Məhkəmə qərarları › İş №2-1(112)-11614/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11614/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11614/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin 15 noyabr 2013-cü il tarixli 053 nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bəxtiyar oğlu xx.xx.2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 dekabr 2013-cü il tarixli 053 №-li əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1983-1987-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil aldıqdan sonra Sovet Ordusu və Azərbaycan Respublikası Silahlı Qüvvələrində peşəkar zabit kimi ümumilikdə 31 təqvim ili müxtəlif vəzifələrdə qüsursuz xidmət etmişdir. Xidmət etdiyi müddətdə Müdafiə nazirinin 25 dekabr 2012-ci il tarixli əmrinə əsasən ona “Usta” məharət dərəcəsi verilmişdir. Bundan sonra öz arzusu əsasında Müdafiə nazirinin 3 mart 2016-cı il tarixli 0184 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi vəzifəsindən “polkovnik” rütbəsi ilə Azərbaycan Respublikası Ordu Sıralarından tərxis olunaraq, təqaüdə çıxmışdır və həmin tarixdən halhazıradək təqaüdçüdür. Bu yaxınlarda bəlli olmuşdur ki, ona təyin edilən pensiyaya məharət dərəcəsinə görə hesablanmış əlavə “Usta” məharət dərəcəsi üçün nəzərdə tutulan faiz məbləğində deyil, (yəni aylıq vəzifə maaşının 35 %) həmin maaşın 25 %-i miqdarında hesablanaraq pensiyasına əlavə olunmuşdur. Bu vaxtadək onun pensiyasına hesablanmış əlavənin “Usta” məharət dərəcəsinə uyğun aparıldığını zənn edərək, onun hesablanmasının düzgün aparılıb- aparılmadığının fərqinə belə varmamışdır. Eləcə də, ona o da bəlli olmuşdur ki, onun pensiyasına hesablanmış əlavə aylıq vəzifə maaşının 25 %-i miqdarında, yəni “Birinci” məharət dərəcəsinə uyğun hesablanmışdır. Məsələnin araşdırılması və ona “Birinci” məharət dərəcəsinə görə pensiya məbləğinə edilmiş əlavələrin verilməsinə əsas olmuş əmrin ləğvi və pensiyasına əlavənin “Usta” məharət dərəcəsinə uyğun yenidən hesablanması ilə bağlı rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdehin ona ünvanlanmış xx.xx.2022-ci il tarixli 11/1187 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Resublikasının Müdafiə Nazirliyinin xx.xx.2013cü il tarixli müvafiq əmrinə əsasən” ona “Usta” məharət dərəcəsi verilmişdir. Müdafiə Nazirliyinin Birinci Müavini- Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2013-cü il tarixli 327 nömrəli əmri ilə o, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək növbəti məzuniyyətinə buraxılmış və məzuniyyətdə olduğu müddətdə Müdafiə Nazirliyinin xx.xx.2013-cü il tarixli müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad olunaraq, Müdafiə Nazirliyinin Sərəncamına keçirilmişdir. Müdafiə Nazirliyinin Birinci Müavini-Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin xx.xx.2013-cü il tarixli müvafiq nömrəli əmrinin çıxarışında Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2013-cü il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularına “Məharət” dərəcəsinin verilməsi məqsədi ilə 2013-cü ilin dekabr ayının 9-dan-13-dək yardımçı komissiyalar tərəfindən keçirilmiş sınaq imtahanlarının nəticələrinə görə ona “Birinci” məharət dərəcəsi verilmişdir. Lakin, “Birinci” məharət dərəcəsinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsinə dair sorğuya Əməliyyat Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda “sənədlərin saxlama müddətinin bitməsi səbəbindən məhv edildiyi qeyd olunmuşdur”. Beləliklə, ona “birinci” məharət dərəcəsinin verilməsinə dair əmrin tarixi və nömrəsi barədə dəqiq məlumat verilməmiş, həmin əmrə əsas olan sənədlərin isə məhv edildiyi bildirilmiş və bununla bağlı məhkəməyə şikayət hüququnun olduğu izah olunmuşdur. Bu səbəbdən də o, xx.xx.2013-cü il tarixli əmrin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə icraatı zamanı uzun müddət ona “Birinci” məharət dərəcəsi verilməsinə dair əmr və ona əsas olan sənədlər məhkəməyə təqdim edilmədiyindən məhkəmənin yardımı və təklifi əsasında o, iddia tələbinin dəyişdirərək “Usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsini tərtib edilməklə “DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” Qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin, cavabdeh məhkəmə prosesinin yekunlaşmasına yaxın ona “Birinci” məharət dərəcəsinin verilməsinə dair xx.xx.2013-cü il tarixli 053 saylı əmr və ona əsas olan sənədləri məhkəməyə təqdim etdiyindən “Usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin verilməsinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Cavabdeh ona rəsmi məktubla mübahisə edilən əmr və ona əsas olan sənədlərin məhv edildiyini göstərsə də, məhkəmə icraatının sonuna yaxın həmin əmr və ona əsas olan sənədlər barədə məlumatları məhkəməyə rəsmi olaraq təqdim etmişdir. Qeyd olunan əmrin ləğv olunması barədə iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona “Birinci” məharət dərəcəsinin verilməsi barədə 15 noyabr 2013-cü il tarixli əmrini qanunsuz və əsassız hesab edir. Müdafiə Nazirliyi tərəfindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli 11\1187 №li cavab məktubundan da göründüyü kimi Baş Qərargah rəisinin 20 noyabr 2013-cü il tarixli 327 nömrəli əmri ilə 20 noyabr 2013-cü il tarixdən 19 dekabr 2013-cü il tarixədək məzuniyyətdə olmuşdur və məzuniyyətdə olduğu müddət ərzində Azərbaycan Respublikası Müdafiə nazirinin 14 dekabr 2013-cü il tarixli əmrinə əsasən vəzifəsindən azad edilərək, Müdafiə nazirinin Sərəncamına keçirilmişdir. Həmçinin, cavab məktubunda o da göstərilmişdir ki, guya 2013-cü il dekabr ayının 9-dan 13-dək sınaq imtahanları keçirilmiş və həmin sınaq imtahanlarının nəticəsinə əsasən ona “Birinci” məharət dərəcəsi verilmişdir. Halbuki, cavabdeh orqanın özü cavab məktubunda rəsmi etiraf edir ki, həmin müddət ərzində o, məzuniyyətdə olmuş, eləcə də əmr verilən tarixdə müdafiə nazirliyinin sərəncamında olmaqla xidmətdə olmamışdır. Yəni, sözügedən əmrdə qeyd olunan məharət dərəcəsinin verilməsinə dair Əsasnaməyə uyğun keçirilmiş sınaqlar zamanı o, rəsmi məzuniyyətdə və daha sonra isə Sərəncamda olduğu halda həmin sınaqlarda necə iştirak edə bilərdi və keçirilmiş bu sınaqlar ona aid olan hissədə hansı nəticəyə gələ bilərdi? Digər tərəfdən cavabdehin məhkəməyə rəsmi təqdim etdiyi xx.xx.2013-cü il tarixli 053 nömrəli əmrin 5-ci bəndindən görünür ki, həmin əmr aidiyyatı üzrə vəzifəli şəxslərə çatdırılmalıdır. Lakin hazırki vaxtadək Müdafiə Nazirliyinin göstərilən əmri ona rəsmi və ya qeyri-rəsmi formada çatdırılmamış və belə bir əmrin mövcudluğu barədə yalnız məhkəmə prosesinin sonunda məlumat əldə etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə cavabdehin nümayənəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, mübahisələndirilən əmrin hazırki vaxtadək rəsmi qaydada iddiaçıya təqdim olunmadığından, əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülmədiyinin və iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla, iddianın mümkün sayılmaqla, təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və onun vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, ev 53 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-11/2- 697/2023 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin (məharət kateqoriyasının) verilməsi haqqında” 053 №-li xx.xx.2013-cü il tarixli arxiv çıxarışından müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2013-cü il tarixli 0100 №-li əmrinə əsasən, məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) məqsədi ilə, 2013-cü il dekabrın 09-dan 13-dək yardımçı komissiyalar tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq sınaqlar keçirilmişdir. Sınaqların nəticələrinə və hərbi qulluqçuların faktiki ixtisas səviyyələrinə görə, ixtisas komissiyalarının təsdiq olunmuş aktlarına əsasən hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) məqsədi ilə əmr edilmişdir: - Birinci məharət dərəcəsi (kateqoriyası) verilsin: a) motoatıcı və tank ixtisasları üzrə: - Müdafiə naziri müavinin sərəncamında polkovnik İddiaçı. Məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaq imtahanlarına təqdim olunan İşlər İdarəsinin hərbi qulluqçularının siyahısından müəyyən olunur ki, işlər idarəsinin rəsisi İddiaçı (vəzifədə işlədiyi müddət 4 il) döyüş (komandir) hazırlığı üzrə 5 qiyməti almışdır. Əvvələr məharət dədərəcəsi verilib, onun verilməsi haqqında əmrin nömrəsi və tarixi - Azərbaycan Respublikası Müdafiəsi Nazirinin 0121 saylı 25 dekabr 2012-ci il tarixli əmri ilə “Usta” məharət dərəcəsi verilib. Azərbaycan Respublikası Müdafiə nazirliyi tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli 11/1187 saylı məktubda qeyd olunmuşdur ki, “Usta” məharət dərəcəsinin bərpa olunması və pensiyanın yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Müdafiə nazirinə ünvanladığı ərizəyə Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Müraciətdə göstərilənlərin araşdırılması məqsədilə tərəflərindən 14 yanvar 2022-ci ıi tarixdə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə, Müdafiə nazirinin Katibliyinin İşlər İdarəsinə və Əməliyyat Baş İdarəsinə sorğular göndərilmiş, müvafiq cavab məktubları alınmışdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 dekabr 2012-ci il tarixli müvafiq əmrinə əsasən ona “Usta” məharət dərəcəsi verilmişdir. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 20 noyabr 2013-cü il tarixli 327 nömrəli əmri ilə o, 20 noyabr 2013-cü il tarixdən 19 dekabr 2013-cü il tarixədək növbəti məzuniyyətə buraxılmışdır və məzuniyyətdə olduğu müddətdə Azərbaycan Respublikası müdafiə nazirinin 14 dekabr 2013-cü il tarixli müvafiq əmrinə əsasən tutduğu vəzifədən azad edilərək Müdafiə nazirinin sərəncamına keçirilmişdir. Müdafiə nazirinin birinci müavini - Silahl Qüvvələrin Baş Qərargah rəisinin 21 dekabr 2013-cü il tarixli müvafiq nömrəli əmrinin çıxarışında Azərbaycan Respublikası müdafiə nazirinin 15 noyabr 2013-cü il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) məqsədi ilə 2013-cü il dekabr ayının 9-dan 13-dək yardımçı komissiyalar tərəfindən keçirilmiş sınaq imtahanlarının nəticələrinə görə ona “Birinci” məharət dərəcəsinin verilməsi qeyd edilmişdir. Lakin “Birinci” məharət dərəcəsinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsinə dair sorğuya Əməliyyat Baş İdarəsi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli cavab məktubunda sənədlərin saxlama müddətinin bitməsi səbəbindən məhv edildiyi göstərilmişdir. Odur ki, 2013-cü ildə keçirilmiş məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların nəticələrinin 9 il keçdikdən sonra mübahisələndirməyi, habelə malik olduğu “Birinci” məharət dərəcəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddətinin bitməsi səbəbindən məhv edilməsini nəzərə alaraq, müraciət üzrə tələbinin təmin olunması qeyri-mümkün hesab edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1082/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15 noyabr 2013-cü il tarixli əmrinin ləğv edilməsi və təqaüdə çıxdığı 03 mart 2016-cı il tarixdən halhazıradək ona təyin edilmiş pensiyasına hesablanmış əlavələrin “Usta” məharət dərəcəsinə uyğun aylıq vəzifə maaşının 35 faizi miqdarında yenidən hesablanması və 10 faiz həcmindən əlavənin pul fərqi hissəsinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Usta” məharət dərəcəsinə uyğun olaraq yenilənmiş məlumat vərəqəsinin tərtib edilməklə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1082/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı Müdafiə nazirinin 3 mart 2016-cı il tarixli 0184 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin j) bəndinə əsasən Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi vəzifəsindən “polkovnik” rütbəsi ilə Azərbaycan Respublikası Ordu Sıralarından tərxis olunaraq, təqaüdə çıxdıqda ona təyin edilən pensiyaya məharət dərəcəsinə görə hesablanmış əlavə “Usta” məharət dərəcəsi üçün nəzərdə tutulan faiz məbləğində deyil (yəni aylıq vəzifə maaşının 35 %), Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin “Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin (məharət kateqoriyasının) verilməsi haqqında 053 №-li, 21 dekabr 2013-cü il tarixli əmrinə əsasən həmin maaşın 25 %-i miqdarında (“Birinci” məharət dərəcəsinə görə) hesablanaraq pensiyasına əlavə olunmuşdur. Yəni iddiaçı ordu sıralarından təxris olunarkən artıq mübaahisələndirilən əmrdən məlumatı olmuşdur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisələndirilən əmri rəsmi qaydada almadığını bildirsə də, məhkəmə qeyd olunan dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1082/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının 5-ci səhifəsinin 2-ci abzasıbda mübahisələndirilən Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin “Silahlı Qüvvələrin hərbi qulluqçularına məharət dərəcəsinin (məharət kateqoriyasının) verilməsi haqqında 053 №-li, 21 dekabr 2013-cü il tarixli əmrindən arxiv çıxarışına istinad olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş müddəti heç bir üzürlü səbəb olmadan ötürməklə müraciət etmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar