Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11649/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon prokurorluğuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sübutların toplanması haqqında qərardadın icra edilmədiyinə görə hərəkətlərin və inzibati xətalar barədə ərizənin araşdırılmamasına dair hərəkətlərin qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı Qərardadı 28.09.2020-ci ildən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) icra edilmədiyinə görə onun hərəkətlərinin Azərbaycan Respubliklası İPM-nin 60-cı maddəsinin tələblərinə zidd olduğunun hesab edilməsi; “Sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı Qərardadının cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28.09.2020-ci ildən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) icra edilməməsi, eləcə də, 18.09.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) müraciətlərinin qeydə alınmaması, onlara baxılmaması və ona müvafiq cavab verilməməsi faktı üzrə törədilmiş inzibati xətalar barədə onun ərizəsinin Binəqədi rayon prokurorluğunda 28.04.2021-ci ildən bu günə qədər 5 ay 17 gün araşdırılmaması və müvafiq qərar qəbul edilməməsi kimi inzibati orqan Binəqədi rayon prokurorluğunun hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin faktlar üzrə müvafiq araşdırma aparıb qərar qəbul edilməsi vəzifəsi onun üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 30 il prokurorluq orqanlarında xidmət edib. 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş və 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “X2” Azərbaycan Respublikası Qanunun 20.1,5,,.20.8..2-ci, 26.3,, 29.1, 29.2, 31.1, 37.2, 37.7-ci maddələrinin tələblərinə görə, prokurorluq əməkdaşı kimi 25 il xidmət etdiyinə görə 12 oktyabr 2006-ci il tarixdən pensiya hüququnu əldə etmiş və həmin vaxtdan da, cavabdeh- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin 28 dekabr 2006-cı il tarixli 340 saylı qərarı ilə ona prokurorluq işçisi kimi ömürlük əmək pensiyası təyin edilmişdir. Təyin edilmiş həmin pensiyanı ona pensiya hüququnun yarandığı 12.10.2006-cı il tarixdən almadığı fərqinin ödənilməsi cavabdeh tərəfindən əsassız olaraq imtina olunmuş və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələbləri ciddi pozulmaqla, hazırda qüvvədə olan "Əmək pensiya haqqında" Qanunun 32-1.1-ci maddəsinin tələbləri barəsində geri tətbiq edilmiş və yalnız 3 il müddətində fərqin ona ödənilməsinə dair yalnış Qərar qəbul edilmişdir. Həmin Qərarın ləğv edilməsindən ötrü cavabdehə qarşı "barəsində yenidən hesablanmış və müəyyən edilmiş pensiyanın, pensiya hüququmun yarandığı 12 oktyabr 2006-cı il tarixdən başlayaraq, hesablanıb ödənilməsinin cavabdehə həvalə olunması" tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müvafiq iddia verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2-1(82)-1428/2019 saylı qərarı ilə iddiası təmin edilmiş və barəsində yenidən hesablanmış və müəyyən edilmiş pensiyanın, pensiya hüququnun yarandığı 14 oktyabr 2006-cı il tarixdən başlayaraq, hesablanıb ödənilməsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh, Bakı Apellyasjya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman apellyasiya şikayəti verən deyil, iş üzrə yeni cavabdeh kimi- Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2-1(103)-2222/2019 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 2-1(82)-1428/2019 saylı, 01 iyul 2019-cu il tarixli qərar; ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin işə Bakı İnzibatı məhkəməsində baxılan zaman, məhkəmə tərəfindən "sübutların təqdim edilməsinə dair 28 sentyabr 2020-ci il tarixli, 2-1 (112)-5511/2020 saylı" Qərardad qəbul edilmiş və "ona 14.10.2006-ci il tarixdən 25.02.2019-cu il tarixədək olan dövrdə əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası və məbləğində olan dəyişiklikləri müvafiq tarixlərə uyqun qrafikdə göstərməklə arayışın məhkəməyə tədim edilməsi" cavabdehdən tələb olunmuşdur. Qəbul edilmiş bu Qərardadın sürəti həmin tarixdə ona və cavabdehə göndərilmişdir. Məlum olduğu kimi inzibati orqanların tələb olunan sənədləri və məlumatları təqdim etmək vəzifəsinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsnin 60-cı maddəsinə əsasən “inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Cavabdeh isə Azərbaycan Respublikası İPM-nin 60-cı maddəsinin tələblərini ciddi pozmuş və məhkəmənin bu Qərardadını 5 ay müddətində icra etməmişdir. Hətta bu Qərardadda göstərilən məlumatları tam mətnində bu günə qədər (yəni 1 il 1 aydan artıq müddətdə) məhkəməyə təqdim etməmişdir. Həmin Qərardadının məcburi qaydada icra edilməsi məqsədilə, cavabdehə müvafiq təssir- tədbirlərin göstərilməsi barədə, Bakı İnzibati Məhkəməsi tərəfindən ilk dəfə 13 noyabr 2020-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsinbə 13 noyabr 2020-ci il tarixli, 2- 1(112)-5511/2020 saylı icra vərəqəsi göndərilmişdir. Həmin icra vərəqəsi məcburi icra edilməsindən ötrü Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən 18 dekabr 2020-ci il tarixdə 17/68-218453/2020 saylı məktubla cavabdehə və məlumat üçün ona göndərilmişdir. Bundan sonra da cavabdeh tərəfindən 1,5 ay müddətindən məhkəmənin bu Qərardadı yenə də, icra edilməmişdir. Ona görə də, Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulan tələblərinə uyğun olalaraq cavabdehə qarşı müvafiq təssir tədbirləri görülmüş və məhkəmənin Qərardadının icrası cavabdehdən tələb olunmuşdur. Göstərilmiş bu təsir tədbirlərdən sonra, cavabdeh tərəfindən nəhayət 26 fevral 2021-ci il tarixdə (yəni 5 aydan sonra) Bakı İnzibati Məhkəməsinə poçt vasitəsi ilə daxil olmuş, 16 fevral 2021-ci il tarixli, **********7 saylı arayış göndərilsə də, məhkəmənin həmin Qərardadı bu günə qədər tam icra edilməmiş qalmışdır. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehə yeni sorğunun göndərilməsinə zəruriyyət yaranmışdır və məhkəmə məcbur olub həmin sorğunu təkrarən cavabdehə göndərmişdir. Həmin sorğuya bu günə qədər cavabdeh tərəfindən tam cavab verilməmiş, bundan bilərəkdən yayınılmışdır. Hazırda 2-1(112)-1261/2021 saylı işə Bakı İnzibati Məhkəməsində baxılır və cavabdehdən cavab gözlənilir. Göründüyü kimi, cavabdeh tərəfindən “sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı Qərardadını icra etməyərək, Azərbaycan Respubliklası İPM-nin 60-cı maddəsinin tələblərini ciddi pozmuş və öz əməlləri ilə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və aktların, habelə zəruri məlumatların təqdim edilməməsi kimi Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 595.1-ci maddəsində nəzərdə tutulan-inzibatı xəta törətmişdir. Göstərdiklərindən əlavə, cavabdeh tərəfindən “vətəndaşların müraciətlərinə baxılması ilə bağlı" inzibati xətalarının tərədilməsinə də yol verilmişdir: Belə ki, məhkəmə işə baxan zaman, məhkəmənin həmin Qərardadını icra etməyən cavabdeh, digər özbaşınalığa da, yol verərək, onun pensiya məbləğini əsassız olaraq birdən-birə 400 manat həcmində azaldılması barədə 01.01.2021-ci il tarixli **********9 saylı Qərar qəbul etmiş və bunun səbəbini də, ona və məhkəməyə izah etməkdən yayınmışdır. Bu günə qədər də, nə ona, nə də ki, işə baxan Bakı İnzibati Məhkəməsinə cavabdeh tərəfindən həmin Qərarın əsaslığı (izahı) barədə heç bir rəsmi cavab göndərməmişdir. Onun qanuna zidd olan bu hərəkətlərini təsdiq edən sübutları əlavə etməklə, pensiyasının yenidən hesablanması və onun məbləğinin bərpa edilməsi barədə onun tərəfindən 18.09.2020-ci il, 24.12.2020-ci il, 29.12.2020-ci il, 29.01,2021-ci il, 18.02.2021-ci il, 26.02.2021-ci il, 01,03.2021-ci il, 05.03.2021-ci il, 16.03.2021-ci, 02.04.2021-ci il, 08.04.2021-ci il, 15.04.2021-ci il və digər tarixlərdə müvafiq olaraq, rəsmi məktublarla, eləcə də, Email elektron poçt vasitəsi ilə, habelə, “142" nömrəli "Qaynar Xətti” vasitəsi ilə cavabdehə çoxsaylı müraciətlər göndərsəm də, cavabdeh tərəfindən mənim müraciətlərim üzrə heç bir tədbir görülməmiş və ona da, heç bir cavab verilməmişdir. Məlum olduğu kimi, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanunun 7.1-ci maddəsinə əsasən "müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən “Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir.” Həmin Qanunun 7.5-ci maddəsinə əsasüən "müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur” Həmin Qanunun 7.6-ci maddəsinə əsasən "elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir”. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən ”Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır”. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən "bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4- cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11 -ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir”. Müəyyən olunmuşdur ki, cavabdeh bu Qanunun tələblərini ciddi pozmuş, 18 sentyabr 2020- ci ildən bu günə qədər (1 il 1 aydan artıq müddətində) onun bu çoxsaylı müraciətlərini qeydə almamış və ona heç bir cavab verməmişdir. Yəni, öz hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 594-1.1-ci maddəsinin tələblərində nəzərdə tutulan inzabati xəta törətmişdir. Beləliklə göründüyü kimi 28 sentyabr 2020-ci ildən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) cavabdeh "sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı Qərardadını icra etməyərək, Azərbaycan Respubliklası İPM-nin 60-cı maddəsinin tələblərini ciddi pozmuş və öz əməlləri ilə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və aktların, habelə zəruri məlumatların təqdim edilməməsi kimi Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 595.1-ci maddəsində nəzərdə tutulan-inzibatı xəta törətmişdir. Bundan əlavə, 18.09.2020-ci il tarixdən hazırki vaxtadək ( 1 il 1 ay müddətində) mənim müraciətlərimi qeydə almamaqla, onlara baxmamaqla və mənə müvafiq cavab verməməklə, cavabdeh "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respubliklası qanunun 7.1, 7.4, 7.5 və 10.1, 10.2-ci maddələrinin tələblərini ciddi pozmuş və öz əməlləri ilə Azərbaycan Respublikası İXM-nin 594-1.1-ci maddəsinin tələblərində nəzərdə tutulan inzabati xəta törətmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsini tələblərini rəhbər tutub törədilmiş bu inzibatı xəta üzrə işə baxılmasından ötrü tərəfimdən Binəqədi rayon məhkəməsinə 26.04.2021-ci il tarixdə müvafiq şikayət verilmişdir. (Həmin şikayətin sürəti əlavə edilir). Binəqədi rayon məhkəməsi tərəfindən onun şikayəti 27.04.2021-ci il tarixdə geri qaytarılmış və İXM-in 54.2-ci maddəsinə istinad edilərək, törədilmiş bu kimi inzibati xətalar üzrə icraatın başlanması haqqında qərarın prokuror tərəfindən qəbul edilməsi göstərilmişdir. Bu səbəbdən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, inzibati orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın vəzifəli şəxslərin "vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması"na görə İXM-nin 594-1.1-ci maddəsində nəzərdə tutulan inzibatı xətanın törədilməsi bundan əlavə, həmin vəzifəli şəxslər tərəfindən "sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2- 1(112)-5511/2020 saylı Qərardadını faktiki olaraq icra etməyərək, Azərbaycan Respubliklası İPM-nin 60-cı maddəsinin tələblərinin ciddi pozulması ilə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və aktların, habelə zəruri məlumatların təqdim edilməməsi kimi Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 595.1-ci maddəsində nəzərdə tutulan-inzibatı xətanın törədilməsi üzrə icraat başlanması haqqında qərar qəbul edilməsi üçün tərəfimdən 28.04.2021-ci il tarixdə Binəqədi rayon prokurorluğuna müvafiq şikayət ərizəsi verilmişdir. Şikayətinə üzün müddət Binəqədi rayon prokurorluğunda baxılmadığına və ona cavab verilmədiyinə görə o, Binəqədi rayon prokurorluğuna dəfələrlə gedərək, cavab almaq istəyib. Lakın, müxtəlif bəhanələr gətirilərək həmin vaxtdan 30.08.2021-ci il tarixə qədər (4 ay müddətində) ona heç bir rəsmi cavab verilməmişdir. Nəhayət, 30.08.2021-ci il tarixdə onun yaşadığı ünvana ünvan 1zası ilə daxil olmuş 03.08.2021-ci il tarixli, 605-Ş saylı məktubdan məlum olmuşdur ki, onun şikayəti Binəqədi rayon prokurorluğundan əsassız olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilmişdir. Baş Prokurorluğunun həmin İdarəsinə rəsmi müraciətlər olunsa da, həmin İdarədən də bu günə qədər ona heç bir cavab verilməmişdir. Beləliklə, göründüyü kimi, 28.04.2021-ci il tarixdən verdiyi şikayətinə 5 ay 17 gün müddətində Binəqədi rayon prokurorluqunda baxılmamış, müvafiq qərar qəbul edilməmiş və ona rəsmi cavab verilməmişdir. Məlum olduğu kimi, süründürməçiliyə yol verilməsi və Qanunla müəyyən edilmiş müddətdə şikayətə baxılmaması “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanunun 7 və 10-cu maddələrinin tələblərindən əlavə, İnzibatı Xətalar Məcəlləsinin 54.5, 99.1.3, 101, 102.5, 103.1-ci maddələrinin tələblərinə də tam ziddir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanunun 7.1- ci maddəsinin tələblərinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Eləcə də inzibatı xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas barədə İnzibati Xətalar Məcəlləsinin 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 54.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati araşdırma barədə həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətdə aparılır. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə inzibai xəta haqqında prokurorun qərarı tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi, sadaladığı qanunvericilikdə müəyyən edilmiş bir ay müddətində araşdırmanın aparılması və inzibati xətalar haqqında icraatın başlanması barədə qərarın qəbul edilməsi nəzərdə tutulduğu halda, prokurorluq orqanları (Binəqədi rayon prokurorluğu tərəfindən 28.04.2021-ci ildən bu günə qədər (5 ay 17 gün müddətində) heç bir araşdırma aparılmamış və heç bir qərar qəbul edilməmişdir. Bu Qanunun tələbləri ciddi pozulmuşdur. Binəqədi rayon prokurorluğu onun ərizəsi üzrə Qanunla nəzərdə tutulan icraat haqqında araşdırma aparmadığı, müvafiq Qərar qəbul etmədiyi və onu məhkəməyə göndərmədiyi hərəkətləri nəticəsində onun hüquqların ciddi pozulmuşdur. Göründüyü kimi cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərindən əlavə Binəqədi rayon prokurorluğunun qanuna zidd olan bu hərəkləri nəticəsində də onun hüquqları ciddi pozulmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, hər iki inzibati orqanın hərəkətləri eyni faktiki və hüquqi əsaslarla bir-biri ilə əlaqəlidir. Mübahisə predmeti eyni fakta və hüquqa söykənən tələbdir. Əvvəla bir cavabdeh-DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin “sübutların təqdim olunması barədə” rəsmi qərarı 8 ay müddətində əsassız olaraq icra edilməmişdir. Onun qanuna zidd olan bu hərəkətlərini digər cavabdeh Binəqədi rayon prokurorluğu tərəfindən araşdırılmamış və müvafiq Qərar qəbul edilməmişdir. Həmin Qərar qəbul edilmədiyinə görə də, Binəqədi rayon məhkəməsi tərəfindən şikayətimə baxılmamışdır. Hər iki cavabdehlərin bir-bir ilə sıx əlaqəsi olan qanuna zidd bu hərəkətləri nəticəsində də, onun hüquqları ciddi pozulmuşdur.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə hesab edir ki, iddianın mümkünlüyü məsələsinə baxılması zamanı məhz iddiaçının dinlənilmə hüququ təmin edilməlidir.
II. İddianın mümkünlüyü
6. İddianın məzmunundan görünür ki, tələb iki hissədən ibarətdir: -Tələbin birinci hissəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı olmaqla “sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı qərardadı 28.09.2020-ci ildən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) icra edilmədiyinə görə hərəkətlərinin Azərbaycan Respublikası İPM-nin 60-cı maddəsinin tələblərinə zidd olduğunun hesab edilməsi ilə bağlıdır; -Tələbin ikinci hissəsi “Sübutların toplanılması haqqında” Bakı İnzibati Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2-1(112)-5511/2020 saylı qərardadının cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28.09.2020-ci ildən 26.02.2021ci il tarixədək (5 ay müddətində) icra edilməməsi, eləcə də, 18.09.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək (5 ay müddətində) müraciətlərinin qeydə alınmaması, onlara baxılmaması və ona müvafiq cavab verilməməsi faktı üzrə törədilmiş inzibati xətalar barədə onun ərizəsinin Binəqədi rayon prokurorluğunda 28.04.2021-ci ildən bu günə qədər 5 ay 17 gün araşdırılmaması və müvafiq qərar qəbul edilməməsi kimi inzibati orqan Binəqədi rayon prokurorluğunun hərəkətlərinin qanunsuz hesab edilməsi inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilir.
7. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh DSMFnin Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı yenidən hesablanmış və müəyyən edilmiş 2024,5 manat həcmində pensiyanın, pensiya hüququnun yarandığı gündən, yəni 14 oktyabr 2006-cı il tarixdən başlayaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair vardır. Bakı İnzibati Məhkəməsinin həmin 2-1(112)- 5511/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı 14 oktyabr 2006-cı il tarixində əmək pensiyası təyin edilərkən pensiya məbləğinin hesablanma qaydası və məbləği, 14.10.2006-cı il tarixdən 25.02.2019-cu il tarixədək olan dövrdə əmək pensiyası məbləğinin yenidən hesablanması qaydası və məbləğində olan dəyişiklikləri müvafiq tarixlərə uyğun qrafikdə göstərməklə arayışın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur.
8. Tələbin birinci hissəsi ilə bağlı məhkəmə hesab edir ki, qeyd edilən iş artıq məhkəmənin icraatında olduğundan həmin iş üzrə sübutların təmin edilməsi haqqında məhkəmə aktının icrasının ayrıca olaraq mübahisələndirilməsi müdafiə edilmək istənilən hüququn təbiətinə, həmin subyektiv hüququn tanıdığı imkanlara uyğun deyil. Məhkəmənin qeyd edilən qənaəti prosessual qənaət prinsipinə uyğun olmaqla iddiaçının hüquqi marağının olmamasına, yəni çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmağın mümkünsüzlüyünə əsaslanır.
9. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05№-li qərarından: 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
10. Tələbin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
11. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
12. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
13. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda prokurorluq nəzərdə tutulmamışdır.
14. İddiaçı tərəfindən iddia ərizəsində həm də “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən müraciətinə baxılması tələb olunaraq Bakı İnzibati Məhkəməsinin həmin 2-1(112)-5511/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qərardadı üzrə inzibati xətalar barədə qərar qəbul edilməməsinə dair hərəkətlərinə qiymət verilməsini tələb edir. İddiaçının “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanmasına baxmayaraq, tələb inzibati xətalar barədə qərarın qəbul edilməsinə yönəldiyindən qeyd edilən dəlillərə əsasən həmin hissədə də məhkəmə iddianı mümkün hesab etmir.
15. Tələb hər iki hissədə mümkün sayılmadığından məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək prosessual həmiştirakçılığın mümkünlüyü məsələsinə qiymət vermir.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva