Məhkəmə qərarları › İş №2-1(112)-11615/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11615/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11615/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçı X6, İddiaçılar X13, İddiaçı2, X9, İddiaçı4, İddiaçı5 cavabdeh Xətai rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı “ünvan 1 ünvanını qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar X13, İddiaçı2, X9, İddiaçı4, İddiaçı5 məhkəməyə müraciət edərək ünvan 1 ünvanının qanunsuz hesab edilməsi öhdəliyinin cavabdeh Xətai rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinin üzərinə qoyulmasını irəli sürmüşdürlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixli 69/11 saylı əvvəlki Şaumyan rayonunun (indiki Xətai rayonunun) rəhbərliyi tərəfindən verilmiş sərəncama əsasən o, X10 ailə başçısı kimi X14 isə ailə üzvü qismində xx.xx.1985-ci ildən özləri tikdikləri evə rəsmi pasport qeydiyyatına düşmüşlər. Sonradan ailənin digər üzvləri də daimi pasport qeydiyyatına düşmüşlər. X1 qeyri-rəsmi həyat yoldaşı X11 onların Xətai rayonu, A.Qurban küçəsi 25/19 ünvanında yerləşən mənzilə 1991-ci ildə gəlin gələndən sonra onlara müvafiq sənədlərlə bəlli olmuşdur ki, 2005-ci ildən xəbərsiz Xətai rayonu MKTB-nin 66 saylı MKİSdən onların mövcud tikili eskizini MİKS-in rəhbərliyinə çəkdirib, ünvanın yəni ünvan 3ə etməklə özü üçün süni və ya uydurma ünvan, yəni ünvan 4van eskizi əsasında qaçqın statusundan sui-istifadə edərək mövcud tikilini qanunsuz olaraq onların xəbəri olmadan sənədləşdirib özü üçün mülkiyyət etmək istəmişdir. Xətai Rayon Məhkəməsinin 2-214/2005 saylı xx.xx.2005-ci il tarixli Qətnaməsi ilə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1MK-854/2006 saylı qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2-214/2005 saylı xx.xx.2005-ci il tarixli Qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cavabdeh X11 xx.xx.2006-cı ildə Bakı şəhər İcra Hakimiyyəti Aparatının mənzil məsələləri üzrə ictimai komisiyaya müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 149 №-li xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatanının mənzil məsələləri üzrə ictimai komisiyasınm 5a №-li xx.xx.2006-cı il tarixli “Protokoldan çıxarış” əsasında X8 Xətai rayonu A.Qurban küçəsi 25/19A ünvanında yerləşən özbaşna tikiliyə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi nəzərə alınmışdır. Lakin sonradan “Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2006cı il tarixli, 412 saylı fərmanı ilə 2001-ci il 22 avqust tarixli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması probleminin həlli haqqında” 562 №-li Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşmüşdür” X8 Xətai rayonu A.Qurban küçəsi 25/19A ünvanında yerləşən özbaşna tikiliyə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi öz müsbət həllini tapmamışdır. Azərbayacan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 11/9055 №141RX saylı xx.xx.2006-cı il tarixli məktubla X8 rəsmi cavab verilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı qüvvədən düşdüyünə görə xx.xx.2006-cı il tarixli “Protokoldan çıxarış” icrasının mümkün olmaması qeyd edililmişdir. Cavabdeh Ə.Cəlilova Səbail rayon Məhkəməsində Bakı şəhər İcra hakimiyyətinə qarşı iddia qaldırmış, Ə.Cəlilovanm iddiası təmin edilməmişdir. Həmin bu məhkəmə işlərində cavabdeh X5 qeyri rəsmi əri onların isə qardaşı cavabdeh X14 arvadı Cəlilova Əzizəyə nümayəndəlik etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 1MK-1041/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh X23 Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti versə də Ali Məhkəmənin Mülki kollegiyası 6k-970/07 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Bir sözlə cavabdeh Ə.Cəlilovanın heç bir iddiası təmin edilməmişdir və sonda heç bir hüquqi əhəmiyyət kəsb etməyən “Protokoldan çıxarış” sənədi ilə Xətai RPİ-nin X4 tərəfindən qanunsuz Xətai rayonu A.Qurban küçəsi 25/19A ünvanına pasport qeydiyyatına düşmüşdür. Cavabdeh X11 rəsmi qaydada Azərbayacan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli məktubla rəsmi məlumatlandırılmasına baxmayaraq Xətai rayon A.Qurbanov küçəsi 25/19 ünvanını ilə ünvan 5an əldə etmiş və onlara bəlli olmayan yolla həmin o sözügedən saxta, süni, uydurma ünvana pasport qeydiyyatına düşmüşdür. Hesab edir ki, cavabdeh X2 RPİ-nin X3 vəzifəli şəxsinin qanunsuz hərəkəti nəticəsində pasport qeydiyyatına götürülmüşdür. Bütün bunları cavabdeh Cəlilova Əzizə hansı yolla etməsi onları məlum deyil. Cavabdeh X11 faktiki olaraq onlara məxsus ünvan 7 ünvanda yerləşən mənzili özününküləşdirmək məqsədilə qaçqın statusundan istifadə edib onlara məxsus 1982-1984-cü illərdə tikilmiş mövcud özbaşına tikilini ələ keçirmək məqsədilə qanunsuz yolla pasport qeydiyyatına düşmüşdür. İddiaçı X13 tərəfindən 1982-1983-cü illərdə ünvan 8 ünvanında yerləşən özbaşına tikintinin bir hissəsi tikilmiş, 1984-cü ildə isə qardaşı X15 əsgəri xidmətdən gəldikdən sonra evin tikintisini tamamilə yekunlaşdırmışdır. Hazırkı halda cavbdeh X11 və qeyri rəsmi əri X14 ilə birlikdə iddiaçılara məxsus ünvan 9 ünvanını saxtalaşdıraraq mənzilə sahiblik və istifadə hüququnu, onların qeydiyyatda olduqları evin ünvanını saxtalaşdırmaqla iddiaçıların hər mənzilə sahiblik və istifadə hüququnu, eləcə də mülkiyyətinin bir hissəsinə mülkiyyət hüququ əldə etmək imkanı yaradır.

3. Məhkəmən iclasında iştirak edən iddiaçı X13 iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

6. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

7. Belə ki, sözügedən ünvandakı fərdi yaşayış evləri özbaşına tikili olduğundan vətəndaşlar tərəfindən tikilmiş özbaşına tikliləri bir-birindən fərqləndirmək və kimin hansı evdə yaşamasını müəyyən etmək məqsədi ilə bu evlərə şərti ünvan nömrələri verilmişdir.

8. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsidir.

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: - 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - 3.0.25. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; - 3.0.26. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;

10. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının ünvan 1 ünvanının qanunsuz hesab edilməsi tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

11. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar