Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11639/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “inzibati araşdırılmanın aparılması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ərizəsi üzrə iştirakı ilə inzibati araşdırmanın aparılması və araşdırmanın nəticələri barədə ona yazılı məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə AR Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin Hüquq İdarəsinə və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna ərizə ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissə komandirinin 1-ci müavini vəzifəsində xidmət edən polkovnik-leytenant X1 N nömrəli hərbi hissə komandirinin (X5 Ordu Komandanının) xx.xx.2021-ci il tarixli əmri ilə guya dövlətə vurduğu ziyana görə 2500 manat pul tutulduğunu, lakin N nömrəli hərbi hissə komandirinin adıçəkilən əmrinin Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli, 947 saylı Qanunu ilə təsdiqlənmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin və AR Müdafiə Nazirinin 96 nömrəli, xx.xx.2000-ci il tarixli əmrinin tələbləri ilə ziddiyyət təşkil etdiyini, polkovnik-leytenant X4 tərəfindən dövlətə heç bir formada ziyan vurulmadığını bildirmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinin qanuniliyinin yoxlanılması üçün göstəriş verilməsini, həmin əmrin E.Mustafayevə münasibətdə nə ilə əsaslandırılması və onun vurduğu ziyanın konkret olaraq nədə ifadə olunması (oğurluq, israfçılıq, məhv edilmə, zədələnmə, korlanma, qanunsuz istifadə edilmə və.s.) barədə ona yazılı məlumat verilməsi üçün göstəriş verməsini, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrinin polkovnikleytenant E.H.Mustafayevdən 2500 manat pulun tutulması hissəsində qanunsuz hesab edilərək ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu müraciəti formal olsa da, yalnız Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən cavablandırılmışdır. Müraciətinin cavablandırılmadığını görərək, xx.xx.2021-ci il tarixdə yenidən AR Müdafiə Nazirliyinə, N nömrəli hərbi hissə komandirinə və Müdafiə Nazirliyinin Hüquq İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixli ərizənin mahiyyəti üzrə baxılması və baxılmanın nəticələri barədə ona məlumat verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin bu müraciəti də cavabsız və nəticəsiz qalmışdır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən cavabdehə ərizə ilə müraciət edərək polkovnik-leytenant X1 güya dövlətə vurduğu maddi ziyana görə 2500 manat məbləğində pul vəsaitinin tutulması barədə N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrinin qanuniliyinin yoxlanılması məqsədi ilə onun nümayəndəsi kimi onun iştirakı ilə inzibati araşdırmanın təyin olunmasını xahiş etmiş, lakin bu müraciəti də cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli şikayət ərizəsindən görünür ki, ehtiyatda olan polkovnik-leytenant X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, hazırkı iş üzrə İddiaçı cavabdehə müraciət edərək, polkovnik-leytenant X1 guya vurduğu maddi ziyana görə 2500 manat məbləğində pul vəsaitinin tutulması barədə N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrinin qanuniliyinin yoxlanılması məqsədi ilə onun iştirakı ilə inzibati araşdırmanın təyin olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İddiaçı hazırda bu müraciətin cavablandırılmadığını iddia edərək, xx.xx.2023-cü il tarixli ərizəsi üzrə onun iştirakı ilə inzibati araşdırmanın aparılması və araşdırmanın nəticələri barədə ona yazılı məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli cavab məktubunu həm məhkəməyə, həm də iddiaçıya təqdim edərək, onun xx.xx.2023-cü il tarixli müraciətinin cavablandırıldığını bildirmişdir. Həmin məktubdan görünür ki, iddiaçının təkrar müraciətinə baxılmış və bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində müraciətində qeyd olunan eyni məzmunlu tələb üzrə iddia ərizəsinə baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verildiyindən müraciətə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməmişdir. Məhkəmə tərəfindən inzibati iş üzrə çıxarılacaq qərar qanuni qüvvəyə mindikdən sonra Müdafiə Nazirliyində müvafiq qərarın qəbul edilməsi həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ iddiaçıya izah edilmişdir. Göründüyü kimi, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı müvafiq şikayət ərizəsi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə həmin müraciəti cavablandırmışdır. Bundan başqa, işdən görünür ki, iddiaçının müraciəti nümayəndəsi olduğu X1 vurduğu maddi ziyana görə 2500 manat məbləğində pul vəsaitinin tutulması barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrinin qanuniliyinin yoxlanılması ilə bağlı olmuşdur. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-400/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlətə ziyan vurması əsası ilə ondan 2500 manat pul tutulması barədə Azərbaycan Respublikası müdafiə nazirinin müavini –X8 komandanının (N nömrəli hərbi hissə) xx.xx.2021-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4293/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia müddətinin ötürülməsi əsası ilə iddia mümkün sayılmamış, həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-400/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4293/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının şikayət etdiyi məsələyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. O da qeyd edilməlidir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Doğrudur, Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 59.1-ci maddəsində qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslərin başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir. Oxşar norma İPM-də olmasa da, ümumi prinsiplər nəzərə alınmaqla inzibati icraat zamanı da üçüncü şəxslərin xeyrinə iddia qaldırılması istisna edilmir. Lakin belə bir iddia qaldırmaq üçün iddia qaldıran şəxs başqa şəxsin xeyrinə iddia qaldırmasındakı hüquqi marağını sübut etməlidir, hansı ki, bu maraq həyati əhəmiyyətə malik olmalıdır. Digər hallarda isə iddianı qəbul edilən inzibati akt vasitəsilə hüquqlarının ən azı pozulması ehtimalı olan tərəf qaldıra bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının cavabdehə müraciəti X1 vurduğu maddi ziyana görə 2500 manat məbləğində pul vəsaitinin tutulması barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrinin qanuniliyi ilə bağlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbycan Respublikası Qanununun: - Maddə 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;. - Maddə 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; - Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - Maddə 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; 36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. - Maddə 37.1. fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. -Maddə 37.3. nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir. - Maddə 71.1. maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Eyni zamanda “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır. Sadalanan normalardan aydın olur ki, inzibati icraatda nümayəndə özü müstəqil iştirakçı kimi yox, təmsil etdiyi şəxsin (maraqlı şəxsin) adından çıxış edir və onun etdiyi prosessual hərəkətlər, o cümlədən buna cavab olaraq inzibati orqanın etdiyi hərəkətlər (hərəkətsizliklər) təmsil etdiyi şəxsi asılı etməklə təmsil etdiyi şəxs üçün hüquqi nəticələr yaradır. İşdən görünür ki, İddiaçının cavabdehə müraciəti məhz E.Mustafayevin hüquqları ilə bağlı olmaqla onun adından onun mənafeləri üçün edilmiş, nəticə etibarilə bu müraciət iddiaçı üçün deyil, bilavasitə E.Mustafayev üçün hüquqi nəticə yaratmaq imkanına malik olmuşdur (oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1179/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır). Lakin İddiaçı hazırkı iş üzrə E.Mustafayevin hüquqlarının həyata keçirilməsi ilə bağlı onun nümayəndəsi qismində inzibati orqana müraciət etsə də, E.Mustafayevin hüquqlarının müdafiəsi üçün iddianı məhkəmədə öz adından qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11639/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11639/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver