Məhkəmə qərarları › İş №2-1(112)-11643/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11643/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11643/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı nəzarət kassa aparatı çekləri üzrə vəsaitlərin qaytarılmasından imtinaya dair qərarların ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********169900 nömrəli; xx.xx.2023-cü il tarixli **********765300 nömrəli; xx.xx.2023-cü il tarixli **********275600 nömrəli; xx.xx.2023-cü il tarixli **********922900 nömrəli; xx.xx.2023-cü il tarixli **********358400 nömrəli; xx.xx.2023-cü il tarixli **********180900 nömrəli və xx.xx.2023-cü il tarixli **********811700 nömrəli məktublarının (qərarının) qanunsuz hesab edilməsi və ünvan 2 ünvanda yerləşən “BULGARY” mağazasından xx.xx.2023-cü il tarixdə 705.500 (yeddi yüz beş min beş yüz) manata alınmış 1 (ir) ədəd zinət əşyasına, həmin mağazadan xx.xx.2023-cü il tarixdə saat 13:43-də 165.750 (bir yüz latmış beş min yeddi yüz əlli) manata alınmış 1 (bir) ədəd zinət əşyasına və həmin gün həmin mağazadan saat 15:38-də 8.960 (səkkiz min doqquz yüz altmış) manata alınmış 1 (bir) ədəd zinət əşyasına görə mağazadan verilmiş nəzarət kassa aparatı çekləri üzrə ödənilmiş ƏDV-nin 17.5 faizinin ona qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən “BULGARY” mağazasından qiyməti 705.500 (yeddi yüz beş min beş yüz) manat olan 1 (bir) ədəd brilyant daşlarla bəzədilmiş zinət əşayası (boyunbağı) xx.xx.2023-cü il tarixdə alınmış və ona hədiyyə olunmuşdur. Eyni zamanda həmin şəxs tərəfindən həmin mağazadan xx.xx.2023-cü il tarixdə saat 13:43-də qiyməti 165.750 (bir yüz altmış beş min yeddi yüz əlli) manat olan 1 (bir) ədəd brilyant daşlarla bəzədilmiş zinət əşayası (qolbağ) və həmin gün saat 15:38-də qiyməti 8.960 (səkkiz min doqquz yüz altmış) manat olan 1 (bir) ədəd brilyant və digər daşlarla bəzədilmiş zinət əşayası (üzük) həmin mağazadan alınaraq ona hədiyyə olunmuşdur. Həmin zinət əşayalarının pulu qeyd olunan mağazaya ona hədiyyə verən tərəfindən “nağdsız qaydada” ödənilmiş və ödəmənin həyta keçrilməsi ilə bağlı müvafiq olaraq mağazadan həmin şəxsə nəzarət kassa aparatı çekləri verilmişdir. Həmin şəxs hədiyyə etdiyi zinət əşyaları ilə birlikdə mağazadan ona verilmiş nəzarət kassa aparatı çeklərini də, ona vermişdir. xx.xx.2023-cü il tarixdə alınmış zinət əşyası ilə bağlı nəzarət kassa aparatı çekinin (qiyməti 705.500 manat olan zinət əşyası ilə bağlı) üzərindəki barkodu "xxxx" ASC-nin mobil tətbiqindəki ƏDV-ni geri al funksiyasından istifadə etməklə qeydə aldırmış və sözügedən funksiyada gözləmə işarəsi, yəni sarı işıq yanmışdır. Bu halı normal qəbul edərək 1 ay gözləmişdir ki, ƏDV-nin qanunvericiliklə müəyyən olunmuş müvafiq faizi ƏDV kart hesabına mədaxil olunsun. Nəzərə çatdırmaq istəyir ki, eyni hərəkətləri xx.xx.2023-cü il tarixdə alınmış zinət əşyalarına (qiyməti 165.750 1 ədəd qolbağ və 8960 manat olan 1 ədəd üzük) dair nəzarət kassa aparatı çekləri ona verilən gün, yəni xx.xx.2023-cü il tarixdə çeklərin üzərindəki barkodu "xxxx" ASC-nin mobil tətbiqindəki ƏDV-ni geri al funksiyasından istifadə etməklə qeydə aldırmışdır. xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə alınmış zinət əşyasına görə "xxxx" ASC-nin mobil tətbiqindəki ƏDV-ni geri al funksiyasında yaşıl işıq yanmalı olduğu halda, yəni qeyd olunan məbləğ hesabına keçməli olduğu halda, qırmızı işıq yanmışdır. Yəni, ona ƏDV-nin geri qaytarılmasından imtina olunmuşdur. Bununla bağlı elə həmin gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etdikdə, vergi əməkdaşları yuxarıda qeyd olunan nəzarət kassa aparatı çeklərinə baxış keçirmiş və həmin çeklərin müvafiq standartalara və qanunverciliyin tələblərinə uyğun olduğunu və ƏDV-ni geri almaq üçün Bakı şəhəri Ayna Sultanova heykəlinin yanında yerləşən cavabdehə məxsus binada olan mütəxəssislərə müraciət etməli olduğunu bildirmişlər. Onların bu tövsiyəsini nəzərə alaraq, problemin həlli ilə bağlı rəsmi qaydada cavabdeh orqana müraciət etmişdir. Cavabdehin elektron poçt ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli, **********169900 nömrəli məktubunda (qərar) göstərilmişdir ki, “Onun nəzarət kassa aparatı çekləri üzrə vəsaitin qaytarılmasının təmin edilməsi barədə müraciəti ... Dövlət Vergi Xidmətində baxılmışdır. Təqdim etdiyi çek üzrə iri həcmli əmtəə partiyasının əldə edilməsi malların topdansatış ticarət qaydasında əldə edilməsi ehtimalını yaratdığından ödənilmiş ƏDV-nin müəyyən hissəsinin qaytarılması mümkün olmayacaqdır”. Cavabdehin elktron poçt ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli, **********765300 nömrəli məktubunda (qərar) göstərilmişdir ki, “...ƏDV məbləğinin qaytarılması üçün sistemə daxil edilmiş nəzarət-kassa aparatı çekinin surətinin, bu mümkün olmadıqda isə həmin çekin tarixi və saatı, yekun məbləği müraciətdə olan məlumatlar onun həlli üçün kifayət etmədikdə müraciət baxılmamış saxlanılır”. Cavabdehin elektron poçt ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli, **********275600 nömrəli məktubunda (qərar) xx.xx.2023-cü il tarixli, **********169900 nömrəli məktubun mətni (qərarın nömrəsi və tarixi istisna olmaqla) təkrar olunmuşdur. Cavabdehin elektron poçt ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli, **********922900 nömrəli məktubunda (qərar) xx.xx.2023-cü il tarixli, **********765300 nömrəli nömrəli qərar (qərarın nömrəsi və tarixi istisna olmaqla) təkrar olunmuşdur. Cavabdehin elektron poçt ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli **********358400 nömrəli məktubunda cavabdeh (qərar) qeyd edilən məsələlərlə bağlı xx.xx.2023-cü il tarixli, **********275600 nömrəli məktubunda (qərarında) və xx.xx.2023-cü il tarixli, **********169900 nömrəli qərarında əvvəllər ona verdiyi cavabı təkrarlanmış və əlavə olaraq bildirilmişdir ki, “qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər”. Yuxarıda qeyd olunan cavabların qanunsuz və əsassız olması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə ərizə ilə müraciət etmiş və həmin ərizə ilə bağlı onu Dövlət Vergi Xidmətinə dəvət edib, şikayətini dinləmişlər və onu qəbul edən şəxs hazırda yuxarıda qeyd olunan zinət əşyalarının onda olmasını təsdiq edən fotolar təqdim etməsini tələb etmiş, o, həmin əşyalarla çəkilmiş şəkillərini onu qəbul edən şəxsə təqdim etmişdir. Buna baxmayaraq, cavabdehin qeydiyyatda olduğu ünvana göndərdiyi xx.xx.2023-cü il tarixli, **********180900 nömrəli məktubunda göstərilmişdir ki, müraciəti ilə bağlı o, xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin aidiyyəti vəzifəli şəxsləri tərəfindən qəbul edilmişdir. Qəbul zamanı müraciəti ilə bağlı müvafiq izahat verilmişdir. ...” Cavabdehin elektron poçt ünvanına göndərdiyi xx.xx.2023-cü il tarixli, **********811700 nömrəli məktubunda (qərar) qeyd edilən məsələlərlə bağlı əvvəllər ona verdiyi cavabı təkrarlanmışdır: “... Təqdim etdiyi çek üzrə iri həcmli əmtəə partiyasının ələdə edilməsi malların topdansatış ticarət qaydasında əldə edilməsi ehtimalını yaratdığından ödənilmiş ƏDV-nin müəyyən hissəsinin qaytarılması mümkün olmayacaqdır”. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bir neçə gün bundan əvvəl, yəni sonuncu, xx.xx.2023-cü il tarixli, **********811700 məktubu aldıqdan sonra xx.xx.2023-cü il tarixli, kassa aparatı çekini (qiyməti 705.500 manat olan zinət əşyası ilə bağlı) çap etmək istərkən, həmin çekin üzərində ƏDV-nin geri qaytarılması ilə bağlı qeydləri görmüşdür. Həmin çekin üzərində cashbac-in uğurla həyata keçirilməsi, geri qaytarılma məbləğin 71745,76 AZN olması və geri qaytarılma tarixinin xx.xx.2023-cı ildə saat 20:17 olması göstərilmişdir. Qeyd edilən məbləğ cavabdeh orqan imtina etdiyindən ona məxsus "xxxx" ASC-nin mobil tətbiqindəki ƏDV-ni geri al hesabına keçməyib. Həmin çekin başqa şəxslər tərəfindən təkrar qeydiyyata alınması mövcud praktikaya görə mümkünsüzdür. Əgər həmin kassa çekindən başqa şəxslər tərəfindən istifadə olunaraq, ƏDV geri qaytarılıbsa bu, yalnız cavabdeh orqanın qanunsuz hərəkətlərinin nəticəsində baş verə bilər. Ona görə ki, nəzarət kassa aparatı çekləri üzrə vəsaitlərin qaytarılması cavabdeh orqanın nəzarəti altında həyata keçirilir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, **********169900 nömrəli, xx.xx.2023cü il tarixli, **********765300 nömrəli, xx.xx.2023-cü il tarixli, **********275600, xx.xx.2023-cü il tarixli, **********922900 nömrəli, xx.xx.2023-cü il tarixli, **********358400 nömrəli, xx.xx.2023-cü il tarixli, **********180900 nömrəli və xx.xx.2023-cü il tarixli, **********811700 nömrəli məktubuları (qərar) qanunsuz və əsassızdır. Cavabdeh orqan ona ünvanladığı məktublarda (qərarlarda) nəzarət kassa aparatı çekləri üzrə vəsaitin qaytarılmasından imtasını onunla əsaslandırmışdır ki, tərəfindən təqdim edilmiş çeklər iri həcmli əmtəə partiyasının əldə edilməsi malların topdansatış ticarət qaydasında əldə edilməsi ehtimalını yaratdığından ödənilmiş ƏDV-nin müəyyən hissəsinin qaytarılması mümkün olmayacaqdır. İddia ərizəsinə əlavə olunmuş nəzarət kassa aparatı çeklərinin surətindən göründüyü kimi ünvan 2 ünvanda yerləşən “BULGARY” mağazasından xx.xx.2023-cü il tarixdə cəmi 1 (bir) ədəd zinət əşyası 705.500 (yeddi yüz beş min beş yüz) manata, həmin mağazadan xx.xx.2023-cü il tarixdə saat 13:43-də qiyməti 165.750 (bir yüz altmış beş min yeddi yüz əlli) manat olan 1 (bir) ədəd zinət əşayası və həmin gün saat 15:38-də həmin mağazadan qiyməti 8960 (səkkiz min doqquz yüz altmış) manat olan l(bir) ədəd zinət əşayası, cəmi 3 ədəd zinət əşyası alınmış və həmin mağaza topdansatış mağazası deyil, pərakəndə satış mağazasıdır. Alınmış zinət əşyalarının qiymətlərinin baha olması ƏDV-nin müəyyən hissəsinin qaytarılmasından imtina üçün əsas ola bilməz. Hesab edir ki, onun istehlakçı və vergi ödəyicisi kimi hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV- nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət- kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 1.1-ci bəndinə əsasən həmin Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) qaytarılması qaydasını tənzimləyir. Həmin Qaydanın 2.0.2-ci bəndinə əsasən istehlakçı satıcıdan malı və ya xidməti alan fiziki şəxsdir və 3.1-ci bəndinə əsasən ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçir. Qeydiyyat zamanı istehlakçı üçün elektron kabinet yaradılır. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, istehlakçı pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən ƏDV-nə cəlb edilən alınmış mallar üzrə ödənilmiş ƏDV- nin müəyyən olunmuş hissəsinin qaytarmaq hüququna malikdir və məhz həmin istehlakçı öz şəxsiyyətini təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçərək həmin hüququnu reallaşdıra bilər. Hazırki iş üzrə İddiaçı öz iddia ərizəsində həmin məhsulların başqa şəxs tərəfindən alındığını bildirmişdir. Yuxarıda qeyd olunan qaydaların tələblərinə əsasən həmin çeklər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması üçün müraciət etmək hüququ məhz həmin şəxsə aiddir. Bu səbəbdən İddiaçı tərəfindən elektron portala daxil edilən çeklərin təhlili zamanı sui-istifadə halının olması ilə bağlı əsaslı şübhələr yaranmış və HsZmDRmtUixY, CxHCdjf2W5FP və 7pa3efChiC2v nömrəli fiskal yaddaşlı çeklər riskli çeklər kateqoriyasına aid edilmişdir. Digər tərəfdən iddia tələbində ƏDV-nin qaytarılması tələb olunan 7pa3efChiC2v nömrəli fiskal yaddaşlı çek üzrə xx.xx.2023-cü il tarixdə 71.745,76 manat məbləğində ƏDV VM-nin 165.1.3-nə əsasən geri qaytarılmışdır. Qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” Qaydalarına və Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) ixracı üzrə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Belə olan halda həmin çek üzrə ƏDV-nin VM-nin 165.5-ci maddəsinə uyğun olaraq yenidən qaytarılması qanunvericiliyin normalarına uyğun deyildir və iddia tələbi 7pa3efChiC2v nömrəli fiskal yaddaşlı çek üzrə ƏDV-nin qaytarılması hissəsində ümumiyyətlə əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati Prosesual Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ancaq İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən təqdim etdiyi digər sənədlərlə yanaşı ƏDVGERİAL sisteminə ödənilən ƏDV məbləğlərinin geri qaytarılması ilə bağlı HsZmDRmtUixY və CxHCdjf2W5FP nömrəli fiskal yaddaşlı çeklərdə göstərilən malların alıcısı, yəni istehlakçısı olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda hazırki iddia tələbi üzrə subyektiv hüququnun mövcud olmadığı anlaşılır. Bir halda ki, iddiaçının qaytarılmasını tələb etdiyi ƏDVnin məbləği bir çek üzrə qaytarılması, iki çek üzrə əldə edilmiş malların alıcısı olmaması səbəbilə vergi orqanı tərəfindən onun hansı hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğunu da müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən “BULGARY” mağazasından qiyməti 705.500 (yedid yüz beş min beş yüz) manat olan 1 (bir) ədəd brilyant daşlarla bəzədilmiş zinət əşyası (boyunbağı xx.xx.2023-cü il tarixdə alınaraq iddiaçıya hədiyyə olunmuşdur. Eyni zaman da, həmin hədiyyə verən şəxs tərəfindən həmin mağazadan xx.xx.2023-cü il tarixdə saat 13:43-də qiyməti 165.750 (bir yüz altmış beş min yeddi yüz əlli) manat olan 1 (bir) ədəd brilyant daşlarla bəzədilmiş zinət əşyası (qolbağ) və həmin gün saat 15:38-də qiyməti 8.960 (səkkiz min doqquz yüz altmış) manat olan 1 (bir) ədəd brilyant və digər daşlarla bəzədilmiş zinət əşyası (üzük) həmin mağazadan alınaraq iddiaçıya hədiyyə olunmuşdur. Həmin zinət əşayalarının pulu qeyd olunan mağazaya ona hədiyyə verən tərəfindən “nağdsız qaydada” ödənilmiş və ödəmənin həyta keçrilməsi ilə bağlı müvafiq olaraq mağazadan həmin şəxsə nəzarət kassa aparatı çekləri verilmişdir. Həmin şəxs hədiyyə etdiyi zinət əşyaları ilə birikdə mağazadan ona verilmiş nəzarət kassa aparatı çeklərini də iddiaçıya vermişdir. xx.xx.2023-cü il tarixdə alınmış zinət əşyası ilə bağlı nəzarət kassa aparatı çekinin (qiyməti 705.500 manat olan zinət əşyası ilə bağlı) üzərindəki barkodu "xxxx" ASC-nin mobil tətbiqindəki ƏDV-ni geri al funksiyasından istifadə etməklə qeydə aldırmasına baxmayaraq, iddiaçıya 7pa3efChiC2v nömrəli fiskal yaddaşlı çek üzrə xx.xx.2023-cü il tarixdə 71.745,76 manat məbləğində ƏDV məbləği VM-nin 165.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. HsZmDRmtUixY və XxHCdjf2W5FP nömrəli fiskal yaddaşlı çeklər isə İddiaçı tərəfindən elektron portala daxil edilən çeklərin təhlili zamanı sui-istifadə halının olması əsası ilə riskli çeklər kateqoriyasına aid edilərək həmin çeklər üzrə ödənilməli olan ƏDV məbləğinin geri qaytarılmasından imtina edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrləi Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” Qaydasının 1.1-ci bəndinə əsasən həmin Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) qaytarılması qaydasını tənzimləyir. Həmin Qaydanın 2.0.2-ci bəndinə əsasən istehlakçı satıcıdan malı və ya xidməti alan fiziki şəxsdir və 3.1-ci bəndinə əsasən ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçir. Qeydiyyat zamanı istehlakçı üçün elektron kabinet yaradılır. Beləliklə, yuxarıda qeyd edilən qanunvericiliyin normalarından göründüyü kimi, istehlakçı parəkəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərindən ƏDV-nə cəlb edilən alınmış mallar üzrə ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsini qaytarmaq hüququna malikdir və məhz həmin istehlakçı öz şəxsiyyətini təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə portal üzərindən qeydiyyatdan keçərək həmin hüququnu reallaşdıra bilər. Hazırki işin hallarından isə göründüyü kimi, iddiaçı həmin malları satıcıdan alan istehlakçı deyil, həmin mallar iddiaçıya istehlakçı tərəfindən hədiyyə olunmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ olmadığından iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar