Məhkəmə qərarları › İş №2-1(112)-11631/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11631/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11631/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, X8 kаtibliyi, İddiaçı, iddiaçının nümayənəsi (qardaşı) X6, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinə qarşı üçüncü şəxs qismində Dövlət Neft Şirkəti “Azneft” İB-i cəlb edilməklə “işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinə qarşı iddia qaldıraraq xx.xx.2020ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməlliyatı keçirilməsinə səbəb olmuş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilməsi və iddiaçıya İZ formalı aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azneft” İstehsalat Birliyinin struktur bölməsi olan “Abşeronneft” Neft Qazçıxarma” İdarəsi rəisinin xx.xx.1995-ci il tarixli, 107 saylı əmri ilə həmin idarənin 3 saylı sexinə neft və qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2020-ci ildə bağlı bədbəxt hadisə baş verib xəstəxanaya düşənə kimi bu idarədə operator vəzifəsində işləmişdir. İş qraflkinə uyğun olaraq o, iş yoldaşları ilə birgə 1 (bir) həftə işə gedir, bir həftə işləyir və sonra evə qayıdıb bir həftə istirahət edəndən sonra yenidən işə gedirdi. xx.xx.2020-ci ildə yenə işə çıxma qraflkinə uyğun olaraq iş yoldaşları ilə birlikdə 7 (yeddi) günlük “Abşeronneft” NQÇİ-nin 1120 saylı dəniz özülünə işə getmiş, yeddi günlük iş növbəsinin başa çatmasına baxmayaraq “pandemiya” olduğunu bildirərək, dəyişmədilər və bu minvalla iddiaçı və iş yoldaşları xx.xx.2020-ci ilə kimi fasiləsiz iş yerində qalıb işləməyə məcbur olmuşlar. İddiaçı və iş yoldaşları tez-tez 3 saylı X13 rəisi Mirdaməd Yusifovla telefon vasitəsilə əlaqə saxlayıb dəyişilmələrini və evlərinə getmək üçün sahilə çıxarılmalarını dedikcə, o hər dəfə deyirdi ki, hər şeydən məlumatlıdır, tezliklə növbəni dəyişib evə getməylərini təmin edəcəklər. Lakin növbə dəyişilmir və yenə işdə qalıb işləyirdilər. Onların uzun müddət 1120 saylı dəniz özülündə qalıb işləməylərindən “Abşeronneft” NQÇİ-nin rəisi Ramil Quliyevin də məlumatı var idi. xx.xx.2020-ci ildə hətta Ramil Quliyev onlarla görüntülü telefon əlaqəsinə çıxaraq iddiaçı və iş yoldaşları ilə danışmışdı. X17 danışan zaman ona istehsalat sahəsində işlərin normal olduğunu, bir ay işdə qalıb işlədiylərini, onların dəyişmədiklərini, fasiləsiz olaraq bir ay işləməyləri ilə bağlı həm fiziki, həm də psixoloji cəhətdən möhkəm yorulduqlarını, artıq dözə bilmədiylərini, ciddi gərginlik və yorğunluq altında olduqlarını, bu bir ay müddətində hər birinin ailəsində də bir sıra problemlər yarandığını onun nəzərinə çatdırmışlar və tezliklə dəyişməyi və evlərinə getməyi təmin etməyini xahiş etmişlər. Eyni sözləri 3 saylı X13 rəisi Mirdaməd Yusifovla telefon vasitəsilə əlaqə saxlayıb danışan zaman ona da bildirmişlər. Hər dəfə tezliklə dəyişəcəkləri barədə söz versələr də, ancaq dəyişmirdilər. 1 (bir) ay, 02 (iki) gün dayanmadan, fasiləsiz dəniz şəraitində işləmək onları həddindən artıq yormuşdu. xx.xx.2020-ci il saat 20 radələrində gərgin işdən sonra iddiaçı iş yoldaşları Qabil Kərimov və Fazil Əliyevlə şam yeməyinə gəlmiş, şam yeməyindən sonra da işlərini davam etdirməli idilər. İş yoldaşları Qabil Kərimov və Fazil Əliyevlə birlikdə şam yeməyini yeyəndən sonra iddiaçı istifadəsində olan mobil telefonla ailəsi ilə danışmaq üçün yemək yediyləri otaqdan çıxıb tambura, ratsiya olan otağa gəlmiş, ratsiya olan otağa gələndə mətbəx kimi istifadə edilən qonşu otağın qapısının açıq olduğunu görmürşvə mətbəxtdə olan elektrik peçi yanırdı. Ona görə də əl telefonunu ratsiyanın yanına qoyub elektrik peçini söndürmək üçün mətbəxə keçərək, peçi söndürüb geri, ratsiya olan otağa qayıdan zaman ayağı qəflətən, gözləmədiyi halda mətbəxin qapısının kandarına ilişdi və özünü saxlaya bilməyib zərbə ilə, möhkəm şəkildə ratsiya olan otağın döşəməsinə yıxıldı və özündən getdi. İş yoldaşları Qabil Kərimov və Fazil Əliyev möhkəm tappıltı səsi eşidib tambura keçib baxarkən onu döşəmədə yıxılıb huşsuz vəziyyətdə hərəkətsiz qaldığını görmüşlər. Onlar xeyli yardım edəndən sonra iddiaçını özünə gətirmişlər. Özünə gələndən sonra bədənində kəskin ağrıların olmasını və güclə nəfəs aldığını hiss etdi. Demək olar ki, nəfəs ala bilmirdi. Yanında olan iş yoldaşları düşdüyü vəziyyət barədə dərhal “Abşeronneft” NQÇİ-i üzrə növbətçiyə, eyni zamanda 3 saylı NQÇS-nin rəisi Mirdamət Yusifova, həm də “Abşeronneft” NQÇİ-nin rəhbərliyinə məlumat vermişdilər. Daha sonra ’’Azneft” İstehsalat Birliyinin rəhbərliyinə də düşdüyü vəziyyət barədə məlumat verilmişdi. Onların da hər şeydən xəbərləri var idi. Ancaq idarədən hava küləkli olduğuna görə onu sahilə çıxarıb həkimə çatdırmaq üçün ardınca gəmi göndərilməsinin mümkün olmadığını deyirdilər. İş yoldaşları X15ə zəng edib vəziyyəti barədə ona da məlumat vermişdilər. Artıq həmin vaxt onun səsi də tutulmuşdu, əvvəlki səslə danışa bilmirdi, danışanda boğulurdu. Yanında olan iş yoldaşlarım tez-tez 3 saylı NQÇS-nin rəisi Mirdamət Yusifovla əlaqə saxlayır, vəziyyəti barədə ona məlumat verir və onu sahilə çıxarmaq üçün gəminin gəlib- gəlməməsini ondan soruşurdular. Sonradan ona məlum olmuşdur ki, “Azneft” X9 Nəqliyyat şöbəsinin rəisi Qalib Cəlilov işə qarışandan sonra onu sahilə çıxarmaq üçün gəmi ayrılmışdır. xx.xx.2020-ci il saat 10 radələrində iddiaçını 1120 saylı dəniz özülündən “Dübəndi”Neft terminalı limanına çıxardılar və Pirallahı rayonunun 18 saylı X20 Stansiyasının həkimlərinə təhvil vermişlər. Həmin vaxt onu sahilə gətirən gəmini qarşılamağa “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin Baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası üzrə müavini Sabit Aslanov,3 saylı NQÇS-nin rəis müavini Bəxtiyar Rzayev və həkim olan qardaşı qızı gəlmişdi. Həkimlər onu müayinə etdikdən sonra problemin ürəyimlə bağlı olduğunu və təcili onu xəstəxanaya çatdırılmasını bildirmişlər. X20 briqadasının həkimləri tibbi sığorta ilə əlaqəyə girib vəziyyəti barədə onlara məlumat verəndən sonra onların göstərişi və tapşırığı ilə iddiaçını qarşılayan X20 briqadasının həkimləri “Bakı Sağlamlıq Mərkəzinə” gətirmişlər. Burada da həkimlər iddiaçını yenidən müayinə etmiş, problemin ürəyində olduğunu müəyyən edəndən sonra dərhal onu əməliyyat otağına qaldırmış və həmin gün açıq ürək əməliyyatı ilə üzərində cərrahi əməliyyat aparılmış və iddiaçı xx.xx.2020-ci ilə kimi stasionar şəraitdə “Bakı Sağlamlıq Mərkəzin”də müalicə olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi”ndən ona verilmiş epikrizdə son diaqnoz olaraq əsas xəstəlik kimi “aortanın döş hissəsinin cırılmış anevrizması, yanaşı xəstəliklər kimi “sol mədəcik çatışmamazlıgı”, “’aortanın koarktasiyası (preduktal), (posduktal), insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla”, “əvvəllər keçirilən miokard infarktı”qeyd edilmişdir. Daha sonra epikrizin “Anamnesis Vitae” hissəsində 1 aya yaxındır ki ,şəkərli diabetdən əziyyət çəkir qeyd edilmişdir. Barəsində verilmiş epikrizlə yanaşı xəstəliklər kimi “insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla,“əvvəllər keçirilən miokard infarktı” barədə yazılanlar heç bir həqiqətə uyğun deyildir. Bu barədə yazılan fikirlər tamam yalnış və səhv fıkirlərdir. Bu fikirlər xüsusi sifariş əsasında epikrizdə yazılıb ki, ona İZ formalı aktın verilməsindən imtina edilsin .Ona görə ki, xx.xx.2020-ci ildə məlum hadisə baş verənə kimi onun ürəyindən heç vaxt şikayəti olmayıb, ürəyi onu heç vaxt incitməyib, ürəyi ilə bağlı hər hansı müalicələr almamış və dərmanlar qəbul etməmişdir. Miokard infraktı da keçirməmişdir. Eyni zamanda, xx.xx.2020-ci ilə kimi və ondan sonra indiyə kimi şəkərli diabet xəstəliyindən də əziyyət çəkməmiş və hazırda da əziyyət çəkmir. İddiaçı açıq ürək əməliyyatı olunandan sonra indiyə kimi dəfələrlə “Bakı Sağlamlıq Mərkəzində” müayinələrdən keçmiş, müayinələr zamanı da onda şəkərli diabet xəstəliyi aşkar olunmayıb. İddiaçının şəkərli diabet xəstəliyindən hər hansı formada əziyyət çəkməməyi xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə “Bakı Sağlamlıq Mərkəzi”ndə veridiyi ümumi analizi barədə ona verilmiş xx.xx.2020-ci il tarixli tibbi sənəddən də görünür. Həmin bu sənəddə də qlukozanın xx.xx.2020-ci ildə və xx.xx.2020-ci il tarixlərində neqativ olunması qeyd edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2022-ci ildə həm X4 laboratoriyasında, həm də “Bakı Sağlamlıq Mərkəsində” şəkərini yoxlatdırmışdır. Həmin vaxt da şəkəri tam norma daxilində (90 və 99,6 mg/dL olmuşdur. Norma isə 74-106 mg/dL arasıdır. xx.xx.2020-ci il tarixdə iddiaçının X15 telefonla zəng edərək “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin Baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası üzrə müavini Sabit Aslanova və 3 saylı X13 rəisi Mirdaməd Yusifova açıq ürək əməliyyatı yolu ilə ürəyindən əməliyyat olunduğu barədə məlumat vermişdir. Ancaq əməliyyat olunduğu gündən indiyə kimi nə işlədiyi “Abşeronneft” Neft Qazçıxarma İdarəsindən, nə də 3 saylı NQÇS-nin rəhbərliyindən onun səhhəti və ailənin sosial durumu ilə maraqlanan və onlara hər hansı maddi yardım göstərilməmişdir. X15 idarənin baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə müavini Sabit Aslanovdan və idarənin rəhbərliyindən ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar aktın nə vaxt verilməsini soruşanda, ona bildirmişlər ki, belə bir akt düşmür. İşlədiyi “Abşeronneft” Neft Qazçıxarma İdarəsi tam qanunsuz və əsassız olaraq bu günə kimi baş vermiş hadisəyə görə İZ formalı aktı verməkdən imtina edir. Əməliyyat olunduğu gündən etibarən bu günə kimi isə ona xəstəlik vərəqəsi verilməsi davam edir. Ancaq buna baxmayaraq artıq bir ildən çoxdur ki ,işlədiyi idarəyə təqdim etdiyi xəstəlik vərəqələrinə görə ona ödəniş edilmir. Bu səbəbdən də 6 (altı) nəfərdən ibarət ailəsi çox çıxılmaz ağır maddi duruma düşmüşdür. Müalicələr aldığı tibb müəssisəsi tərəfindən TSEK-na tibbi rəy almaq üçün 5 (beş) dəfə 88 nömrəli forma göndərib. TSEK tərəfindən müalicənin davam etdirilməsi ,sağalmağı və ya əlil olmağı barədə rəsmi heç bir tibbi rəy verilmədiyi üçün müalicə həkimi xəstəlik vərəqəni bağlaya bilmədiyini bildirir. TSEK-nin həkimləri işlədiyi idarə tərəfindən ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar İZ formalı akt təqdim edildikdən sonra əmək qabiliyyətinin itirilmə faizini təyin edə biləcəklərini deyir və verilən sorğulara rəsmi cavab vermirlər. İddiaçı ürəyinə görə uzun müddət müalicələr alıb müəyyən qədər özünə gələndən sonra və eyni zamanda batmış səsi açılandan sonra baş vermiş hadisə ilə bağlı ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar İZ formalı aktın verilməsi üçün xx.xx.2021-ci ildə X15lə birgə “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin rəisi Ramil Quliyevin qəbulunda oldu. Həmin vaxt qəbulda baş mühəndisin ƏM və TT üzrə müavini Sabit Aslanov idarə rəisi Ramil Quliyevə bildirdi ki, iddiaçını onlar sadəcə xəstə kimi qeydə alıblar. Daha sonra Sabit Aslanov idarə rəisinə yalandan bildirdi ki, işdə yıxılıb yuxarıda qeyd etdiyi vəziyyətə düşməyindən və açıq ürək əməliyyatı keçirməyindən guya xəbərləri olmayıb, onlara işdə olarkən yıxılmağı və açıq ürək əməliyyatı keçirməyi barədə heç kim məlumat verməyib. Söhbətlərdən iddiaçı belə başa düşdü ki, idarə rəisinin də baş verənlərdən xəbəri var, lakin ona İZ formalı aktın verilməməsi məqsədi ilə bağlı hadisə qəsdən gizlədilmiş və baş verən hadisə ilə bağlı işlədiyi idarədə və bununla bağlı ƏƏSMN yanında X14 Xidməti tərəfindən heç bir araşdırma aparılmamışdır. “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin rəisi Ramil Quliyev bildirmişdir ki, İZ formalı aktın verilməsi onların birbaşa səlahiyyətində deyildir. Belə bir aktı yalnız X14 Xidməti tərəfindən müvafiq təhqiqat aparılandan sonra təhqiqatın nəticələrinə əsasən verə bilərlər. Eyni zamanda bildirdi ki, bu barədə X14 Xidmətinə müraciət etmək hüququ vardır. Baş vermiş hadisə qəsdən gizlədilmiş və hadisə ilə bağlı heç bir araşdırma aparılmamışdır. Ancaq buna baxmayaraq iş yoldaşları Qabil Kərimov və Fazil Əliyev öz təşəbbüsü ilə xx.xx.2021-ci ildə baş vermiş hadisə ilə bağlı idarə rəisi Ramin Quliyevin adına izahat yazaraq “Abşeronneft”NQÇİ-nə göndərmişdir. Aldığı xəsarətlə əlaqədar indiyə kimi “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-də istehsalatda baş vermiş hadisə ilə əlaqədr İZ aktı tərtib edilməmişdir. İddiaçı indiyə kimi dəfələrlə “Azneft” İB-nə, “Abşeronneft” NQÇİ-yə, Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinə müraciətlər etmiş, qəbullarda olmuş və başına gələn hadisə barədə ətraflı məlumatlar vermiş və baş vermiş hadisə ilə bağlı ətraflı araşdırma aparıb ona İZ formalı aktın verilməsi barədə müraciət etmişdir. Lakin baş vermiş hadisəni ətraflı araşdırıb ona İZ formalı akt verməkdən tam qanunsuz və əsassız olaraq boyun qaçırırlar.İddiaçı “xəstənin səhhətində heç bir narahatlıq olmamaış və əmək normal davam etdirmişdir ” fikirləri ilə razılaçmır .Belə ki, yuxarıda qeyd etdiyi kimi, iddiaçının iş qrafiki belə idi ki, bir həftəliyə 1120 saylı dəniz özülünə işə gedir, bir həftə işləyəndən sonravə qayıdıb bir həftə istirahət edir və sonra yenidən bir həftəliyə işə çıxırdılar. Bu iddiaçının işinin ağırlığı, səhhətinə göstərdiyi göstərdiyi mənfi təsir, işinin xarakteri və digər amillərdən irəli gəlirdi. Lakin xx.xx.2020-ci ildə bir həftəliyə işə çıxandan sonra xx.xx.2020ci ilə kimi 1 ay 2 gün işəgötürənin təqsiri üzündən növbə dəyişdirilməyib işdə qalıb fasiləsiz olaraq gücə gündüz işməsinə məcbur edildiyi həm fiziki, həm də psixoloji cəhətdən möhkəm yorğunluq və gərginlik yaratmışdır. Lakin Lak8in V.Y. Axundov adına X21 Profilaktika İnstitutunsa bunları nəzərə alınmamışdır. İddiaçı Əmək Məcəlləsinin 217-ci maddəsinə,“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaların” 1.1., 1.2., 1.3.,1.4, 1.6, 1.7, 1.8, 1.9, 2.1-ci , 2.3, 2.5., 2.6, 2.4, 2.7, 3.1, 3.2, 3.4. 3.5, 3.7, 4.1, ,3.12-ci və “İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta haqqında”Qanunun 2.0.10,16.1,16.4, 18.5-ci maddələrinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir.

6. Cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, “Azneft” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda İddiaçı xx.xx.2020-ci il tarixdə iş qrafikinə uyğun olaraq 1120 saylı dəniz özülünə işə getdiyini, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində şam yeməyindən sonra telefonla danışmaq üçün yeməkxana evciyinin dəhlizinə keçdiyini, bir müddət sonra dəhlizdən səs eşidən iş yoldaşlarının onu huşsuz vəziyyətdə döşəmədə uzanıqlı vəziyyətdə gördüklərini qeyd etmişdir. Eyni zamanda, həmin məktubda xx.xx.2020-ci il tarixdə gəmi vasitəsilə sahilə çıxarıldığını, çağrılmış təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimi tərəfindən müayinə olunduğunu, ona “ÜİX, kəskin koronar sindrom” diaqnozu qoyulduğu, tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsə aparıldığı göstərilmişdir. İddiaçı səhhətinin pozulması halının əmələ gəlmə səbəbi və istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması barədə tibbi rəyin verilməsi məqsədi ilə X14 Xidməti tərəfindən İddiaçı müalicə olunduğu “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə müraciət olunmuşdur. “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 41/02/31 nömrəli məktubda “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatmamazlığı. Aortanın koarktasiyası (preduktal) (postduktal). İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla. Əvvəllər keçirilən “miokard infarktı” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəxanada müalicə olunduğu qeyd edilmiş, həmin diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması göstərilməmişdir. Qeyd olunan səbəblərlə bağlı olaraq İddiaçı səhhətinin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. X14 Xidmətinin 28 yanvar 2022-ci il tarixli **********7 nömrəli məktubunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəliyinin təyin edilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan V.Y.Axundov adına Elmi X10 İnstitutunun səlahiyyətlərinə aid olduğundan İddiaçı təyin olunmuş diaqnozların peşə ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün aidiyyəti üzrə həmin İnstituta müraciət edilməsi tövsiyə olunmuşdur. V.Y.Axundov adına Elmi X10 İnstitutunun 18 aprel 2023-cü il tarixli, 59/2 nömrəli məktubunda İddiaçı əvvəllər keçirilən “miokard infarktı” və onun fəsadlarından hesab edilən “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatışmazlığı.” diaqnozlarının yaranmasına səbəb ola biləcək hansı əmək şəraiti ilə, yəni əmək prosesində streslə, bədbəxt hadisə və fövqəladə vəziyyətlə bağlı olmasını təsdiq edən sənədlərin yoxluğu, digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin sonuncu abzasına əsasən infarkt, insult əmək şəraiti ilə bağlı olduğu halda təhqiqinin aparılması, həmçinin göstərilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nda öz əksini tapmamasının bu xəstəliklərin peşə xəstəliyi kimi qiymətləndirilməsinə imkan vermədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı xəstəliyi peşəsi ilə əlaqədar olmamış, iş vaxtı baş vermiş hadisə nəticəsində yaranmamış və nəticədə həmin hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Üçüncü şəxs Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2020ci ildə saat 20.00 radələrində şam yeməyindən sonra telefonla danışmaq üçün yeməkxana evciyinin dəhlizinə keçmiş, dəhlizdən səs eşidən yoldaşları onu huşsuz, döşəmədə uzanıqlı vəziyyətdə görmüş, iddiaçı gəmi vasitəsilə sahilə çıxarılmış, çağırılmış təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimi tərəfindən müayinə olunmuş, tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəzi” Publik hüquqi şəxsə aparılmışdır. Həmin Mərkəz tərəfindən təqdim olunan sənədlərdə iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinə kimi “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatşmazlığı. Aortanın koarktasiyası (preduktal) (postduktal). İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, əvvəllər keçirilən “miokard infarktı” diaqnozları ilə müalicə aldığı göstərilmişdir. Eyni zamanda “işçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin siyahısına dair Təlimatın 4-cü bəndinə əsasən, peşə xəstəliyiin təyin edilməsi V.Y.Axundov adına X22 X7 Hüquqi Şəxsin səlahiyyətlərinə aiddir. X23 şəxsin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, təqdim olunan sənədlərlə iddiaçının halının pisləşməsinə səbəb kimi əvvəllər keçirilən “miokard infarktı”, “şəkərli diabet”in ağırlaşması kimi hallar göstərilə bilər. İddiçının səhhətinin pozulmasının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün deyil. Bundan başqa, yuxarıda göstərilən xəstəliyin işçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin siyahısında öz əksini tapmamışdır. Bu isə o deməkdir ki, onun xəstəliyinin xidməti işi ilə heç bir əlaqəsi yoxdur və göstərilən diaqnoz ümumi xarakterli xəstəliklərə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı təhqiq edilir. İddiaçının təqdim etdiyi sənədlər, onun səhhətinin xx.xx.2020-ci il tarixdə istehsalatda əmək şəraiti ilə əlaqədar pozulması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iddiaçının səhhətinin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən edən tibbi rəy mövcud deyil. Bundan başqa, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması məsələlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, istehsalatda baş verən bədbəxt hadisə barədə Aktın (İZ Aktının) müəyyən tədbirlər görüldükdən və müvafiq prosedurlar həyata keçirildikdən sonra verilməsi nəzərdə tutulmuşdur (aidiyyəti quruma bu barədə məlumat verilir, Təhqiqat Komissiyası yaradılır, xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəylər alınır, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilir və uçota alınır). Lakin, göründüyü kimi, iddiaçı tərəfindən baş verməsi iddia edilən hadisə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000- ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq hər hansı tədbirin görülməsi müəyyən edilməmişdir. Bu da öz növbəsində hadisənin hüquqi baxımdan baş verməsini istisna edir. İddiaçının təqdim etdiyi Ekspert Rəylərindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022 il tarixli, 2(103)-6811/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, cavab verilməsi üçün ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı üzərində açıq ürək əməliyyatının keçirilməsinə səbəb onda olan xəstəliklər yoxsa iddia ərizəsində qeyd edilən iş şəraiti olmuşdur? Ekspertizanın 736/KEŞ saylı xx.xx.2023 il tarixli Rəyi ilə müəyyən edilmişdir ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xroniki proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəraitdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər. Bundan sonra məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert tərəfindən qoyulmuş suala tam cavab verilməmiş, buna görə də, xx.xx.2023 il tarixli 2(103)-431/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi və əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11 Publik Hüquqi Şəxsə tapşırılmış, əlavə məhkəmə-tibbi ekspertizası qaydasında cavablandırılması məqsədi ilə ekspert(lər) qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı üzərində açıq ürək əməliyyatının keçirilməsi ilə onun iddia ərizəsində qeyd edilən iş şəraitində (yəni: dəniz özülündə 1 həftə ərzində işləməli olduğu halda 1 ay ərzində işləməsi) işləməsi arasında səbəbli əlaqə varmı?. Məhkəmə tibbi Ekspertizasının xx.xx.2023 il tarixli Rəyi ilə müəyyən edilmişdir ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xroniki proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəraitdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik, dəniz özülündə 1 həftə işləməli olduğu halda 1 ay ərzində işləməsi və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər. Göründüyü kimi, Ekspertlər tərəfindən hər hansı əlavə araşdırma aparılmadan, İddiaçı müayinə olunmadan yalnız ilk ekspert rəyinin nəticə hissəsinə “dəniz özülündə 1 həftə işləməli olduğu halda 1 ay ərzində işləməsi” ifadəsi yazmaqla Rəy tərtib edilmişdir. Buna görə də həmin Rəy mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Ya iş üzrə təkrar ekspertiza təyin edilib, ekspertlərə gəldikləri nəticəni əsaslandırmaları həvalə edilməli, ya da həmin ekspertlər məhkəmə iclasına dəvət edilib izahatları alınmalıdır. Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. MPMnin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından ekspert rəyi əsaslandırılmalı, rəydə ekspertin apardığı tədqiqatların müfəssəl təsviri öz əksini tapmalı və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməli idi. Lakin ekspertlər tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, gəlinən nəticə əsaslandırılmamış, müfəssəl tədqiqat aparılmamışdır. Buna görə də hesab edirəm ki, həmin Rəy sübut növü kimi nəzərə alınmamalıdır. “Google” axtarış sistemi vasitəsilə “aorta anevrizması” haqqında apardığım araşdırmanını nəticəsinə görə, bütün platformalarda həmin xəstəliyin insanın özünün xəbəri olmadan uzun müddət ərzində inkişaf etməsi nəticəsində aortanın partlaması kimi biruzə verməsi ilə nəticələndiyi göstərilmişdir. Həmin materialları işə əlavə etmişəm. Başqa sözlə, materiallarla da tanış olduqdan sonra aydın olur ki, həmin aorta damarının partlaması (cırılması) üçün hər hansı şəraitin yaranmasına ehtiyac yoxdur, damar uzun illər ərzində müxtəlif səbəblərdən (yaş, hipertenziya, irsi xəstliklər və s) genişlənir, nazikləşir və cırılır. Əgər xəstədə bu hal vaxtında aşkarlansa, ağırlaşmalara səbəb olmadan aradan qaldırıla bilər, əks halda xəstəyə açıq ürək əməliyyatı edilir. Göründüyü kimi, iddiaçının xəstəliyinin istehsalatla heç bir əlaqəsi yoxdur. Üçüncü şəxs göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsiniə əsasən,

- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə münasibətdə göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır.

Tədqiq edilmiş sənədlər:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1972-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İddiaçı ünvanladığı 14 yanvar 2022-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, müraciətlərinizdə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-nin 3 saylı Neft qazçıxarma sahəsində iş vaxtı səhhətinizin pozulması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması və köməklik göstərilməsini xahiş etmisiniz; araşdırma zamanı əlavə məlumatların əldə edilməsi üçün aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildiyindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci bəndinə əsasən müraciətlərə baxılması 30 (otuz) üş günü müddətinə uzadılmışdır. “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İddiaçı ünvanladığı 28 yanvar 2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, müraciətlə bağlı aparılmış araşdırma zamanı “Azneft” İB-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda xx.xx.2020-ci il tarixdə iş qrafiklə uyğun olaraq 1120 saylı dəniz özülünə işə getdiyiniz, xx.xx.2020-ci il tarixdə saat 20-00 dadələrində şam yeməyindən sonra telefonla daçışmaq üçün yeməkxana evçiyinin dəhlizinə keçdiyiniz, bir müddət sonra dəhlizdən səs eşidən iş yoldaşları Sizi huşsuz vəziyyətdə döşəmədə uzanıqlı vəziyyətdə gördükləri qeyd edilmişdir. Eyni zamanda həmin mətubda xx.xx.2020-ci il tarixdə gəmi vasitəsilə sahilə çıxarıldığınız, çagırılmış təcili və təxirəsalanmaz tibbi yardım stansiyasının həkimi tərəfindən müayinə olunduğunuz, “ÜİX.kəskin koronar sindrom diaqnozu qoyulduğu , tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə aparıldığı göstərilmişdir. Səhhətinizin pozulması halının əmələ gəlmə səbəbi və istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması barədə tibbi rəyin verilməsi məqsədi ilə müalicə olunduğu “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə müraciət olunmuş, təqdim olunmuş xx.xx.2022-ci il tarixli 41/02/31 nömrəli məktubda “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatmamazlığı. Aortanın koarktasiyası (preduktal) (postduktal). İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla. Əvvəllər keçirilən miokard infarktı” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəxanada müalicə olunduğu qeyd edilmiş, həmin diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması göstərilməmişdir... Qeyd edilən səbəblərlə bağlı olaraq iddiaçının səhhətinin pozulması halının istehsalatda əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəliyinin təyin edilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan V.Y.Axundov adına Elmi X10 İnstitutunun səlahiyyətləinə aid oluğundan İddiaçı təyin olunmuş diaqnozların peşəsi ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün aidiyəti üzrə həmin İnstituta müraciət edilməsi tövsiyyə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İddiaçı ünvanladığı 21 iyun 2023-cü il tarixli, 3-17-5/2-Ə-22719/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunverciliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan (X14 Xidməti) bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətlərinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. V.Y.Axundov adına X22 X5 Hacəli Əbdüləli oğluna ünvanlanmış 18 aprel 2022-ci il tarixli, 59/2 nömrəli məktubunda, İddiaçı əvvəllər keçirilən “miokard infarktı” və onun fəsadlarından hesab edilən “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatışmazlığı.” diaqnozlarının yaranmasına səbəb ola biləcək hansı əmək şəraiti ilə, yəni əmək prosesində streslə, bədbəxt hadisə və fövqəladə vəziyyətlə bağlı olmasını təsdiq edən sənədlərin yoxluğu, digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin sonuncu abzasına əsasən infarkt, insult əmək şəraiti ilə bağlı olduğu halda təhqiqinin aparılması, həmçinin göstərilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nda öz əksini tapmamasının bu xəstəliklərin peşə xəstəliyi kimi qiymətləndirilməsinə imkan vermədiyi qeyd olunmuşdur. İş materiallarına iddiaçının ИТ-İ № ******* nömrəli əmək kitabçası, iddiaçının “Azneft” İB-nə və X14 Xidmətinə müraciətləri, “Azneft” İB-nin və X14 Xidmətinin iddiaçıya cavab məktubları, ambulator kartdan çıxarış, Akad.C.Abdullayev adına X1 xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli iddiaçıya aid müayinə nəticələri, Mərkəzi Klinika tərəfindən verilmiş Maqnit rezonans tomoqrafiya müayinəsinin protokolu, Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış, İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrini İdarəetmə Birliyi “V.Y.Axundov adına X3 İnstitutu”publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış 18 aprel 2022-ci il tarixli, 59/2 nömrəli məktubun surəti, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi 736/KES nömrəli, xx.xx.2023-cü il tarixli və 143/KES nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyləri, Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-431/2023 nömrəli, xx.xx.2023cü il tarixli Qərardadı əlavə edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir:

10. Azərbaycan Respublikası Konstitusiyasına əsasən

- 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV.Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

11. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən:

-15.1. Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. -15.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. - 15.3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın hüquqları, vəzifələri və fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzim edilir. -15.4. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. -15.5. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. - 15.6. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarlarından və göstərişlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. - 212. 1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. -212.2. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin istehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir. - 217.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. - 217.3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. - 217.4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. - 217.5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.

12. Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Qaydaları” na əsasən:

- 1.1. Bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. - 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. - 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. - 1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; - 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X14 Xidməti həyata keçirir. - 1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. - 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X14 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X14 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. - 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. - 2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli, 24/2 nömrəli Qərarı təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatı”na əsasən:

- 1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci yarımbəndini rəhbər tutaraq, “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarına əsasən hazırlanmışdır və işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının (bundan sonra - siyahı) tətbiqi qaydalarını müəyyən edir. - 4. Peşə xəstəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra nazirlik) V.Y.Axundov adına X3 İnstitutu tərəfindən təyin edilir. - 11. Peşə xəstəliyi üzrə orqanizmin funksiyalarının pozulması və peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılır.

14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti haqqında Əsasnaməsinə əsasən,

- 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

15. İşin müəyyən edilmiş hallardan görünür ki, iddiaçı xx.xx.1995-ci ildə “Abşeron” NQÇİ 3 saylı sexə neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2020-ci ildə tarixdə iş yerində döşəməyə yıxılmış, onu gəmi ilə “Dübəndi” Neft Terminalı limanına çıxarmış və Pirallahi rayonunun 18 saylı TTYS-nın həkimləri tərəfindən “UİX kəskin koronar sindrom“ diaqnoz qoyularaq tibbi yardım göstərilmişdir. “Bakı Sağlamlıq Mərkəzi”ndə “aortanın döş hissəsinin cırılmış anevrizması” diaqnozu qoyulmuş və həmin sağlamlıq mərkəzində açıq ürək əməliyyat keçirmişdir. İddiaçı işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqatın aparılması barədə cavabdehə müraciət etsə də, cavabdeh inzibati tərəfindən müvafiq təhqiqatın aparılmasından imtina edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti iddiaçının müraciəti əsasında müvafiq araşdırma aparmış və nəticədə toplanmış sübutlar əsasında xx.xx.2020-ci il tarixli hadisəni istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanımamışdır.. Məhkəmə qeyd etməyi zəruri hesab edir kİ, hadisənin məhz istehsalatda baş verməsi iddiaçıya tibbi yardım göstərilməsi ilə bağlı tərtib edilmiş sənədlərdə öz təsdiqini tapmır.

17. İstehsalatda bədbəxt hadisə nəticəsində işçinin aldığı xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin sonuncu abzasına əsasən, işçilərin sağlamlığının pozulması tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı təhqiq edilir.

19. İddiaçının müraciətinə baxılması ilə bağlı inzibati icraat çərçivəsində cavabdehə müvafiq tibbi müəssisələr tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar, həmçinin iddiaçının təqdim etdiyi sənədlər, onun sağlamlığının xx.xx.2020-ci il tarixdə istehsalatda əmək şəraiti ilə əlaqədar pozulması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iddiaçının sağlamlığının pozulması halının istehsalatla əlaqəliliyini müəyyən edən tibbi rəy mövcud deyil.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun

- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

21. Məhkəmə tərəfindən iddiaçının müraciətinə imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

- 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinə qarşı üçüncü şəxs qismində Dövlət Neft Şirkəti “Azneft” İB-i cəlb edilməklə “işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

24. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar