Məhkəmə qərarları › İş №2-1(112)-11632/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11632/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11632/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Qadraş oğlunun və nümayəndəsi (vəkili) Vəkil Şəmsəddin oğlunun, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin nümayəndəsi X3 və X5 (sonuncu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təmsil etdiyindən həm də rayon idarələrini təmsil etməyə səlahiyyətlidir), Üçüncü şəxs Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Qadraş oğlunun cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinə (üçüncü şəxs Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyi) qarşı “çağırışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Qadraş oğlu iddia tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nəsimi rayon İdarəsinin iddiaçı barəsində qəbul etdiyi şəhadətləndirmənin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini İddiaçı Qadraş oğlunun xx.xx.2025-ci il tarixdə hərbi xidmətə çağırışının ləğv edilməsi kimi dəyişdirmişdir.

3. Eyni zamanda maraqlı şəxs məhkəməyə hazırkı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə müraciət edərək əsas iddia tələbi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər hərbi xidmətə aparılmanın cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmış, daha sonra hərbi xidmətə çağırış üzrə keçirilən müayinələr zamanı xx.xx.2018-ci il tarixli Nəsimi rayon Hərbi Həkim Komisiyyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 68c-80c maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişəm, daha sonra xx.xx.2022-ci il tarixdə keçirilmiş təkrar müayinə zamanı isə xəstəliklər cədvəlinin İ qrafasının 68b-80c maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib. Nəsimi İdarəsi tərəfindən verilmiş göndəriş əsasında 21 fevral 2025-ci il tarixdə X12 keçirilmiş tibbi müayinə zamanı anadangəlmə hər iki ayaqda üçüncü dərəcə yastıayaqlıq diaqnozu qoyulmuş, daha sonra mən bu diqanoz olmasına baxmayaraq təkrar tərəfindən keçirilən müayinəyə cəlb edilmişəm bundan sonra isə mənim şəhadətləndirməmim həyata keçirilməsi üçün müayinə nəticələri aidiyyəti üzrə birinci cavabdehə göndərilmiş bundan sonra mən həmin qərarı ala bilməsəm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Xəttinə zəng edərək məlumat alıb barəmdə olan diaqnozun dəyişdirildiyini öyrəndikdən sonra bu barədə Apellyasiya Şurasına müraciət edərək barəmdə yenidən qiymətləndirmə aparmalarını tələb etdim bu dəfə isə hər hansı fiziki müayinə aparmadan sənədlər əsasında müayinə apararaq mənim diqanozumun dəyişdirilməsinə dair müayinənin nəticəsinin şəhadətləndirilməyim üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə göndərilməsi qeyd edilmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininrəsmi məktubu 24 may 2025-ci il tarixdə tərəfimdən qəbul edilmiş, bu məktub gələnə kimi isə artıq cavabdeh tərəfindən mənə çağırış vərəqəsi təqdim edilmişdir. Hesab edir ki, keçirilmiş tibbi müayinə nəticəsində qəbul edilmiş qərarlar tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ilk müayinələrin keçirilməsi zamanı qarşılaşdığım qərəzli münasibət və haqqımda olan tibbi müayinənin nəticəsi ilə razı olmadığım üçün 2-ci cavabdehin ilkin tibbi müayinəsindən narazı qalıb Apellyasiya Şurasına müraciət edən zaman artıq mən özəl tibb mərkəzlərində (Lanset və Mərcan ) də tibbi yoxlanışdan keçmişdim. 2-ci cavabdehin 15 may 2025-ci il tarixli məktubunu aldıqdan sonra isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Elmi Tədqiqat Travmatologiya və X7 Hüquqi Şəxsində müayinə olunana zaman mənə X12 müayinə zamanı qoyulmuş diqanoz təkrar qoyulmuşdur. Qeyd edim ki, 2 özəl tibb mərkəzi və X16 tərəfindən verilmiş cavablar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş cavab ilə ziddiyyət təşkil etməkdədir. Belə ki, özəl tibb mərkəzlərində aparılmış müayinənəticəsində qoyulmuş diqanoz və X14 qoymuş olduğu hər iki pəncənin İİİ dərəcəli yastıpəncəlik hər iki dirsək oynağının rekurvasiya əlamətləri diqanozu ilə üst-üstə düşməsinə baxmayaraq anlaşılmaz şəkildə bu diqanozun əksi Agentlik tərəfindən aparılmış müayinə nəticəsində müəyyən edilməkdədir. Qeyd edir ki, şəhadətləndirm haqqında və hərbi xidmətə yararlı hesab edilməyim barədə qərar mənə təqdim edilməmədiyi üçün hazırda həmin qərarı məhkəməyə təqdim edə bilmirəm, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cavab məktubunu təqdim edirəm. Təqdim etdiyim arayışlardan görüü ki, hər iki ayaqda İİİ dərəcəli yastıyaqlıhq (pes planus), plantar rekurvasiya (ayaq altı qövslərinin çöküklüyü), dirsək oynaqlarında valgus defekti müşahidə edilir. Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında əksini tapmışdır ki, (Maddə 68) Bu maddə ayağın qazanılmış təsbit olunmuş deformasiyalarını nəzərdə tutur. «Xəstəliklər cədvəli»nin İ — İİİ qrafalarına əsasən çalovabənzər ayaqla şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyasını təyin edərkən nəzərə almaq lazımdır ki, dayaq yükü verilməklə səth üzərinə düzgün qoyulmuş ayaqda boylama tağların yüksəlməsi çox vaxt normanın variantı olur. Ayağın arxa hissəsinin supinasiyası, ön hissəsinin pronasiyası şəklində deformasiyası olduqda, hündür daxili və xarici tağları olan (kəskin burulmuş ayaq adlanan) ayaq çalovabənzər ayaq hesab edilir. Bu zaman ayağın ön hissəsi yastılaşmış, enlənmiş və bir qədər içəri çevrilmiş olur, orta ayaq darağı sümüklərinin başcıqları altında yastılanmalar və ya çəkicəbənzər deformasiyalar var. Funksional pozulmalar daha çox bütün ayağın və ya onun elementlərinin içəriyə və ya bayıra rotasiyası şəklində deformasiyalarının yanaşı gedən eversion-inversion komponentəri olduğu zaman baş verir. «a» bəndinə qəbul edilmiş hərbi nümunəli ayaqqabıdan istifadə edilməsi mümkün olmayan at, daban, varus, çalovabənzər, yastı-valqus, ekvino-varus ayaqlar və ayaqların digər travma və ya xəstəlik nəticəsində qazanılmış kəskin ifadə olunmuş dönməz əyrilikləri aiddir. «b» bəndinə aşağıdakılar aiddir: mühüm dərəcədə ifadə olunmuş ağrı sindromu, ekzostozlar, barmaqların kontrakturası və ayağın orta hissəsinin oynaqlarında artrozun olması ilə İİİ dərəcəli boylama və ya İİİ — İV dərəcəli köndələn yastıayaqlılıq; ayağın bir hissəsinin hər hansı səviyyədə olmaması və ya bütün barmaqlarının olmaması; hər iki ayaqda bütün barmaqların caynaqvari, yaxud çəkicəbənzər deformasiyalarla davamlı kombinə olunmuş kontrakturası; ağrı sindromu və aşıqaltı oynaqda İİ mərhələ artrozla Beler bucağının mənfi 10 dərəcədən çox azalması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası. Dekompensasiya, yaxud subkompensasiya olunmuş boylama yastıayaqlılıqda ayaq nahiyəsində ağrılar ayaq üstündə durduqda yaranır və adətən, axşama doğru onlar pastozlaşanda güclənirlər. Zahirən ayaq pronasiya olunmuş, orta hissədə uzanmış və enlənmiş, boylama tağ enmiş olur, qayığabənzər sümük ayağın medial kənarında dəridən aydın təsvir olunur, daban valqus vəziyyətində olur. «c» bəndinə aşağıdakılar aiddir: cüzi ağrı sindromu və statikanın pozulması ilə müşayiət olunan, təyin edilmiş hərbi nümunəli ayaqqabı gəzdirilməsinin uyğunlaşdırılması mümkün olan ayağın mülayim dərəcədə ifadə olunmuş deformasiyaları; daban sümüyünün valqus əyriliyi olmadan və ayağın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozu olmadan İİİ dərəcəli boylama yastıayaqlılıq; ayağın orta hissəsi oynaqlarının İİ mərhələ deformasiyaedici osteoartrozu ilə İİ dərəcəli köndələn və ya boylama yastıayaqlılıq; ayaqaltı bükmə hərəkətinin 10 dərəcədən az və ayaqarxası bükmə hərəkətinin 20 dərəcədən az həddə məhdudlaşması ilə müşayiət olunan birinci ayaqdarağı sümüyünün İİİ mərhələ deformasiyaedici osteoartrozu; Beler bucağının 0-dan mənfi 10 dərəcəyədək azalması və aşıqaltı oynaqda artrozun olması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası. «ç» bəndinə barmaqların kontrakturası olmadan və ekzostozlarsız ayağın orta hissəsi oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan İ və ya İİ dərəcəli köndələn, yaxud boylama yastıayaqhhq aiddir. Barmağın ayaqdarağı-falanqa oynağı səviyyəsində olmaması, habelə barmağın tam kontrakturası və ya hərəkətsizliyi ayaqda barmağın olmaması kimi hesab edilir. Boylama yastıayaqhhq və daban sümüyünün çəkicəbənzər deformasiyası ayaq üstündə yük altında profil rentgenoqramlanna görə qiymətləndirilir. Boylama tağın bucağı və hündürlüyü rentgenoqramlarda üçbucaq qurulması yolu ilə təyin edilir. Normada tağın bucağı 125 — 130 dərəcəyə, tağın hündürlüyü 39 mm-ə bərabərdir. İ dərəcəli yastıayaqlılıqda: boylama içəri ayaqaltı tağın bucağı 131 — 140 dərəcə, tağın hündürlüyü 35 — 25 mm-dir; İİ dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 141 — 155 dərəcə, tağın hündürlüyü 24 — 17 mm-dir; İİİ dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır. Daban sümüyünün posttravmatik deformasiyasının dərəcəsini təyin etmək üçün biri aşıqaltı sümüyün ön bucağının ən hündür nöqtəsini və arxa oynaq fasetinin zirvəsini birləşdirən, digəri daban sümüyü qabarının yuxarı səthi boyunca keçən iki xəttin kəsişməsindən yaranan Beler bucağını (daban sümüyü qabarının oynaq hissəsinin bucağını) hesablayırlar. Bu bucaq normada 20 — 40 dərəcə təşkil edir. Onun kiçilməsi, adətən posttravmatik yastıayaqlılıqda müşahidə olunur. Aşıqaltı oynağın vəziyyətinin qiymətləndirilməsi üçün ən informativ müayinə, onun daban sümüyünün arxa oynaq fasetinə perpendikulyar olan tac müstəvidə yerinə yetirilmiş kompüter tomoqrafıyasıdır. Köndələn yastıayaqhhq ayağın ön və orta hissələrinin düz proyeksiyada, yük altında çəkilmiş rentgenoqramlanna görə qiymətləndirilir. Köndələn yastıayaqlıhğm dərəcələrinin təyin edilməsinin etibarlı meyarları birinci ayaqdarağı sümüyünün və birinci barmağın uzaqlaşma bucağının göstəriciləridir. Rentgenoqramlarda İ — İİ ayaqdarağı sümüklərinin boylama oxlanna və İ barmağın əsas falanqasına uyğun üç düz xətt çəkilir. İ dərəcəli deformasiyada İ — İİ ayaqdarağı sümükləri arasındakı bucaq 10 — 12 dərəcə, İ barmağın uzaqlaşma bucağı isə 15 — 20 dərəcə təşkil edir. İİ dərəcəli deformasiyada bu bucaqlar müvafiq olaraq 15 və 30 dərəcəyədək, İİİ dərəcəli deformasiyada müvafiq olaraq 20 və 40 dərəcəyədək böyüyürlər, İV dərəcəli deformasiyada isə 20 və 40 dərəcəni keçmiş olurlar. Ayaq oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu rentgenoloji olaraq, oynaq yarığının 50%-dən az daralması və oynaq yanğı kənarından 1 mm-i keçməyən kənari sümük artımlan ilə xarakterizə olunur. İİ mərhələ artroz oynaq yarığının 50%-dən artıq daralması və oynaq yarığı kənarından 1 mm-dən artıq kənari sümük artımları ilə, oynaqda birləşmiş sümüklərin oynaq uclarının deformasiyası və subxondral osteosklerozu ilə xarakterizə olunur. İİİ mərhələ artrozda oynaq yarığı rentgenoloji olaraq təyin edilmir, nəzərə çarpan kənari sümük artımları, oynaqda birləşmiş sümüklərin oynaq uclarının kobud deformasiyası və subxondral osteosklerozu olur. Ayağın orta hissəsinin oynaqlarında artroz olmayan, barmaqların kontrakturaları və ekzostozları olmayan İ və ya İİ dərəcəli boylama yastıayaqhhq, habelə İ dərəcəli köndələn yastıayaqhhq bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur. Qeyd edək ki, Qərarın 80-ci bəndində qeyd edilir ki, Bu maddə anadangəlmə inkişaf qüsurlarının müalicəsinin mümkün olmadığı hallarda, müalicədən imtina edildikdə və ya onun nəticələri qeyri-qənaətbəxş olduqda tətbiq edilir, «a» bəndinə aşağıdakılar aiddir: ürək çatışmazlığının olub-olmamasından asılı olmayaraq, kombinə olunmuş və ya müştərək anadangəlmə ürək qüsurları; İİ — İV FS ürək çatışmazlığı ilə müşayiət olunan təcrid olunmuş anadangəlmə ürək qüsurları; İİİ dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının anadangəlmə inkişaf qüsurları; qulaq seyvanının anadangəlmə olmaması, damağın və dodağın anadangəlmə yarıqları, həzm orqanlarının digər anadangəlmə anomaliyaları, mühüm dərəcədə ifadə olunmuş kliniki təzahürlərlə və funksiyaların kəskin pozulması ilə; döş qəfəsinin kəskin deformasiyası (qabırğa donqarı və s.) və restriktiv tip üzrə İİİ dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan onurğanın anadangəlmə təsbit olunmuş əyrilikləri (skoliozlar və s.); osteoskleroz (osteopetroz, mərmər xəstəliyi); dərəcəsindən asılı olmayaraq, bir böyrəyin funksiyasının pozulması ilə digər böyrəyin və ya onun funksiyasının olmaması; ifrazat funksiyasının mühüm dərəcədə pozulması və ya xroniki böyrək çatışmazlığı ilə böyrəklərin polikistozu; vazorenal arterial hipertenziya və böyrək qanaxmaları ilə müşayiət olunan böyrək damarlarının anomaliyaları (anqioqrafıya məlumatları ilə təsdiq olunmuş); cinsiyyət orqanlarının anomaliyaları (cinsiyyət üzvünün olmaması, uşaqlıq yolunun atreziyası); ətrafın 8 sm-dən artıq qısalması ilə sümüklərin deformasiyası; ətrafın seqmentinin olmaması; bud sümüklərinin içəri kondiluslannın çıxıntıları arasındakı məsafə 20 sm-dən artıq olduqda, qıçların O-şəkilli əyriliyi və ya baldırların içəri topuqları arasındakı məsafə 15 sm-dən artıq olduqda, qıçların X-şəkilli əyriliyi («Xəstəliklər cədvəli»nin İİİ qrafası üzrə şəhadətləndirilənlər üçün «b» bəndi tətbiq edilir); funksiyaların mühüm dərəcədə pozulması ilə sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları, xəstəlikləri və deformasiyaları; anadangəlmə ixtioz, ixtioz formalı eritrodermiya. «b» bəndinə aşağıdakılar aiddir: İ FS ürək çatışmazlığı ilə anadangəlmə ürək qüsurları; botal axacığının bitişməməsi; mədəciklərarası arakəsmənin defekti; döş qəfəsinin deformasiyası və restriktiv tip üzrə İİ dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan onurğanın anadangəlmə təsbit olunmuş əyrilikləri (skoliozlar və digər); böyrəklərin polikistozu; ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə müşayiət olunan böyrəklərin displaziyalan, böyrəklərin və onların elementlərinin ikiləşməsi, nalabənzər böyrək, sidik axarlarının və ya sidik kisəsinin anomaliyaları; xayalıq, yaxud aralıq hipospadiyası; ətrafın 5 sm-dən 8 sm-ə qədər qısalması ilə sümüklərin deformasiyası; bud sümüklərinin içəri kondiluslan arasındakı məsafə 12 sm-dən 20 sm-dək olduqda, qıçların O-şəkilli əyriliyi və ya baldırların içəri topuqları arasındakı məsafə 12 sm-dən 15 sm-dək olduqda, qıçların X-şəkilli əyriliyi; funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları və deformasiyaları; resessiv ixtioz (qara və qaralan); dövri xəstəlik. «c» bəndinə aşağıdakılar aiddir: ürək çatışmazlığı olmayan anadangəlmə ürək qüsurları; ikitərəfli mikrotiya; ətrafın 2 sm-dən 5 sm-dək qısalması ilə sümüklərin deformasiyası; funksiyaların cüzi dərəcədə pozulması ilə müşayiət olunan sümüklərin, oynaqların, vətərlərin, əzələlərin digər inkişaf qüsurları və deformasiyaları; funksiyaların cüzi dərəcədə pozulması ilə böyrəklərin tək-tək solitar kistaları; cinsiyyət üzvünün kökündən ortasına qədər sidik kanalının fistulu; xayaların qasıq kanallarında və ya onların xarici dəliklərində ilişib qalması (ləngiməsi); bir xayanın qarın boşluğunda ləngiməsi; büzdümün bir neçə dəfə (3 dəfə və çox) radikal cərrahi müalicədən sonrakı residivləşən dermoid kistaları; dominant (sadə) ixtioz; ovucların, əllərin funksiyasını pozan, habelə ayaqların altının yerişi və standart ayaqqabı gəzdirilməsini çətinləşdirən irsi keratodermiyaları. «ç» bəndinə aşağıdakılar aiddir: birtərəfli mikrotiya; funksiyaların pozulması olmayan böyrəklərin anadangəlmə anomaliyaları; bir xayanın qasıq kanalında və ya onun xarici dəliyində ləngiməsi; qolun 5 sm-dək, qıçın 2 sm-dək qısalması ilə sümüklərin deformasiyaları. Hemolitik anemiyalarla (mikrosferositoz və s.) və eritrosit membranının anomaliyaları, hüceyrədaxili enzimlərin çatışmazlığı, hemoqlobinopatiyalarla bağlı hemolitik anemiyalarla şəhadətləndirilmə qanyaradıcı sistemin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «a», «b» və ya «c» bəndləri üzrə keçirilir. Qanyaradıcı sistemin funksiyalarının pozulması olmayan hallarda (eritrosit fermentlərinin çatışmazlığı və s.) «ç» bəndi tətbiq edilir. Beşinci bel fəqərəsinin sakralizasiyası və ya birinci oma fəqərəsinin lümbalizasiyası, göstərilən fəqərələrin qövslərinin bitişməməsi, tac şırımı səviyyəsində hipospadiya, döş qəfəsinin İ dərəcəli (2 sm-dən artıq olmayaraq) deformasiyası bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur. Sinir sisteminin anadangəlmə qüsurları olan şəxslər «Xəstəliklər cədvəli»nin 23-cü maddəsi üzrə, ruhi pozuntuları olanlar isə qüsurun xarakterinə uyğun olaraq «Xəstəliklər cədvəli»nin 14-cü və ya 20-ci maddəsi üzrə şəhadətləndirilirlər. Əlin və ya ayağın anadangəlmə qüsurları olan şəxslər funksiyaların pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin 67-ci və ya 68-ci maddələrinin müvafiq bəndləri üzrə şəhadətləndirilirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentiyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki,Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni aparmaq səlahiyyəti Agentliyə həvalə edilmişdir. Aparılmış əyani tibbi müayinə nəticəsində “Funksiya pozulması olmayan hər iki ayağın osteoartrozla müşayiət olunmayan ikinci dərəcəli boylama yastıayaqlılığı“ və “Funksiya pozulması olmayan yuxarı ətrafların rekurvasiyası” diaqnozları təyin edilmişdir. Müəyyən olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında şəxsin həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş və nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsinə dair qərar qəbul edilmişdir. Yekun tibbi müayinə nəticəsində qəbul edilmiş qərar Sizin şəhadətləndirilməniz üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarına uyğun olaraq Nazirlik tərəfindən yaradılan Apellyasiya Şurasına və ya məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Həqiqi Hərbi Xidmətə X6 X8 əsasən İddiaçı Qardağ oğluna münasibətdə dair aşağıdakı diaqnozlar müəyyən edilmişdir: 1) Xəstəlik – Yastı pəncə (XBT kodu: M21.4) – DTSERA-da aparılan klinik, instrumental (Rentgen: Sağ: L=188.3 mm, H=17.9 mm, α=158.9; Sol: L=187.5 mm, H=18.6 mm, α=157.4 müşahidə edildi. Aşıq qayıqvari oynaqlarda osteoartroz izlənilmir) müayinələrə, qəbul həkiminin rəyinə əsasən “Funksiya pozulması olmayan hər iki ayağın osteoartrozla müşayiət olunmayan ikinci dərəcəli boylama yastıayaqlılığı” diaqnozu təyin olunur. Maddə tətbiqinə əsas yoxdur. – Yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir. 2) Xəstəlik – dəqiqləşdirilmiş digər andangəlmə sümük-əzələ deformasiyaları Anadangəlmə, deformasiya, körpücüyün, dirsəyin, saidin, kürəyin, çıxıq, dirsəyin, bazunun (XBT kodu: Q68.8) – DTSERA-da aparılan klinik müayinələrə, qəbul həkiminin rəyinə (Hər iki dirsək oynağında 15 dərəcə rekurvasiya qeyd edilir. Yuxarı ətrafların əzələ inkişafı normaldır) əsasən “Funksiya pozulması olmayan yuxarı ətrafların rekurvasiyası” diaqnozu təyin olunur. Maddə 72. Bənd ç. Kateqoriya A-3

5. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə ərizənin təmin edilməsini xahiş etdilər.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi Agentlik tərəfindən verilmiş rəyə hər hansı müdaxilə edə bilmir. Odur ki, cavabdeh orqan Agentlik tərəfindən verilmiş rəy əsasında iddiaçıya müddətli həqiqi hərbi xidmətə çağırılma barədə çağırış vərəqəsi göndərmişdir. Əlavə olaraq bildirdi ki, hazırkı iddia tələbinə cavab verməli qurum məhz DTSERA-dır. Belə ki, müvafiq Fərmana əsasən yekun tibbi rəy həmin qurum tərəfindən verildiyindən təmsil etdiyi qurum həmin rəyə müdaxilə etmir.

7. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, X9 münasibətdə qiymətləndirilən ilkin diaqnoz yastıpəncəlilikdir. Müvafiq diaqnoz heç bir kateqoriya üzrə təsdiqlənməmişdir. X9 münasibətdə qiymətləndirilən digər diaqnoz dəqiqləşdirilmiş digər anadangəlmə sümük-əzələ deformasiyalarıdır. Müvafiq diaqnoz A-3 kateqoriyasına uyğun hesab edilmişdir. Belə ki, şəxs sıradankənar hərbi xidmətə yararlıdır, yəni şəxs hərbi xidmətə yararlı hesab edilməklə fiziki ağırlıqlı işlərdən azad ediləcəkdir. Əlavə olaraq bildirdi ki, hazırkı iddia tələbinə cavab verməli qurum məhz DTSERA-dır. Belə ki, müvafiq Fərmana əsasən yekun tibbi rəy həmin qurum tərəfindən verilir.

II. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

10. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

11. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu: 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. 23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: 23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;

12. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2317 nömrəli Fərmanı:

1. 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

13. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının hüquqi marağını ifadə etmir, odur ki, iddia mümkünlük şərtini ödəmir.

14. Belə ki, iddia tələbi İddiaçı xx.xx.2025-ci il tarixdə hərbi xidmətə çağırışın ləğvi kimi ifadə edilmişdir.

15. İddiaçı sıradankənar həqiqi hərbi xidmətə yararlı kimi şəhadətləndirilmişdir.

16. İddiaçının və onun vəkilinin, eləcə də üçüncü şəxsin nümayəndəsinin iştirakı ilə keçirilən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının diqqətinə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15.2-ci maddəsini çatdıraraq iddia tələbini həmin bəndə əsasən qəbul edilməli qərarlardan birini göstərilməklə dəqiqləşdirilməsini bir neçə dəfə təklif etmiş, iddiaçının vəkilinin vəsatətinə əsasən iddia tələbinin növbəti məhkəmə iclasında dəqiqləşdirilməsi məqsədilə iddiaçının cavabdeh quruma “dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında” qərarın qəbulu ilə bağlı müraciətinin olması məsələsinə aydınlıq gətirilməsi üçün iclasın təxirə salınmasını xahiş etmişdir.

17. Məhkəmənin növbəti xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında tərəflər iştirak etmiş, iddiaçı “dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında” qərarın qəbulu üçün məhz DTSERA-ya yazılı müraciət etdiyini bildirmiş, cavabdehin nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək əlavə olaraq iddiaçının müvafiq tələblə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdiyi məsələsini dəqiqləşdirmədiyini, lakin istənilən halda bunun vəziyyəti dəyişməyəcəyini bildirərək DTSERA-nın yekun tibbi rəyindən sonra hər hansı müdaxilə edilmədiyini və əlavə qərar qəbul edilmədiyini bildirmişdir. Eyni zamanda üçüncü şəxs DTSERA-nın nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, iddiaçının yekun tibbi müayinəsinin nəticəsindən sonra həmin qurumun Apellyasiya şurasına müraciəti və ya təkrar müraciəti olmamışdır.

18. Məhkəmə tərəfindən təkrarən iddiaçının və vəkilinin diqqətinə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15.2-ci maddəsini çatdıraraq iddia tələbinin mümkünlük şərtinə cavab verməsi üçün cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi olmaqla iddia tələbini həmin bəndə əsasən qəbul edilməli qərarlardan birini (15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında) göstərilməklə dəqiqləşdirilməsini bir neçə dəfə təklif etmiş, buna baxmayaraq iddiaçı tərəfindən DTSERA-ya müvafiq müraciətinin olması ilə bağlı sorğu verilməsi tələb olunmuşdur.

19. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı məcburetmə növündə iddiada ifadə olunur və məqsədi sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə yararsızlıqla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birinin qəbul edilməsində ifadə olunur.

20. İstər qanunun mətnindən, istərsə də onun tətbiqi haqqında müvafiq Fərmanın mətnindən aydın şəkildə ifadə olunur ki, şəxsin həqiqi hərbi xidmətə yararlılıq haqqında qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinin tibbi rəyi əsasında məhz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən qəbul olunur.

21. Odur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birinin qəbul edilməsi məhz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin şəhər, şəhərdə rayon çağırış komissiyalarının səlahiyyətində olduğundan müvafiq müraciət DTSERA-ya deyil, müvafiq çağırış komissiyasına ünvanlanmalıdır.

22. Hazırda baxılan tələbin (xx.xx.2025-ci il tarixdə hərbi xidmətə çağırışın ləğvi) qanunun qeyd edilən normaların tələbi baxımından iddiaçının hüquqi marağına uyğun olaraq düzgün ifadə edilməməsi iddiaçının və vəkilinin diqqətinə məhkəmə tərəfindən iki ardıcıl keçirilən iclasda dəfələrlə çatdırılsa da, iddia tələbi dəqiqləşdirilməmişdir.

23. Məhkəmə qeyd edir ki, məhkəmənin hüquqi yardımına əsasən iddia tələbinin dəqiqləşdirilməməsinin iddianın mümkünsüzlüyünə səbəb olması onun diqqətinə çatdırılmış, iddiaçı məhkəmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinə həmin orqana təkrar müraciətinin olması ilə bağlı sorğu verilməsini (üçüncü şəxsin nümayəndəsi belə müraciətin olmadığını bildirir) tələb etmiş, sorğunun nəticəsindən asılı olaraq iddia tələbini dəqiqləşdirəcəyini bildirmişdir.

24. Məhkəmə təkrarən iddiaçıya DTSERA-ya təkrar müraciətin olub-olmamasının iddia tələbinin dəqiqləşdirilməsinə maneə yaratmadığı izah edilmiş, belə ki, müvafiq müraciət DTSERA-ya deyil, müvafiq çağırış komissiyasına ünvanlanmalı, sonuncu da həmin müraciətin olmadığını (iddiaçı əvvəlki iclasda çağırış komissiyasına müraciət etdiyini bildirsə də, növbəti iclasda DTSERA-ya yazılı müraciət ünvanladığını bildirmişdir), olduğu təqdirdə, bunun vəziyyəti hər hansı şəkildə dəyişdirməyəcəyini bildirmişdir.

25. Belə olan təqdirdə, iddia tələbinin məhkəmənin hüquqi yardımına uyğun olaraq dəqiqləşdirilməməsi və müəyyən şərtlərdən asılı olaraq dəqiqləşdirilməsinə dair tələblər ifadə edilməsi anlaşılan deyil.

26. İddia tələbinin dəqiqləşdirilməməsinin nəticələri, ilk növbədə, iddianın mümkünlüyünə, daha sonra əsaslılığına qiymət verildiyi aydın şəkildə iddiaçıya izah olunmuşdur. Qeyd edilənlərə baxmayaraq, iddiaçı tərəfindən tələbin dəqiqləşdirilməməsi və müəyyən şərtlərdən asılı olmasını məhkəmədən tələb etməsi yolverilməzdir.

27. Odur ki, məhkəmə hesab edir ki, “xx.xx.2025-ci il tarixdə hərbi xidmətə çağırış” iclasın keçirildiyi tarixə artıq əhəmiyyətini itirmiş və iddia mümkün sayılmamalıdır.

28. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onu məhkəmə müdafiəsi hüququndan məhrum etmir, belə ki, o, qeyd edilən tələblə yenidən məhkəməyə müraciət edə bilər.

29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar