Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1166/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonunun, Dübəndi bağ massivində yerləşən 13-cü cənub küçəsindəki sahəsi 600 kv.m olan 35 №-li və 14-cü Cənub küçəsindəki sahəsi 600 kv.m olan 36 №-li bağ sahələrinə dair adına torpağın plan-ölçüsünün tərtib olunması və çıxarışın veriməsi öhəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Pambıq təmizləmə Sənayesi Nazirliyinin rəhbərliyi və həmkarlar komitəsinin xx xxxxxxxx 1985-ci il tarixli birgə iclasının qərarı ilə nazirliyin nəzdində “Ulduz” Bağçılıq və yoldaşlıq Cəmiyyəti yaradılmış, bu məqsədlə indiki Pirallahı rayonunun Dübəndi bağ massivində torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası X9 “Azərpambıq təmizləmə sənayesi” Müdriyət və Həmkarlar Təşkilatının xx xxxxxx 1988-ci il tarixli, 04 №-li birgə qərarı ilə o, “Ulduz” Bağçılıq və Yoldaşlıq Cəmiyyətinə üzvlüyə qəbul edilmiş və Dübəndi qəsəbəsində yerləşən bağ massivində 13-cü Cənub küçəsindəki sahəsi 600 kv.m olan 35-ci və 14-cü Cənub küçəsindəki sahəsi 600 kv.m olan 36-cı bağ sahələri ailə üzvlərinin daimi istifadəsinə verilmiş, bu barədə adına həmin tarixli 09 №-li üzvlük kitabçası verilmiş, indiyə kimi həmin bağ sahələri istifadələrindədir və orada müəyyən işlər görülmüşdür. Adı çəkilən bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu adı çəkilən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adının aşkar edilməməsi, eyni bağçılıq nəzdində 35 və 36 №-li bağ sahələri digər şəxslərin adına dövlət reyestrindən qeydiyyatdan keçdiyi, həmin bağ sahələrinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi və göstərilən sahənin “Pambıq” bağçılıq-yoldaşlığının ərazisinə aid olduğu, təqdim olunmuş sənədlərin isə “Ulduz” bağçılıq-yoldaşlığına aid olması əsası ilə əsassız olaraq imtina etmişdir. Yuxarıda qeyd etdiyi kimi, Azərbaycan Respublikası X9 “Azərpambıq təmizləmə sənayesi” Müdriyyət və Həmkarlar Təşkilatının xx xxxxxx 1988-ci il tarixli, 04 №-li birgə qərarı o, “Ulduz” Bağçılıq və Yoldaşlıq Cəmiyyətinə üzvlüyə qəbul edilmiş, həmin vaxtdan indiyə kimi adı çəkilən bağ sahələri istifadəsindədir, bağ sahələrinin başqa şəxslərlə hər hansı bir qarışacağı yoxdur. Həmin bağ sahələri yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağından aralıda yerləşir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan X9 “Azərpambıq təmizləmə sənayesi” Müdriyyət və Həmkarlar Təşkilatının birgə qərarından Çıxarışdan görünür ki, “Azərpambıq təmizləmə sənayesi” Birliyinin müdriyyət və həmkarlar təşkilatının 04 nömrəli, xx xxxxxx 1988-ci il tarixli birgə qərarına əsasən X2 35/36 ardıcıl nömrəli, sahəsi 1200 kv.m olan Xəzər rayonu Dübəndi qəsəbəsində bağçılıq təsərrüfatı ayrılmışdır. Qərardan çıxarış “Ulduz” X5 Birliyi tərəfindən təsdiq edilmişdir. İşdə olan 09 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, X1 rayonu, Dübəndi bağ tətəsrrüfatında “Ulduz” Bağçlıq Yoldaşlığı Cəmiyyətinə üzv qəbul edilmiş, üzvlük kitabçası 1988-ci il tarixdə verilmişdir. Üzvlük kitabçasında ayrılan sahənin ünvanı 13-cü Cənub küçəsi 35 və 14-cü Cənub küçəsi 36, bağın ümumi sahəsi 1200 kv.m göstərilmişdir. İşdə olan torapq sahəsinin planından görünür ki, X3 Xəzər rayonu, Dübəndi qəsəbəsində ayrılmış, bağ sahəsinin planı “Ulduz” Bağçılıq Yoldaşlığı Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2018-ci il tarixli, **********36 nömrəli imtina məktununun surətindən görünür ki, iddiaçının sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, arxiv məlumatlarına əsasən tərəflərindən eyni bağçılıq nəzdində “35-36” nömrəli bağ sahəsi digər fiziki şəxslərin adına dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir və göstərilən sahə “Pambıq” Bağçılıq Yoldaşlığının ərazisinə aiddir. Lakin, təqdim olunmuş sənədlər “Ulduz” Bağçılıq Yoldaşlığına aiddir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraz İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********41 nömrəli məktubdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında vətəndaş İddiaçı adı aşktar olunmamışdır. Eyni zamanda, İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış və məlum olmuşdur ki, göstərilən torpaq sahəsi hasar daxilində 1000 kv.m təşkil edir (sənəd üzrə isə 1200 kv.m) və üzərində tikili yoxdur. 1 saylı Bakı Ərazi İdarəsinin elekron kadastr məlumatlarına əsasən göstərilən sahə “Ulduz” Bağçılıq Yoldaşlığının ayrıc aktından kənarda yerləşir və “Pambıq” Bağçılıq Yoldaşlığının ərazisinə aiddir, bundan əlavə qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəlmir. Həmçinin həmin ərazinin 160.0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttlərinin mühafizə zonasında yerləşir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 20033 nömrəli Ekspert rəyinin surətindən görünür ki, ekspertiza tədqiqatının nəticəsinə əsasən, “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin təyin etddiyi koordinatlar üzrə sahənin “Pambıq” bağçılıq yoldaşlığının ərazisinə aid olduğu və sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi (bağ sahəsindən 0.70-2.80 maralı məsafədən, şimal tərəfindən, 6000 Vt-luq YGEX keçir), elektron bazaya əsasən qeydiyyatdan keçmədiyi və “Ulduz” Bağçılıq Yoldaşlığın ərazisinə düşmədiyi, “Pambıqçı” Bağçılıq yoldaşlığın ərazisinə düşdüyü müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraz İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, **********47 nömrəli məktubdan görünür ki, sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda olan Azərpambıq təmizləmə sənayesi, “Ulduz” bağçılıq yoldaşlığının üzvlərinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, ayrıc aktına əsasən "Pambıqçı” Bağçılıq Yoldaşlığı “Ulduz” Bağçılıq Yoldaşlığı ilə eyni bağçılıqdır. Məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyindən, cavabdeh tərəfindən hazırki iş üzrə iddiaçıya məxsus bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin sxematik xəritəyə uyğunluşdırılmaqla plan-ölçünün verilməsi də DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilməlidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya bağ sahəsi ayrılması barədə Azərbaycan Respublikası X9 “Azərpambıq təmizləmə sənayesi” Müdriyyət və həmkarlar təşkilatının birgə qərarından çıxarış və üzvlük kitabçası mövcuddur ki, həmin sənədlərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır. Cavabdeh inzibati orqan imtinanın əsası kimi bağ sahəsinin faktiki olaraq “Pambıq” Bağçılıq Yoldaşlığının ərazisinə düşməsi, lakin bağ sahəsi ilə bağlı təqdim olunmuş sənədlərin “Ulduz” bağçılıq yoldaşlığına aid olmasına, həmçinin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********47 nömrəli məktubdaan görünür ki, ayrıc aktına əsasən “Pambıqçı” Bağçılıq Yoldaşlığı “Ulduz” Bağçılıq Yoldaşlığı ilə eyni bağçılıqdır. Eləcə də, məhkəmə cavabdehin imtinasında əsas göstərilmiş bağ sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı qeyd edir ki, məhkəmə icraatında tədqiq olunmuş sübutlar məcmusunda cavabdeh inzibati orqan imtinasında göstərilən "bağ sahəsinin müəyyən hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi” ilə bağlı xüsusatlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə alınmış xx.xx.2019-cu il tarixli, **********41 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi 0,12 ha ölçüdə torpaq sahəsinin 0.016 ha (160 kv.m) hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə olan halda, iddiaçının həmin (0.016 ha) torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alına bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli xx xxxxxx 2015 ci il tarixli Fərmanının 1-ci bəndi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 2.5-ci bəndində Azərbaycan Respublikası Sovet, Sosialist Respublikaları ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yemdən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri nəzərdə tutulmuşdur. Həmin Fərmanın 2-cı bəndi ilə müəyyən edilmişdir kı, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 20033 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır və iddiaçıdan 100 (yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinəəsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 13-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 35 №-li və 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m olan 36 №-li bağ sahəsinə dair (ardıcıl nömrə 35/36, ümumi sahə 1200 kv.m) İddiaçı mülkiyyət hüquqları bağ sahəsinin 0,104 ha hissəsində (0.12 ha bağ sahəsinin elektrik xəttinin mühafizə zonasına düşən 0.016 ha hissəsi istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ**********00000003944, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1166/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1166/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver