Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1161/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qax rayonunun, Oncallı Bələdiyyəsinin üzvü olaraq, 25 fevral 2000-ci il tarixdən həmin bələdiyyədə vergi agenti vəzifəsinə təyin edilməklə 26 dekabr 2004-cü il tarixə qədər əmək müqaviləsi əsasında işlədiyi 4 il 9 ay 4 gün müddəti sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı ildə Qax rayonun Oncallı kəndində doğulmuşdur. 01 sentyabr 1973-cü il tarixdə ona əmək kitabçası açılmaqla , Bakı şəhəri 12 saylı peşə məktəbində fotoqraf peşəsi üzrə təhsil aldığı, 04 sentyabr 1974-cü ildən 05 noyabr 1974-cü ilədək Qax rayon məişət xidməti idarəsində fotoqraf olaraq işlədiyi, 20 noyabr 1974-cü il tarixdən 01 dekabr 1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmətdə olduğu,14 fevral 1977-ci ildən 07 sentyabr 1996-cı ilədək fasiləsiz olmaqla, Qax rayon məişət xidməti idarəsində fotoqraf peşəsi üzrə işlədiyi müddətlərin əmək stajı olaraq uyğun qeydiyyatı aparılmışdır. 12 dekabr 1999-cu ildə keçirilmiş bələdiyyə seçkisində Qax rayonu Oncallı Bələdiyyəsinə üzvü seçilmişdir. Həmin təsisatda 25 fevral 2000-ci il tarixdən vergi ödəyicisi olmaqla çalışdığına görə onunla fərdi əmək müqaviləsi bağlanılmış, 26 dekabr 2004-cü il tarixədək qüvvədə olmuş müqavilə əsasında uyğun sosial sığorta ödənişi əmək haqqından bilavasitə tutulmuşdur. Cavabdeh DSMF-nın 16 saylı regional ərazi fılalına 09 fevral 2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir, əmək kitabçasında qeyd olunmuş 27 il 7 ay 9 gün sosial sığorta stajının əsasında və 65 yaşı bitdiyinə görə ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən inzibati orqanın 29 aprel 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli akta əsasən 25 fevral 2000-ci il tarixdən 26 dekabr 2004-cü il tarixinə qədər Qax rayonu Oncallı Bələdiyyəsinin arayış xarakterli sənədləri,əmr kitabı və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyinə görə həmin dövrlərin araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmadığı üçün ərizənin təmin edilməsindən imtina olunmuşdur. 25 fevral 2000-ci il tarixdən 26 dekabr 2004-cü il tarixə qədər Qax rayonu, Oncallı Bələdiyyəsində bələdiyyə vergi agenti vəzifəsində işləməyini və bu 4 il 10 ay 4 əmək stajına dair arayış xarakterli sənədlərin AR Milli Arxiv İdarəsi Qax rayon Dövlət Arxivinə təhvil verilmədiyini əsas gətirib əmək kitabçasındakı əmək stajının 27 il 7 ay 4 gün müddətindəki qeydiyyatını sığorta stajına daxil etməkdən əsassız və qanunsuz olaraq imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə Fondun 16 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2000-ci il tarixdən xx.xx.2004cü il tarixədək Qax rayonu Oncallı bələdiyyəsinin arayış xarakterli sənədləri, əmr kitabı və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin araşdırılıb sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi № ******* saylı əmək kitabçasına əsasən sosial sığorta stajı 22 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçının filiala müraciət edərkən təpdim etdiyi Qax rayonu Qıpçaq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli № 08 nömrəli arayışında 2000-2004-cü illərə dair əmək haqqı cədvəlləri əks olunmuşdur. Cavabdeh orqan tərəfindən aparılan inzibati icraat zamanı Qax rayon Dövlət Arxivinə və Qax rayonu Qıpçaq Bələdiyyəsinə müraciət olunmuşdur. Qax ravon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli № 21 nömrəli məktubuna əsasən, Qax rayon Oncallı bələdiyyəsinin şəxsi heyəti ilə bağlı arayış xarakterli sənədləri (əmr kitabı, əmək haqqı cədvəlləri) arxivə təhvil verilməmişdir. Qax rayonu Qıpçaq Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli Ns 15 nömrəli məktubuna əsasən, Oncallı bələdiyyəsi 2010-cu ildə Qıpçaq bələdiyyəsinə birləşdirilmiş, lakin 1999-xx.xx.2006-cı illər üzrə maliyyə sənədləri bələdiyyəyə və arxivə təhvil verilməmişdir. Həmçinin, Qax rayon Dövlət Arxivinin müdiri və cavabdeh orqanın əməkdaşının iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən, Qax ravon Oncallı bələdiyyəsinin şəxsi heyəti ilə bağlı arayış xarakterli sənədlərin (əmr kitabı, əmək haqqı cədvəlləri) arxivə təhvil verilməməsi təsdiq edilmişdir. Göründüyü kimi, Qıpçaq Bələdiyyəsi tərəfindən filiala ünvanlanmış məktubda Oncallı bələdiyyəsinə dair sənədlərin təhvil verilmədiyi bildirilməsinə baxmayaraq, iddiaçının həmin bələdiyyədən məhz Oncallı bələdiyyəsində işlədiyi illərə dair əmək haqqı cədvəllərini əldə etməsi mümkün deyildir. Odur ki, İddiaçı təqdim etdiyi əmək haqqlarını özündə əks etdirən arayışın sübut kimi mötəbərliyi əsaslı olaraq sübhə doğurur. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır. Belə ki, iş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il tarixdə Qax rayonu, Oncallı kəndində doğulmuş İddiaçı Qax rayonu, Oncallı kəndində qeydiyyatdadır. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsil Komitəsi tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş 1302 №-li attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə 12 №li Texniki peşə məktəbində təhsil almışdır. - НЗ ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus 29 noyabr 1977-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü ildə Qax rayonu üzrə Əhaliyə məişət xidməti Kombinatına fotoqraf kimi işə qəbul olunmuşdur (Əmr № 285. xx.xx.1974-cü il); xx.xx.1974-cü ildə Sovet ordusunda xidmətə çağırışla bağlı işdən azad edilmişdir (Əmr № 372, xx.xx.1974-cü il); 20 noyabr 1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur (SSRİ Müdafiə Nazirliyinin xx.xx.1976-cı il tarixli, 197 saylı əmrinə əsasən); xx.xx.1977-ci ildə Qax rayonu üzrə Əhaliyə məişət xidməti kombinatına səyyar fotoqraf vəzifəsinə qəbul olunmuş (Əmr № 50, xx.xx.1977-ci il), xx.xx.1996-cı ildə vəzifəsindən azad edilmişdir (Əmr № 65, xx.xx.1996-cı il); xx.xx.2000-ci ildən Oncallı bələdiyyəsi üzrə bələdiyyə vergi-agenti vəzifəsinə təyin olunmuş (Əmr № 5, xx.xx.2000-ci il, imza Oncallı Bələdiyyə sədri M.İ.Səlimov), xx.xx.2006-cı ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur (Əmr № 15, xx.xx.2004-cü il, imza Oncallı Bələdiyyə sədri M.İ.Səlimov). Bələdiyyələrə seçkilər üzrə 33 saylı Qax seçki ərazisi tərəfindən verilmiş Bələdiyyə üzvü seçilmək haqqında 287 №-li vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən Qax rayonu Oncallı kənd bələdiyyəsinə üzv seçilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Qax rayonu Qıpçaq Bələdiyyəsinin 44 №li, xx.xx.2021-ci il tarixli arayışında Oncallı kənd sakini İddiaçı xx.xx.1999-cu ildə bələdiyyə seçkilərində Oncallı bələdiyyəsinə üzv seçildiyi, xx.xx.2000-ci ildə həmin bələdiyyədə vergi agenti vəzifəsinə təyin edildiyi, vətəndaşla müqavilə bağlandığı, müqaviləyə əsasən DSMF-yə sığorta haqqları ödənildiyi, vətəndaş xx.xx.2004-cü ildə müqavilə müddəti bitdiyi üçün işdən azad edildiyi, Oncallı bələdiyyəsinin 2010-cu illdə fəaliyyəti dayandırılmış Qıpçaq bələdiyyəsinə birləşdirildiyi, lakin Oncallı bələdiyyəsinin heç bir sənədinin Qıpçaq bələdiyyəsinə əsas verilmədiyi qeyd olunmuşdur. - Qax rayon Dövlət Arxivinin 89/H №-li xx.xx.2022-ci il tarixli məktubunda Qax rayon X6 № 154-Qax rayon Oncallı bələdiyyəsinin 2000-2010-cu illərə aid daimi xarakterli sənədlərin mühafizə olunduğu, Mühafizə olunan arxiv sənədlərində İddiaçı xx.xx.1999-cu il tarixdə bələdiyyə seçkilərində Qax rayon Oncallı bələdiyyəsinə üzv seçilməsinə dair protokolun olmadığı bildirilmiş və Qax rayon Oncallı bələdiyyəsinə seçkidən sonra keçirilmiş ilk iclas protokolunun təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Məktuba əlavə olunmuş Oncallı kənd bələdiyyəsinin 20 yanvar 2000-ci il tarixli iclasının 1 №-li protokolunun surətindən müəyyən olunur ki, iclasda 5 (beş) nəfər bələdiyyə üzvləri B.Vəliyev, İddiaçı (İddiaçı), M.Səlimov, Z.Kərimov iştirak etmiş, səsvermə nəticəsində M.Səlimov Oncallı kənd bələdiyyəsinin sədri seçilmişdir. - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********6 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1973- cü il tarixindən 01,07.1974-cü il tarixinədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1974cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 22 il 7 ay 5 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Fondun keçmiş 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinə qədər Qax rayonu Oncallı bələdiyyəsinin arayış xarakterli sənədləri, əmr kitabı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 22 il 7 ay 5 gün sığorta stajına uyğun olaraq pensiya kapitalının məbləği - (22+(7+5/30gün)/12ay)x306=6914,75 manat təşkil edir. Həmin kapitalın xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği- 2006-cı il 6914,75 manat; 2007-ci il üzrə 7488,67 manat; 2008-ci il 8739,28; 2009-cu il üzrə 10557,05 manat; 2010-cu il üzrə 10715,41 manat; 2011-ci il üzrə 11326,19 manat; 2012-ci il üzrə 12220,96 manat; 2013-cü il üzrə 12355,39 manat; 2014-cü il üzrə 12651,92 manat; 2015-ci il üzrə 12829,04 manat; 2016-cı il üzrə 13342,20 manat; 2017-ci il üzrə 14996,64 manat; 2018-ci il üzrə 15851,45 manat; 2019-cu il üzrə 16326,99 manat; 2020-ci il üzrə 16751,49 manat, 2021-ci il üzrə 17220,53 manat. Eyni zamanda X1 Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli **********0 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş xx.xx.1977-ci il tarixində tərtib edilmiş, MT-İ № ******* saylı əmək kitabçasının surətinə əsasən onun xx.xx.2006-cı il tarixədək sığorta stajı 22 il 7 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları nın 3.2.1 -ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət,qəza,dağıntı,yanğın,hərbi əməliyyatlar,milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktna əsasən xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinə qədər Qax rayonu Oncallı bələdiyyəsinin arayış xarakterli sənədləri, əmr kitabı və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır.Yuxarıda qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə (iddiaçının xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə Qax rayonu Oncallı bələdiyyəsində işlədiyini iddia etdiyi dövrlər) münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar, hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. Cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövrə (xx.xx.2000-ci ildən Oncallı bələdiyyəsi üzrə bələdiyyə vergi-agenti vəzifəsinə təyin olunmuş (Əmr № 5, xx.xx.2000-ci il, imza Oncallı Bələdiyyə sədri M.İ.Səlimov), xx.xx.2006-cı ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur (Əmr № 15, xx.xx.2004-cü il, imza Oncallı Bələdiyyə sədri M.İ.Səlimov) gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeyd olunan dövr üzrə əmək fəlaiyyəti məhkəmənin müvafiq sorğusuna əsasən Qax rayon Dövlət Arxivinin 89/H №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş Oncallı kənd bələdiyyəsinin 20 yanvar 2000-ci il tarixli iclasının 1 №-li protokolu ilə təsdiq olunur. Belə ki, protokoldan da göründüyü kimi, həmin tarixdə keçirilən bələdiyyənin iclasında İddiaçı 5 (beş) nəfər bələdiyyə üzvlərindən biri olaraq iştirak etmiş və səsvermə nəticəsində M.Səlimov Oncallı kənd bələdiyyəsinin sədri seçilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) xx.xx.2021-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən əmək pensiyasının ödənişi dayandırılmışdır. Bundan sonra iddiaçı qanunla müəyyən edilmiş müvafiq sənədləri təqdim etməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1161/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1161/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver