Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11622/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevə müraciət edərək həmin prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmovun qanunsuz hərəkətlərinə hüquqi qimyət verilməsinə dair cinayət işinin başlanmasını xahiş etmişdir. Prokurorluq şikayətə mahiyyəti üzrə baxaraq Vüqar Məhərrəmov barəsində ya “Cinayət işinin başlanılması haqqında” ya da “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul etməli idi. Qanunvericilik digər prosessual hərəkət və ya tədbirin həyata keçirilməsini nəzərədə tutmur. Cavabdeh qanunvericiliyin tələbini pozaraq şikayətə mahiyyəti üzrə cavab verməyərək heç bir prosessual qərar qəbul etmədən Hərbi Prokurorluğun böyük köməkçisi, ədliyyə müşaviri İsmayıl Əliyevin 01 iyul 2022-ci il tarixli HP01/155 saylı məktubu 08 iyul 2022-ci il tarixdə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olmuşdur. Cavab məktubunda göstərilmişdir ki, “qeyd olunan cinayət işinə Bakı Hərbi Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində baxılarkən iş üzrə araşdırma aparmış hərbi prokurorluq orqanlarının hər hansı əməkdaşı, o cümlədən Vüqar Məhərrəmov tərəfindən cinayət və cinayət prosessual qanunvericliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir.” İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin etirazında göstərilmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İAMAS və xüsusi texnika üzrə şöbəsinin baş zabiti vəzifəsində xidmət etdiyi müddətdə kapitan İddiaçı öz qulluq mövqeyindən təkrarən istifadə edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirdiyi üçün 30 aprel 2019-cu il tarixdə barəsində cinayət işi başlanaraq istintaqı aparılmış, Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində aparılmış ibtidai istintaqın nəticəsinə görə ona Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 və 178.4-cü maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının nəticəsinə görə dövlət ittihamçısının təklifi ilə İddiaçı törətdiyi cinayət əməlləri CM-nin 178.4-cü maddəsindən 178.3.2-ci maddəsinə tövsif edilmiş və Bakı Hərbi Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi tərəfindən hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və digər dövlət orqanlarına ərizə ilə müraciət edərək, ibtidai istintaq zamanı şahid və zərərçəkmişlərin iş üzrə verdiyi ifadələrin müstəntiq tərəfindən dəyişdirilməsini, əmlakı üzərinə qanunsuz həbs qoyulmasını, mobil telefonundakı şəxsi yazışmalarına baxış protokolunun düzgün tərtib olunmamasını, ona verilmiş ittihamın əsaslı olmamasını göstərmiş və həmin iş üzrə istintaq aparmış müstəntiqin barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı ərizələrində qeyd etdiyi xüsusatlar müstəntiqin prosessual hərəkətlərindən, eləcə də sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı olmuş və həmin məsələlər cinayət işinə mahiyyəti üzrə baxmış həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymətləndirilmişdir. Belə ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilmiş şahid və zərərçəkmişlər məhkəmədə də eyni məzmunlu ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı bütün sübutlar qanuni yolla toplandığından məhkəmə tərəfindən qiymətləndirilərək qəbul edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin kobud pozulması halları aşkar olunduğu təqdirdə, işə baxan məhkəmənin cinayət işinə baxılmasına xitam verilərək prokurora qaytarılmasına dair, eləcə də məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin pozulması hallarına yol verən şəxslər barəsində xüsusi qərar çıxarmaq hüququ vardır. Həmçinin, CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin normalarına riayət edilməsi vəziyyəti apellyasiya məhkəməsində də yoxlanılır. İddiaçı barəsində olan cinayət işinə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində baxılarkən ilkin araşdırma və ibtidai istintaq zamanı cinayət-proessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən, həmçinin İddiaçı ərizələrində göstərdiyi xüsusatlar onun barəsində Bakı Hərbi Məhkəməsinin hazırda qüvvədə olan 26 noyabr 2020-ci il tarixli hökmündə qiymətləndirildiyindən, müraciət müəllifinə ərizələri üzrə prosessual qərar qəbul edilmədən ətraflı cavablar verilmişdir. Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehi dinlədikdən, iddiaçının ərizəsini və təqdim edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə, göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq isə publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğu inzibati orqan deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Belə olan halda cavabdeh hətta inzibati orqan olmuş olsa idi belə, iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən iddiaçının iddia tələbində göstərilən şikayətin araşdırılması ilə bağlı həyata keçirilən fəaliyyətilə bağlı hüquq cinayət prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Məhkəmə hesab edir ki, hazırki, iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə məhz cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında ümumi məhkəmədə baxılmalıdır. Həmçinin, iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının ərizələrində qeyd etdiyi xüsusatlar müstəntiqin prosessual hərəkətlərindən, eləcə də sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı olmuş və həmin məsələlər cinayət işinə mahiyyəti üzrə baxmış həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymətləndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-11622/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11622/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver