Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11612/2023 04.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan X1rşı "keçirilmiş qurultayın nəticələrinin etibarsız hesab olunması" tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdehlər Cavabdeh və Azərbaycan Xalq Cəbhəsi Partiyasına (bundan sonra – Cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AXCP-nin xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Maştağa qəsəbəsində keçirilmiş Qurultayının nəticələrinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixədək o, AXCP-nin Nəzarət Təftiş Komissiyasının (NTK) sədri olmuşdur. xx.xx.2023-cü il tarixdə AXCP sədri Cavabdeh rəhbərliyi altında “qurultay” keçirilmiş, partiyanın müvafiq strukturları “formalaşdırılmışdır”. AXCP-nin sədri Cavabdeh xx.xx.2023-cü il tarixdə Xəzər rayonunun Məştağa qəsəbəsində “Seçki” oyunu oynamışdır. AXCP sədri Nizamnamənin tələblərinə, özünün mənafeyinə uyğun “qaydalarla” yerlərdə Qurultaya nümayəndələr “seçdirmiş”, sonra heç bir alternativ namizəd olmadan “səs çoxluğu” əldə edib, sədr kürsüsünü yenidən zəbt etmişdir. AXCP sədri bunları sosial şəbəkə vasitəsi ilə özünü təbliğ etmək, şou yaratmaq və müxalifət partiyası olduğunu təbliğ etmək məqsədi ilə yaymışdır. 2018-ci ildə Ali Məclisin sessiyasında AXCP Vİİ (10) qurultayının keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Partiya nizamnaməsinə zidd, rayon (şəhər) şöbələrinin konfranslarının keçirilməsində nizamnamədə nəzərdə tutulmadığı (yazılmadığı) halda konfrans əvəzinə konfrans səlahiyyətli ümumi yığıncaq keçirmişlər. Nizamnamənin V.11. maddəsinə əsasən rayon (şəhər) şöbələrinin seçkili orqanlarının təşkili fəaliyyəti AXCP-nin rayon (şəhər) şöbələri haqqında Əsasnamə ilə tənzimlənir. AXCP Vİİ (10) X2 Rəyasət Heyətinin 05 mart 1997-ci il tarixli iclasında təsdiq edilmiş AXCP Rayon (Şəhər) şöbələrinin konfranslarının keçirilməsi qaydaları haqqında Təlimata uyğun keçirilmişdir. Hətta bu Təlimatda da konfransların keçirilməsində nizamnamə pozuntusuna yol verilmişdir. Onun qeydiyyatda olduğu AXCP Cəbrayıl rayon şöbəsində seçkili orqanların təşkili və fəaliyyətinin tənzimlənməsinin Əsasnaməyə zidd olaraq keçirilməsini əyani sübut kimi göstərə bilər. Belə ki, rayon (şəhər) şöbələrinin konfranslarına hazırlıq üzrə təşkilat komitəsi Rayon Məclisinin qərarı ilə yaradılır və üzvlərini Məclis təsdiq edir. AXCP Cəbrayıl rayon şöbəsinin konfransa hazırlıq üzrə təşkilat komitəsinin 03 sentyabr 2023-cü il tarixdə 7 (yeddi) nəfərdən ibarət iclası keçirilmişdir. Gündəlik məsələ: AXCP Cəbrayıl rayon şöbəsinin konfrans üzrə təşkilat komitəsinə İddiaçı üzv seçilməsi. Rayon şöbəsində Nizamnaməyə uyğun konfrans keçirilməmişdir. Konfrans keçirilməsi baradə facebook-da və digər mediada məlumat verilməmişdir. O, nizamnamə pozuntusuna etiraz olaraq, Cəbrayıl şöbəsindən AXCP Vİİ (10) Qurultayına - Qurultay üzv kimi olmaqdan imtina edərək, rayon şöbəsinin yenidən konfransının keçirilməsini tələb etmişdir. Cəbrayıl rayon şöbəsi daxil olmaqla, əksər rayonlarda konfrans səlahiyyətli ümumi yığıncaq keçirilmişdir. AXCP Nizamnaməsinin İV.1. bəndinə əsasən partiyanın təşkilat quruluşunun əsasını ərazi prinsipi üzrə yaradılmış, üzvlərinin sayı 3 nəfərdən az olmayan dayaq dəstələri təşkil edir. Müvafiq dövlət qeydiyyatına alınmış AXCP Nizamnamə və qüvvədə olan Qanunlar əsasında fəaliyyət göstərməlidir. AXCP-nin sədri Cavabdeh Nizamnamənin bu bəndinin tələblərinə tamamilə zidd olaraq ayrı-ayrı ərazi vahidlərindən dayaq dəstələrinin üzvləri olmayan şəxslərdən Qurultaya nümayəndələr seçdirmiş və həmin adamlar onun sədrliyini qurultayda dəstəkləmişlər. 63 rayon (şəhər) şöbələrində konfrans keçirilmiş, 288 qurultaya üzv seçilsə də, onlardan əksəriyyəti yuxarıda qeyd edilən Nizamnamənin tələblərinə uyğun yerlərdəki Dayaq Dəstələri tərəfindən konfrans nümayəndəsi seçilməmişlər. Qurultay üzvləri konfrans nümayəndələrindən yox, ümumi partiya üzvlərindən seçilmişdir. Təşkilat tamamilə dağıldığına görə AXCP-nın sədri qayda və qanunları pozaraq qurultay keçirərək, heç bir alternativ olmadan sədr “seçilmişdir”. AXCP Dayaq Dastələri haqqında Əsasnamənin 7-ci bəndinə əsasən rayon (şəhər) şöbələrinin Konfranslarına nümayəndələr seçir. Konfrans nümayəndələri yalnız qeydiyyatda olduğu dayaq dəstəsi tərəfindən seçilə bilər. AXCP Ali Məclisi 2001-ci il tarixli sessiyasında qəbul edilərək təsdiq edilmiş AXCP Nəzarət -Təftiş Komissiyası Haqqında Əsasnamənin İİ. 1 bəndinə əsasən AXCP Sədrinin, seçkili orqanlarının və AXCP üzvlərinin fəaliyyətinin Nizamnaməyə ,Məramnaməyə və qəbul edilmiş Əsasnamələrə uyğun olmasına, AXCP Qurultayı, Ali Məclis və onun Rəyasət Heyyətinin qərarlarının, AXCP Sədrinin sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. Göründüyü kimi, AXCP NTK-nın sədri olaraq məhkəmədə mübahisələdirdiyi bu məsələlər bilavasitə onun səlahiyyətləri daxilində olmuşdur. Odur ki, AXCP-nin xx.xx.2023-cü il tarixdə keçirilmiş qurultay-konfransı saxtakarlıq və Nizamnamə - Məramnamənin mahiyyətinə zidd olduğuna görə nəticələri məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. İddia ərizəsi icraata daxil olduqdan sonra iddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 04 avqust 2023-cü il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəf təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, hazırkı iddia iddiaçı ilə hər hansı bir inzibati orqan arasında deyil, siyasi partiya və üzvü arasında yaranmış mübahisə ilə bağlıdır. İddiaçının cavabdehlər qismində göstərdiyi subyektlər isə inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyillər, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmişlər və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. Belə olan halda aydındır ki, tələbin yönəldiyi cavabdehlər inzibati orqan kimi nəzərdə tutulmadığından onlara münasibətdə iddia inzibati məhkəmə icraatında mümkün deyildir. Buna görə də, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır. O da qeyd edilməlidir ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən siyasi partiya ilə üzvləri arasında yaranan mübahisələr partiyanın nizamnaməsində nəzərdə tutulmuş partiyadaxili qaydada həll olunur. Siyasi partiyanın üzvü siyasi partiyanın orqanlarının və struktur qurumlarının fəaliyyəti ilə bağlı, o cümlədən hərəkət və ya hərəkətsizliyindən şikayət etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və məhkəməyə (yəni ümumi məhkəmə) müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova
Məhkəmə qərarları › İş №2-1(112)-11612/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11612/2023
04.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver