Məhkəmə qərarları › İş №2-1(112)-1161/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1161/2025

25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1161/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X15 kаtibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə, cavabdehin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 6 saylı evin 1-ci mənzilinin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə imtinasının əsassız hesab olunması və mənzilinin mövcud vəziyyətdə qeydə alınmasının cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiası 2-1(112)-8827/2024 nömrəli inzibati iş üzrə icraata götürülmüşdür. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsindəki 6 saylı evin 1-ci mənzilinin mövcud vəziyyətdə, yəni Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 37 saylı MKİSnin tərtib etdiyi sxemə uyğun olaraq 16,0 kv m və 19,0 kv m sahəsi olan 2 otaq, 4,6 kv m sahəsi olan dəhliz, 5,7 kv m sahəsi olan mətbəx, 3,3 kv metr sahəsi olan hamam, ayaqyolu, 5,4 kv metr sahəsi olan keçid və 11,79 kv metr sahəsi olan köməkçi sahələrdən ibarət mənzilin olduğu kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə imtinasının əsassız hesab olunması və mənzilin yuxarıda qeyd edilən formada qeydə alınmasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə verərək 056865 nömrəli qeydiyyat vəsiqəsi və xx.xx.2001-ci ildə iddiaçıya verilən texniki pasporta əsasən yaşayış sahəsi 26 kv metrlik iki otaq və köməkçi sahələri 13,6 kv metr olan, lakin faktiki və 1958-ci ildən başlayaraq iddiaçıda olan bütün sənədlərə əsasən 17,19 kv metrlik sahənin, 14 kv metr dəhlizin, 3,19 kv metr girişin dövlət reyestrində qeydiyyata alınması barədə imtinanın əsassız hesab olunması və mənzilin yuxarıda qeyd edilən formada qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan yaşayış sahəsinin təqdim olunmuş cizgiyə uyğun, yəni mülkiyyətində olan sahələri 16,0 kv.m; 10,0 kv.m.-dən ibarət olan iki yaşayış otağından, 4,6 kv.m.-dən ibarət dəhlizdən; 5,7 kv.m. olan mətbəxdən, 3,3 kv.m. sanitar qovşaqdan ibarət olan sahələrin reyestrdə qeydiyyata alınması, 2001-ci ildən artıq onun mülkiyyətində olmayan və X8 mülkiyyətində olan yaşayış sahəsinin onun mənzilinin texniki pasportundan xaric edilərək onun mənzilinə ayrıca texniki pasportun və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiası 2-1(112)-12907/2024 nömrəli iş üzrə icraata götürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12907/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatnda olan 2-1(112)-12907/2024 saylı inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-12907/2024 saylı (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-8827/2024 saylı (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsindəki 6 saylı evin 1-ci mənzilinin mövcud vəziyyətdə qeydiyyata alınması” tələbinə dair) inzibati işə birləşdirilmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Nərimanov rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2012-ci il tarixli, 217 nömrəli sərəncamı ilə F.Məmmədov küçəsi, 6 nömrəli evin 1-ci mənzilinin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında sərəncama əsasən F.Məmmədov küçəsi, 6 nömrəli evin 1-ci mənzilinin ümumi sahəsi 56,79 kv metr, yaşayış sahəsi 37,79 kv metr, köməkçi sahəsi 19,0 kv metr olmaqla 3 otaqlı mənzilin iddiaçının adına daşınmaz əmlakn dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına çıxarışın verilməsi və iddiaçının adına mənziin texniki pasportunun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 25 iyul 2025-ci il tarixli qərardadı iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən və dövlət qeydiyyatında olan mənzilin mövcud vəziyyətdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilata rəsmi qaydada müraciət etmiş, cavabdeh imtina cavabı vermişdir.Cavabdehin imtinası əsassızdır, belə ki, xx.xx.1956-cı ildə Nərimanov rayon İcraiyyə Komitəsinin vermiş olduğu arayışdan görünür ki, Nərimanov rayon X18 İcraiyyə Komitəsi yaşadığı evin qalereyasında sanitar qovşaqların tikilməsinə icazə vermişdir.xx.xx.1998-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda olan otaq iddiaçının mülkiyyətindədir.Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin tərtib etdiyi xx.xx.2012-ci il tarixli aktdan görünür ki, F.Məmmədov küçəsindəki 6 nömrəli evin 1 saylı mənzilindəki yaşayış və köməkçi sahələrini mövcud vəziyyətdə sənədləşdirilməsinin mümkünlüyünə dair müsbət rəy verilmişdir və həmin aktla göstərilən məsələnin sənədləşdirilməsini məqsədəuyğun sayır.Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 11 iyun 2012-ci il tarixli, 217 nömrəli “F.Məmmədov küçəsi, 6 saylı evin 1-ci mənzilinin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında” sərəncamından görünür ki, cavabdehin imtina məktubunda göstərdiyi iradlar yersizdir, əsassızdır və mənzildə aparılmış yenidənqurmalar barədə hüquqverici sənəd mövcuddur. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman mənzilin daxilində yenidənqurma işləri aparılaraq arxiv texniki pasportunda göstərilən 3 saylı otaqdan faktiki olaraq həyətə əlavə qapı yerinin açıldığı və həmin mənzilə bitişik əlavə sahənin inşa edildiyi məlum olmuşdur. Bundan başqa, mənzilə bitişik əlavə sahənin yerləşdiyi ümumi əraziyə dair "xxxx" MMC -nin müraciəti mövcuddur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi ev 6 -da yerləşən mənzili ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İddiaçı, iddiaçının nümayəndəsi D.Briçyov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi C.Alıyev iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydyyatı İdarəsinin 056865 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 6 sayl evin 43,0 kv m yaşayış sahəsi olan 3 otaqlı 1 saylı mənzili paylı mülkiyyətlə 22 dekabr 1998-ci ildə 2 otaq X7, 1 otaq X3 adına olmaqla mülkiyyət hüququ ilə qeydə alınmışdır. Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil Məsələləri üzrə İctimai Komissiyasının xx.xx.20212-ci il tarixli aktına əsasən İddiaçı yaşadığı F.Məmədov küçəsi, ev 6, 1 №li mənzilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, evin ümumi sahəsi 56,79 kv metr, yaşayış sahəsi 37,79 kv metr, köməkçi sahə 19,0 kv metr olmaqla 3 otaqlıdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 217 nömrəli sərəncamına əsasən “F.Məmmədov küçəsi, 6 №-li evin, 1-ci mənzilində yaşayan vət. İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, xüsusi mülkiyyətində olan mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilərək sənədləşdirilməsini xahiş etmişdir.RİH-in Mənzil məsələləri üzrə ictimai komissiyası xx.xx.2012-ci il tarixdə mənzilə baxış keçirərək müəyyən etmişdir ki, onun yaşadığı ev faktiki olaraq ümumi sahəsi 56,79 kv.m., yaşayış sahəsi 37,79 kv.m., köməkçi sahəsi isə 19,0 kv.m. olmaqla 3 otaqlıdır.Komissiya sözügedən mənzilin yaşayış və köməkçi sahələrinin mövcud vəziyyətdə sənədləşdirilməsinin mümkünlüyünə dair müsbət rəy vermişdir və bu barədə akt tərtib edilmişdir.”Sərəncamla aşağıda göstərilənlər qərara alınmışdır: 1.Nərimanov RİH-in Mənzil məsələləri üzrə ictimai komissiyasının F.Məmmədov küçəsi, 6 №-li evin, 1-ci mənzilinə dair xx.xx.2012-ci il tarixli aktı təsdiq edilsin.2.F. Məmmədov küçəsi, 6 №-li evin, 1-ci mənzili ümumi sahə 56,79 kv.m, yaşayış sahəsi 37,79 kv.m., köməkçi sahə isə 19,0 kv.m. olmaqla 3 otaqlı hesab edilsin.3.Sərəncamın 2-ci bəndinə uyğun olaraq, vət. İddiaçı adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (ARƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyyə olunsun. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubuna əsasən ünvan 1 ünvanında yerləşən və qeydiyyata alınmış mənzilin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinin təmin edilməsindəm imtina edilmişdir, imtinanın əsası kimi mənzilin daxilində yenidənqurma işləri aparılaraq arxiv texniki pasportunda göstərilən 3 saylı otaqdan faktiki olaraq həyətə əlavə qapı yerinin açıldığı və həmin mənzilə bitişik əlavə sahənin inşa edildiyi, mənzilə bitişik əlavə sahənin yerləşdiyi ümumi əraziyə dair digər şəxsin müraciətinin mövcud olması göstərilmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin 2001-ci ildə tərtib edilmiş texniki pasportuna əsasən iddiaçı ilə A.M.Babayevanın mənzilləri bir-birləri bitişik vəziyyətdə deyil, aralarında məsafə olan yaşayış sahələridir. Boşanma haqqında xx.xx.1995-ci il tarixli şəhadətnaməyə əsasən nikahın pozulmasından sonra X11 İqnatova soyadı verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş: Nərimanov rayon İcra Hakimiyyətinin 227 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 43,0 kv metr olan 3 otaqlı 1 nömrəli mənzilin kirayə müqaviləsi iddiaçının adına keçirilmişdir. Nərimanov rayon İcra Hakimiyyətinin 361/5 nömrəli, xx.xx.1996-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, ev 6-nın sahəsi 17,0 kv metr olan məhdud kommunal şəraitli 1 otaqlı 14 a №li mənzil mənzil 1 ünvanında yerləşən A.F.Brıçevin 1 №li mənzilinə birləşdirilmişdir. 090042 nömrəli, xx.xx.2000-ci il tarixli müqavləyə əsasən X14 mülkiyyətində olan Bakı şəhəri, F.Məmmədov, ev 6, mənzil 1-dən 17,6 kv metr sahəsi olan bir otağı Babayeva X2. xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X4 varisi X25 hesab edilmişdir. 0057810 nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X25 Bakı şəhəri, F.Məmmədov, ev 6, mənzil 1-dən 17,6 kv metr sahəsi olan bir otaqlı mənzili X9,sonradan həmin mənzili ******* nömrəli, xx.xx.2007-ci il tarixli daşınmaz əmakın alqı-satqı müqaviləsinə əsasən X1 Xalid Bəhrəm oğluna, AN-İ0349889 nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 Zaur Tofiq oğluna, xx.xx.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 Telliyə satmışdır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilir: 139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol;139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;139-1.1.5. 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;139- 1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir: 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.2. Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir; 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnaməyə görə, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.19. daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək. Hazırkı iş üzrə cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman mənzilin daxilində yenidənqurma işləri aparılaraq arxiv texniki pasportunda göstərilən 3 saylı otaqdan faktiki olaraq həyətə əlavə qapı yerinin açıldığı və həmin mənzilə bitişik əlavə sahənin inşa edildiyi məlum olmuşdur,bundan başqa, mənzilə bitişik əlavə sahənin yerləşdiyi ümumi əraziyə dair "xxxx" MMC -nin müraciəti mövcuddur. Məhkəmə cavabdeh inzibati orqanın imtinasını qanunauyğun hesab etmir, belə ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 217 nömrəli sərəncamından göründüyü kimi F. Məmmədov küçəsi, 6 №-li evin, 1-ci mənzili ümumi sahə 56,79 kv.m, yaşayış sahəsi 37,79 kv.m., köməkçi sahə isə 19,0 kv.m. olmaqla 3 otaqlı hesab edilmişdir, İddiaçı adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (ARƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyyə olunmuşdur, yəni iddiaçının mənzilə dair mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsində göstərilən sahədən artıq sahə inşa edilməsində qanun pozuntusu mövcud deyildir, İddiaçı Babayevaya satdığı otağın mübahisəli mənzilə aidiyyəti yoxdur, başqa yaşayış sahəsidir; bundan əlavə cavabdeh mənzilə bitişik əlavə sahənin yerləşdiyi ümumi əraziyə dair "xxxx" MMC -nin müraciətinin olduğunu qeyd etsə də buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçının mənzilinin yerləşdiyi ünvana baxış keçirən zaman müəyyən etmişdir ki, mübahisəli mənzil bir neçə mənzilin olduğu məhəllədə yerləşir, fərqli şəxslərə məxsus mənzillərin ünvanı eynidir, iddiaçıya və digər şəxslərə aid mənzillər ayrıayrı mənzillərdir, üzbəüz olmaqla əks tərəflərdə yerəlşirlər və mübahisəli mənzilin hissəsi(otağı) digər şəxslərin istifadəsində deyildir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosesi zamanı mənzil üzrərində iddiaçının digər vətəndaşlarla və ya hüquqi şəxslərlə mübahisəsi olması müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi yuxarıda qeyd edilmiş hallardan hər hansı birinin mövcud olmasını imtina və ya etirazında göstərməmiş və əsaslandırmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından yayınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:

52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2012-ci il tarixli, 217 nömrəli “Bakı şəhəri, F.Məmmədov küçəsi, 6 nömrəli evin 1-ci mənzilinin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında” sərəncamına əsasən Bakı şəhəri, F.Məmmədov küçəsi, 6 nömrəli evin, 1-ci mənzilinin ümumi sahəsi 56,79 kv metr, yaşayış sahəsi 37,79 kv metr, köməkçi sahəsi 19,0 kv metr olmaqla 3 otaqlı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestirndən iddiaçının adına çıxarışın verilməsi və iddiaçının adına mənziin texniki pasportunun tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2012-ci il tarixli, 217 nömrəli “Bakı şəhəri, F.Məmmədov küçəsi, 6 nömrəli evin 1-ci mənzilinin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında” sərəncamına əsasən Bakı şəhəri, F.Məmmədov küçəsi, 6 nömrəli evin, 1-ci mənzilinin ümumi sahəsi 56,79 kv metr, yaşayış sahəsi 37,79 kv metr, köməkçi sahəsi 19,0 kv metr olmaqla 3 otaqlı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestirndən İddiaçı adına çıxarışın verilməsi və İddiaçı adına mənzilin texniki pasportunun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar