Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1164/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “istismara qəbul aktının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsinin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, məhəllə 2517/2518, 1 nömrəli binanın yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamına əsasən maddi vəziyyətinin ağırlığını nəzərə alaraq ona Q.Qarayev prospekti, 37 saylı binanın yaxınlığında çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına icazə verilmişdir. 2001-ci ildə abadlıq işləri ilə əlaqədar Q.Qarayev prospektinin ümumi görünüşünə xələl gətirən obyektlərin sökülməsi zaman sosial durumu nəzərə alınaraq obyektin məhəllədaxili yolun kənarına, Q.Qarayev prospekti, ev 1, məhəllə 2517/2518 ünvanına köçürülməsinə icazə verilmişdir. O, qeyd olunan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi təqdim etmək üçün lazım olan sənədləri yığmışdır. Lakin çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən İstismar aktı bəhanələrlə ona təqdim edilmir. Belə ki, cavabdeh istismara icazə sənədini təqdim etməmək üçün Nizami Rayon İcra Hakimiyyətinin 769 saylı, xx.xx.1999-cu il tarixli sərəncamını əsaslandırmışdır. Lakin Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli məktubuna isə əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bildirdi ki, cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 957 nömrəli rəyində yuxarıda göstərilən ünvanda obyektin 2000-ci illərdə tikinti sahəsi 48,72 kv.m olan 1 mərtəbəli inşa olunması göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin verdiyi xx.xx.2019-cu il tarixli istismara hazırlıq aktında obyektin tikinti sahəsi 54,5 kv.m ölçüdə göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 309 nömrəli Qərarının tələblərinə uyğun obyektin istismarına icazə verilməsi üçün sifarişçi tərəfindən tikinti sənədləri tam həcmdə təqdim olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə uzun müddət istismar vəziyyətində olan, obyektin tikintisinə icazə sənədi olmayan mövcud tikinti obyektinin istismarına icazə sənədinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan məsələlərlə bağlı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin 11 mart 2020-ci tarixli, M-30/3 nömrəli dərkənarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş 20 fevral 2020-ci il tarixli təkrar şikayət ərizənizə Bakı Şəhər Memarlıq və Şəhərsalm Baş İdarəsində baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, Nizami Rayon İcra Hakimiyyətinin 13 oktyabr 1999-cu tarixli, 769 nömrəli qərarı ilə X17 prospekti, 2517-ci məhəllədə, “Aviator” X8 aid olan torpaq sahəsində müstəsna hal kimi, 2.5 m x 2.5 m ölçüdə (ümun sahəsi 6.25 kv.m) çörək və ərzaq mallarının satışı üçün məntəqə yaradılmasına (yəni müvəqqəti quraşdırılmasına) icazə verilmişdir. Buna baxmayaraq, Siz Nizami Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamının 1-ci bəndinə məhəl qoymadan və qüvvədə olan mövcud tikinti norma və qaydalarının mütləq tələblərini kobud surətdə pozaraq (yəni tikinti quraşdırma işlərinin aparılmasına müvafiq icazə sənədi olmadan) sahəsi 54.50 kv.m olan 1 mərtəbəli qeyriyaşayış obyekti inşa etmisiniz. Azərbaycan Respublikasının mövcud Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin normativ-hüquqi aktlar toplusunda uzun müddət istismar vəziyyətində olan, tikintisinə icazə sənədi olmayan mövcud tikinti obyektinin “istismarına icazə” sənədinin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2020-ci il tarixli, PA/M-30 nömrəli dərkənarı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş 2 fevral 2020-ci il tarixli şikayət ərizənizə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Bildiririk ki, Nizami Rayon İcra Hakimiyyətinin 13 oktyabr 1999-cu il tarixli, 769 nömrəli qərarı ilə Nizami rayonu, Qara Qarayev prospekti, 2517-ci məhəllədə (“Aviator” kooperativinin yaşayış binası yaxınlığında) müstəsna hal kimi, 2.5m x 2.5m ölçüdə (ümumi sahəsi 6.25 kv.m) çörək və ərzaq mallarının satışı üçün məntəqə yaradılmasına (yəni quraşdırılmasına) icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X10 xx.xx.2019-cu il tarixli, 957 nömrəli rəyində qeyd olunan ünvanda obyektin 2000-ci illərdə 8.40m x 5.80m ölçüdə, tikinti sahəsi 48.72 kv.metr olan 1 mərtəbəli inşa olunduğu göstərilmişdlr. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən obyektə verilmiş 5 mart 2019-cu il tarixli, Ö/002724 nömrəli istismara hazırlıq aktında isə tikinti sahəsi 54.5 kv.m ölçüdə göstərilmişdir. 1999-2000-ci illərdə inşa edilmiş mövcud 1 mərtəbəli qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həlli Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, M-81-091 nömrəli məktubu ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixili, 309 nömrəli qərarının tələblərinə uyğun obyektin istismarına icazə verilməsi üçün sifarişçi tərəfindən tikinti sənədləri tam həcmdə təqdim olunmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının mövcud Şəhərsalma və Tikinti Məhəlləsinin normativ-hüquqi aktlar toplusunda uzun müddət istismar vəziyyətində olan, tikintisinə icazə sənədi olmayan mövcud tikinti obyektinin “istismarına icazə” sənədinin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısının “Çörək və ərzaq satışı məntəqəsinin yaradılması haqqında” 13 oktyabr 1999-cu il tarixli, 769 nömrəli sərəncamının surətindən görünür ki, Rayon İcra Hakimiyyətinə Rüstəmov küçəsi, 39, mənzil 46-da yaşayan vətəndaş X12 müraciət edərək ailəsinin maddi vəziyyətinin çox ağır olduğunu bildirməklə yaşadığı ərazidə pərakəndə ticarətlə məşğul olduğu yerdə çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına icazə verilməsi haqqında xahiş etmişdir. Məlum edilmişdir ki, Rayon İcra Hakimiyyəti vətəndaş L.P.Paşayevanın ağır maddi vəziyyətini və işsizliyini nəzərə alaraq xx.xx.1998-ci il tarixli, P-İİ saylı məktubla Q.Qarayev pr., 2517-ci məhəllədə pərakəndə ticarətlə məşğul olmasına icazə verilmişdir. Yuxarıda qeyd olunanları, vətəndaş L.Paşayevanın xahişini və maddi vəziyyətini nəzərə alaraq, Rüstəmov küçəsi, 39, mənzil 46-da yaşayan vətəndaş L.P.Paşayevanın maddi vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün Q.Qarayev prospekti, 2517-ci məhəllədə “Aviator” kooperativ binanın yaxınlığında müstəsna hal kimi 2.5x2.5 metr ölçüdə çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (surəti İddiaçı) ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilir: X4 Rayon İcra Hakimiyyətinə müraciət edərək, Nizami rayunu, Q.Qarayev prospekti, 1 saylı binanın yaxınlığında yerləşən mövcud qeyri-yaşayış obyektinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 769 nömrəli sərəncamına əsasən, Q.Qarayev prospekti, 37 saylı binanın yaxınlığında çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına İddiaçı icazə verilmişdir. 2001-ci ildə Bakı şəhərinin ərazisində aparılan abadlıq işləri ilə bağlı Q.Qarayev prospektinin ümumi görünüşünə xələl gətirən xırda həcmli obyektlərin sökülməsi zamanı İddiaçı məxsus obyekt də sökülmüş və onun sosial durumu nəzərə alınaraq, məhəllədaxili yolun kənarında yaşadığı Q.Qarayev prospekti, ev 1, məhəllə 2715/2518 ünvanına qeyriyaşayış obyektinin köçürülməsinə icazə verilmişdir. Mütəxəssis tərəfindən xx.xx.2018-ci il tarixində yerində keçirilən baxış nəticəsində sözügedən mövcud qeyri-yaşayış obyektinin təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinə uyğun olması öz təsdiqini tapmışdır. Bununla əlaqədar, göstərilən ünvandakı qeyri-yaşayış obyektinin sənədləşdirilməsinə etiraz etmirik və qaldırılan məsələyə qanunamüvafiq qaydada baxılması üçün təqdim olunmuş sənədləri Sizə göndəririk. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən mövcud qeyri-yaşayış obyekti vəziyyəti haqqında 2018-ci il tarixli texniki rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən mövcud qeyri-yaşayış obyektinin müayinəsi təqdim edimiş memarlıq-planlaşdırma həlli cizgiləri əsasında aparılmışdır. Müayinə zamanı yükdaşıyan, mişarlanmış əhəng daşından olan divar konstruksiyalarında çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Birmərtəbəli qeyriyaşayış obyekti memarlıq-planlaşdırma həlli əsasında, qeyd olunan iradlarla inşa olunmuşdur. İş materiallarında olan İcraçı "xxxx" MMC ilə Sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 855 nömrəli yanğın təhlükəsizliyinə nəzarət və yanğın təhlükəsizliyi texniki avadanlıqlarına texniki xidmətlər haqqında müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı "xxxx" MMC Nizami rayonu, Qara Qarayev prospekti, 2517/5218-ci məhəllə, 1 saylı binanın yaxınlığındakı ünvanda Sifarişçi İddiaçı məxsus obyektdə xüsusi təyinatlı siqnalizasiya sistemi (“AES İntellinet” adlanan məlumatları ötürmə sistemi) quraşdırmaqla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin mərkəzləşdirilmiş izləmə pultuna yanğın barədə birbaşa siqnal göndərilməsini təmin edir, obyektdə yanğın təhlükəsizliyinə nəzarəti iyirmi dörd saat ərzində həyata keçirir, müqavilənin 1.3-cü bəndində göstərilən texniki xidmətləri göstərir. Sifarişçi müqavilə ilə müəyyən edilmiş qaydada xidmətlərin haqqını ödəyir. İş materiallarında olan “X5” MMC-nin xx.xx.2019-cu il tarixli, 65/276 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən İddiaçı məxsus, sahəsi 54 kv.m olan qeyri-yaşayış obyektində yanğından erkən siqnalizasiya sistemlərinin quraşdırılması “X5” MMC tərəfindən həyata keçirilmişdir və sistem hal-hazırda işlək vəziyyətdədir. İş materiallarında olan X13 nazirinin xx.xx.2014-cü il tarixli, 0164 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ö/002724 nömrəli istismara hazırlıq aktından görünür ki, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 769 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş, sahəsi 43.2 kv.m, tikintialtı sahəsi 54.5 kv.m olan Nizami rayonu, Q.Qarayev pr., 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında 1 mərtəbəli qeyriyaşayış obyektinin tikintisi xx.xx.2017-cil tarixdə başlamış, xx.xx.2017-ci il tarixdə başa çatmışdır, obyektdə tikinti quraşdırma işlərinin Sifarişçi tərəfindlən texniki nəzarətin, Podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, Layihəçi tərəfindən müəllif nəzarətinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. İş materiallarında olan memarlıq-planlaşdırma həllinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma həlli tərtib olunaraq xx.xx.2018-ci ildə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X3 məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışdan görünür ki, fiziki şəxs İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mağaza meyvə və tərəvəzlərin pərakəndə satışı sahəsində fəaliyyət göstərir, xx.xx.2019-cu il tarixdə 10-Q-00284 qeydiyyat nömrəsi ilə qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilir: “Azərinşaatlayihə” DBLKT İnstitutu ilə Sizin aranızda bağlanmış xx.xx.2018-ci il tarixli, 5724 saylı müqaviləyə əsasən institutun mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517-2518-ci məhəllədə, 1 saylı binanın yaxınlığında yerləşən mövcud qeyri-yaşayış binasının tikintisi müqavilə əsasında müayinə olunmuş və müvafiq texniki rəy tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 3-cü Ərazi X14 İdarəsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2518ci məhəllə 1 saylı binanın qarşısında İddiaçı məxsus qeyri-yaşayış obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında xx.xx.2019-cu il tarixli, 01 saylı aktından görünür ki, tikintisi başa çatmış obyektə dair təqdim olumuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 "İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04.09-84 "Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X1 Qaydaları"-nın, 2.02.01-97 “Bina və qurğuların yanğin təhlükəsizliyi" Dövlətlərarası Tikinti Normalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğıntexniki ləvazimatlarla təmin edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Nizami RETSİ-nin xx.xx.2014-cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin verdiyi xx.xx.2014-cü il tarixli, TSH-14/14153 saylı texniki şərtə əsasən Nizami RETSİ-nin 10/6/0,4 kv İstismar şöbəsi ilə Nizami rayonu, Q.Qarayev prospekti, 2517 saylı məhəllədə yerləşən meyvə tərəvəz köşkü arasında avadanlıqların balans mənsubiyyəti və sərhəd yeri, 1154 saylı 10/0,4 kv-luq TM-dən qidalanan Q.Qarayev, 2517 saylı binanın paylayıcı löhvəsində kabel xəttinin sonluğunda təyin olunur. Paylayıcı löhvədən obyektə qədər kabel xətti abonentin balansındadır və abonent xidmət edir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4707/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların üzərində və mühafizə zonasında inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi və rabitə qurğularının mühafizə rejiminin təmin edilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 2056/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-4707/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2017-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekt, 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında inşa etdiyiniz 1 mərtəbəli sahibkarlıq obyektində aparılmış müayinənin nəticələri X9 16 yanvar 2019-cu il tarixli, 957 saylı iclasında müzakirə olunmuşdur. Müzakirə nəticəsində tərtib olunmuş rəyi Sizə təqdim edirik. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X10 xx.xx.2019-cu il tarixdə Tikintidə X2 Agentliyi tərəfindən təsdiq edilmiş xx.xx.2019cu il tarixli, 957 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil Qrupunun xx.xx.2019-cu il tarixli, 957 saylı iclasında fiziki şəxs İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən 1 mərtəbəli sahibkarlıq obyektinin texniki vəziyyətinin işlək vəziyyətdə olması haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan İcaryəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcarəçi İddiaçı arasında bağlanmış hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 1925 saylı, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyəverən icarəyə verdiyi Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 54.1 kv.m torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 57.2-ci maddəsinə əsasən tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində); 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. 102.4-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikinti obyektinin istismarına icazənin verilməsi haqqında qərarı 2 iş günü müddətində sifarişçiyə göndərir. Bu qərar sifarişçiyə daxil olduqdan sonra icazənin verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində sifarişçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir. 102.4-2-ci maddəsinə əsasən sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. 103.2-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısının “Çörək və ərzaq satışı məntəqəsinin yaradılması haqqında” 13 oktyabr 1999-cu il tarixli, 769 nömrəli sərəncamına əsasən iddiaçı X7 maddi vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün Q.Qarayev prospekti, 2517-ci məhəllədə “Aviator” kooperativ binanın yaxınlığında müstəsna hal kimi 2.5x2.5 metr ölçüdə çörək və ərzaq satışı məntəqəsinin yaradılmasına icazə verilməsi qərara alınmışdır. İddiaçıya məxsus qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma həlli tərtib olunaraq xx.xx.2018-ci ildə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun 2018-ci il tarixli texniki rəyində həmin qeyri-yaşayış obyektinin müayinəsinin təqdim edimiş memarlıq-planlaşdırma həlli cizgiləri əsasında aparıldığı, müayinə zamanı yükdaşıyan, mişarlanmış əhəng daşından olan divar konstruksiyalarında çat, deformasiya və zədələrə rast gəlinmədiyi, qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma həlli əsasında inşa olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X10 xx.xx.2019-cu il tarixdə Tikintidə X2 Agentliyi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 957 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil Qrupunun xx.xx.2019-cu il tarixli, 957 saylı iclasında iddiaçıya məxsus sahibkarlıq obyektinin texniki vəziyyətinin işlək vəziyyətdə olması haqqında qərar qəbul edilmişdir. X13 nazirinin xx.xx.2014-cü il tarixli, 0164 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, ö/002724 nömrəli istismara hazırlıq aktından görünür ki, həmin qeyri-yaşayış obyektinin tikintisi xx.xx.2017-cil tarixdə başlamış, xx.xx.2017-ci il tarixdə başa çatmışdır, obyektdə tikinti quraşdırma işlərinin Sifarişçi tərəfindlən texniki nəzarətin, Podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 3-cü Ərazi X14 İdarəsi tərəfindən həmin qeyri-yaşayış obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında xx.xx.2019-cu il tarixli, 01 saylı akt da tərtib edilmişdir. Bundan başqa, İcaryəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcarəçi İddiaçı arasında bağlanmış hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 1925 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən həmin qeyri-yaşayış binasının yerləşdiyi 54.1 kv.m torpaq sahəsi iddiaçıya icarayə verilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus qeyd olunan qeyri-yaşayış obyektinin istismara qəbul edilməsi aktının verilməsindən imtina edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517-2518-ci məhəllə, 1 saylı binanın yaxınlığında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyektinin istismara qəbul edilməsi aktının verilməsi öhdəliyi cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1164/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1164/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver