Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11640/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük “Vətən müharibəsi” vaxtı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən səfərbərliklə toplanışa çağrılaraq N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissədə avtomobil sürücüsü vəzifəsinə təyin olunmuş və dəfələrlə döyüş tapşırığını yerinə yetirmək üçün döyüş bölgələrində yerləşən hərbi hissələrə ezam edilmişdir. İddiaçı tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi döyüş zonasında yerləşən hərbi hissələrin döyüş əməlliyatları zamanı zədələnmiş hərbi texnikasının döyüş zonasından çıxarılaraq N №-li hərbi hissəyə (tank təmiri zavoduna) təmirə gətirilməsindən ibarət olmuşdur. Lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Belə ki, müraciətinə əsasən N №-li hərbi hissədən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, “Sizin “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayış məlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” da baxılmışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində” Veteran adlarının və müvafıq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli 4/3-2651 nömrəli məktubuna əsasən məlumat verirəm ki, təqdim olunmuş sənədlərdə sizin N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlərində ezam olunduğunuz yaşayış məntəqələrində döyüş əməliyyatları aparılmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.” İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə istinad edərək hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində 2020-ci ildə Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə xidmət etdiyini, göstərərək məhkəmədən ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd edilir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi: hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Qaradağ rayonunda olduğundan xx.xx.1995-ci il tarixli 216 №li Qərarı ilə təsdiq edilmiş ərazi meyarlarına uyğun olmadığından, həmçinin döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə iddiaçının “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(N2)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 22 aprel 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1982-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən ezam olunaraq avtomobil sürücüsü vəzifəsində işləmişdir. İddiaçı döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş bölgələrinə hərbi hissə tərəfindən ezam olunmuşdur. -AO ******* №li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən ezam olunaraq avtomobil sürücüsü vəzifəsində işləmiş və döyüş tapşırığının yerinə yetirmək məqsədilə döyüş bölgəsinə hərbi hissə tərəfindən ezam olunmuşdur. Əsas: N №li hərbi hissənin xx.xx.2021-ci il tarixli arayışı. Müvafiq sorğu əsasında iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və şəxsi heyətin siyahısından çıxarılması əmrlərin çıxarışları, digər hərbi hissələrə ezam olunması barədə ezamiyyət vəsiqələrinin surətləri və əmrdən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 223 №li nizami hissə üzrə əmrinə əsasən İddiaçı, 30 sentyabr 2020-ci il tarixdən 30 oktyabr 2020-ci ilədək Madditexniki təminat bölməsinin Qarajına avtomobil sürücüsü vəzifəsinə, əmək müqaviləsi əsasında (vaxtamuzd) 1 (bir) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. Əsas: E.A.Qadıyevin ərizəsi və 27 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqavilələri. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 223 №li nizami hissə üzrə əmrinə əsasən, 30 sentyabr 2020-ci il tarixdə getmiş hesab edilsinlər: 12. İddiaçı, Madditexniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətə, N (on) təqvim günü müddətinə, N nömrəli hərbi hissəyə Beyləqan rayonu. Tab.№ N6. Əsas: Maddi-texniki təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin xx.xx.2020-ci il tarixli 47 nömrəli sərəncamı və mayor R.Y.Bayramovun xx.xx.2020-ci il tarixli raportu, (dax.ol.№ 2929, 2930) -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 224 №li nizami hissə üzrə əmrinə əsasən 01 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər: 3.İddiaçı, Maddi-texniki təmiant bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətdən, N nömrəli hərbi hissədən (Beyləqan). Tab.№ N6. Əsas: xx.xx.2020-ci il tarixli 1490 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 227 №li nizami hissə üzrə əmrinə əsasən 05 oktyabr 2020-ci il tarixindən getmiş hesab olunsun: 3. İddiaçı, Madditexniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, döyüş tapşırığını yerinə yetirmək üçün, ezamiyyətə, 2 (iki) təqvim günü müddətinə, N və N nömrəli hərbi hissələrə (Yevlax və Beyləqan rayonlarına). Tab.№ N6. Əsas: mayor Z.M.Nəsirovun xx.xx.2020-ci il tarixli raportu (dax.ol. №2995). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 228 №li nizami hissə üzrə əmrinə əsasən 06 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər: 2.İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, N və N nömrəli hərbi hissələrdən (Yevlax və Beyləqan rayonlarından). Tab.№ N6. Əsas: xx.xx.2020-ci il tarixli 1417 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 228№li nizami hissə üzrə əmrindən §3 çıxarışa əsasən 07 oktyabr 2020-ci il tarixindən aşağıda göstərilən hərbi hissələrdə döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmir-təxliyə işlərini aparmaq üçün getmiş hesab olunsun: 2. İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətə, N (on) təqvim günü müddətinə, 033-N nömrəli hərbi hissələrə (Yevlax və Beyləqan rayonuna). Tab. № N6 Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 nömrəli sərəncamı və mayor R.Y.Bayramovun 0xx.xx.2020-ci il tarixli raportu (dax.ol. №2979). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 230 №li nizami hissə üzrə əmrinə əsasən 08 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər: 4. İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətdən, N və N nömrəli hərbi hissələrdən (Yevlax və Beyləqan rayonlarından). Tab.№ N6. Əsas: xx.xx.2020-ci il tarixli 1576 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 233 №li nizami hissə üzrə əmrinə əsasən 13 oktyabr 2020-ci il tarixindən aşağıda göstərilən hərbi hissələrdə döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmir-təxliyə işlərini aparmaq üçün getmiş hesab olunsunlar: 2. İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətə, N (on) təqvim günü müddətinə, 033-N nömrəli hərbi hissələrə (Yevlax və Beyləqan rayonuna). Tab. № N6. Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 nömrəli sərəncamı və S.A.Alıyevin xx.xx.2020-ci il tarixli raportu (dax.ol. №3040). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 235 №li nizami hissə üzrə əmrinə əsasən 14 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər: 2. baş leytenant X4, Texniki bölmənin böyük mühəndisi, ezamiyyətdən, N və N nömrəli hərbi hissələrdən (Beyləqan və Yevlax rayonlarından). Əsas: xx.xx.2020-ci il tarixli 1611 nömrəli ezamiyyət vəsiqəsi. 2. İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətdən, N və N nömrəli hərbi hissələrdən (Beyləqan və Yevlax rayonlarından). Tab. № N6. Əsas: xx.xx.2020-ci il tarixli 1612 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 235 №li nizami hissə üzrə əmrinə əsasən 15 oktyabr 2020-ci il tarixindən aşağıda göstərilən hərbi hissələrdə döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmir-təxliyə işlərini aparmaq üçün getmiş hesab olunsunlar: 2. İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətə, N (on) təqvim günü müddətinə, 033-N nömrəli hərbi hissələrə (Yevlax və Beyləqan rayonuna). Tab. № N6 Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 nömrəli sərəncamı və S.A.Alıyevin xx.xx.2020-ci il tarixli raportu (dax.ol. №3125). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 237 №li nizami hissə üzrə əmrinə əsasən 16 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər: 2. İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətdən, 033-N nömrəli hərbi hissələrdən (Yevlax və Beyləqan rayonundan). Tab. № N6 Əsas: xx.xx.2020-ci il tarixli 1638 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 238 №li nizami hissə üzrə əmrinə əsasən 18 oktyabr 2020-ci il tarixindən aşağıda göstərilən hərbi hissələrdə döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmir-təxliyə işlərini aparmaq üçün getmiş hesab olunsunlar: 2.İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətə, N (on) təqvim günü müddətinə, 033-N nömrəli hərbi hissələrə (Yevlax və Beyləqan rayonuna). Tab. № N6 Əsas: S.A.Alıyevin xx.xx.2020-ci il tarixli raportu (dax.ol. №3145). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 239 №li nizami hissə üzrə əmrinə əsasən 19 oktyabr 2020-ci il tarixdə gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilsinlər: 2.İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətdən, 033-N nömrəli hərbi hissələrdən,Yevlax və Beyləqan rayonları Tab. № N6 Əsas: xx.xx.2020-ci il tarixli 1664 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 241 №li nizami hissə üzrə əmrinə əsasən 21 oktyabr 2020-ci il tarixindən aşağıda göstərilən hərbi hissələrdə döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmir-təxliyə işlərini aparmaq üçün getmiş hesab olunsunlar: 3. İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətə, N (on) təqvim günü müddətinə, 033-N nömrəli hərbi hissələrə (Yevlax və Beyləqan rayonuna). Tab. № N6 Əsas: mayor Z.M.Nəsirovun xx.xx.2020-ci il tarixli raportu (dax.ol. №3183). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 242 №li nizami hissə üzrə əmrinə əsasən 22 oktyabr 2020-ci il tarixindən gəlmiş və vəzifə borclarının icrasına başlamış hesab olunsunlar: 3. İddiaçı, Maddi-texniki təminat bölməsinin qarajının avtomobil sürücüsü, ezamiyyətdən, 007-N nömrəli hərbi hissələrdən Qızılhacılı qəsəbəsindən və Beyləqan rayonundan. Tab. № N6. Əsas: xx.xx.2020-ci il tarixli 1685 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 249 №li nizami hissə üzrə əmrinə əsasən, döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmirtəxliyə işlərini aparmaq üçün aşağıda adları göstərilən şəxsi heyət 30 oktyabr 2020-ci il tarixdən ezamiyyətə göndərilmiş hesab edilsinlər. 2. İddiaçı, Qarajın avtomobil sürücüsü, ezamiyyətə, 5 (beş) təqvim günü müddətinə, 007-N nömrəli hərbi hissələrə, Qızılhacılı qəsəbəsi və Beyləqan rayonuna. Tab.№N6 Əsas: polkovnik-leytenant E.İ.Mustafayevin xx.xx.2020-ci il tarixli raportu (dax.ol. №3305). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 245 №li nizami hissə üzrə əmrinə əsasən, döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmirtəxliyə işlərini aparmaq üçün aşağıda adları göstərilən şəxsi heyətin 26 oktyabr 2020-ci il tarixdən ezamiyyətə göndərilmiş hesab edilsin. H.İddiaçı, Qarajının avtomobil sürücüsü, ezamiyyətə, 5 (beş) təqvim günü müddətinə, 007-N nömrəli hərbi hissələrə, Yevlax və Beyləqan rayonlarına. Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 nömrəli sərəncamı və Z.M.Nəsirovun xx.xx.2020-ci il tarixli raportu (dax.ol. №3239). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 246 №li nizami hissə üzrə əmrinə əsasən 27 oktyabr 2020-ci il tarixindən gəlmiş və vəzifə borclarının icrasına başlamış hesab olunsunlar: 7. İddiaçı, Qarajın avtomobil sürücüsü, ezamiyyətdən, 007-N nömrəli hərbi hissədən . Tab. № N5. Əsas: xx.xx.2020-ci il tarixli 17N nömrəli ezamiyyət vəsiqəsi -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 250 №li nizami hissə üzrə əmrinə əsasən, 31 oktyabr 2020-ci il tarixindən gəlmiş və vəzifə borclarının icrasına başlamış hesab olunsunlar: 2. İddiaçı, Qarajın avtomobil sürücüsü, ezamiyyətdən, 007-N nömrəli hərbi hissələrdən, Qızılhacılı qəsəbəsi və Beyləqan rayonu. Əsas: xx.xx.2020-ci il tarixli 1741 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 252 №li nizami hissə üzrə əmrinə əsasən, döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmirtəxliyə işlərini aparmaq üçün aşağıda adları göstərilən şəxsi heyət ezamiyyətə göndərilmiş hesab edilsinlər: 2. İddiaçı, Qarajın avtomobil sürücüsü, ezamiyyətə, 03 noyabr 2020-ci il tarixdən 5 (beş) təqvim günü müddətinə, 007-N nömrəli hərbi hissələrə, Qızılhacılı qəsəbəsi və Yevlax rayonuna. Əsas: mayor R.Y.Bayramovun xx.xx.2020-ci il tarixli raportu, (dax.ol. №3351). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 254 №li nizami hissə üzrə əmrinə əsasən 05 noyabr 2020-ci il tarixindən gəlmiş və vəzifə borclarının icrasına başlamış hesab olunsunlar: 2. İddiaçı, Qarajın avtomobil sürücüsü, ezamiyyətdən, 037- 007 nömrəli hərbi hissələrdən (Beyləqan rayonu və Qızılhacılı qəsəbəsi). Əsas: xx.xx.2020-ci il tarixli 1788 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 255 №li nizami hissə üzrə əmrinə əsasən, aşağıda adları göstərilən müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş mülki işçilərin əmək müqaviləsinin müddəti, hərbi vəziyyətlə əlaqədar, döyüşlər bitənədək 02 noyabr 2020-cu il tarixdən artırılsın. 1. İddiaçı, Qarajın avtomobil sürücüsü. Tab.№ N6. Əsas: mayor Z.M.Nəsirovun xx.xx.2020-ci il tarixli raportu. (dax.ol.№ 3396). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 257 №li nizami hissə üzrə əmrinə əsasən, döyüş əməliyyatları zamanı zədələnmiş zirehli tank texnikalarında təmirtəxliyə işlərini aparmaq üçün aşağıda adları göstərilən şəxsi heyət ezamiyyətə göndərilmiş hesab edilsinlər. 7. İddiaçı, Qarajın avtomobil sürücüsü, ezamiyyətə, N noyabr 2020-ci il tarixdən N (on) təqvim günü müddətinə, N nömrəli hərbi hissəyə, Şükürbəyli qəsəbəsi. Əsas: mayor Z.M.Nəsirovun xx.xx.2020-ci il tarixli raportu, (dax.ol. №3429). -N №li Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli 260 №li nizami hissə üzrə əmrinə əsasən 13 noyabr 2020-ci il tarixindən gəlmiş və vəzifə borclarının icrasına başlamış hesab olunsunlar: 1. İddiaçı, Qarajın avtomobil sürücüsü, ezamiyyətdən, 706- 007 nömrəli hərbi hissələrdən, Füzuli rayonu və Goranboy rayonu. Əsas: xx.xx.2020-ci il tarixli 1833 nömrəli ezamiyyət vəsiqəsi. -N №li Hərbi Hissə Komandirinin xx.xx.2021-ci il tarixli 23 №li nizami hissə üzrə əmrinə əsasən, aşağıda adı göstərilən hərbi vəziyyətlə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən Qaraja avtomobil sürücüsü vəzifəsinə müvəqqəti təyin olunmuş mülki işçinin əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilsin. 1. İddiaçı. Əsas: Əmək müqaviləsi. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1490 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı N №li hərbi hissəyə, Beyləqan rayonuna N gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 47 №li Əmri. -242 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 033, N №li hərbi hissələrə, Yevlax və Beyləqan rayonunlarına 02 gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: N №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 227 №li Əmri. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1576 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 033-N №li hərbi hissələrə, Yevlax və Beyləqan rayonuna N gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 №li sərəncamı. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1612 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 033-N №li hərbi hissələrə, Yevlax və Beyləqan rayonlarına N gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi- Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 №li sərəncamı. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1638 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 033-N №li hərbi hissələrə, Yevlax və Beyləqan rayonlarına N gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi- Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 №li sərəncamı. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1664 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 037-007 №li hərbi hissələrə, Yevlax rayonu və Qızılhacılı qəsəbəsinə N gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 №li sərəncamı. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1685 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 007-N №li hərbi hissələrə, Qızılhacılı qəsəbəsi və Beyləqan rayonuna N gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 №li sərəncamı. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 17N №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 007-N №li hərbi hissələrə, Yevlax bə Beyləqan rayonlarına 05 gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi- Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 №li sərəncamı. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1741 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 007-N №li hərbi hissələrə, Qızılhacılı qəsəbəsi və Beyləqan rayonuna 05 gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: N №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 249 №li əmri. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1788 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 037-007 №li hərbi hissələrə, Beyləqan rayonu və Qızılhacılı qəsəbəsinə 03 gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 №li sərəncamı. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1833 №li ezamiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, mülki şəxs İddiaçı 706-007 №li hərbi hissələrə, Şükürbəyli kəndi və Qızılhacılı qəsəbəsinə 03 gün müddətinə, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Əsas: Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 44 №li sərəncamı. -N №li hərbi hissənin komandiri tərəfindən verilmiş Fəxri Fərmanın surətindən görünür ki, İddiaçı Dövlətin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı zədələnmiş texnikaların bərpasında hərbi hissəyə kömək göstərdiyinə və əldə etdiyi nailiyyətlərə görə təltif edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və AR Müdafiə Nazirliyinin 1N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktublarından görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin təmir sexi N sentyabr-N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. -İddiaçı tərəfindən təqdim edilmiş N №li Hərbi Hissə Komandirinin xx.xx.2021-ci il tarixli 23 №li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, aşağıda adı göstərilən hərbi vəziyyətlə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən Qaraja avtomobil sürücüsü vəzifəsinə müvəqqəti təyin olunmuş mülki işçinin əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilsin. 1. İddiaçı. Əsas: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 4 saylı Texnoloji nəqliyyat Departamentinin xx.xx.2020ci il tarixli 224 №li ezamiyyət vəsiqəsi. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, bu Əsasənamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin 2-ci hissəsindən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının N sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normaların məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun və bu məlumatlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiqlənsin. Məhkəmə qanunvericiliyin göstərilən tələblərini hazırkı mübahisəyə tətbiq edərək və cavabdehin imtina dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iş materialları ilə iddiaçının mülki şəxs kimi ezam olunduğu N nömrəli hərbi hissənin təmir sexi N sentyabr-N noyabr 2020-ci il tarixlərində döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş əməliyyatlarında iştirak etdiyi və iddiaçının həmin hərbi hissənin döyüş əməliyyatlarının aparıldığı ərazilərə (Cəbrayıl rayonu, Şükürbəyli qəsəbəsi) döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi (döyüş əməliyyatı zamanı zədələnmiş zirehli tank texnikalarının təmir-təxliyə işlərinin aparılması) ilə bağlı ezam edilməsi onun hərbi biletindəki məlumatlar, habelə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrləri və ezamiyyət vəsiqələri ilə təsdiqləndiyindən cavabdehin imtinası əsaslı olmamışdır. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu və onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübuta yetirildiyindən iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11640/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11640/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver