Məhkəmə qərarları › İş №2-1(112)-1163/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1163/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1163/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 57 yaşının tamam olduğu 25 sentyabr 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddia tələbi bununla əsaslandırılmışdır ki, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Onun 01 yanvar 2006-cı il tarixə ümumi iş stajı 25 ildən çox, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə isə iş stajı 12 il 6 aydan çoxdur. Cavabdeh 19 avqust 2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış «pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 35219,14 manat təşkil edir. Həmçinin İddiaçıa ünvanlanan xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda da qeyd olunduğu kimi, iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər ərzində müxtəlif vəzifələrdə işlədiyinə dair aparılmış qeydlərin güzəştli arayışlar əsasında təsdiq olunması ilə bağlı müvafiq sənədlər Filiala təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. İşdə olan 013316 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1978-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna daxil olmuş, 1984-cü ildə istilik elektrik stansiyaları ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1984-cü il tarixli qərar ilə ona istilik energetik mühəndisi ixtisası verilmişdir. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək "Qafqazenerjiquraşdırma trestinin Mingəçevir enerjiquraşdırma idarəsində 2-ci və 3-cü dərəcəli çilingər vəzifəsində işləmiş, xx.xx.1978-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda (gündüz şöbəsində) təhsil almışdır. İddiaçı xx.xx.1984-cü il tarixdə "Qafqazenerjiquraşdırma tresti"nin sazlama quraşdırma idarəsinə mühəndis kimi qəbul edilmiş, xx.xx.1986-cı ildə usta vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə Elektrik stansiyalarının və şəbəkələrinin avadanlıqlarının qurulması üzrə 2-ci dərəcəli mühəndis ixtisası verilmiş, xx.xx.1989-cu ildə “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat müəssisəsinə keçirildiyi üçün işdən azad edilmiş, xx.xx.1989-cu ildə “Qafqazenerjitəmir” İxtisaslaşdırılmış istehsalat müəssisəsində SQTS 2-ci qrup usta kimi qəbul edilmiş, xx.xx.1990-cı ildə BQŞ Qazanxana istehsalı sahəsinin müdiri kimi keçirilmiş, xx.xx.1991-ci ildə KSQT müdiri keçirilmiş, xx.xx.1993-cü ildə QMİ baş mühəndisin müavini keçirilmiş, xx.xx.1993-cü ildə QMİ direktor müavini kimi keçirilmiş, xx.xx.1993-cü ildə öz istəyi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1993-cü ildə Abşeron Quraşdırma İdarəsinə böyük iş içraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə öz istəyi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1999xx.xx.2000-ci illərdə “Azerenerji” SC-nin Enerjinəzarət İdarəsində İstehsalat texniki şöbəsində aparıcı mühəndis, xx.xx.2000-ci ildə Enerjimüfəttişliyə müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci ildə Bakı şöbəsinin müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.2004cü ildə həmin vəzifə Bakı sektorunun məsləhətçi-müfəttiş vəzifəsinə uyğunlaşdırılmış, xx.xx.2005-ci ildə Bakı sektoruna aparıcı məsləhətçi–müfəttiş vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2006-cı ildə enerji müfəttişliyi və müqavilə şərtlərinə nəzarət üzrə Bakı sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdə X5 İdarəsinin EM və MŞM üzrə Bakı sektorunun müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Energetika Nazirliyinin X5i İdarəsinin Enerji müfəttişliyi və müqavilə şərtlərinə nəzarət üzrə Bakı sekorunun müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixdə İdarənin EM və MŞN üzrə Bakı regional bölməsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə İdarənin EM və MŞN üzrə Bakı regional bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə tutduğu vəzifədən azad edilmiş, 01.0.2020-ci il tarixdə "xxxx" MMC-də direktor müavini vəzifəsinə qəbul edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının diplomu və əmək kitabçasındakı qeydlər nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 27 il 7 ay 2 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 2 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək "Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir enerjiquraşdırma idarəsi”-də çilingər peşəsində, xx.xx.1978-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda tələbə (gündüz şöbəsində), xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək "Qafqazenerjiquraşdırma tresti"nin sazlama quraşdırma idarəsində usta peşəsində, xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək Elektrik stansiyalarının və şəbəkələrinin avadanlıqlarının quraşdırılması üzrə İİ dərəcəli mühəndis vəzifəsində, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək "Qafqazenerji təmir X1" müəssisəsində Sənaye Qazanxanalarının təmiri sahəsində İİ qrup usta vəzifəsində, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək həmin idarənin Baş qaynaq Şöbəsində (BQŞ) qazanxana istehsalı sahəsinin müdiri vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Qazan mexaniki İstehsalatda (QMİ) baş mühəndisin müavini vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək QMİ-də direktor müavini vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Abşeron Quraşdırma İdarəsində Böyük iş icraçısı vəzifəsində işləmişdir və bu vəzifələrdə işləməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 24-cü "Elektrik stansiyaları,enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin b) qazanxana sexlərinin rəisləri və onların müavinləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin, buxar-qaz turbini), 12 saylı qərarın 29-cu "Bina qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsinin a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, odadavamlı materialla işləyənlər, b) Tikinti quraşdırma işləri üzrə ustalar, iş icraçıları bölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması huququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Arayışa əlavə edilmiş cədvələ əsasən: Peşə və vəzifələrin adı Bölmə və bəndin İşlədiyi müddət nömrəsi Staj Polad və dəmirbeton Siyahının 29-cu xx.xx.1977- 10 ay, konstruksiyalarının bölməsinin a) bəndinə xx.xx.1978 28 gün quraşdırılması üzrə əsasən çilingər 5 il, 11 Tələbə Gündüz şöbəsi xx.xx.1978- ay, 18 xx.xx.1984 gün Siyahının 29-cu Tikinti və quraşdırma bölməsinin b) bəndinə xx.xx.1984- 2 il, 6 işləri üzrə usta əsasən xx.xx.1987 ay, 29 gün Elektrik stansiyalarının və şəbəkələrinin Siyahının 24-cü 1 il, 5 avandanlıqlarının bölməsinin b) bəndinə xx.xx.1987- ay, 25 quraşdırılması üzrə əsasən xx.xx.1989 gün mütəxəssis Qazanxana təmiri üzrə Siyahının 24-cü xx.xx.1990- 3 il, 1 usta və rəhbər bölməsinin b) bəndinə xx.xx.1993 ay, 11 Tikinti və quraşdırma əsasən Siyahının 29-cu xx.xx.1993- gün 5 il, 5 işləri üzrə böyük iş bölməsinin b) bəndinə xx.xx.1999 ay, 26 icraçısı əsasən gün 19 il, 6 CƏMİ ay, 15 gün Həmin arayışda göstərilmişdir ki, məlumatlar İddiaçı məxsus əmək kitabçasında olan qeydlər əsasında tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçı onun işlədiyi müəssisənin hazırda fəaliyyət göstərmədiyinə istinad edərək digər bir müəssisənin, "xxxx" MMC-nin əmək kitabçasına əsasən verdiyi güzəştli arayışı təqdim etmiş, həmin arayışda iddiaçının işlədiyi vəzifələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 24-cü "Elektrik stansiyaları,enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin b) qazanxana sexlərinin rəisləri və onların müavinləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin, buxar-qaz turbini), 12 saylı qərarın 29-cu "Bina qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsinin a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, odadavamlı materialla işləyənlər, b) Tikinti quraşdırma işləri üzrə ustalar, iş icraçıları bölməsinə əsasən, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması huququ verən güzəştli əmək (sığorta) stajı sayıldığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən:

1. 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290000a—14612-polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar 2290000b-b) rəhbərlər və mütəxəssislər 2290000b—23419 -yeni tikinti və quraşdırma işlərinin ustaları 2290000b—24441-iş icraçıları

2. 21400000– Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140000b - b) rəhbərlər və mütəxəssislər 2140000b—22460 - turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər 2140000b—23362-avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlama 2140000b—23398- qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları 2140000b—24125- qazanxana sexlərinin rəisləri və onların müavinləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nına əsasən:

1. 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı b) rəhbərlər və mütəxəssislər: qazanxana sexlərinin rəisləri və onların müavinləri avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxarqaz turbini) yanacaqötürmə, tozhazırlama)

2. 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, odadavamlı materialla işləyənlər, b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir. "xxxx" MMC iddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək "Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir enerjiquraşdırma idarəsində 2-ci və 3-cü dərəcəli çilingər vəzifəsində işlədiyi dövrün polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və odadavamlı materialla işləyənlər vəzifəsinə uyğun gəldiyini bildirmişdir. Eyni zamanda işdə olan Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışından görünür ki, İddiaçı, həqiqətən “Qafqazenerji- quraşdırma” trestinin Mingəçevir Quraşdırma İdarəsinə xx.xx.1977-ci il tarixdə (əmr 52k, xx.xx.1977-ci il) 2-ci dərəcəli çilingər peşəsinə işə qəbul olmuş, xx.xx.1978-ci il tarixdə işdən azad edilmişdir (əmr 150k, xx.xx.1978-ci il). İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının qaynaq işlərində bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarlarına uyğun (********. XXVİİ.Bina, qurğu və digər obyektlərin inşaaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: Kodu 2290000a- 14612-polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar (ağır metallurgiya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X2 Tipli Səhmdar Cəmiyyəti olub. Güzəştli arayış İddiaçı əmək kitabçasına əsasən tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı çilingər vəzifəsində işləsə də, onun işlədiyi müəssisənin hüquqi varisi həmin vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcıları vəzifəsinə uyğun gəldiyi bildirilmişdir. İstinad olunan arayışa əsasən iddiaçının çilingər kimi güzəştli iş stajı 10 ay 28 gün olmuşdur. "xxxx" MMC-nin arayışına əsasən iddiaçının xx.xx.1984-xx.xx.1987-ci illərdə "Qafqazenerjiquraşdırma tresti"nin sazlama quraşdırma idarəsində mühəndis və usta vəzifələrinin 12 nömrəli qərarla təsdiq edilmiş Siyahıda göstərilən 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsinə uyğun gəldiyi göstərilmişdir. Məhkəmə Siyahıda mühəndis vəzifəsinin deyil, usta vəzifəsinin nəzərdə tutulduğunu, həmin vəzifələrin eyni əmək funksiyasını yerinə yetirməsinin müəyyən edilmədiyini nəzərə alaraq iddiaçının yalnız xx.xx.1986-xx.xx.1987-ci illərdə işlədiyi usta vəzifəsini güzəştli iş stajı kimi qəbul edir, hansı ki, həmin dövr 4 ay 1 gün təşkil edir. "xxxx" MMC arayışında iddiaçının "Qafqazenerjiquraşdırma tresti"nin sazlama quraşdırma idarəsində xx.xx.1987-xx.xx.1989-cu illərdə işlədiyi Elektrik stansiyalarının və şəbəkələrinin avadanlıqlarının qurulması üzrə 2-ci dərəcəli mühəndis vəzifəsi və xx.xx.1990-xx.xx.1991-ci illərdə BQŞ Qazanxana istehsalı sahəsinin müdiri, xx.xx.1991xx.xx.1993-cü illərdə KSQT-nin müdiri, xx.xx.1993-xx.xx.1993-cü illərdə QMİ baş mühəndisin müavini və xx.xx.1993- xx.xx.1993-cü illərdə QMİ direktor müavini kimi işlədiyi vəzifələri Siyahıda Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı qazanxana sexlərinin rəisləri və onların müavinləri və avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə uyğunlaşdırsa da, əmək kitabçasından görünür ki, iddiaçı həmin dövrdə nə qazanxana sexinin rəisi və ya onun müavini, nə də avadanlığın yerində təmiri üzrə usta olmuşdur. Eyni zamanda siyahıdan görünür ki, orada həmin sahə üzrə yalnız turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər nəzərdə tutulmuş, iddiaçı həmin kateqoriya mühəndis olmamışdır. Belə olan halda məhkəmə MMC-nin bu uyğunlaşdırmasını əsaslı qəbul etməyərək həmin dövrləri iddiaçının güzəştli iş stajı kimi qəbul etmir. Bundan əlavə, "xxxx" MMC iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək Abşeron Quraşdırma İdarəsində böyük iş icraçısı vəzifəsində işlədiyi dövrün 12 nömrəli qərarla təsdiq edilmiş Siyahıda göstərilən 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - iş icraçıları vəzifəsinə uyğun olduğunu bildirmişdir. Məhkəmə vəzifənin ad uyğunluğunu və fərqli əmək funksiyalarının olmasının sübuta yetirilmədiyini nəzərə alaraq iddiaçının iş icraçısı işlədiyi 5 il 4 ay 1 gün təşkil edən həmin dövrü də güzəştli iş stajı kimi qəbul edir. Belə olan halda isə aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə cəmi 6 il 8 ay 25 gün güzəştli iş stajı mövcud olmuşdur. Bu isə o nəticəyə gətirib çıxarır ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiqi üçün ikinci şərti, azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın olması tələbini ödəmir, buna görə də ona həmin qanunvericiliyə əsasən pensiya təyin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 57 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar