Məhkəmə qərarları › İş №2-1(112)-1160/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1160/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1160/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.12.1982-ci il tarixdən 28.10.1983-cü il tarixədək və 29.04.1984-cü il tarixdən hal hazıradək davam edən əmək stajının, 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək təhsil aldığı, 24.10.1980-ci il tarixdən 10.11.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrləri iş stajına daxil etməklə onun pensiya hüququnun yarandığı 16.08.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması və pensiyanın hüququ yarandığı gündən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 izahatında bildirdi ki, o, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. O, müxtəlif yerlərdə və müxtəlif peşələrdə və fərdi sahibkarlıq fəaliyyətində olmaqla ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 17 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Hazırda onun 57 yaşı var. Artıq xeyli müddətdir ki, pensiya hüququndan istifadə edə bilmir. Eyni zamanda həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən onun pensiya hüququ yarandığı tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 17 ili güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. Bundan da əlavə o, 03.10.1980-ci il tarixdən 10.11.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək Peşə təhsili almışdır. Həmin dövrlər də onun sığorta stajına hesablanır. Onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə etdiyi şifahi, eləcə də yazılı, bundan sonra Fondun Xüsusi şərtlərlə təyinat idarəsinə üç dəfə etdiyi müraciətinə müsbət cavab verilməmişdir. Əsassız olaraq neçə müddətdir ki, onu bu hüququndan məhrum etmişlər. Belə ki, hər dəfə müxtəlif bəhanələrlə imtina vermədən onun sənədlərini geri qaytarmışlar. Sonuncu dəfə nümayəndəsi və vəkili tərəfindən şikayət ərizəsi verildikdən sonra ona imtina cavabı verilmişdir. Onun güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müəyyən olunmuş şərtlərə cavab vermədiyi göstərilmişdir. Məktubda aşkar şəkildə yazılmışdır ki, onun tələb olunan 25 il sığorta stajı yoxdur. Halbuki onun tələb olunan ümumi stajı 25 ildən çox təşkil edir. Onun 17 ilindən çoxu güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Cavabdehin dediyi hallar iş yerindən ona verilən arayışda, əmək kitabçasında, diplomunun, eləcə də hərbi biletininin surətindən də aşkar şəkildə əks olunmuşdur. O, hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Lakin cavabdeh etdiyi müraciətinə qanunsuz olaraq müsbət cavab verməmişdir. Əsassız olaraq neçə illərdir onu bu hüququndan məhrum etmişlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24 b) bəndində - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur; -abonentlərə ayrılan yerlərədək yeraltı su kəmərlərinin, kamerlərin və arxların xidməti ilə daim məşğul olan isti şəbəkələrin xidməti üzrə çilingərlər: -gərginlik altında olan 330 KV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən 5 iyun 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 29.04.1984-24.04.1997-ci il tarixləri arasında dövr ərzində “X4” X1 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.02.2020-ci il tarixli **********5 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24; -qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; -abonentlərə ayrılan yerlərədək yeraltı su kəmərlərinin, kamerlərin və arxların xidməti ilə daim məşğul olan isti şəbəkələrin xidməti üzrə çilingərlər; -gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz sənədlərdə 5 iyun 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 29.04.1984-24 04.1997-ci ıl tarixləri arasındakı dövr ərzində “X4” X1 İdarəsində quraşdırıcı çilingər vəzifəsində işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi işlədiyiniz vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bundan başqa 1 yanvar 2006-cı il tarixinədək Sizin ümumi iş stajınız 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan AO seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı 03.10.1980-ci il tarixdən 10.11.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC-nin 05.10.2019-cu il tarixli 16/12 saylı arayışından görünür ki, 1962-ci il təvəllüdlü X3 həqiqətən 29.04.1984-cü il tarixdən (ƏMR № 121/K 28.04.1984) X4 X1 idarəsinə 3-cü dərəcəli quraşdırıcı çilingər, qazla-kəsici peşəsinə işə qəbul olunmuşdur. 28.03.1993-cü ildə (ƏMR №35/K 28.03.1993) 4-cü dərəcəli quraşdırıcı-çilingər, qazla-kəsici peşəsinə keçirilmişdir. 24.04.1997-ci il (ƏMR № 20/K 20.04.1997) istehsalat kursunu bitirdikdən sonra 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 26.05.1998-ci ildə (ƏMR № 34/K 25.05.1998) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir. 11.09.1998-ci il (ƏMR №47/K 08.09.1998) 5-ci dərəcə elektrik qaynaqçısı verilmişdir. 31.03.2000-ci il (ƏMR 21/K 31.03.2000) tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 01.10.2001-ci ildə Abşeron Quraşdırma idarəsinin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmışdır (ƏMR N 81/K 28.03.2001) Güzəştli şərtlərə yaşa görə əmək pensiyası üçün staj 15 il, 11 ay təşkil edir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li 23.01.2007-ci il tarixli fəsil 24 “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı “a” (fəhlələr) bəndinə əsasən bilavasitə zərərli sahə hesab edilir. İş materiallarında olan “xxxx” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 04.04.2019cu il tarixli 81 saylı arayışından görünür ki, X3 həqiqətən 05.07.2001-cı ildən Xəzərdənizneftdonanma idarəsinin Gəmi təmiri zavodunda işə başlamışdır, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən xxxxnin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda 03.02.2014-cü il tarixindən hal-hazıradək işləyir. 05.07.2001-ci il - Gövdə-qaynaq sexinə 4-cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş (əmr № 195, 05.07.2001), 19.09.2003-cü il - gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 5-ci dərəcə verilmiş (əmr № 17, 19.09.2003), 02.05.2005-ci il - əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 6-cı dərəcə verilmiş (əmr № 12, 02.05.2005), 03.02.2014-cü il - “Bibiheybət” GTZ Gövdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş (əmr № 96, 03.02.2014), 03.11.2014-cü il - Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir (əmr № 1537, 03.11.2014). İş materialarında olan “xxxx” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 01.10.2019cu il tarixli 198 saylı arayışından görünür ki, X3 həqiqətən 05.07.2001-cı ildən 02.02.2014cü ilə kimi Xəzərdənizneftdonanması Gəmi təmiri zavodunda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən xxxxnin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda 03.02.2014-cü il tarixindən halhazıradək işləyir. 05.07.2001-ci il - Gövdə-qaynaq sexinə 4-cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş (əmr № 195, 05.07.2001), 19.09.2003-cü il - gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 5-ci dərəcə verilmiş (əmr № 17, 19.09.2003), 02.05.2005-ci il - əl ilə işləyən əl qaynaqçısına ixtisası üzrə 6-cı dərəcə verilmiş (əmr № 12, 02.05.2005), 03.02.2014-cü il - “Bibiheybət” GTZ Gövdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş (əmr № 96, 03.02.2014), 03.11.2014-cü il - Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir (əmr № 1537, 03.11.2014). İş materialarında olan “xxxx” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 21.09.2020ci il tarixli 111 saylı arayışından görünür ki, X3 həqiqətən 05.07.2001-cı ildən 02.02.2014cü ilə kimi Xəzərdənizneftdonanması Gəmi təmiri zavodunda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən xxxxnin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda 03.02.2014-cü il tarixindən halhazıradək işləyir. 05.07.2001-ci il - Gövdə-qaynaq sexinə 4-cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş (əmr № 195, 05.07.2001), 19.09.2003-cü il - gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 5-ci dərəcə verilmiş (əmr № 17, 19.09.2003), 02.05.2005-ci il - əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 6-cı dərəcə verilmiş (əmr № 12, 02.05.2005), 03.02.2014-cü il - “Bibiheybət” GTZ Gövdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş (əmr № 96, 03.02.2014), 03.11.2014-cü il - Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir (əmr № 1537, 03.11.2014). İş materialarında olan “xxxx” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 15.01.2020ci il tarixli 04 saylı arayışından görünür ki, X3 “Bibiheybət” Gəmi Təmiri Zavodunun Tərsanə bölməsində gəmi takelajçısı vəzifəsində işləmişdir. 05.07.2001-ci il tarixdə işə qəbul edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 19.04.2021-ci il tarixli 218 saylı arayışının surətindən görünür ki, 1962-cı il təvəllüdlü İddiaçı həqiqətən oktyabr ayı 1980-ci il tarixdən 10.11.1982-ci il tarixədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Ehtiyyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. İş materialarında olan Azərbaycan Respublikası “xxxx” ASC-nin 24.02.2021-ci il tarixli 22/k-18 saylı güzəştli arayışından görünür ki, 16.02.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 29.04.1984-cü il tarixdən (ƏMR № 122/K 28.04.1984) X4 X1 idarəsinə 3-cü dərəcəli quraşdırıcı çilingər peşəsinə işə qəbul olunmuşdur. 26.03.1993-cü il tarixdən (ƏMR № 35/K 02.04.1993) 4-cü dərəcəli quraşdırıcı-çilingər peşəsinə keçirilmişdir. 24.04.1997-ci il tarixdən (ƏMR № 20/K 20.04.1997) istehsalat kursunu bitirdikdən sonra 3cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 26.06.1998-ci il tarixdə (ƏMR № 34/K 25.06.1998) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir. 11.09.1999-cu il tarixdə də (ƏMR № 47/K 09.09.1999) 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir. 31.03.2000-ci il tarixdə (ƏMR № 21/K 31.03.2000) tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 01.10.2001-ci il tarixdə Abşeron Quraşdırma idarəsinin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmışdır (ƏMR № 81/K 28.03.2001). Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün staj 15 il, 11 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı qərarına (bölmə XXXİİİ), həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsinə əsasən işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Abşeron Quraşdırma sahəsində hündürmərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində glegirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Tam iş günü ərzində icra etdiyi çilingər və elektrik qaynaqçısı vəzifələri Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısınında bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İş materialarında olan Azərbaycan SSR Dövlət Peşə Təhsili Komitəsi tərəfindən verilmiş B seriyalı 127232 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək 108 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 24.10.1980-ci ildən 10.11.1982-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, 01.10.1983-cü ildən 26.04.1984-cü ilədək Bakı şəhəri TM-22-də təhsil almış, 29.04.1984-cü ildə “X4” X1 idarəsində 3-cü dərəcəli çilingər-quraşdırıcı təyin edilmiş, 26.03.1993-cü ildə quraşdırıcı peşəsinin 4-cü dərəcəsi verilmiş, 24.04.1997-ci ildə kursu bitirdikdən sonra elektrik qaynaqçısı peşəsinin 3-cü dərəcəsi verilmiş, 26.06.1998-ci ildə elektrik qaynaqçısı peşəsinin 4-cü dərəcəsi verilmiş, 11.09.1999-cu il tarixdə elektrik qaynaqçısı peşəsinin 5-ci dərəcəsi verilmiş, 31.03.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 05.07.2001-ci il tarixdə «Xəzərdənizneftdonanma» idarəsinin Gəmi Təmiri Zavodunda gövdə qaynaq sexinə 4-cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş, 19.09.2003-cü ildə gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 5-ci dərəcəsi verimiş, 02.05.2005-ci ildə əl ilə işləyən elektrik qaynaqçısı ixtisası üzrə 6-cı dərəcə verilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 12.03.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod X9 Donanması Gəmi Təmiri Zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır, 03.02.2014-cü ildə “Bibiheybət” Gəmi Təmiri Zavodunun Gövdə qaynaq sexinə 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş, 03.11.2014-cü ildə Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İddiaçı 24.10.1980-ci ildən 10.11.1982-ci ilədək həqiqi hərbi xidmət keçmiş, 01.09.1977-ci il tarixdən 19.07.1980-ci il tarixədək texniki peşə məktəbində təhsil almış, 29.04.1984-cü ildə “X4” X1 idarəsində 3-cü dərəcəli quraşdırıcı çilingər təyin edilmiş, 26.03.1993-cü ildə quraşdırıcı peşəsinin 4-cü dərəcəsi verilmiş, 24.04.1997-ci ildə kursu bitirdikdən sonra elektrik qaynaqçısı peşəsinin 3-cü dərəcəsi verilmiş, 26.06.1998-ci ildə elektrik qaynaqçısı peşəsinin 4-cü dərəcəsi verilmiş, 11.09.1999-cu il tarixdə elektrik qaynaqçısı peşəsinin 5-ci dərəcəsi verilmiş, 31.03.2000-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 05.07.2001-ci il tarixdə «Xəzərdənizneftdonanma» idarəsinin Gəmi Təmiri Zavodunda gövdə qaynaq sexinə 4-cü dərəcəli əl ilə işləyən elektrik qaynaqçısı qəbul edilmiş, 19.09.2003-cü ildə gövdə qaynaq sexinin əl ilə işləyən elektrik qaynaqçısına ixtisası üzrə 5-ci dərəcəsi verimiş, 02.05.2005-ci ildə əl ilə işləyən elektrik qaynaqçısı ixtisası üzrə 6-cı dərəcə verilmiş, 03.02.2014-cü ildə “Bibiheybət” Gəmi Təmiri Zavodunun Gövdə qaynaq sexinə 6cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı keçirilmiş, 03.11.2014-cü ildə Tərsanə bölməsinə 5-ci dərəcəli gəmi takelajçısı keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Göründüyü kimi, iddiaçının təhsil müddəti və həqiqi hərbi xidmət keçdiyi müddət nəzərə alınmaqla, o, 01.01.2006-cı il tarixədək 25 ildən artıq (25 il 4 ay) ümumi sığorta stajına malikdir. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı 29.04.1984-cü ildən 24.04.1997-ci ilədək “X4” X1 idarəsində quraşdırıcı çilingər vəzifəsində işləmişdir. Həmin vəzifə isə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır, həmin vəzifələr iddiaçının iddia etdiyi və təqdim edilən arayışlarda göstərilən Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsində qeyd olunan vəzifələrə uyğun deyildir. Eyni zamanda iddiaçının 24.04.1997-ci ildən 31.03.2000-ci ilədək işlədiyi peşə elektrik qaynaqçısı peşəsidir, Ümumi peşələr bölməsində istinad edilən peşə isə əl ilə qaynaq aparan elektrik qaynaqçısıdır, iddiaçı isə həmin dövrdə elektrik qaynaqçısı işləmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin peşə qeyd olunan Siyahılarda nəzərdə tutulmamışdır. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar