Məhkəmə qərarları › İş №2-1(112)-11613/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11613/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11613/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxslər X21, X19) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01 oktyabr 1997-ci il təvəllüdlü X9 və 13 may 1972-ci il təvəllüdlü X11 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçsəi, ev 28 (Yeni qaydalarla ünvan 1 ünvanındakı yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçsəi, ev 28 (Yeni qaydalarla ünvan 2 ünvanındakı yaşayış evi onun xüsusi mülkiyyətindədir (tam pay, qeydiyyat nömrəsi **********, qeydiyyat tariixi 08 sentyabr 2021 -ci il). Evi atası X12 ona bağışlamışdır. Atası 01 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Bu günlərdə 5 saylı “ASAN Xidmət” Mərkəzi və DİN-nin MAPS xidməti vasitəsilə aydınlaşdırarkən evində tanımadığı, onunla qohumluq münasibəti olmayan, onunla yaşamayan iki nəfər kənar şəxsin - 01 oktyabr 1997-ci il təvəllüdlü X9 və 13 may 1972-ci il təvəllüdlü X13 qeydiyyatda olduqları müəyyən edildi. Onların faktiki yaşadıqları ünvanlar da onlara məlum deyil. İddiaçİya məxsus olan evdə yaşayış hüquqları yoxdur. Vaxtilə mərhum atası bu evi tikdirmək üçün qonşudan torpaq sahəsi alıb. Ola bilsin ki, həmin ailənin üzvləridir. Onlar qanunun tələbini pozaraq yaşadıqları yer üzrə qeydiyyata alınmamışdırlar. Müvafiq icra hakimiyyəti orqanı qeyd olunan şəxslərin yaşadıqları yer üzrə qeydiyyata alınmalarını təmin edən tədbirlər görməmişdir. Bu isə qanunla qorunan hüquqlarını pozur. Yuxarıda göstərilən şəxslərin ona məxsus olan evdən qeydiyyatdan çıxarılmaları barədə nümayəndəsi vasitəsilə 06 iyun 2023-cü il tarixli 06/101 saylı ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət etsə də, Pİ 3-13-52/2-24250/23 saylı 19 iyun 2023-cü il tarixli məktubla xahişi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11613/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X19, X21 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib. iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1997-ci il təvəllüdü X19, xx.xx.1972-ci il təvəllüdlü X21 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çoban-Zadə küçəsi, ev 28, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 130 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, **********73 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanına dair sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, sözügedən fərdi yaşayış evi X9 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 30 saylı DNK-nın xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 (Yeni qaydalarla AZ1096, ünvan 4 ünvanında yerləşən 597.85 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqıda şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsəsi - əri X8r. Miras əmlak Bakı şəhəri, B.Çobanzadə küçəsi, ev 28-dir və o miras əmlakdan tam pay almalıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 (Yeni qaydalarla AZ1096, ünvan 4 ünvanında yerləşən 597.9 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X6 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X12 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 (Yeni qaydalarla AZ1096, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini, həmçinin həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan sahəsi 597.9 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə alıcı İddiaçı satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 (Yeni qaydalarla AZ1096, ünvan 4 ünvanında yerləşən 597.9 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 ünvanında yerləşən 533.4 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X9 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 24517/2023 nömrəli məktubunda bildirilmişdir ki, X22 xx.xx.2016-cı il tarixdən, X19 xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 ünvanında qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 30 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, G-166 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -xx.xx.2019-cu il tarixli, AN–İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X19 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28F (Yeni qaydalarla AZ1096, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini, həmçinin həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan sahəsi 0,03722 ha həyətyanı torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı X1. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28F (Yeni qaydalarla AZ1096, ünvan 6 ünvanında yerləşən 74.50 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X9 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -X21 xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd olunmuşdur ki, qeydiyyatda olduğu X20 məxsus Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 ünvanında yerləşən “A” tikilisi fərdi yaşayış evinin satılmasına etiraz etmir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********34 nömrəli X14 ünvanladığı məktubunda qeyd etmişdir ki, Sizin ünvan 7 ünvanı ilə ünvan 8arədə xx.xx.2019-ci il tarixli, ********** saylı müraciətinizə baxılmışdır. Bildiririk ki, "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarının 3.2.5-ci bəndinə əsasən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə daşınmaz əmlak obyektinə yeni ünvan verilir. Bununla əlaqədar olaraq fərdi yaşayış evinə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28F ünvanı təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 2012ci il 10 fevral tarixli 590 nömrəli Fərmanına uyğun olaraq fərdi yaşayış evinin yeni qaydalarla ünvan ünvan 9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-52/2-24250/23 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: - yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata almaması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X15, X18 və X7 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 (Yeni qaydalarla AZ1096, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdən xüsusi mülkiyyətçisidir. Mübahisəli ünvandakı evi iddiaçı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 almışdır. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi X22 xx.xx.2016-cı il tarixdən, X19 xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28 ünvanında qeydiyyatdadırlar. Halbuki, işdən müəyyən olunur ki, iddiaçı və üçüncü şəxslərin yaşamış olduqları fərdi yaşayış evləri həm faktiki, həm də ünvan üzrə fərqlidirlər. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28 ünvanında A, B və V tikilisi olmuş, həmin tikililər ilkin olaraq paylı mülkiyyət hüququ ilə eyni ünvan üzrə qeydiyyata alınmışdır. Sözügedən ünvandakı B və V tikililəri X2 adına, A tikilisi X9 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Daha sonra həmin tikililərdən X9 adına olan A fərdi yaşayış evinə ünvan 11 ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə “Azərbaycan Respublikası Prezidentinin 2012ci il 10 fevral tarixli 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X19 xx.xx.2019cu il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 28F (Yeni qaydalarla AZ1096, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini X4, X21 xx.xx.2019-cu il tarixdə həmin ünvandakı evin satılmasına notarial razılığını vermişdir. Həmin B və V tikililəri isə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28 ünvanı, yeni qaydalarla isə AZ1096, ünvan 13aq qeydiyyatda qalmışdır. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslər X19 və onun qohumu olan X21 ilkin olaraq Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28 ünvanında qeydiyyata alınmış olsalar da X9 mülkiyyətçisi olduğu evinə yeni ünvan- 28F ünvanı verilmiş, lakin sonuncu və onun qohumları həmin yeni ünvan üzrə qeydiyyata düşməmiş, keçmiş ünvan üzrə -hazırkı iddiaçının mülkiyyətində olan ünvan olan ünvan 14ışlar. Eyni zamanda sonuncular Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28F ünvanındakı evlərini satmışlar. Göründüyü kimi üçüncü şəxslər iddiaçının ailə üzvləri olmamaqla, iddiaçıya məxsus evə dair əmlak hüquqları olmayan şəxslərdir. Üçüncü şəxslər faktiki yaşamadıqları ünvanda qeydiyyatda qalmışlar, halbuki, onların yaşadıqları evin ayrıca ünvanı olmuş və ev həmin ünvan göstəricisi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslıdır. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28 ünvanında yerləşən ev və eyni zamanda həmin evin dövlət reyestrində qeydiyyata alınmış ünvanına hüquq sahibidir, bu halda həmin ünvan göstəricisinə hüququ olmayan və fərqli ünvanlı evdə yaşamış üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1997-ci il təvəllüdü X19, xx.xx.1972-ci il təvəllüdlü X11 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28 (yeni qaydalarla: ünvan 15 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X19 və X11 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 28 (yeni qaydalarla: ünvan 15 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar