Məhkəmə qərarları › İş №2-1(112)-11607/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11607/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11607/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İddiaçıin Cavabdehnə qarşı “icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İddiaçıi Cavabdehnə qarşı “Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin Mərkəzdən asılı olmayan yaranmış üzrlü səbəblərlə əlaqədar icra edilməsi faktiki olaraq mümkün olmadığı üçün Cavabdeh hərəkətsizliyi səbəbindən bu günə qədər icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edilmədiyinə görə icra şöbəsinin üzərinə icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd X1-Tədqiqat İnstitutunda (bundan sonra-İnstitutut) 21 iyun 2018-ci il tarixinə qədər Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri-baş mühasib vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2018-ci il 22 may tarixdə verilmiş 89 saylı Fərmanın tələblərinə əsasən İnstitut publik hüquqi şəxs statusu olan X7 çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. İnstitutdan fərqli olaraq Mərkəzin fəaliyyət istiqamətləri tamamilə başqa olmuşdur. Mərkəzin nizamnaməsinin 2-ci bəndinin tələblərinə əsasən Mərkəzin fəaliyyət istiqamətləri kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılmasından, analitik məlumat bazasının və informasiya sistemlərinin yaradılmasından, aqrar sahə üzrə proqram və layihələrin hazırlamasından, aqrar sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsindən ibarətdir. Mərkəz tərəfindən 21 iyun 2018-ci il tarixdə verilmiş əmrə əsasən Məzahir Qurbanovla bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və ona Mərkəz tərəfindən əmək qanunvericiliyinin tələblərinə əsasən işdən çıxarma müavinəti hesablanıb ödənilmişdir. Məzahir Qurbanov onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini bilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci bəndinin tələblərinə əsasən müəyyən edilmiş bir təqvim ayı iddia müddətini keçirərək 7 aydan sonra, yəni 17 aprel 2019-cu il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2019cu il tarixli 2(009)-1512/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məzahir Qurbanov apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddia müddətinin keçməsinə baxmayaraq və iş üzrə icraatın materiallarında olan sübutları obyektiv, hərtərəfli araşdırmadan onlara hüquq normalarına müvafiq olaraq qiymət vermədən Məzahir Qurbanov tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli 2 (009)-1512/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Mərkəzin 01 saylı əmrinin ləğv edilməsi və X8 baş mühasib vəzifəsinə bərpa edilməsi, Mərkəz tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq Məzahir Qurbanovun işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, Mərkəzdən mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutularaq Məzahir Qurbanova ödənilməsi barədə 15 oktyabr 2019-cu il tarixdə 2(103)-11331/2019 saylı iş üzrə qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi 09 iyun 2020-ci il tarixdə icraya yönəldilmiş, Cavabdeh tərəfindən Mərkəzə göndərilmiş “tələbin könüllü icrası haqqında” bildiriş Mərkəzə 09 iyul 2020-ci il tarixdə daxil olmuşdur. Mərkəz tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli 2(102)- 1396/2020 saylı iş üzrə qəbul edilmiş qərarından 29 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti və 30 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət ərizələri göndərilmişdir. Buna görə də 30 iyul 2020-ci il tarixdə Mərkəz tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019-002 saylı 15 oktyabr 2019-cu il tarixli icra sənədini icraatına qəbul etmiş böyük icra məmuru X5 Məhkəməsinin qərarı qəbul olunanadək icraatın dayandırılması barədə məktub göndərilmişdir. 2020-ci ilin mart ayından bu günə qədər Respublikamızın ərazisində xüsusi karantin rejimi tətbiq edildiyi üçün dövlət büdcəsinə daxil olan vəsaitlər azaldığına görə və dövlət büdcəsində israfçılığın qarşısını almaq məqsədilə Mərkəzin strukturunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş “Mərkəzin yeni strukturunun təsdiq edilməsi haqqında” 132 saylı əmrə əsasən dəyişikliklər və ixtisarlar edildiyi üçün digər bir neçə ştatlarla birlikdə baş mühasib ştatı da ləğv edilmişdir. Bu barədə Mərkəz tərəfindən 13 yanvar 2021-ci il tarixdə böyük icra məmuru Səbuhi Əhmədova məktub göndərilmişdir. Mərkəzin strukturunda 06 oktyabr 2020-ci il tarixdə Nazirlik tərəfindən verilmiş 132 saylı əmrə əsasən baş mühasib vəzifəsi ləğv edildiyi üçün icra sənədinin Mərkəzdən asılı olmayan yaranmış üzrlü səbəblərdən bu xüsusatda icrası mümkün olmamışdır. İcra sənədinin digər xüsusatda icrası ilə əlaqədar olaraq Mərkəz tərəfindən X3 mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin hansı hesaba ödəniləcəyi barədə İcra şöbəsinə Mərkəz tərəfindən 04 fevral 2021-ci il tarixdə göndərilmiş məktuba görə İcra şöbəsi tərəfindən 20 aprel 2021-ci il tarixdə Mərkəzə göndərilmiş məktuba bu barədə məlumat əlavə edilmişdir. Buna görə də 22 aprel 2021-ci il tarixdə Mərkəz tərəfindən həmin hesaba 2000 (iki min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Mərkəz tərəfindən daim qanunvericiliyin tələblərinə əməl edilmiş, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələbləri pozulmamışdır. İcra vərəqəsində Məzahir Qurbanovun baş mühasib vəzifəsinə bərpa edilməsi, Mərkəz tərəfindən 21 iyun 2018-ci il tarixdən başlayaraq Məzahir Qurbanovun baş mühasib vəzifəsinə bərpa edildiyi tarixədək iş buraxma üçün əmək haqqı hesablanaraq ödənilməsi və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin ödənilməsi qeyd edilmişdir. İcra vərəqəsində göstərilən baş mühasib vəzifəsi 06 oktyabr 2020-ci il tarixdə Nazirliyin əmri ilə ləğv edilmiş, 2000 manat məbləğində pul vəsaiti isə İcra şöbəsindən hansı hesaba ödəniləcəyi barədə məlumat gələn kimi, yəni 22 aprel 2021-ci il tarixdə Mərkəz tərəfindən M.Qurbanova ödənilmiş, ödəniş tapşırığının surəti İcra şöbəsinə göndərilmişdir. Mərkəz tərəfindən icra sənədinin icrasının mümkün olan hissəsi vaxtında icra edilmişdir. İcra şöbəsi tərəfindən Mərkəzə göndərilən məktubda istinad edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinin və 301-ci maddəsinin dispozisiyasını təsvir edərkən icra vərəqəsində qeyd edilən M. Qurbanovun əvvəlki vəzifəsinə, yəni baş mühasib vəzifəsinə bərpası və ya razılığı ilə başqa vəzifəyə bərpa olunması başa düşülür. Mərkəzdə icra vərəqəsində göstərilən baş mühasib vəzifəsi yoxdur, mühasib ştatı var ki, həmin vəzifədə 2007-ci ildən müddətsiz əmək müqaviləsinə əsasən X9 işləyir. Mərkəzdə fasiləsiz olaraq 14 il müddət ərzində işləyən G.Hüseynovanın əmək qanunvericiliyinin tələblərinə əsasən işdən çıxarılması mümkün deyil, əks halda bu G.Hüseynovanın Azərbaycan Respublikası Konstitusiyasında və Əmək Məcəlləsində təsbit edilmiş hüquqlarının kobud şəkildə pozulmasına səbəb olar. Bu qanuna zidd hərəkətlər yeni məhkəmə çəkişmələrini yaradar. Bundan başqa G.Hüseynova M.Qurbanovun yerinə götürülməmiş, 2007-ci il tarixdən Mərkəzdə eyni vəzifədə, yəni mühasib vəzifəsində işləyir. G.Hüseynovanın əməllərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin dispozisiyasında qeyd edilən hərəkətlər yoxdur. G.Hüseynova əmək funksiyasını, vəzifə borcunu layiqincə yerinə yetirir. Mərkəzdə M.Qurbanovun ixtisasına uyğun gələn başqa heç bir ştat vahidi yoxdur. Mərkəz aqrar sahədə elmi-tədqiqat işlərini yerinə yetirən bir qurumdur. Əgər ştat vahidi ləğv edilmişdirsə, M.Qurbanovun ixtisasına uyğun olan heç bir ştat vahidi yoxdursa, Mərkəz icra məmurunun tələblərini necə icra edə bilər? İcra məmurunun bu xüsusatda tələbləri qanunsuzdur. Mərkəz tərəfindən qanunla qorunan hüquqazidd olan, təqsirli sayılan heç bir əməl törədilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)- 11331/2019 saylı iş üzrə 21 dekabr 2021-ci il tarixində qəbul edilmiş Qərardada əsasən 07 fevral 2022-ci il tarixdə X3 Mərkəzdə 9 fevral 2022-ci il tarixdə saat 10:00-da qəbula gəlməsi üçün sifarişli poçt göndərişi vasitəsilə məktub göndərilmişdir. M.Qurbanov 09 fevral 2022-ci il tarixdə saat 10:50-də Mərkəzə gəldi. Mərkəzin direktor müavini Şalbuzov Namiqin iş otağında Mərkəzin İnzibati işlər bölməsinin rəhbəri X6, Mərkəzin İnzibati işlər bölməsinin baş mütəxəssis-hüquqşünası Nümayəndə Ağabala oğlunun, Mərkəzin İnzibati işlər bölməsinin baş mütəxəssisi (kadr məsələləri üzrə) X2 iştirakları ilə video çəkiliş vasitəsilə M.Qurbanov qəbul edildi. Qəbul zamanı M.Qurbanov etiraf etmişdir ki, 2018-ci ilin axırında və 2019-cu ilin aprel ayında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən ona X15 Açıq Səhmdar Cəmiyyətində və X13 İnstitutunda ixtisasına uyğun olaraq mühasib vəzifəsi təklif edilmiş, lakin M.Qurbanov hər iki iş yerindən imtina etmişdir. M.Qurbanova qanunvericiliyin tələblərinə əsasən izah edilmişdir ki, hal-hazırda Mərkəzdə vakansiya yeri Tədqiqatlar və Elektron kənd təsərrüfatı departamentlərində var. Bu vakansiya iş yerlərinə tələb yüksək səviyyədə kompüter biliklərinə malik olmalı, aqrar sahədə tədqiqat işini aparmağı bacarmalı və aqrar sahə üzrə ixtisasa malik olmalıdır. M.Qurbanov bildirmişdir ki, o, heç bir istənilən başqa vəzifə istəmir. O, yalnız Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri-baş mühasib vəzifəsini istəyir. Ona izah olunmuşdur ki, 2020-ci il mart ayından Respublikamızın ərazisində xüsusi karantin rejimi tətbiq edildiyi üçün dövlət büdcəsinə daxil olan vəsaitlər azaldığına görə Mərkəzin strukturunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş “Mərkəzin yeni strukturunun təsdiq edilməsi haqqında” 132 saylı əmrə əsasən dəyişikliklər və ixtisarlar edildiyi üçün digər bir neçə ştatlarla birlikdə Maliyyə və mühasibat şöbəsinin müdiri-baş mühasib ştatı da ləğv edilmişdir. Bu barədə bütün sənədlərin iş üzrə icraatın materiallarında olması M.Qurbanova bir daha bildirilmişdir. M.Qurbanov Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək 15 oktyabr 2019-cu il tarixli 2(103)-11331/2019 saylı qətnaməyə izah verilməsini xahiş etmişdir. M. Qurbanov verdiyi ərizədə başqa vəzifə istəmədiyini, yalnız Mərkəzdə baş mühasib vəzifəsinə bərpa edilməsini tələb etmişdir. 15 oktyabr 2019-cu il tarixli qətnamə Mərkəzdən asılı olmayan yaranmış üzrlü səbəblərlə əlaqədar icra edilməsi faktiki olaraq mümkün deyildir. Mərkəzin nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərində maliyyə və iqtisadiyyatla bağlı heç bir ştat vahidi yoxdur (bu faktiki halı təsdiq edən strukturun surəti əlavə olunur). Ona görə ki, Mərkəzin mühasibatlığı yalnız ayda bir dəfə işçilərin əmək haqqını hesablayıb ödəyir. Bundan başqa mühasibatlığın heç bir funksiyası yoxdur. Buna görə də dövlət büdcəsində israfçılığın qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xərclər smetasına əsasən mərhələli şəkildə strukturda dəyişikliklər və ixtisarlar edilmişdir. Mərkəz dövlət büdcəsindən maliyyələşən qurum olduğu üçün Mərkəzin strukturuna hər hansı əlavə və dəyişikliklərin edilməsi səlahiyyəti Mərkəzə aid deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə məhkəmənin mümkünlük iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflər iştirak etməmişlər. Məhkəmənin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2020-cı il tarixli icra sənədinin icrası ilə bağlı olması, qeyd edilən icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq tələblə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir. Məhkəmənin xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə keçirilən mümkünlük iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra sənədinin məhkəməyə qaytarılmaması barədə icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11331/2019 saylı, xx.xx.2020-cı il tarixli icra sənədinin icrası ilə bağlıdır. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Səbail rayon icra şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılması ilə bağlı məsələyə aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə (Bakı şəhəri Səbail Rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar