmuşdur. Yoxlama zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanda 1A və 1B binalarında ümumi 9767.10 kv.m olan yaşayış sahəsinin satışının aparıldığı müəyyən edilmişdir. Ekspert rəyinə əsasən iddiaçı tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.00 (səkkiz yüz yetmiş) manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 1500.00 manat, zirzəminin yararlı sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 600.00 manata bərabər olduğu müəyyən edilmişdir. Yoxlama zamanı qeyri-yaşayış sahəsi və satışa yararlı zirzəmi sahəsinin satışı barədə məlumat əldə etmək mümkün olmadığı üçün həmin sahələrin satışı yoxlama ilə əhatə olunmadı. Nəticədə yoxlanılan dövrün sonuna (157xx.xx-9767.10 = 6009.90) 6009.90 kv.m. (o cümlədən dövlətə ayrılan sahə 454.41 kv.m 1A binasından 2 mənzil 1B binasından 1 mənzil), o cümlədən 2795.5 kv.m. yaşayış, 240.0 kv.m. mansarda, 2029.5 kv.m. qeyri yaşayış, 944.9 kv.m. zirzəmi satışa yararlı sahə satılmamış (vergiyə cəlb edilməmiş) qaldığı müəyyən edilmişdir. Yoxlama nəticəsində aşağıda göstərilən kənarlaşmalar aşkar edilmişdir. ƏDV üzrə: Yoxlama ilə müəssisə tərəfindən satışa yararlı sahənin vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC-dən alınmış yaşayış binasının sayğaclaşdırılması və abonentlər tərəfindən su sərfiyyətına görə ödənilmiş məbləğlər barədə məlumatlara əsasən 117 mənzil (“A" binasında 12 mənzil, “B” binasında 105 mənzil) “1A” binasının 984.33 kv.metr, “1B” binasının 8782.77 kv.metr, cəmi 9767.10 kv. metr yaşayış (mənzil) sahəsinin satışının həyata keçirilməsi müəyyən edilmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər və ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsaslanaraq iddiaçı tərəfindən həmin ünvanda inşa edilmiş yaşayış binasında xx.xx.2017-xx.xx.2020-ci illər aralığında yaşayış və qeyri-yaşayış sahələrinin (habelə zirzəmi sahəsi) 1 (bir) kv.m real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə cavabdehin xx.xx.2020-ci il tarixli **********136826 saylı “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxanlmışdır. Belə ki, Vergi Məcəlləsinin 14.6.1.8-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınmır. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddədə göstərilən qiymətləndirmə üsullarından biri ilə müəyyənləşdirilə bilər. Odur ki, 24.11,2020-ci il tarixli ekspert rəyində MTK tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017- ci il tarixdən xx.xx.2020- ci il tarixədək olan dövrdə mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.0 (səkkiz yüz yetmiş) manat olduğu müəyyən edilmişdir. Nəticədə 9767.10 kv. metr yaşayış (mənzil) sahəsinin satışı yoxlanılan dövrdə müvafiq aylarda ƏDV- yə cəlb edilərək Vergi məcəlləsinin 159.1 -ci maddəsinə əsasən ƏDV-nin (9767.10 *870 /1.18 *18%=1296210.05) 1296210.05 manat azaldılması müəyyən edilmiş (ƏDV-nin hesablanması cədvəli, "xxxx" ASC-dən alınmış məlumat, müəssisənin təqdim etdiyi mənzillərin sayğaclaşdırılması barədə cədvəl, MTKda sakinlərə xidmət göstərən "X14 Company" MMC (VÖEN **********) tərəfindən xidmət göstərdiyi sakinlər üzrə tərtib olunmuşdur. Ümumilikdə yoxlama ilə 1296380.85 manat azaldılması və 152.54 manat artıq hesablaması müəyyən edildi. Yoxlama ilə ƏDV üzrə əlavə olaraq ümumilikdə 1296228.31 manat hesablanmışdır. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən hesabatda göstərilən əlavə dəyər vergisinin hesabatda göstərilməli olan vergi məbləğinə nisbətən 1296380.85 manat azaldılmasına görə müəssisəyə 50 faiz miqdarında, yəni 648190.43 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: İddiaçının 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə ümumi dövriyyə 20339.04 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 85909.81 manat, nəticədə 65570.77 manat məbləğində zərər təşkil etdiyindən, mənfəət vergisi məbləği müəyyən edilməmişdir. Yoxlama ilə 2017-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2017-ci il üzrə ümumi dövriyyəsi əmlakın icarəyə verilməsindən 20339.04 manat (ədv xaric) olmuş, vergi ödəyicisinin xərclərini isə müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkiməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasənv “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq müəssisənin 2017-ci il üzrə məfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: G1 M1= -------------- xR; 100+R Burada: M1 - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 20339.04 M1 = ------------------- x 20 = 3389.84 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin vergiyə cəlb edilən mənfəəti 2017-ci il üzrə 3389.84 manat məbləğində müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1 maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir. Yoxlama ilə 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəətdən keçmiş illərin zərəri olduğundan mənfəət vergisi hesablanmamışdır. Müəssisənin 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə ümumi dövriyyə 21186.50 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 96 386.05 manat, nəticədə 75199.55 manat məbləğində zərər təşkil etdiyindən, mənfəət vergisi məbləği müəyyən edilməmişdir. Yoxlama ilə 2018-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının 2018-ci il üzrə yaşayış sahəsinin satışından 45829.83 manat, əmlakın icarəyə verilməsindən 20339.04 manat, ümumi dövriyyəsi 66168.87 manat (ƏDV xaric) olmuş, vergi ödəyicisinin xərclərini isə müəyyən etmək mümkün olmamışdır. Odur ki, 2018-ci il üzrə məfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: 66168.87 M1 = ------------------ x 20 = 11028.15 100 + 20 Yoxlama ilə müəssisənin vergiyə cəlb edilən mənfəəti 2018-ci il üzrə 11028.15 manat məbləğində müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir.Yoxlama ilə 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəətdən keçmiş illərin zərəri olduğundan mənfəət vergisi hesablanmamışdır. İddiaçınin 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə ümumi dövriyyə 19491.58 manat gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 62 335.07 manat, nəticədə 42843.49 manat məbləğində zərər təşkil etdiyindən, mənfəət vergisi məbləği müəyyən edilməmişdir. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı 2019-cu il üzrə yaşayış sahəsinin satışından 282455.11 manat, əmlakın icarəyə verilməsindən 20339.04 manat, ümumi dövriyyəsi 302794.15 manat (ƏDV xaric) olmuş, vergi ödəyicisinin xərclərini isə müəyyən etmək mümkün olmamışdır. Odur ki, müəssisənin 2019-cu il üzrə məfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablanmışdır: 302794.15 M1 = -------------------- x 20 = 50465.7 100 + 20 Göründüyü kimi, yoxlama ilə iddiaçının vergiyə cəlb edilən mənfəəti 2019-cu il üzrə 50465.7 manat məbləğində müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1 maddəsinə əsasən rezident müəssisə üçün onun mənfəəti vergitutma obyektidir. Yoxlama ilə 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəətdən 10093.14 (50465.7 x 20%) manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması təsdiqini tapmamış və 2019-cu il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 10093.14 manat məbləğində azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 5046.57 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Əmlak vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrinin düzgünlüyü yoxlanıldı və hesablanmalı vergi məbləğlərinin 2017-ci il üzrə 77.62 manat, 2018-ci il üzrə 72.19 manat, 2019-cu il üzrə isə 67.13 manat, cəmi 216.94 manat azaldılması aşkar edilmişdi. MÖMV üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin tədiyyəçisi olmuşdur. Vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 6 nəfər, ümumi əmək haqqı fondu 54130 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 232.32 manat olmaqla ümumi olaraq əmək haqqından 1673.28 manat gəlir vergisi tutulmuşdur. Vergi Məcəlləsinin 101.1-1 Maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində 8000 manatadək “0” faiz, 8000 manatdan çox olan məbləğin“14” faiz dərəcə ilə tutulur. Bununla da yoxlama ilə müəssisə tərəfindən 2019-cu ildə 836.64 manat miqdarında artıq vergi məbləği hesablanmışdır. MDSS üzrə: Müəssisə tərəfindən hesablanmış əmək haqqı və gəlirlərə uyğun İV rüb 2018-ci il – İV rüb 2019-cu il dövrü üzrə yoxlama ilə məcburi dövlət sosial sığortası üzrə müvafiq olaraq 2019-cu ilin l-İV rübləri üzrə cəmi 2100.00 manat sosial sığorta haqqı hesablanmışdır. Vergi Məcəlləsinin 1.4 və 58.1 -ci maddələrinə əsasən sosial sığorta haqqının hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2100.00 manat azaldılmasına görə, azaldılmış sosial sığorta haqqı məbləğinin 50%-i miqdarında, yəni 1050.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşsizlikdən sığorta üzrə: Müəssisə tərəfindən “İşsizlik sığortası üzrə hesabaflar yalnız 2018-ci ilin İV rübü üzrə təqdim olunaraq icbari ödəniş məbləği hesablanmışdır. Yoxlama ilə 2019-cu ilin İ - 2019-cu ilin İV rübləri üzrə müəssisə tərəfindən hesablanmış əmək haqqı və gəlirlərə uyğun olaraq cəmi 157.60 manat işsizlikdən sığorta haqqı hesablandı. Beləliklə, müəssisə tərəfindən işsizlikdən sığorta haqqı 157.60 məbləğində azaldılmışdır. Vergi Məcəlləsinin 1.4 və 58.1 -ci maddələrinə əsasən işsizlikdən sığorta haqqının hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 157.60 manat azaldılmasına görə, azaldılmış işsizlikdən sığorta haqqı məbləğinin 50%-i miqdarında, yəni 78.80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Diğər tərəfidən yayındırılmış vergi məbləği üzrə Azərbaycan Respublikası CM-nin 213cu maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar cavabdeh tərəfindən Hüquq Baş idarəsinə sonun tərəfindən isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İddiaçı vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 67.1 -ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Göründüyü kimi vergi orqanı tərəfindən iddiaçı "xxxx" MTK-də keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunan hüquq normalarına və faktlara əsaslanaraq, iddiaçı "xxxx" MTK tərəfindən irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. 23.10.2014-cü il tarixli, **********751933 nömrəli Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti xx.xx.2014 tarixli **********746117 saylı qərarına əsasən Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin Dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X11 tərəfindən ''QARAXAN1' MƏNZİL-TİKİNTİ KOOPERATİVİ üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Aksiz vergisi Dekabr 2011- Fevral 2014 Sadələşdirilmiş vergi 4-cü Rüb 2011 – 4-cü Rüb 2013 Əmlak vergisi 2011-ci il - 2013-cü il Mənzil tikintisi ilə məşğul olan şəxslərin 4-cü Rüb 2011 - 4-cü Rüb 2013 sadələşdirilmiş vergisi Muzdlu işlə ələqədar ödəmə mənbəyində 2011-ci il - 2013-cü il tutulan vergi Torpaq vergisi 2012-ci il - 2013-cü il Ödəmə mənbəyində tutulan vergi 4-cü Rüb 2011 - 4-cü Rüb 2013 Yol vergisi 2011-ci il - 2013-cü il Mənfəət vergisi 2011-ci il - 2013-cü il Əlavə dəyər vergisi Dekabr 2011- Yanvar 2014 Mədən vergisi Dekabr 2011- Yanvar 2014 Vergi məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparıldı.
6. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********820174 nömrəli, xx.xx.2014-cü il tarixli Qərara əsasən İddiaçı Mənzil tikinti Kooperativi (VÖEN **********) vergi məsuliyyətinə cəlb edilmişdir. Fərq Dövr (il Artıq Vm Maliyyə Vergi qısa adı Azaldılmışdır Əlavə Artıq Faiz üzrə) hesablanmışdır maddəsi sanksiyası hesablama hesablama
Torpaq vergisi 2012 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00
Torpaq vergisi 2013 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00
Mənzil tikintisi ilə məşğul olan şəxslərin 2011 9840.44 0.00 9840.44 0.00 58.1 4920.22 0.00 sadələşdirilmiş vergisi
Cəmi 11 440.44 0 11 440.44 0 5 720.22 0
7. xx.xx.2017-ci il tarixli, **********106695 nömrəli Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti xx.xx.2017 tarixli **********091538 saylı qərarına əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X12 tərəfindən İddiaçı (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Mənfəət vergisi 2014-cü il - 2016-cı il Ödəmə mənbəyində tutulan vergi 1-ci Rüb 2014 - 4-cü Rüb 2016 Əmlak vergisi 2014-cü il - 2016-cı il Mədən vergisi Mart 2014 - Fevral 2017 Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin 1-ci Rüb 2016 - 4-cü Rüb 2017 sadələşdirilmiş vergi bəyannaməsi Yol vergisi 2014-cü il Torpaq vergisi 2014-cü il - 2016-cı il Mənzil tikintisi ilə məşğul olan şəxslərin 1-ci Rüb 2014 - 4-cü Rüb 2015 sadələşdirilmiş vergisi Sadələşdirilmiş vergi 1-ci Rüb 2014 - 4-cü Rüb 2016 Əlavə dəyər vergisi Fevral 2014 - Yanvar 2017 Aksiz vergisi Mart 2014 - Fevral 2017 Muzdlu işlə ələqədar ödəmə mənbəyində 2014-cü il - 2016-cı il tutulan vergi Vergi məcəlləsinin 38.2 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparıldı.
8. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********122846 nömrəli, xx.xx.2017-ci il tarixli Qərara əsasən İddiaçı Mənzil tikinti Kooperativi (VÖEN **********) vergi məsuliyyətinə cəlb edilmişdir. Fərq Dövr (il Artıq Vm Maliyyə Vergi qısa adı Azaldılmışdır Əlavə Artıq Faiz üzrə) hesablanmışdır maddəsi sanksiyası hesablama hesablama Mənfəət vergisi 2014 320.00 0.00 320.00 0.00 58.1 160.00 0.00 Mənfəət 2015 720.00 0.00 720.00 0.00 58.1 360.00 0.00 vergisi Mənfəət 2016 3652.30 0.00 3652.30 0.00 58.1 1826.15 0.00 vergisi Əlavə dəyər 2014 1372.86 1468.99 0.00 96.13 58.1 686.43 0.00 vergisi Əlavə dəyər 2015 457.62 457.63 0.00 0.01 58.1 228.81 0.00 vergisi Əmlak vergisi 2014 46.50 0.00 46.50 0.00 58.1 23.25 0.00
Əmlak vergisi 2015 89.75 0.00 89.75 0.00 58.1 44.88 0.00
Əmlak vergisi 2016 83.46 0.00 83.46 0.00 58.1 41.73 0.00
Torpaq vergisi 2014 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00
Torpaq vergisi 2015 800.00 0.00 800.00 0.00 58.1 400 00 0.00
Torpaq vergisi 2016 800.00 0.00 800.00 0.00 58.1 400.00 0.00 Ödəmə mənbəyində 2015 6925.00 0.00 6925.00 0.00 58 1 3462.50 0.00 tutulan vergi Vergi hesabatının və arayışın 2014 0.00 0.00 0.00 0.00 80.00 0.00 vaxtında verilməməsi Vergi hesabatının və arayışın 2015 0.00 0.00 0.00 0.00 240.00 0.00 vaxtında verilməməsi Vergi hesabatının və arayışın 2016 0.00 0.00 0.00 0.00 120.00 0.00 vaxtında verilməməsi Cəmi 16 067.49 1 926.62 14 237.01 96.14 8.473.75 0
9. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********200069 nömrəli Qərara əsasən İddiaçı Mənzil Tikinti Kooperativi (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə Aprel 2017 – Mart 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
10. 21 may 2020-ci il tarixli, KY201455381 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən İddiaçı Mənzil Tikinti Kooperativində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində növbədən kənar səyyar vergi yoxlaması həyata keçirmişdir (yoxlanılan dövr: xx.xx.2017-xx.xx.2020) Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsi, maddə 38.3.5 - Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisini gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi qeyd olunmuşdur. - İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsi.
11. xx.xx.2021-ci il tarixli, **********200231 nömrəli Səyyar vergi yoxlaması Aktında qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Veriri Xidmətinin Bakı şəhəri i okul Gəlirlər Baş İdarəsi xx.xx.2020 tarixli **********200069 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsinin auditi üzrə 1-ci şöbəsinin böuik dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X28 məmməd oğlu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi və uçot risklərinin təhlili idarəsinin istehsal və təmir-tikinti sahəsi üzrə risklərin təhlili şöbəsinin baş dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X9 tərəfindən "QARAXAN” MƏNZİL-l'İKİNTİ KOOPERATİVİ (VÖEN **********) Üzrə üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Torpaq vergisi 2017-ci il - 2019-cu il Sadələşdirilmiş vergi 2-ci Rüb 2017 - 1-ci Rüb 2020 Ödəmə mənbəyində tutulan vergi 2-ci Rüb 2017 - 1-ci Rüb 2020 Əlavə dəyər vergisi Aprel 2017 - Mart 2020 MDSS – Muzdla işləyənləri işə götürən 1-ci Rüb 2019 – 1-cü Rüb 2020 sığortaedənlər (0112) Mənfəət vergisi 2017-ci il - 2019-cu il Aksiz vergisi Aprel 2017 - Mart 2020 Əmlak vergisi 2017-ci il - 2019-cu il Mədən vergisi Aprel 2017 – Mart 2020 Vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır.
12. Aşağıdakı sənədlər iş materiallarına əlavə olunmuşdur: - Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********200215 nömrəli, xx.xx.2020-ci il tarixli Tələbnamə; - Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə **********146945 nömrəli, xx.xx.2020ci il tarixli Protokol; - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********137843 nömrəli, xx.xx.2020-ci il tarixli Qərar; - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********146944 nömrəli xx.xx.2020-ci il tarixli Protokol; - Mütəxəssis dəvət edilməsi haqqında **********141613 nömrəli, xx.xx.2020-ci il tarixli Qərar; - Ekspertizanın təyin edilməsi haqqında **********141612 nömrəli, xx.xx.2020-ci il tarixli Qərar; - Ekspertizanın keçirillməsi haqqında qərarla tanış olma haqqında **********146956 nömrəli, xx.xx.2020-ci il tarixli Protokol.
13. xx.xx.2020-ci il tarixli **********141612 saylı “Ekspertizanın təyin edilməsi haqqında” Qərar əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Ekspert Rəyində İddiaçı MTK tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.00 (səkkiz yüz yetmiş) manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 1500.00 manat, zirzəminin yararlı sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 600.00 manat müəyyən edilmişdir.
14. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********148194 nömrəli, xx.xx.2021-ci il tarixli Qərara əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin rəisi vergi xidməti müşaviri X16 İddiaçı Mənzil Tikinti Kooperativi (Ünvanı: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev (Bakıxanov qəs.), ev 1, VÖEN: **********) üzrə keçirilmiş Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2021 tarixli **********200231 nömrəli aktına və xx.xx.2021 tarixli **********064300 nömrəli sənədə baxıb vergi qanunvericiliyinin pozulduğunu müəyyən etmişdir. Məsuliyyətə cəlb etməni istisna edən hallar yoxdur.
Fərq Dövr (il Artıq Vm Maliyyə Vergi qısa adı Azaldılmışdır Əlavə Artıq Faiz üzrə) hesablanmışdır maddəsi sanksiyası hesablama hesablama Mənfəət 2019 10093.14 0.00 10093.14 0.00 58.1 5046.57 0.00 vergisi Əlavə dəyər 2017 15786.07 0.00 15786.07 0.00 58.1 7893.04 0.00 vergisi Əlavə dəyər 2018 8249.37 0.00 8249.37 0.00 58.1 4124.69 0.00 vergisi Əlavə dəyər 2019 727024.38 1468.99 727024.38 0.00 58.1 363512.19 0.00 vergisi Əlavə dəyər 2020 545321.02 457.63 545321.02 0.01 58.1 272660.51 0.00 vergisi Əmlak vergisi 2017 77.62 0.00 77.62 0.00 58.1 38.81 0.00 Əmlak vergisi 2018 72.19 0.00 72.19 0.00 58.1 36.10 0.00
Əmlak vergisi 2019 67.13 0.00 67.13 0.00 58.1 33.57 0.00 MDSS – işəgötürənlərmuzdla işləyənləri əmək 2019 1050.00 0.00 1050.00 0.00 58.1 525 00 0.00 müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) MDSS – muzdla işləyənləri işə 2019 1050.00 0.00 1050.00 0.00 58.1 525 00 0.00 götürən sığorta edənlər (0112) İşsizlik sığortası üzrə rüblük 2019 97.20 0.00 97.20 0.00 58.1 48.60 0.00 hesabat (hüquqi şəxslər) Muzdla işləyənləri işə götürən 2019 60.40 0.00 60.40 0.00 58 1 30.20 0.00 sığortaedənlər (işsizlik) Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2019 0.00 836.64 0.00 836.64 58.1 0.00 0.00 (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) Vergi hesabatının və arayışın 2019 0.00 0.00 0.00 0.00 320.00 0.00 vaxtında verilməməsi Cəmi 16 067.49 1 926.62 14 237.01 96.14 8.473.75 0
15. İddiaçı Mənzil Tikinti Kooperativi ilə fiziki şəxslər arasında bağlanılmış müqavilələr və fərdi müqavilələr bağlanılmış abonentləri haqqında məlumatlar iş materiallarına əlavə olunmuşdur.
16. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, məlum olduğu kimi, “Sudan istifadə Qaydaları”nın 1.8 bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra bağlanılmalıdır. Bildirilir ki, Yavər Əliyev küçəsi 1 ünvanında İddiaçı MTK tərəfindən inşa olunan yaşayış binasının mənzillərinə fərdi şəkildə kodların açılması İddiaçı MTK tərəfindən təqdim edilən adlı siyahı əsasında həyata keçirilmiş, təqdim edilən siyahıda satılmamış mənzillər “Qaraxan MTK” nın adına rəsmiləşdirilmişdir. Mənzillər satıldıqdan sonra mənzil mülkiyyətçiləri abonent kodunu öz adına rəsmiləşdirmək üçün cəmiyyətə müraciət etmişdir. Həmin mülkiyyətçilərin müqavilələrinin surəti məhkəməyə təqdim edilir. Digər mənzillərin mülkiyyətçiləri öz adlarına olan müqavilələri imzalayaraq götürmək üçün Sabunçu Sukanal İdarəsinə müraciət etmədiklərindən, hazırda həmin müqavilələrin surətlərinin təqdim edilməsi imkan xaricindədir.
17. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli iş üzrə icraatın dayandırılması barədə vəsatətdə qeyd olunmuşdur ki, iddiaçı tərəfindən mübahisələndirilən vergi borcunun hesablanmasına əsas olan xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən qəbul edilmişdir. "xxxx" MTK keçirilmiş səyyar vergi yoxlaması ilə müəyyən olunmuşdur ki, kooperativdə vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2019-cu il üzrə 10093,14 manat mənfəət vergisi, 2017-ci - 2019-cu illər üzrə 216,94 manat əmlak vergisi, 2017-ci ilin avqust, 2018-ci ilin iyul, 2019-cu ilin may-avqust- oktyabr, 2020ci ilin mart ayları üzrə 1296380,84 manat əlavə dəyər vergisi, 2019-cu ilin 1 -ci - 4-cü rübləri üzrə 157,60 manat işsizlikdən sığorta və 2100,00 manat məcburi dövlət sosial sığorta haqları, eləcə də 2018-ci ilin avqust ayı üzrə 152,54 manat əlavə dəyər vergisi və 2019-cu ilin yanvar-dekabr ayları üzrə 836,64 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi artıq hesablanmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 1307959,34 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, istintaq aparılır. Bundan başqa xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixdək olan dövr ərzində cavabdeh xususi razılıq tələb olunduğu halda, belə razılıq almadan qanunsuz sahibkarlıq fəaliyyəti, Dövlət standartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması nəticəsində xüsusilə külli miqdar təşkil edən 740952,46 manat məbləğində gəlir əldə edilmişdir. Vergi ödəyicisi yol verdiyi qanunpozuntusu nəticəsində ona həm maliyyə sanksiyasının tətbiq ediləcəyini, həm də cinayət məsuliyyətinə cəlb edilə biləcəyini bilməlidir. Bundan əlavə, bir mübahisə üzrə iki paralel icraatların aparıiması qəbul ediləməz. Qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatınızda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və hesab edirik ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Belə ki, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan iddiaçı "xxxx" MTK-nin iddia tələbləri üzrə məhkəmə baxışının, həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə vəsatət təmin edilməmişdir.
19. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı 01 07.2020-ci il tarixdə iddiaçı tərəfindən ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının yaşayış və qeyri yaşayış zirzəmi sahələrinə və ərazisinə baxış keçirildi. Baxış zamanı binanın tam tikildiyi, binada əsasən yaşayış olduğu və sonuncu aktdan sonrakı dövrdə əlavə tikinti olmadığı müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci ıl tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 3 ünvanda aynlmış 0.8 ha tortaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları inşa olunmuşdur. 1-ci blok və “1A" binaların təməli 2007-ci ilədək qoyulduğundan həmin dövrdə iddiaçı Mənfəət vergisi və ƏDV üzrə, təməli 2007-ci ildən sonra qoyulmuş “1B" bloku üzrə isə Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi və ƏDV üzrə tədiyyəçi olmuşdur. Binaların ümumi sahəsi 53749,83 kv.m (yaşayış sahə 36898,92 kv.m, texniki mərtəbə 450,82 kv.m (yararlı sahə 240,0 kv.m), qeyri- yaşayış sahə 2 mərtəbə 5703,34 kv.m (yararlı sahə 4069,84 kv.m) zirzəmi sahəsi 6202,0 kv.m (yararlı sahə 2516,0 kv.m) və pilləkən, dəhliz və lift sahəsi 4494,75 kv.m. satışa yararlı sahə 43724,76 kv.m təşkil etmişdir. Qeyd edilən binaların sahəsi əvvəlki yoxlama zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş və həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş hal hazırda da qüvvədədir. Cari yoxlama zamanı keçirilən baxışa əsasən müəssisə tərəfindən tikinti aparılmış binalarda hər hansı əlavə tikinti işlərinin apanlması müəyyən edilmədiyindən vergi ödəyicisi tərəfindən qəbul edilmiş sonuncu yoxlama aktında qeyd olunan sahələr nəzərə alınmışdır. Həmçinin, yaranmış zərurətlə əlaqədar “Azərsu" ASC-dən alınmış məlumatlarda yaşayış binasının ayrı-ayrı fiziki şəxslərin (mənzil sahiblərinin) adlarına 2016-cı ilin iyun ayından başlayaraq sayğaclaşdırılması aparılmışdır. Yoxlama zamanı yaşayış binasına baxış keşirilərkən binanın müəyyən hissəsi sakinlərlə məskunlaşdığı və müəyyən hissəsinin isə satılmadığı, təmirsiz olması müəyyən edilmişdir iddiaçı bundan əvvəl ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin xx.xx.2007-cı il 120489 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2007-ci ıl tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə 15212 3 kv.m satışa yararlı sahə, həmin Departamentin xx.xx.2008-ci il tarixli **********9136 saylı qərarına əsasən təyin edilmiş və nəticələri xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmiş yoxlama aktı ilə isə 12735.46 kv.m, ümumilikdə bundan əvvəl aparılmış yoxlamalarla cəmi 27947,76 kv.m satışa yararlı sahə əhatə olunmuşdur. Yoxlama zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanda 1A və 1B binalarında ümumi 9767.10 kv.m olan yaşayış sahəsinin satışının aparıldığı müəyyən edilmişdir. Yoxlama zamanı qeyri-yaşayış sahəsi və satışa yararlı zirzəmi sahəsinin satışı barədə məlumat əldə etmək mümkün olmadığı üçün həmin sahələrin satışı yoxlama ilə əhatə olunmamışdır. Nəticədə yoxlanılan dövrün sonuna (157xx.xx-9767.10 = 6009.90) 6009.90 kv.m. (o cümlədən dövlətə ayrılan sahə 454.41 kv.m 1A binasından 2 mənzil 1B binasından 1 mənzil), o cümlədən 2795.5 kv.m. yaşayış, 240.0 kv.m. mansarda, 2029.5 kv.m. qeyri yaşayış, 944.9 kv.m. zirzəmi satışa yararlı sahə satılmamış (vergiyə cəlb edilməmiş) qaldığı müəyyən edilmişdir.
20. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 ünvanında İddiaçı MTK tərəfindən inşa edilmiş yaşayış binasında satışa yararlı sahələrin (yaşayış, qeyri-yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) 1 kv.m.-nin 2017-2020 illərdə bazar qiyməti nə qədər olmuşdur? - Həmin ərazidə inşa edilmiş digər oxşar vəziyyətdə olan yaşayış binasında satışa yararlı sahələrin (yaşayış, qeyri-yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) 1 kv.m.-nin 2017-2020 illərdə bazar qiyməti nə qədər olmuşdur?
21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında İddiaçı MTK tərəfindən inşa yaşayış binasında satışa yararlı sahələrin (təmirli mənzilin) 2017-2020-ci il tarixlərdə 1 kv.metrinin orta bazar qiyməti təqribən 55,0 manat məbləğində müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, həmin ərazidə inşa edilmiş digər oxşar vəziyyətdə olan yaşayış binasında satışa yararlı sahələrin (yaşayış, qeyri-yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) 1 kv.m-nin 2017-2020-ci iin tarixlərində, eləcə də, Mərkəzdə qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert tədqiqat aparılmadığından və olan qiymətlərinə dair məlumat bazası olmadığından, tədqiq olunan yaşayış binasının satışa yararlı sahələrin (yaşayış, qeyri-yaşayış, zirzəmi və s.) qərardadda götərilən tarixlərə uyğun bazar dəyərini müəyyən etmək mümkün olmamışdır.
22. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli yazılı mülahizədə qeyd olunmuşdur ki, iş üzrə məlum olduğu kimi cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********200069 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 saylı və xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən ünvan 3 ünvanda aynlmış 0.8 ha torpaq sahəsində 3 bloklu 1 ədəd 1 girişli, 15 mərtəbəli və 2 ədəd hər biri 1 girişli 14 mərtəbəli, cəmi 344 mənzilli yaşayış binaları inşa olunmuşdur. 1-ci blok və “1A” binaların təməli 2007-ci ilədək qoyulduğundan həmin dövrdə iddiaçı Mənfəət vergisi və ƏDV üzrə, təməli 2007-ci ildən sonra qoyulmuş “1B” bloku üzrə isə Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi və ƏDV üzrə tədiyyəçi olmuşdur. Binaların ümumi sahəsi 53749,83 kv.m (yaşayış sahə 36898,92 kv.m, texniki mərtəbə 450,82 kv.m (yararlı sahə 240,0 kv.m), qeyri- yaşayış sahə 2 mərtəbə 5703,34 kv.m (yararlı sahə 4069,84 kv.m) zirzəmi sahəsi 6202,0 kv.m (yararlı sahə 2516,0 kv.m) və pilləkan, dəhliz və lift sahəsi 4494,75 kv.m. satışa yararlı sahə 43724,76 kv.m təşkil etmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keşirilməsi zamanı bilavasitə vergi orqanlannm fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanınm rəhbərinin (onun müavininin) qəranna əsasən mütəxəssis dəvət oluna bilər. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq iddiaçı tərəfınfən tikilmiş ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalannm ümumi və satışa yararlı sahələrinin (yaşayış, q/yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) müəyyənləşdirməsi məqsədi ilə **********136828 saylı xx.xx.2020-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxanlmış və Qərara əsasən Azərbaycan Respublikasınm “Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi dəvət edilmişdir. Xidməti zərurətlə əlaqədar iddiaçı tərəfindən tikilmiş ünvan 2 ünvanda inşa edilmiş yaşayış binalarının ümumi və satışa yararlı sahələrinin (yaşayış, q/yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) müəyyənləşdirməsi məqsədi ilə **********141613 xx.xx.2020-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxanlmış və Qərara əsasən "xxxx" MMC-nin mütəxəssisi X10 dəvət edilmişdir. Ekspert rəyinə əsasən iddiaçı tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.00 (səkkiz yüz yetmiş) manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 1500.00 manat, zirzəminin yararlı sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 600.00 manata bərabər olduğu müəyyən edilmişdir. Lakin məhkəmə Bakı şəhəri, Sabunçu rayonunda yaşayış binasında mənzilin 1 (bir) kv.metr bazar qiymətinin 870.00 (səkkiz yüz yetmiş) manat olmasına şübhə ilə yanaşmış və belə nəticəyə gəlmişdir ki, həmin ünvanda inşa edilmiş yaşayış binasının 2017- 2020-ci illərdə bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizanın keçirilməsi məqsədəuyğundur. Odur ki, iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-373/2023 saylı qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Məlum olduğu kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli vəsatətinə əsasən məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının aparılması üçün baxış xx.xx.2023-cü il tarix saat 17:00 təyin edilmişdir. Həmin vaxtda, yəni xx.xx.2023-cü il tarix saat 17:00 təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına dair qərarın icrası ilə ələqədar tədqiqat obyektinə baxışda cavabdeh orqanın səlahiyyətli nümayəndəsinin iştirakı təmin ediləcəyi barədə məktubla Bakı İnzibati Məhkəməsinə məlumat verilmişdir. Yuxarda qeyd olunan vaxt və ünvanda cavabdehin nümayəndəsi tədqiqat obyektində oldu, lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri gəlmədi və bu barədə İddiaçı MTK-nin komendant otağında X13 (komendant) iştirakı ilə akt tərtib olundu. Lakin, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertlər Xəyyam İsgəndərov və Elvin Qəhrəmanovun həmin tarix və ünvanda baxış keçirdikləri məlum olur. Onu da qeyd etmək lazımdır ki, həmin ünvanda uzun müddət gözləmədən və iddiaçının nümayəndəsi və vəkili ilə telefon görüşməsindən sonra məlum oldu ki, ekspertlər tədqiqat obyektinə baxışda iştirak etməyəcəklər lakin, rəy məhkəməyə təqdim olunacaqdır. Ekspert rəyindən göründüyü kimi, ekspertlər bazar qiymətini müəyyən etmək üçün tək bir alqı-satqı müqaviləsini əsas götürərək araşdırmanı yekunlaşdırmışlar. Həmçinin, cavabdeh xüsusi olaraq qeyd edir ki, həmin müqavilə iddiaçı tərəfindən təqdim edilmiş və müqavilənin tərəfi iddiaçı müəssisənin rəhbərinin qızı ilə bağlanılmış müqavilədir. Lakin, məhkəmə iş materiallarında cavabdeh tərəfindən təqdim olunan həmin ünvanda satışa təqdim olunan bir çox internet saytlarından çıxarış edilmiş materiallardan istifadə edilməmişdir. Həmçinin, internet saytından İddiaçı MTK tərəfindən tikilən binanın mənzilərinin satışa çıxardığı qiymətlər haqqında məlumat təqdim edilmiş, lakin ekspertlər tərəfindən nəzərə alınmamışdır. Bundan başqa ekspertlər daşınmaz əmlakın real dəyərinin qiymətləndirilməsi üçün bir çox amillər və həmçinin sual 2017-2020-ci illərə münasibətdə bazar qiymətinin müəyyən edilməsi olduğu halda sadəcə yuxarda qeyd olunan 2021-ci il tarixli alqı-satqı müqaviləsini əsas götürərək daşınmaz əmlakın qiymətləndrilməsi üzrə yanaşma daha səmərəli qiymətləndirmə metodu olduğu hesab edilə bilməz. Belə ki, ekspert rəyindən də göründüyü kimi rəydə bir cox hesablama metodları haqqında məlumat verilmiş, lakin istifadə edilməmişdir. Göründüyü kimi, hazırkı məhkəmə araşdırması zamanı alınmış ekspert rəyi natamam, yalnız iddiaçı tərəfindən ekspertizaya təqdim olunan sadəcə tək bir müqavilə ilə ünvan 6 ünvanında inşa edilmiş daşınmaz əmlakın dəyərini müəyyən etməyə və mübahisənin həl edilməsində kifayət etmişdir. Odur ki, cavabdeh hesab edir ki, təqdim olunmuş ekspert rəyi işin faktiki hallarını tam əhatə etmədiyindən, başqa sözlə desək iddiaçıya hesablanmış vergilərin bir hissəsini təşkil edən mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri real bazar dəyəri müəyyən edilməklə aparılmadığından iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
23. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqşünası X6 və İddiaçı MTK-nın binasında komendant X19 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarix saat 17:00-da vergi orqanının nümayəndəsi X6 gəlmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzindən ekspert gəlməmişdir.
24. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə sübutetmə vəzifəsinin dönüşü edilmiş, mübahisələndirilən inzibati akt üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur.
25. Məhkəmə iclasında şahid qismində çıxış etmiş X15 bildirmişdir ki, 2022-ci ilə kimi İddiaçı MTK-da komendant köməkçisi işləmişdir. Mənzillərin demək olar ki, hamısı satılmışdır. Satılmayan çox az mənzil var. X15 mənzilini 2006-cı ildə almışdır və mənzilin 1 kv.m-i üçün 650 manat ödəmişdir. 2021-ci ildə isə mənzilin 1 kv.m-nin qiyməti 780 manat təşkil etmişdir.
26. Məhkəmə iclasında şahid qismində çıxış etmiş X2 bildirmişdir ki, 2009-2010-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən qeyriyaşayış sahəsinin 1 kv.m-nin qiyməti 2200 manat təşkil etmişdir. 2006-cı ildə isə mənzilin 1 kv.m-nin qiyməti 350 manat təşkil etmişdir.
27. Məhkəmə iclasında şahid qismində çıxış etmiş X7 bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2-ci bina, 11-ci mərtəbə, 84 nömrəli mənzildə yaşayır. 2012-ci ildə mənzilin 1kv.m-nin qiyməti 750 manat təşkil etmişdir. Həmin binada boş, təmirsiz mənzillər var, sayı azdır. Həmin mənzillərin satılıb-satılmadığını bilmir.
28. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın və mülahizənin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
29. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etməmişdir.
II. İddianın növü və mümkünlüyü
30. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
32. İddiaçı xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
33. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
34. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
35. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərarı mübahisələndirilmişdir.
36. Aparılmış yoxlama barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır.
37. Mübahisə müvafiq qərar qəbul edilərkən 2017-2020-ci il vergi dövründə ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 1 ünvanında İddiaçı MTK tərəfindən inşa edilmiş yaşayış binasında satışa yararlı sahələrin (təmirli mənzilin) dəyərinin, eləcə də qeyd edilən yaşayış binasında İddiaçı MTK tərəfindən 2017-2020-ci il vergi dövründə ərzində satılmış yaşayış və qeyri-yaşayış sahələrinin sayının cavabdeh vergi orqanı tərəfindən düzgün müəyyənləşdirilməsi ilə bağlıdır.
38. 2017-2020-ci il tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev 1 ünvanında İddiaçı MTK tərəfindən inşa edilmiş yaşayış binasında satışa yararlı sahələrin dəyərinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə qeyd edir ki: - xx.xx.2020-ci il tarixli **********141612 saylı “Ekspertizanın təyin edilməsi haqqında” Qərar əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Ekspert Rəyində İddiaçı MTK tərəfindən tikilmiş yaşayış binasında xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mənzillərin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 870.00 (səkkiz yüz yetmiş) manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 1500.00 manat, zirzəminin yararlı sahəsinin 1 (bir) kv.metr üçün real orta bazar qiymətləri 600.00 manat müəyyən edilmişdir. - Məhkəmə iclasında iştirak edən şahidlər (X8, X1 və X4) izahatlarında müxtəlif dövrlər ərzində iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzillərin 1 kv.m-nin qiymətini bildirsələr də, mənzillərin 2017-2020-ci illər ərzindəki dəyəri barədə məhkəməyə məlumat verilməmişdir. - Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 ünvanında İddiaçı MTK tərəfindən inşa edilmiş yaşayış binasında satışa yararlı sahələrin (yaşayış, qeyri-yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) 1 kv.m.-nin 2017-2020 illərdə bazar qiyməti nə qədər olmuşdur? 2) Həmin ərazidə inşa edilmiş digər oxşar vəziyyətdə olan yaşayış binasında satışa yararlı sahələrin (yaşayış, qeyri-yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) 1 kv.m.-nin 2017-2020 illərdə bazar qiyməti nə qədər olmuşdur? - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında İddiaçı MTK tərəfindən inşa yaşayış binasında satışa yararlı sahələrin (təmirli mənzilin) 2017-2020-ci il tarixlərdə 1 kv.metrinin orta bazar qiyməti təqribən 55,0 manat məbləğində müəyyən edilir. Eyni zamanda qeyd olunmuşdur ki, həmin ərazidə inşa edilmiş digər oxşar vəziyyətdə olan yaşayış binasında satışa yararlı sahələrin (yaşayış, qeyri-yaşayış, zirzəmi və s. ayrılıqda göstərilməklə) 1 kv.m-nin 2017-2020-ci iin tarixlərində, eləcə də, Mərkəzdə qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert tədqiqat aparılmadığından və olan qiymətlərinə dair məlumat bazası olmadığından, tədqiq olunan yaşayış binasının satışa yararlı sahələrin (yaşayış, qeyri-yaşayış, zirzəmi və s.) qərardadda götərilən tarixlərə uyğun bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli yazılı mülahizədə qeyd olunmuşdur ki, ekspertiza üçün təyin olunan vaxtda (xx.xx.2023-cü il, saat 17:00) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tədqiqat obyektinə (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 ünvanında İddiaçı MTK tərəfindən inşa edilmiş yaşayış binasına) baxışda iştirak etməmiş və bununla bağlı Akt tərtib olunmuş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində ekspertlər Xəyyam İsgəndərov və Elvin Qəhrəmanovun həmin tarix və ünvanda baxış keçirdikləri bildirilmişdir (Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqşünası X6 və İddiaçı MTK-nın binasında komendant X19 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Akt iş materiallarına əlavə olunmuşdur). - Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli yazılı mülahizədə eyni zamanda qeyd olunmuşdur ki, ekspertlər bazar qiymətini müəyyən etmək üçün tək bir alqı-satqı müqaviləsini əsas götürərək araşdırmanı yekunlaşdırmışlar və həmin müqavilə iddiaçı tərəfindən təqdim edilmiş və müqavilənin tərəfi iddiaçı müəssisənin rəhbərinin qızıdır (Ekspertlər tərəfindən qiymətləndirilmiş alqı-satqı müqaviləsinin surəti iş materiallarına əlavə olunmuşdur). - Məhkəmə qeyd edilən halları nəzərə alaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyinə münasibətdə tənqidi yanaşaraq bildirir ki, ekspert rəyinin etibarlılığı ilə bağlı şübhələr mövcuddur, belə ki, yalnız iddiaçı tərəfindən ekspertizaya təqdim olunan 2021-ci il tarixli bir alqı-satqı müqaviləsi əsasında tərtib olunmuşdur və natamamdır.
39. Mübahisələndirilən yaşayış binasında İddiaçı MTK tərəfindən 2017-2020-ci il vergi dövründə ərzində satılmış yaşayış və qeyri-yaşayış sahələrinin sayının müəyyənləşdirilməsinə münasibətdə məhkəmə qeyd edir ki: - Vergi orqan tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərar qəbul olunarkən İddiaçı MTK tərəfindən inşa edilmiş binada quraşdırılmış sayğaclarının sayı nəzərə alınaraq vergi hesablanılmışdır. - Binanın ümumi tikinti həcmi nəzərə alınmaqla bundan əvvəl aparılmış yoxlamalarla cəmi 27947,76 kv.m satışa yararlı sahə əhatə olunmuşdur. Cavabdeh yoxlama zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanda 1A və 1B binalarında ümumi 9767.10 kv.m olan yaşayış sahəsinin satışının aparıldığını müəyyən etmiş, yoxlanılan dövrün sonuna 6009.90 kv.m. (o cümlədən dövlətə ayrılan sahə 454.41 kv.m 1A binasından 2 mənzil 1B binasından 1 mənzil), o cümlədən 2795.5 kv.m. yaşayış, 240.0 kv.m. mansarda, 2029.5 kv.m. qeyri yaşayış, 944.9 kv.m. zirzəmi satışa yararlı sahə satılmamış (vergiyə cəlb edilməmiş) qaldığı və müəssisə tərəfindən satışa yararlı sahənin vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC-dən alınmış yaşayış binasının sayğaclaşdırılması və abonentlər tərəfindən su sərfiyyətına görə ödənilmiş məbləğlər barədə məlumatlara əsasən 117 mənzil (“A" binasında 12 mənzil, “B” binasında 105 mənzil) “1A” binasının 984.33 kv.metr, “1B” binasının 8782.77 kv.metr, cəmi 9767.10 kv. metr yaşayış (mənzil) sahəsinin satışının həyata keçirilməsi müəyyən edilmişdir. - İddiaçı qeyd edilən dövrdə mənzil satışını həyata keçirmədiyini bildirdiyindən məhkəmə tərəfindən 2017-2020-ci illər üzrə yoxlama dövrünü əhatə edən satılmamış (boş) yaşayış və qeyri-yaşayış sahələrinin siyahısının təqdim edilməsi iddiaçıya dəfələrlə təklif olunsa da, bu məqsədlə məhkəmə tərəfindən dəfələrlə müddət təyin edilsə də, iddiaçı tələb olunan həmin məlumatları məhkəməyə təqdim etməmişdir. - Odur ki, məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə sübutetmə vəzifəsinin dönüşü edilmiş, mübahisələndirilən inzibati akt üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur. Lakin iddiaçı tərəfindən cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********148194 nömrəli qərarın qanunsuzluğunu əsaslandıran hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
40. İddiaçı tərəfindən qərarda mənfəət vergisi, əmlak vergisi, ödəmə mənbəyində vergi, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasının qanunsuzluğuna münasibət bildirilməmişdir.
41. Məhkəmə həmin hissədə cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə razılaşır və qeyd edir ki, yoxlama materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıdan sənədlər tələb edilmiş, lakin tələb olunan sənədlər səyyar vergi yoxlamasının keçirildiyi müddətdə cavabdehə tam təqdim edilməmişdir. Belə ki, sərəncam, digər müəssisə ilə bağlanmış müqavilə, FHN-nin sınaq nəticələri yoxlamaya təqdim edilmiş, lakin, nəzarət kitabçası, bank sənədləri, qaimə-fakturalar, təhvil-təslim aktlan (forma-2), materialların alışını təsdiq edən sənədlər, kassa-mədaxil orderləri, əmək haqqı hesablanması və ödənilməsi barədə sənədlər, smeta sənədləri, xüsusi razılıq (lisenziya), habelə satılmış mənzilər ilə əlaqədar sənədləşmələr (müqavilələr, ödəniş sənədləri və sair) yoxlamaya təqdim edilmədiyindən vergi orqanı müvafiq hesablamanı aparmaqda haqlı olmuşdur.
42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva