Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11631/2024 11.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması və avtonəqliyyat vasitəsinin rəsmiləşdirilməsi” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X6 Rover” markalı, SALGS2VF6GA251619 ban nömrəli nəqliyyat vasitəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması və həmin avtonəqliyyat vasitəsinin onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “X6 ROVER" markalı, SALGS2VF6GA251619 ban nömrəli nəqliyyat vasitəsinə aid bütün sənədlərin itməsi ilə əlaqədar olaraq həmin avtonəqliyyat vasitəsinin adına rəsmiləşdirilməsi ilə bağlı cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli, 3-xx-xx-111177/2024 saylı cavab məktubunda ərizəsi təmin olunmamış və bildirilmişdir ki, “X6 ROVER” markalı, SALGS2VF6GA251619 ban nömrəli nəqliyyat vasitəsinə aid bütün sənədlərin itməsi səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair Baş X5i İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkündür. Onun ərizəsinin təmin olunmaması ilə bağlı cavabdeh orqanın imtinası əsassız hesab edilməli və həmin avtonəqliyyat vasitəsinə dair Qeydiyyat-İmtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi həmin orqana həvalə edilməlidir. Belə ki, imtina məktubundan da göründüyü kimi cavabdeh tərəfindən verilmiş imtina məktubunda ərizəsinin təmin olunmamasının yeganə əsası kimi nəqliyyat vasitəsinə aid bütün sənədlərin itməsi qeyd olunmuşdur. Lakin cavabdeh orqanın belə bir əsasla ərizəsini təmin etməkdən imtina etməsi tamamilə əsassız və qanunsuzdur. İddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərdən də göründüyü kimi, avtonəqliyyat vasitəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar bütün zəruri sənədlər cavabdeh orqana təqdim edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş və Azərbaycan Respublikası DGK AMÜBGİ-i tərəfindən Qeydiyyat-İmtahan İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli , 3-3300/2-00513/20 saylı rəsmi məktubdan görünür ki, ona məxsus Amerikadan gətirilmiş 2015-ci il buraxılışlı, şassi SALGS2VF6GA251619 olan “X6 ROVER” markalı minik avtomobili xx.xx.2023-cü il tarixdə həmin İdarə tərəfindən **********75808 saylı gömrük bəyənnaməsi tərtib edilməklə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə olunmuş və AR DGKMGEİ-nin İnspeksiya xidməti orqanı tərəfindən həmin avtonəqliyyat vasitəsinə dair ona verilmiş xx.xx.55158.23 saylı xx.xx.2023-cü il tarixli texniki eyniləşdirmə şəhadətnaməsindən də göründüyü kimi Kateqoriya Ml-8703, Benzin mühərrikli 2995 sm 3, zavod buraxılış tarixi xx.xx.2015 olan VİN: SALGS2VF6GA251619, “X6 ROVER’* AZS ***- **** Ekoloji sinif 5 normativ sənədlərin tələbinə uyğundur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş digər gömrük bəyannamələrində də sözügedən avtonəqliyyat vasitəsinin ona məxsus olması tam təsdiqini tapmışdır. Beləliklə cavabdeh orqan onu qanuni ərizəsini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-16/2-111177/2024 xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, "X6 ROVER" markalı SALGS2VF6GA251619 ban nömrəli nəqliyyat vəsitəsinə aid bütün sənədlərin itməsi səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X5i İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə ünvanlanmış 3-33-3300/2-000513/20 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Mirzahim oğlunun Amerikadan gətirdiyi 2015-ci il buraxılışlı, şassi SALGS2VF6GA251619 olan “X6 ROVER” markalı minik avtomobili xx.xx.2023-cü il tarixdə tərəfindən **********5808 saylı gömrük bəyannaməsi tərtib edilməklə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında rəsmiləşdirilmişdir. **********5808 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 870323 9080, 31-ci qrafasında “minik avtomobili: X6 Rover (Benzin), istehsal tarixi xx.xx.2015, mühərrik həcmi 2995 sm kub.m, şassi/ban № SALGS2VF6GA251619”, 22-ci qrafasında ümumi invoys dəyəri 24450,00 Dollar olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən təqdim edilmiş xx.xx.55158.23 saylı xx.xx.2023-cü il tarixli texniki eyniləşdirmə şəhadətnaməsindən görünür ki, sifarişçi İddiaçı, İstehsalşı X1, Kateqoriya M1-8703, benzin mühərrikli, 2995 sm3, zavod buraxılış tarixi xx.xx.2015-ci il olan VİN:SALGS2VF6GA251619, X6 ROVER AZS ***-**** Ekoloji sinif 5 normativ sənədlərin tələbinə uyğundur. Hesab faktura, nəqliyyat vasitəsinin texniki pasportu və şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-13-25/2-9079/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İnterpolun Baş Katibliyindən alınan məlumata görə, VİN: SALGS2VF6GA251619 olan, “X6 ROVER” markalı avtomobilim axtarışda olması barədə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-33-3300/2-000674/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə 2015-ci il buraxılışlı, şassi SALGS2VF6GA251619 olan “X6 Rover” markalı nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı elektron qaydada təqdim olunmuş təsdiqedici sənədlər təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) Məhkəmə iddiaçının Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla idxal etdiyi nəqliyyat vasitəsinə hüquqlarının qeydə alınması üçün “qanuni gözləntisi” olduğunu müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”dən: 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər 1.4. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: 4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində; 5) Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar. 1.8. Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-11631/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11631/2024
11.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver