Məhkəmə qərarları › İş №2-1(112)-11616/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11616/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11616/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək onun 1998-ci ilin mart ayının 26-dan qalan əmək pensiyasını və bu gün ona verilən pensiyasında vəzifə pulunun, rütbə pulunun təchizat təminatının və ona 50 %-lə verilən pensiyanın 100% hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə aşağıdakı məzmunda icraata qəbul edilmişdir: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1443/2023 nömrəli qərarı ilə iddiaçı, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.1998-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilsin.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə aşağıdakı məzmunda icraata qəbul edilmişdir: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1443/2023 nömrəli qərarı ilə iddiaçı, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.1998-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilsin.” İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən hərbi xidmətini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində davam etdirmək üçün təqdimatla Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən sərhəd dəstəsinə göndərilmiş, 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Sərhəd dəstəsində, 1995-ci ildən 1997-ci ilədək Lənkəran Sərhəd dəstəsində, 1997-ci ildən xx.xx.1998-ci ilədək Cəlilabad Sərhəd dəstəsində xidmət etmiş, xx.xx.1998-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İddiaçı xx.xx.1998-ci ildən hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqinin göndərilməsi üçün Dövlət Sərhəd Xidmətinə müraciət etmiş, lakin xx.xx.2022-ci ildə məlumat vərəqəsi göndərildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona 01 yanvar 2023-cü ildən 558 manat əmək pensiyası təyin edilmiş və əvvəlki 3 ilə görə 224 manatdan hesablanıb verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində əmək pensiyasına 1998-ci il tarixdən çıxmalı olduğunu və əmək pensiyasının təminat xərcliyinın 100 faizi ilə hesablanmalı olduğunu iddia edərək, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl ona əmək pensiyasının təyin edilməsi üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 0102.2023-cü il tarixli 3-17-1/3-3-1449/2023 nömrəli qərarla iddiaçıya xx.xx.2022-ci il tarixli məlumat vərəqinə əsasən əmək pensiyası təyin etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-cı maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular: hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinın hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”-nın 3-cü bəndinə Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.14.1–cı maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin — 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə — 55 faizi. 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin — 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. İddiaçı hal-hazırda iddia ərizəsində əmək pensiyasının təminat xərcliyinin 100%-i ilə hesablanaraq, 1998-ci il tarixdən ödənilməsini xahiş edir. Belə kı, iddiaçı ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət etmiş və iddiaçıya onun barəsində məlumat vərəqinin göndərildiyi tarixə (xx.xx.2022-ci ilə) uyğun olaraq xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1443/2023 nömrəli qərarla pensiya təyin edilmiş, əvvəlki 3 il üzrə hesablanan pensiya məbləği də (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 442.60 manat, xx.xx.2023-cü il tarixdən etibarən 486,86 manat) iddiaçıya ödənilmişdir. Əmək pensiyası təyin edilən zaman onun xidmət keçdiyi orqan tərəfindən göndərilmiş məlumat vərəqinə uyğun olaraq 20 il 01 ay xidməti illəri və 884,43 manat təminat xərcliyi əsas götürülmüş və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 20.14.1-ci maddəsinin tələblərinə riayət edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, şəxsin xidmət keçdiyi orqan tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat vərəqi göndəridikdən sonra cavabdeh inzibati orqan tərəfindən əvvəlki 3 il də ödənilməklə ona pensiya təyin edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 fevral 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Buna görə də iddiaçıya 1998-ci ildən etibarən əmək pensiyasının ödənilməsi qanunvericiliyin müddəaları baxımından Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid deyil. Qeyd edilənləri və Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İşin hallarına görə iddiaçı hazırki iddiasında əmək pensiyasının təminat xərcliyinin 100%-i ilə hesablanaraq, 1998-ci il tarixdən ödənilməsini cavabdehdən tələb edir. İşdən olan pensiya işindən məlum olur ki, iddiaçı ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana xx.xx.2023-cü il tarixdə müraciət etmiş və iddiaçıya onun barəsində məlumat vərəqinin göndərildiyi tarixə (xx.xx.2022-ci ilə) uyğun olaraq xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1443/2023 nömrəli qərarla pensiya təyin edilmiş, əvvəlki 3 il üzrə hesablanan pensiya məbləği də (xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 442.60 manat, xx.xx.2023-cü il tarixdən etibarən 486,86 manat) iddiaçıya ödənilmişdir. Əmək pensiyası təyin edilən zaman onun xidmət keçdiyi orqan tərəfindən göndərilmiş məlumat vərəqinə uyğun olaraq 20 il 01 ay xidməti illəri və 884,43 manat təminat xərcliyi əsas götürülmüş və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uygun pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-798/2016 saylı, 12 iyun 2016-cı il tarixli qərarından müəyyən edilir ki, iddiaçının hazırki tələbinə baxılaraq iddia təmin edilməmişdir. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1970/2017 saylı iş üzrə 19 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və M.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 798/2016 saylı, 12 iyun 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-200/2018 saylı iş üzrə 31 yanvar 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1970/2017 saylı iş üzrə 19 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu əsasla Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2271/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının eyniməzmunlu iddiası da mümkün sayılmamışdır. Hazırki iddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddia ilə bağlı məhkəmənin qüvvədə olan qərarı olduğu halda eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Halbuki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-798/2016 saylı, 12 iyun 2016-cı il tarixli qərarı da yekun məhkəmə aktı hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar